I fəSİl beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix20.09.2018
ölçüsü1,36 Mb.
#69832
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

49 
 
hüquqlarla  təmin  olunub  (məs.  Asiya  və  Okeaniyada  yerləşən  filiallarının 
fəaliyyətlərinin  koordinasiyası  üzrə  “General  Motors”  konserninin  regional 
administrasiyası Sinqapurda yerləşir); 

 
Kompaniyaların  fəaliyyətlərini  məhsulun  hərəkəti  vasitəsilə,  daha 
doğrusu, müvafiq istehsalat zənciri yolu ilə koordinasiya edən regional istehsalat 
idarəçiliyi.  Belə  administrasiyalar  konsernin  əsas  idarəçilik  aparatına  bilavasitə 
tabe  olan  bütün  növ  texnoloji  zəncirlərin  fasiləsiz  funksionallaşmasına,  müvafiq 
müəssisənin effektiv fəaliyyətinin təminatına məsuliyyət daşıyır.Onların məqsədi 
istehsalın  effektiv  növünün,  yeni  model  və  əmtəələrin  inkişafıdır.(məs.  90-cı 
illərin  əvvəlində  “Hewlett  –  Packard”  korpoasiyası  məhz  bu  səbəbdən  öz 
istehsalat administrasiyasını ABŞ-dan Avropaya yerləşdirdi); 

 
Funksional  regional  administrasiyalar  konsernin  spesifik  fəaliyyət 
növlərini təmin edir: satış, təminat, əmtəənin satışından sonra müştəri xidmətləri, 
elmi-tədqiqat  və  təcrübi-konstruktor  işləri  və  s.  Bu  idarəçilik  regional  və  qlobal 
planda  uyğun  gələn  bütün  strukturların  fəaliyyətlərindən  irəli  gələn  nəticələrə 
cavabdehdirlər. 
TMK-ların  tarixi  inkişafını  araşdıran  Richard  Robinson  bu  şirkətləri 
aşağıdakı şəkildə qruplaşdırmışdır:
42
 

 
Məhsulun satışının çox hissəsini öz üzərinə götürən müəssisələrlə üfüqi 
inteqrasiya prosesində olan korporasiyalar ( Fast Food şəbəkəsi). 

 
Bir sahibin əlində və istehsalatın çox vacib sferasına olan vahid nəzarət 
altında  birləşən,  şaquli  inteqrasiya  olunmuş  korporasiya.  Xüsusən  də  neft 
sənayesində xam neftin əldə olunması bir ölkədə, ayrılması  başqa, son neft 
məhsulunun satışı isə 3-cü ölkədə həyata keçirilir. 

 
Özündə şaquli və  üfüqi inteqrasiyaları ilə birlikdə milli kompaaniyaları 
birləşdirən hərtərəfli inkişaf etdirilən TMK-lar. Buna tipik misal xaricdə öz 
                                                           
42
 The Developing Countries, Development, and the Multinational Corporation 
Richard D. Robinson ,Annals of the American Academy of Political and Social Science 
Vol. 403, The Multinational Corporation (Sep., 1972), pp. 67-79 


50 
 
istehsalatının 95 %-ini quran və restoran biznesi, qida məhsullarının satışı ilə 
məşğul olan “Nestle” korporasiyasıdır.   

 
Beynəlxalq  bir  təşkilat  tərəfindən  idarə  edilən  və  heç  bir  ölkəyə  aid 
olmayan, beynəlxalq bir müqavilə ilə qurulan   TMK-lar.
43
 
Transmilli Korporasiyanın optimal strukturu “qız şirkətlər”in xarici filialları 
normal  və  davamlı  idarəetməsini  təmin  etməli  və  eyni  zamanda  xarici  filial 
menecerlərinə yerli bazarın spesifikasını nəzərə almaqla alıcı tələbatına  və yerli 
qanunvericiliyə uyğun sərbəst qərarlar verməyə imkan yaratmalıdır. 
Transmilli şirkətlərlə əlaqəli əsas anlayışlar bunlardır:
44
 
1.Ana ölkə (Origin Country) 
Transmilli şirkətin mənbəyinin aid olduğu ölkədir. Məsələn, “Sony”nin ana 
ölkəsi Yaponiya, “Microsoft”un ana ölkəsi isə Amerikadır. 
         2.Ev sahibi ölkə (Host Country) 
 
Buna  bəzən  “qəbul  edən  ölkə”  də  deyirlər.  TMK-nın  investisiya  ayırdığı 
ölkə hesab olunur. 
 
3.Üçüncü ölkə (Third Country) 
 
Ana  ölkə  və  ev  sahibi  ölkə  xaricində  olan  və  TMK-nın  fəaliyyətlərinə 
“istehsal amillərindən hər hansı birinin tədarükü” və yaxud da “bilik axını” kimi 
fərqli formalarda qatılan ölkələrdir. 
 
4.Ana Şirkət (Parent Company) 
İnvestisiya yatırılan əsas şirkətə deyilir.TMK-nın bütün sisteminin inzibati 
mərkəzi  hesab  olunur.  Onun  funksiyalarına  aiddir:  başqa  firmalarla  birləşmələr, 
yeni  firmaların  əldə  edilməsi  və  qeyri  effektiv  bölmələrin  ləğvi;  filialların  və 
bütövlükdə  korporasiyanın  uzunmüddətli  istehsal,  maliyyə  və  investisiya 
strategiyasının  formalaşdırılması;  xarici  filialların  maliyyəsi  və  yeni 
texnologiyaları üzərində nəzarət.  
5.
 
“Qız şirkət” (Subsidiary) 
                                                           
43
 Richard Robinson “The Developing Countries, Development and the Multinational 
Corporation” 1972, səh. 67-79 
44
 Kutal, Gülten;.a.g.e., s. 23; Mutlu, Esin; a.g.e., s. 11; Seyidoğlu, Halil; a.g.e., s. 552. 


51 
 
TMK sisteminin qəbul edən ölkədəki şirkəti. Burada baş şirkət aksiyalarla 
bağlı həlledici səsə malikdir və həmin şirkəti idarə edənləri təyin edə bilər. 
6.Assosasiyalaşdırılmış  şirkət  -  qəbul  edən  ölkədə  baş  şirkətin  10-50% 
səhmi olan şirkət. Baş şirkət birbaşa ona nəzarətdə iştirak etmir.  
7.Şöbələr  -  Baş  şirkətin  bütövlüklə  qəbul  edən  ölkədə  idarə  və  nəzarət 
etdiyi  bir  bölməsi.  Bu  şöbələr  həm  baş  şirkətin  nümayəndəliyi,  həm  yerli 
sahibkarlarla əməkdaşlıq edən bölmələr kimi çıxış edə bilirlər.  
TMK-lar  idarəçilik  nöqteyi-nəzərindən  fəaliyyətlərini  ölkələrə  görə  fərqli 
istiqamətlərdə yönləndirirlər. Bu baxımdan TMK-ların aşağıdakı növləri var: 
1.Tək mərkəzli (Etnosentrik) şirkətlər 
2.Çox mərkəzli (Polisentrik) şirkətlər 
3.Dünya mərkəzli (Geosentrik) şirkətlər 
 TMK-ların  iqtisadi-təşkilati  formaları  və  modelləri  də  tarixin  gedişatı  və 
ya  bu  və  ya  digər  ölkənin  iqtisadi  quruluşu  ilə  bağlı  müxtəlif  olur.  Bu  modellər 
zaman  zaman  bir-birini  əvəz  etmiş  və  ya  eyni  zamanda  müxtəlif  ölkələrin 
ərazisində mövcud olmuşlar.  
TMK-ların iki fəaliyyət modeli var:
45
 

 
Ənənəvi  davranış  modeli.  Yaranma  ölkəsində  məhsulların 
hazırlanması sonradan xaricə eksportunu nəzərdə tutur. Bu model çox baha 
başa gəlir və qeyri rasionaldır. 

 
Müasir  davranış  modeli.  İstehsalın  daha  ucuz  başa  gələcəyi 
ölkələrdə qurulması.  
 
Avropa  TMK-ları  Avropa  İttifaqının  mövcudluğu  ilə  yaranan  faydalardan 
yararlanaraq  öz  tədqiqat  laboratoriyalarını  Aİ-nin  yüksək  ixtisaslı  kadrların 
cəmləşdiyi ölkəsində yerləşdirməyə üstünlük verirlər. Məsələn, ASEA (İsveç) ilə 
Вrоwn-Воverinin  (İsveçrə)  birləşməsi  nəticəsində  meydana  gəlmiş  ABB  şirkəti 
energetika  üzrə  yeni  tədqiqat  mərkəzini  nə  İsveçdə,  nə  də  İsveçrədə  deyil, 
müvafiq  yüksək  ixtisaslı  mütəxəssislərin  çox  olduğu  Almaniyada  yaratmışdır. 
                                                           
45
 Dunning, J. H.; Multinational Enterprises and the Global Economy, Addison-Wesley, Wokingham 1993 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə