I uşaq xəSTƏLİKLƏRİ kafedrasi tibb üzrə elmlər doktoru, professor S. M. Qasımova



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix30.05.2018
ölçüsü0,53 Mb.
#46790
1   2   3   4   5   6   7   8   9   ...   21

11 

 

arxa  və  yan  ölçüləri  təxminən  bərabərdir,  qabırğalar  onurğadan  düz  bucaq 



altında ayrılır) 

 



ağciyərləri örtən plevranın nisbətən qalın və payarası arakəsmələrin büküşlü 

olması (bu sahələrdə patoloji ocaqlar daha çox əmələ gəlir)  

 

ağciyərlərin  ayrı-ayrı  hissələrində  tənəffüs  səthinin  qeyri-bərabər 



formalaşması  

 



alveollar  arasında  Kon  məsamələri  və  Lamberti  kanalcıqlarının  inkişaf 

etməməsi  



 

Ümumi və yerli immunitetin xüsusiyyətləri:  

 



İltihabi  stimulyasiyaya  cavab  olaraq  poliklinik  nuklearların  mobilizasiyası 

böyüklərə nisbətdə 2-3 dəfə az olması;  

 

Komplementin alternativ aktivasiya komponentlərinin 2-3 dəfə azalması  



 

Zərdab  İgG  və  İgA  aşağı  səviyyədə    olması  (müvafiq  olaraq  böyüklərin  



göstəricilərinə 2 və 5 yaşda çatır), İgM 1 yaşda 

 



İnterleykinlər İL-4 və İL-5 yüksək olması  

 



Killerlərin aktivliyinin, İL-2 azalması  

 



Sekretor  İgA  broncial  sekretdə  azalması  (respirator  traktın  proksimal 

hissələrinin müdafiəsinə cavabdehlilik) 

 

Sekretor İgG azalması (respirator traktın distal hissələrinin müdafiəsi) 



 

Sekretor  İgM  çox  az  konsentrasiyası  (yalnız  4-6  yaşa  böyüklərin 



göstəricilərinə çatmış olur) 

 

Yenidoğulmuşlarda tənəffüsün fizioloji xüsusiyyətləri 

 

oksigenə  olan  tələbat  (6  ml/kq/dəq.)  böyüklərə  nisbətən  (3  ml/kq/dəq.)  iki 



dəfə çoxdur  

 



tənəffüs  sisteminin  quruluşundan  asılı  olaraq  tənəffüsün  həcmi  nisbətən 

stabildir  

 

ağciyərlərin  dəqiqəlik  ventilyasiyası  tənəffüsün  həcmindən  deyil,  daha  çox 



tənəffüsün tezliyindən asılıdır  


12 

 



 

funksional  qalıq  həcmi  (FQH)  oyaq  uşaqda  böyüklərdəki  qədərdir  (bədən 

kütləsi hesabı ilə)  

 



dəqiqəlik  alveolar  ventilyasiya  ilə  FQH-nin  nisbəti  hipoksiya,  apnoe  və 

anesteziya şəraitində iki dəfəyə qədər artır  

 

Yenidoğulmuşlarda tənəffüs pozuntularının risk amilləri  

Ana tərəfindən:  

 



çoxmayelilik və ya azmayelilik  

 



hamiləliyin pozulma təhlükəsi  

 



vaxtından əvvəl doğuş  

 



xorioamnionit  

 



dölyanı mayenin vaxtından əvvəl axması  

dölyanı mayedə mekoniumun olması 

 

Körpə tərəfindən:  

 



vaxtından əvvəl doğulma  

 



asfiksiya  

 



hipotermiya  

 

 



 

 

 

 

 

 

 

 

 

 


13 

 

TƏNƏFFÜS POZUNTULARININ VƏ ÇATIŞMAZLIĞIN 



 ƏSAS SƏBƏBLƏRİ, KLİNİK ƏLAMƏTLƏRİ  

 

Ağciyər mənşəli:  

 

hialin membran xəstəliyi  



 

yenidoğulmuşların tranzitor taxipnoesi  



 

mekonial aspirasiya sindromu  



 

anadangəlmə və ya qazanılmış pnevmoniya  



 

pnevmotoraks  



 

ağciyərlərin hipoplaziyası  



 

yuxarı tənəffüs yollarının obstruksiyası  



 

törəmələr  



 

ağciyər qanaxmaları  



 

anadangəlmə inkişaf qüsurları 



 

Ağciyərdən kənar:  

 



ürək çatışmazlığı  

 



yenidoğulmuşların persistəedən ağciyər hipertenziyası (PPHN)  

 



anadangəlmə ürək qüsurları  

 



MSS  zədələnmələri  (doğuş  travmaları,  mədəcikdaxili  qansızma,  beyin 

ödemi)  


 

asfiksiya  



 

hipoqlikemiya  



 

hipotermiya  



 

polisitemiya  



 

metabolik pozuntular (asidoz və s.)  



 

sinir-əzələ pozuntuları  



tənəffüs mərkəzinə təsir göstərən dərmanlar 

 

 




14 

 

 



TƏNƏFFÜS ÇATIŞMAZLIĞININ KLİNİK ƏLAMƏTLƏRİ 

 

Taxipnoe – tənəffüslərin  sayının  (TS) dəqiqədə 60-dan  çox olmasıdır, bu da 

ventilyasiya  və  oksigenasiyanın  adekvat  olmadığını  göstərir.  Taxipnoenin 

səbəbləri:  



qanda karbon qazının miqdarının artması (PaCO2↑)  

qanda oksigenin miqdarının azalması (PaO2↓)  

Mərkəzi  sianoz  –  qanda  oksigenlə  doymamış  hemoqlobinin  miqdarın 

artmasını, bir qayda olaraq 30-50 q/l-dən çox olmasını göstərir, ürək fəaliyyətinin 

dekompensasiyası  və  mərkəzi  sinir  sisteminin  yatırılması,  dəri  örtüyü  və  selikli 

qişaların göyərməsi, metabolik pozuntularla müşayiət olunur.  



Səsli tənəffüs – hissəvi daralmış səs yarığından havanın keçməsi nəticəsində 

yaranır.  Alveolar  qaz  mübadiləsini  uzatmaq  məqsədilə  nəfəsvermə  zamanı 

ağciyərlərin həcminin artırılmasına yönələn qeyri-iradi cəhddir.  

İniltili  tənəffüs  –  tənəffüs  vaxtı  alveollarda  qalıq  havanın  həcminin 

saxlanmasına  kömək  edir  (alveollar  boşalan  zaman  döşqəfəsidaxili  təzyiqin 

artması). 

Burun  qanadlarının  gərilməsi  (körüklənməsi)  –  havanın  keçməsi  üçün 

müqaviməti azaldır. Tənəffüsün artırılması cəhdini göstərməklə çox vaxt respirator 

distresin ilk əlamətlərindən sayılır.  

Tənəffüs  aktında  yardımçı  əzələlərin  iştirakı  –  döş  qəfəsi  ilə  funksional 

cəhətdən  əlaqədar  olan  bir  qrup  əzələnin  ventilyasiyanın  artırılmasına  yönəldən 

kompensator  mexanizmdır.  Bu  vaxt  cəlb  olunan  əzələlərin  sayının  çoxluğu 

tənəffüs  çatışmazlığının  ağırlığını  göstərir.  Nəfəsalma  aşağıdakı  sadalanan 

əzələlərin retraksiyası (gərilməsi) ilə müşayiət olunur:  

 



qabırğalar arası  

 



döş sümüyü altı  

 



qabırğa qövsü altı  

 



döş sümüyü üstü  


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə