I uşaq xəSTƏLİKLƏRİ kafedrasi tibb üzrə elmlər doktoru, professor S. M. Qasımova



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix30.05.2018
ölçüsü0,53 Mb.
#46790
1   2   3   4   5   6   7   8   9   ...   21

18 

 



 

Bətndaxili  infeksiyaların  təsirindən  surfaktantın  ikincili  çatızmazlığını 

yaradaraq asanlıqla tənəffüs çatmazlığına və tənginəfəsliyə səbəb olur. 

 

Risk faktorları 



   

 



Yeni  doğulmuşlar,  vaxtından  əvvəl  doğulmuşlar.  Onlara  xas  olan 

immunodefisit  vəziyyəti,  qeyri  qənaətbəxş  qulluq  və  qidalanma  vəziyyəti 

qərqinləşdirir.   

 



Anadangəlmə ürək qüsurları  

 



Xroniki  vəziyyətlər  (adət  edilmiş  qida  aspirasiyası,  muko-vissidoz,  bronx-

ağciyər displaziyası və sinir-əzələ patologiyası)  

 

Öncə  keçirilən  infeksiyalar  (xüsusən  qızılca  və  digər  hava  damcılı  uşaq 



infeskiyalar)  

 



Ekoloji  təsir  (istifadə  olunan  bio  yanacaq  –  odun,  peyin,  qida  hazırlananda 

boğunaqlı hava)  

 

Kommunal ağır şərait  



 

Ailənin sosial-iqtisadi səviyyəsinin aşağı olması  



 

Ailədə çox uşaq olması  



 

Uşağın kollektivlərə getməsi  



Passiv siqaret çəkməyə məruz qalması 

 

Yoluxma yolları  

Bir neçə yoluxma yolları mövcuddur.  

1.

 

Yuxarı  tənəffüs  yollarında  olan  virus  və  bakteriyalar  ağ  ciyərləri  tənəffüs 

aktı zaman bir başa yoluxdura bilərlər.  

2.

 

Aeroqen hava damcılı yol  - öskürək və asqırma zamanı.  

3.

 

Hematoqen yolla  - doğuş zamanı və ya doğuşdan dərhal sonra bətn daxili 

yaxud  bətndən  kənar  pnevmoniyaların  çoxunda  ağ  ciyərin  qan  damarları 

zədələnir və qan alveolyar boşluğa və  kiçik bronxlara düşür. 



19 

 

4.



 

Bronxoqen  yolla  -  infeksiyaların  ağ  ciyərlərin  tənəffüs  bölməsinə  daxil 

olması. 


5.

 

 Limfoqen yolla - ağ ciyər ocağından plevraya.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



20 

 

PNEVMONİYANIN ƏSAS PATOGENETİK İSTİQAMƏTLƏRİ,  



KLİNİK ƏLAMƏTLƏR 

 

İnfeksiyaların ağ ciyərlərin tənəffüs bölməsinə daxil olması bronxogen yolla 



baş verir.  

Septiki  və  xəstəxana  daxili  pnevmoniyalarda  hematogen  yolla,  limfogen 



yolla ağciyər ocağından plevraya 

Virus  infeksiyasının  rolu  –  yuxarı  tənəffüs  yolunda  selik  ifrazını  artıraraq 

onun  bakterisid  qabiliyətini  azaldır,  mukosiliar  apparatın  işini  pozaraq  epitelial 

hüceyrələri dağıdır, yerli immun müdafiəni zəiflədir və  beləliklə bakterial floranın 

aşağı tənəffüs yollarına daxil olmasını təmin edir və iltihabın yaranmasına zəmin 

yaradır.  Ağ  ciyərlərin  tənəffüs  alveolları  pnevmoniyada  selikli-irikli  xarakterli 

maye  ilə  dolur.  Bu  halda  nəinki  tənəffüs  alveollarının,  həmçinin  ətrafda  olan 

üzvlərin və toxumaların, o cumlədən bronxların, iltihabı baş verir.  

Ağ  ciyərin  struktur  vahidi  asinuslar  əsasən  kisəciklərdən  –  alveolalardan 

təşkil olunub.  

 

Şəkil 2. Asinus 



21 

 

 



Asinus  –  Pulmonar  asinus  (üzüm  giləmeyvəsi)  ağ  ciyərlərin  struktur 

funksional  vahidi  olub  aşağı  tənəffüs  yollarının  distal  hissələridir,  ağ  ciyər 

parenximasının elementidir.  

Asinus – terminal bronxiolların davamıdır.  

Asinuslardakı qaz qatışığı ilə parenxima damarlarının qanı arasında diffuz qaz 

mübadiləsi baş verir.  

Bir  ağ  ciyərdə  150 000  asinus,  300-350  mln.  alveol,  280  mlrd.  alveol- 

kapilyar kombinasiyası mövcuddur. Həmin alveolyar qan kapiyarlar  80 m2 sahədə 

qaz mübadiləsini təmin edir.   

Alveolun  divarları  alvelyar  və  kapilyar    epiteldən,  iki  bazal  membrandan, 

birləşdirici  toxuma  elementləri  ilə  membranarası  sahədən    ibarətdir.  Alveolun 

daxili səthi I, II və III tip pnevmonsitlərlə örtülmüşdür. Alveolun boşluğunda daimi 

makrofaqlar var. Daxili səthində hava ilə sərhəddə surfanktant qatı var. Surfanktant 

–lipid  –zülal  –  karbohidrat  kompleksi  olub  tənəffüs  vaxtı  səthi  dartılmanı  təmin 

edir.  Onun  defisiti  atelektaz  və  distress  sindromunu  yaradır.  Alveollar  zəngin  

kapilyar toru ilə əhatə olunur. İlk 2 yaşa qədər yeni alveollar sürətlə əmələ gəlir, 8 

yaşa  bu  proses  tamamlanır.  Alveollarda  və  qanda  olan  qazların  təzyiqinin  fərqi 

əsasında  ağciyərlərdən    qaz  mübadiləsi  baş  verir.  Qaz  mübadiləsində  iştirak 

etməyən  tənəffüs  yollarının  sahəsi  Sunts  tərəfindən  (1862)  ölü,  yaxud,  faydasız, 

zərərli  sahə  adlanıb.  Bu  sahə  uşaqlarda  çoxluq  təşkil  edir.  Buraya  aiddir:  burun,  

ağız  boşluğu,  udlaq,  qırtlaq,  traxeya,  bronxlar  və  qaz  mübadiləsində  iştirak 

etməyən bir qism alveollar). 

Sağlam insanlarda tənəffüs aktı zamanı hava ilə dolurlar. Pnevmoniya zamanı 

alveollar irin və maye ilə dolmuş olur, bu da öz növbəsində tənəffüsü ağrılı edir və 

oksiqenin daxil olmasını məhdudlaşdırır.   

 

 

 



 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə