I fəSİl beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix20.09.2018
ölçüsü1,36 Mb.
#69832
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

40 
 
2011-ci  ilin  noyabrında  Beynəlxalq  Valyuta  Fondu  yeni  fəaliyyət 
strategiyasına keçdi. Yeni siyasət qısamüddətli maliyyə problemləri ilə rastlaşan 
dövlətlərə daha operativ kredit almaq imkanları  verilməsini nəzərdə tuturdu. Bu 
cür kreditlər sabit maliyyə siyasəti yürütmək yönündə parlaq tarixçəyə malik olan 
ölkələrə verilir.  
2011-ci  ilin  dekabr  ayında 
 
Beynəlxalq  Valyuta  Fondunun  rəhbəri  Kristin 
Laqard  ərəb  inqilablarının  idarə edilməsi ilə  bağlı dünya  ictimaiyyətini  xəbərdar 
etmişdir.  Kristin  Laqard  Yaxın  Şərq  və  Şimali  Afrikadakı  hadisələr  neft  ixrac 
edən  ərəb  ölkələrindəki  iqtisadi  durğunluğu  daha  da  dərinləşdirəcəyini 
söyləmişdi.  Bunun  qarşısını  almaq  üçün  Kristin  Laqard  Ərəb  ölkələrinin 
xalqlarının  tələblərinin  nəzərə  alınması,  maaşların  artırılması  və  dayanıqlı 
maliyyə  siyasəti  yeritməyin  zərurətini  vurğulamışdı.  Kristin  Laqard  Liviya, 
Tunis,  Misir  kimi  ölkələrə  maliyyə  yardımları  edildiyini  də  bildirmişdi.  Bu 
ölkələrin  rəhbərliyinə  isə  özəl  sektoru  inkişaf  etdirməklə  bağlı  məsləhətlər 
vermişdi.  Ancaq  deyəsən  bütün  bunlar  yalnız  ictimaiyyətin  gözündən  pərdə 
asmaq idi, ya da Ərəb liderləri doğurdan da məsləhətə əməl etmədi.
 
Beynəlxalq 
Valyuta  Fondu  2012-ci  ildə  qlobal  iqtisadi  artım  proqnozunu  təkrar  gözdən 
keçirmişdir.  Yeni  hesablamalara  əsasən,  artımın  Fondun  yanvar  bəyanatında 
göstərildiyindən  0,2%  çox  olacağı  və  3,5%  təşkil  edəcəyi  göstərilmişdir. 
Bütövlükdə  Fondun  ekspertləri  vurğulayırlar  ki,  dünya  iqtisadiyyatı  hələ  dərin 
maliyyə böhranıyla bağlı çətinlikləri dəf edə bilməmişdir. 
2012-ci  il  fevralın  2-də  Dünya  Bankının  İcraedici  Direktorlar  Şurasının 
üzvləri  tərəfindən  “Vyetnamda  iqlim  dəyişikliklərinin  idarə  olunması  siyasəti” 
barədə  proqram  layihəsi  qəbul  olunmuşdur.  Vyetnam  dünyanın  ən  çox  iqlim 
dəyişikliyindən  əziyyət  çəkən  ölkələrindən  biridir.  O,  daha  çox  küləklərdən, 
daşqınlardan  və  dəniz  səviyyəsinin  qalxması  nəticəsində  yaranan  fəlakətlərdən 
əziyyət  çəkir.  Proqram  çərçivəsində  Vyetnama  70  milyon  ABŞ  dolları 
məbləğində  maliyyə  vəsaiti  ayrılmışdır.  Ölkə  bu  vəsaiti  kredit    verildikdən  5  il 
sonra 25 il müddətində borcunu qaytarmalıdır. 


41 
 
 
2012-ci il martın 30-da Sidneydə keçirilmiş konfransda qeyd edilmişdir  ki, 
2000-ci ildən bəri Beynəlxalq İnkişaf  Assosiasiyası kasıb ölkələrdə yaşayan 310 
milyon  uşağın  xəstəliklərdən  müdafiəsi  siyasətini  həyata  keçirmişdir  (bu  da 
Avstraliyadakı  uşaqların  sayından  60  dəfə  çoxdur)  47  milyon  əhaliyə  kömək 
etmişdir:  sağlamlığının  yüksəldilməsi  və    ərzaqla  təmin  etmişdir  (bu 
Avstraliyanın əhalisindən 2 dəfə çoxdur). Avstraliya  Dünya  Bankının ən kasıb 
ölkələr üçün ayrılmış fonduna və Beynəlxalq İnkişaf  Assosiasiyasına ianə verən 
əsas  ölkələrdən  biridir.  Dünya  Bankı  Avstraliyada  telekommunikasiyanın 
inkişafı,  Yeni  Qvineyada  1300  km-dən  çox  yolun  restavrasiyası  və  yenidən 
təmiri, Solomon adasının ucqar kəndlərində yaşayan 50 000-dən çox əhalisi olan 
47  kəndin  infrastrukturunun  yaxşılaşdırılması  üçün  maliyyə  yardımı  ayırmışdır. 
29
Təhsilin, səhiyyənin, həyat səviyyəsinin yaxşılaşdırılması üçün Dünya Bankının 
Avstraliya ilə birgə əməkdaşlığı davam etdirəcəkləri vurğulanmışdır. 
Dünya  Bankı  2012-ci  ildə  münaqişələrin,  sabitsizliyin  iqtisadi-sosial 
inkişafa  təsirini  öyrənib.  Araşdırma  Somalidəki  dəniz  quldurluğundan  tutmuş, 
Əfqanıstandakı müharibəyə, Latın Amerikasındakı narkotik madələr alverinəcən 
həm müxtəlif mənfi, eləcə də Şimali İrlandiyada, İndoneziyada rəvan siyasi keçid 
kimi müsbət hadisələri əhatə edir. Hesabata görə, “ölkədə sabitsizlik və münaqişə 
doyunca  yeməyənlərin  sayını  orta  hesabla  iki  dəfə  artırır.  Kasıblıq  50  faiz  artır. 
Məktəbə getməyən uşaqların sayı 3 dəfə artır.” Hesabata görə, dünyada onsuz da 
1  milyard  500  milyon  yoxsul  var.  42  milyon  adam  evindən  didərgin  düşüb. 
Hesabatı  təqdim  edən  Dünya  Bankının  prezidenti  Robert  Zoellick  deyib  ki, 
insanın  təhlükəsizliyi  ilə  inkişaf  arasında  birbaşa  əlaqə  var.  Dünya  Bankının 
prezidenti vətəndaşın təhlükəsizliyinə, ədalətə və yeni iş yerlərinin yaradılmasına 
investisiyalara  çağırıb.  O,  ölkələri  bu  3  dəyəri  –  təhlükəsizliyi,  ədaləti  və  iş 
yerlərini qoruyan və inkişaf etdirən dövlət qurumlarını təkmilləşdirməyə çağırıb. 
 
                                                           
29
 http://go.worldbank.org/XC5NCJDH40About The Development Committee 
 


42 
 
II FƏSİL    Transmilli münasibətlər və transmilli korporasiyalar 
2.1  Transmilli korporasiya anlayışı, strukturu və onların yaranma səbəbləri 
Transmilli şirkət anlayışı, sürətlə irəliləyən texnoloji inkişafla eyni vaxtda 
yaranan  anlayışdır.  Transmilli  şirkət  anlayışının  izahına  bir  çox  yanaşmalar 
mövcuddur.  Ən  sadə  izaha  görə,    fərqli  ölkələrlə  əlaqəli    quruluş  və  mərkəz 
büroları  əhatə  edən  və  fərqli  məqsədləri  olan  şirkətlərin  coğrafi  cəhətdən 
parçalandığı qruplardan meydana gələn şirkətdir.
30
 
Geniş  mənada  izaha  görə,  transmilli  korporasiya  müxtəlif  ölkələrdə  qız 
şirkətlər  və  filialları  ilə  fəaliyyət  göstərən,  ümumi  satışlarının  və  iş  prosesinin 
20%-i “ana ölkə” xaricində olan şirkətlərdir.
31
  Birbaşa xarici investisiyaların tez 
bir  şəkildə  artımı,  əməyin  texnoloji      bölgüsünün    firma,  sahələrdən  və  milli 
sərhədlərdən  kənara  çıxması  müxtəlif  ölkələrdə  və  hətta  müxtəlif  qitələrdə 
filialları ilə birlikdə nəhəng beynəlxalq elmi  istehsal komplekslərinin yaranması 
ilə 
müşayət  olunur.  Transmilli  korporasiyalar  elmi-texniki  inkişafın 
sürətlənməsini istehsalın effektivliyi, menecment formalarının təkmilləşdirilməsi, 
müəssisələrlə idarəçilik kimi istiqamətlərində təmin etməklə dünya iqtisadiyyatını 
dünya istehsal təsərrüfatına çevirir. 
Rugman  və  Hodgetts  transmilli  korporasiyanın  izahını  bu  cür  vermişdir: 
“TMK  mərkəzi  bir  ölkədə  olub  fəaliyyətləri  digər  ölkələrdə  də  davam  edən 
şirkətdir”
32

TMK-lar haqqında iki önəmli məsələ vardır:
33
 
1.
 
Bu  şirkətlərin  həqiqətən  istehsala  istiqamətlənmiş  fəaliyyət 
göstərmələri; 
2.
 
Səlahiyyətlərinin birdən çox ölkədə rellaşdırılması. 
                                                           
30
 
Sumantra Ghoshal & Christopher A. Bartlett, “The Multinational Corporation as an 
Interorganizational Network”, The Academy of Management Review, Cild. 15, №. 4, October 
1990, s. 603 
31
 Fikret Güntekin, “Çok Uluslu İşletme ve Uluslar arası İşletme”, s.3 
http://fikretgultekin.com/yukseklisans/%C3%87okuluslu%20%C4%B0%C5%9Fletmeler.pdf 
(17 Haziran 2009) 
32
 Rugman və Hodgetts (1995) səh.51 
33
 Erkal Fidan, “Çok Uluslu Şirketler ve Az Gelişmiş Ülkelere Etkileri”,Celal Bayar Üniversitesi İİBF Yönetim ve 
Ekonomi Dergisi, Cilt:1,Sayı:1,1995,səh.102 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə