I uşaq xəSTƏLİKLƏRİ kafedrasi tibb üzrə elmlər doktoru, professor S. M. Qasımova



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix30.05.2018
ölçüsü0,53 Mb.
#46790
1   2   3   4   5   6   7   8   9   10   ...   21

22 

 

KLİNİK ƏLAMƏTLƏR 

 

Pnevmoniya  –  ağ  ciyərə  təsir  edən  kəskin  respirator  infeksiyanın  bir 

formasıdır, ağ ciyərin iltihabıdır. Pnevmoniyanın klinik əlamətləri uşağın yaşından, 

xəstəlik  önü  fondan,  xəstəliyin  morfoloji  formasından  və  törədicinin 

xüsusiyyətlərindən asılıdır.  

Aşağıdakı simptomların müxtəlif dərəcələri ilə özünü biruzə verir:  

 



orqanizmin infeskiyaya ümumi reaksiyası (intoksikasiya əlamətləri – ümumi 

vəziyyətin pisləşməsi, qida qəbulunun zəifləməsi, hərarətin yüksəlməsi).  

 

ağ  ciyərlərdə  lokal  dəyişmələr  (perkutor  səsin  qısalması,  kütləşməsi, 



tənəffüsün zəifləməsi, xırıltılar).  

 



rentenoqramda infiltrativ kölgələr (alveolların eksudatla dolması nəticəsində 

(əsasən polinuklear neytrofillərlə dolu).  

 

öskürək.  



tənəffüs çatızmazlığı (tənqnəfəslik, köməkçi əzələlərin iştirakı. 

 

Simptomlar və gedişat  

Adətən,  ocaqlı  pnevmoniya  qəfildən  inkişaf  edir.  Xəstəlik  soyuqdəymədən 

sonra başlayır. Öskürək tədricən artır və xəstəliyin başlanğıcından 1-2 həftə sonra 

kifayət  qədər  asanlıqla  ayrılan  selikli-irinli  bəlğəm  olur.  Viruslu  pnevmoniyada 

bəlğəm çox vaxt qan tərkibli olur. Xəstəni düzgün olmayan qızdırma narahat edir: 

bədən temperaturu 37 - 39 °C arasında dövr edir. Qızdırma zəiflik, tərləmə, üşütmə 

ilə müşaiyət olunur.  

Xəstəliyin  ilk  simptomlarında  evə  həkim  çağırmaq  və  onun  nəzarəti  altında 

müalicəyə başlamaq lazımdır. Əgər güclü müalicə aparılmasa, bu hal bir neçə həftə 

və  ay  davam  edə  bilər.  Viruslu  pnevmoniyaların  müddəti  azdır,  lakin  gedişatları 

xeyli  ağırdır  və  böyük  təhlükə  mənbəyidirlər.  Bakterial  pnevmoniyada  nadir 

hallarda  ürək-damar  çatışmazlığı  ağırlaşmaları  olur;  viruslu  pnevmoniyada  bu 

ağırlaşmalar adidir. Xəstəliyin ağırlığı ağ ciyərin zədələnmiş hissələrinin sayından 

asılıdır. 



23 

 

Yenidoğulmuşlarda  və  erkən  yaşlı  körpələrdə  pnevmoniyanın 



xüsusiyyətləri  

Pnevmoniya  bu  qrup  uşaqlarda  tək  ağ  ciyərlərin  funksiya  pozulmaları  ilə 

muşaiət  olunmur.  Eyni  zamanda  sinir  sidik  ifrazat  və  həzm  sistemi  orqanları 

tərəfindən ağır pozulmalarla gedir. Daha  çox kiçik ocaqlı olur. 

 

Yenidoğulanlarda iltihab prosesi geniş sahəni əhatə edir  



 

Virus  pnevmoniya  zamanı  bronchial  epiteliy  zədələnərək  bakterial 



yoluxmaya şərait yardır.  

 



Əzələ sistemi zəifliyi səbəbindən qabırğa arası nahiyyənin tənəffüs hərəkəti 

zaman gərilməsi  

 

Hərarət çətinliklə düşür, bronchial ağacın zəngin qandamar təchizatına görə  



Burun dodaq üçbucağın göyərməsi və gərilməsi 

 

Ağır  fəsadlar  təhlükəsi  yenidoğulanlarda  ilk  aşağıdakı  əlamətlər  əmələ 



gəldikdə dərhal aktiv tədbirləri zəruri edir: 

 



Öskürək və yüksək hərarət  

 



Zökəm və bəlğəm ifrazı  

 



Təngnəfəslik və urək sıxmalarının artması  

 



Dəri örtüyünün göyərməsi  

 



Ümumi qan analizində leyykositlərin artması  

 

Birtərəfli iltihabi proses alveolların çox sayına görə (100-150 mln.) letallıqla 

nəticələnmiyə  bilər,  ancaq  qaz  mübadiləsini  pozaraq  yenidoğulmuşların  qanında 

karbon  qazının  miqdarını  artıraraq  baş  beyin  fəaliyyətinin  pozulması  ilə 

səciyələnir.  

Vaxtından əvvəl ağ ciyər toxumasının zəif və inkişafsız olması onlara dərhal 

intensiv terapiya, yaxud süni ventilyasiya ehtiyacı olur. 

 

Kliniki əlamətlər  

Qeyd etmək lazımdır ki, 15-25% xəstə uşaqlarda fizikal simptomlar və 

öskürək olmaya da bilər.  



24 

 

ÜST-nin tövsiyələrinə görə pnevmoniya üçün səciyyəvi əlamətlər aşağıdakılardır:  



 

Bədən hərarəti >380С, 3 gün və daha çox müddət ərzində  



 

Təngnəfəslik. TS dəqiqədə:  



 

0-2 ay uşaqlarda 60 və daha çox  



 

2-12 aylıq uşaqlarda 50 və daha çox  



 

12 ay-5 yaşlı uşaqlarda 40 və daha çox  



 

5 yaşdan böyük uşaqlarda 28 və daha çox  



 

5 yaşadək uşaqlarda döş qəfəsinin dartılması ağır pnevmoniyanın əlamətidir.  



 

Tənəffüsün  sayını  müəyyən  etmək  üçün  müşahidə  tam  1  dəqiqə  ərzində 

aparılmalıdır. Uşaq sakit halda olmalıdır (qidalandırılmamalıdır və ağlamamalıdır). 

2  ayadək  uşaqlarda  birinci  dəfə  saydıqdan  sonra  tənəffüs  tezləşmiş  kimi 

qiymətləndirilirsə, ikinci dəfə tam bir dəqiqə sayılır və ikinci sayılmanın nəticəsinə 

əsaslanaraq tezləşmiş tənəffüsün olması barədə qərar qəbul olunur.  

 

Bronxial  obstruksiyanın  mövcudluğu  (fitverici  tənəffüs)  böyük  ehtimalla 



tipik, 

xəstəxanadankənar 

qazanılmış  pnevmoniyanı  istisna  edir.  Belə 

pnevmoniyalar  yüksək  hərarət,  titrəmə,  döş  qəfəsində  ağrı,  bəlğəmli  öskürəklə 

səciyyələnir.  

 

Аtipik  pnevmoniyalar  çox  saylı  xırda  köpüklü  yaş  xırıltılar,  adətən 



asimmetrik,  pnevmonik  fokusun  üzərində  artan  ikitərəfli  krepitasiya  ilə  fərqlənir. 

Bir  neçə  gün  və  ya  həftə  ərzində  tədricən  artan  əlamətlər,  baş  ağrısı,  halsızlıq, 

süstlük  kimi  simptomlar  üstünlük  təşkil  edir.  Öskürək  quru  olur.  Adətən  atipik 

pnevmoniyalar  üçün  toksikoz  xarakterik  deyil.  Hərarət  mikoplazmoz  zamanı 

yüksək olur, xlamidioz zamanı isə 1-6 aylıq körpələrdə olmur.  

 

М.  Pneumonia  tərəfindən  törədilən  atipik  pnevmoniyalar  əksər  hallarda  çox 



saylı  xırdaköpüklü  assimetrik  xırıltılarla  müşahidə  olunan  yayılmış  bronxitlə 

yanaşı gedir və bu hal diaqnostik əhəmiyyət daşıyır.  

 

 

 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə