I uşaq xəSTƏLİKLƏRİ kafedrasi tibb üzrə elmlər doktoru, professor S. M. Qasımova



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix30.05.2018
ölçüsü0,53 Mb.
#46790
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

28 

 

 



Xəstəliyin  qeyri-kafi  proqnozunun  risk  faktorları  mövcuddursa,  müalicəni 

geniş  təsir  spektrli  antibiotiklərdən  başlayır  və  laborator  müayinənin  nəticələrinə 

görə dar təsir spektrli antibiotiklərlə əvəz edirlər.  

 

Antibakterial terapiyanın müddəti 

 

Antibiotik adekvat seçildikdə və xəstənin vəziyyəti yaxşılaş-dıqda terapiyanın 



müddəti 4-6 gün təşkil edir, ağır və fəsadlaşmış formalarda müalicə 7-10 və daha 

çox gün davam edir. Qızdırma düşdükdən sonra antibakterial terapiya 2 gün davam 

etdirilməlidir.  

 

Simptomatik və patogenetik terapiya (göstəriş varsa)  

 

İnfuziya  terapiyasının  aparılmasına  göstərişlər:  nəzərə  çarpan  eksikoz, 



kollaps, 

mikrosirkulyasiyanın 

pozulması, 

(DDL)–sindromunun 

inkişafı 

təhlükəsindən  ibarətdir;  infuziyanın  həcmi  20-30  ml/kq/gün  dozadan  artıq 

olmamalıdır,  bu  həcm  gün  ərzində  bərabər  bölünür,  kolloid  məhlullar  ümumi 

həcmin 1/3-ni təşkil etməlidir. Qanda turşu-qələvi müvazinətinin səviyyəsini təyin 

etmədən  qələvi  məhlullarının  yeridilməsi  yalnız  təxirəsalınmaz  tədbir  kimi  DDL 

sindromunun inkişafı və mikrosirkulyasiyanın pozulması hallarında mümkündür.  

 

Yadda saxlamaq lazımdır ki, hidratasiya adekvat aparılmalıdır, çünki xüsusilə 



parenteral  yeridildikdə  antidiuretik  hormonun  ifrazı  nəticəsində  bədəndə  mayenin 

yığılması  hiperhidratasiya  təhlükəsi  yaradır  (beyin,  ağciyər  ödemi  ehtimalı  var). 

İnfuziya terapiyasının aparılmasına göstərişlər:  

 



nəzərə çarpan eksikoz  

 



kollaps  

 



mikrosirkulyasiyanın pozulması  

 



DDL sindromun təhlükəsi  

Fəsadlaşmamış  və  fəsadlaşmış  pnevmoniyaların  əksər  hallarında  peroral 

hidratasiya kifayət edir. Peroral hidratasiya üçün məhlullara (“reqidron” və s.) su, 

çay, şirələr əlavə edilir. Mayelərin həcmi 700-1000 ml-dən az olmamalıdır.  



 


29 

 

 



Hərarət  salan  dərman  vasitələrinin  təyini  müalicənin  effektliyinin 

qiymətləndirilməsini 

çətinləşdirdiyinə 

görə 


pnevmoniyalar 

zamanı 


arzuolunmazdır. İstisna hallar aşağıdakılardır:  

 



 3 ayadək uşaqlarda qızdırmanın ≥ 38ºС olması  

 



yanaşı gedən ağır xəstəliklər zamanı qızdırmanın ≥ 38.5ºС olması  

 



 febril qıcolmalar, qıcolmalara meyllilik  

 



 tab gətirə bilinməyən qızdırma  

 



 metapnevmonik plevrit  

 

Birinci  sıra  standart  qızdırma  əleyhinə  vasitə  –  parasetamolun    birdəfəlik 



dozası      10-15 mq/kq təşkil edir (gündə 60 mq/kq-dək).  

İbuprofen  –  iltihab  əleyhinə  qeyri-steroid  dərman  vasitələri  sırasından  tövsiyə 

olunan dozada 6-10 mq/кq (20-40 mq/кq gündə) – effektivliyinə görə parasetamol 

ilə müqayisə edilə bilər. İltihab əleyhinə periferik təsir göstərdiyinə görə mədənin 

selikli  qişasına  təsir  ehtimalını  nəzərə  alaraq,  onu  ikinci  sıra  qızdırma  əleyhinə 

dərman  vasitəsi  kimi  nəzərə  çarpan  iltihab  komponenti  və  ağrı  reaksiyası  ilə 

müşayiət olunan hallarda istifadə etmək tövsiyə olunur.  

 



 

Dəmir  dərman vasitələri  kəskin  dövrdə  təyin  olunmur, infeksion  anemiya 

xəstəliyin  3-4-cü  həftəsində  öz-özünə  sağalır  və  ya  3-4  həftədən  sonra  Hb 

səviyyəsi  dərman  müalicəsi  tətbiq  olunmadan  normallaşır.  Kəskin 

qanaxmalar, 

Hb 

konsent-rasiyasının 



30-40  q/l-dən  aşağı  olması 

hemotransfuziyalara göstərişdir  

 

İmmunoterapiya. Hiperimmun plazmanın və spesifik immunoqlobulinlərin 



(stafilokok,  göy  irinli  çöplər  və  s.)  effektliyi  adekvat  antibiotikoterapiya 

aparıldıqda  şübhəlidir.  Plazmanın  yeridilməsi  yalnız  hipoproteinemiya 

zamanı 

özünü 


doğruldur. 

V/d 


immunoqlobulinin 

yeridilməsi 

immunoqlobulin  səviyyəsi  azalanda,  septiki  vəziyyətlərdə  vaxtından  əvvəl 

doğulmuşlara tövsiyə olunur  




30 

 



 

Ümumimöhkəmləndirici, 

stimullaşdırıçı, 

antihistamin 

vasitələr, 

immunomodulyatorlar  müalicəni  bahalandıraraq  yanaşı  reaksiyaların 

səbəbi olur və xəstəliyin gedişinə müsbət təsir göstərmir.  

 

Qeyri-medikamentoz  terapiya,  bəlğəmin  ifraz  olunması  metodlarını  daxil 



etməklə,  kəskin  dövrdə  əhəmiyyətli  olmur.  Fizioterapevtik  prosedurlar 

poliklinikada  superinfeksiya  təhlükəsini  yaradır  və  gərəksizdir.  Müalicəvi 

idman,  tənəffüs  gimnastikası  (ambulator)  plevral  dəyişikliklərin  geri 

dönməsinin tezləşməsi üçün tövsiyə olunur.  

 

О



2

-terapiya hipoksemiya zamanı reanimasiya şöbəsində aparılır.  

 

Öskürəyi sakitləşdirən dərman vasitələrinin təyini tövsiyə olunmur.  



 

 

Rejim və pəhriz  

 



Bədən hərarəti normallaşdıqdan sonra yataq rejimi yüngülləşir  

 



Soyuq  hava  tənəffüsün  dərinləşməsinə  və  tezliyinin  azalmasına  səbəb 

olduğu üçün otağın havası dəyişdirilməlidir  

 

Müalicə  effektiv  aparıldıqdan  6-10  gün  sonra  ümumi  rejimə  və  gəzintilərə 



keçmək olar  

 



İdman  ilə  məşğul  olma  qeyri-ağır  pnevmoniya  keçirdikdən  6  həftə, 

fəsadlaşmış  pnevmoniya  keçirdikdən  12  həftə  sonra  tövsiyə  olunur 

(ağciyərlərin qan dövranının funksional bərpasından sonra)  

 



Pəhriz və vitaminlərin təyini tövsiyə olunmur (iştaha tez bir zamanda bərpa 

olunur). 

 

 

Effektli müalicənin meyarları:  

 



Tam  effekt:  təngnəfəsliyin  azalması,  ümumi  vəziyyətin  və  iştahanın 

yaxşılaşması  fonunda  ağırlaşmamış  pnevmoniyalar  zamanı  24-48  saatdan 

sonra  və  ağırlaşmış  pnevmoniyalar  zamanı  72  saatdan  sonra  bədən 

hərarətinin  38°С-dən  aşağı  enməsi.  Bu  müddətdə  ağciyərlərdə  dəyişikliklər 

artmır (olduğu kimi qalır) və ya azalır.  



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə