I fəSİl beynəlxalq maliyyə qurumlarının təsnifatı və onların beynəlxalq



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix20.09.2018
ölçüsü1,36 Mb.
#69832
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

34 
 
onun  səs  faizini  bir  qədər  artırdılar.  Hal-hazırda  onun  səsi  4%-dən  bir  qədər 
aşağıdır.  Böyük  Britaniya,  Fransa  kimi  böyük  dövlətlər  İcraçı  Direktorlar 
Şurasında  daimi  direktorlarla  təmsil  olunurlar.  Çin  iqtisadiyyatı  onlardan  daha 
güclü olmasına baxmayaraq, onun nümayəndəsi seçilir. 
 
Aİ BVF-da ABŞ-a qarşı rəqib kimi çıxış edə bilər. 27 üzvü olan Aİ BVF-
da bir birlik kimi səs versə, demək olar ki, səslərin 1/3 hissəsini əhatə edəcək. Bu 
isə  ABŞ-ın  səsindən  təxminən  2  dəfə  çoxdur.  Hələlik  yalnız  ABŞ  BVF-nun 
siyasətinin  formalaşdırılmasında  liderdir.  Aİ  ölkələri  bəzən  öz  aralarında  olan 
qarşıdurmalara görə razılığa gələ bilmirlər. 
 
2005-ci  ildə  DB-nın  prezidenti  Paul  Vulfovits  təyin  olundu.  O,  müdafiə 
nazirinin keçmiş köməkçisi və Corc Buşun İraqa hücum planının arxitektoru idi. 
P.  Vulfovitsin  İraq  siyasətinin  banilərindən  biri  və  qatı  müdafiəçisi  olması  DB-
nın üzvləri arasında narahatlıq doğururdu. P. Vulfovits bu fikirlərə cavab olaraq 
“Afrika DB üçün prioritet məsələdir” şüarıyla çıxış etdi. 
 
2000-ci  ildə  BMT-nin  189  üzvü  tərəfindən  “Minillik  Deklorasiya”  təsdiq 
edilmişdir.
24
 Kritik  inkişafın  nəticələrinə  nail  olmaq  üçün  varlı  və  inkişaf  etmiş 
ölkələr  birgə  fəaliyyət  göstərmək  öhdəliyi  götürmüşdülər.  Bu  öhdəliklər 
“Minilliyinin  inkişafı”nın  8  məqsədini  təcəssüm  etdirir.  Bu  məqsədlər 
aşağıdakılardır:
25
 
 
1.Kasıblığın və aclığın aradan qaldırılması 
Beynəlxalq maliyyə qurumları tərəfindən kəskin kasıblıq həddi orta hesabla 1,25 
dollar  və ya daha aşağı gəlirin olması müəyyən edilib. 1990-cı ildə 1,8 milyard 
əhalinin  gündəlik  gəliri  1,25  dollar  idi.  O  vaxtdan  bəri  inkişaf  etmiş  ölkələrdə 
kasıblığın həddi 42%-dən 25%-ə enmişdir (2005-ci il statistikasına görə Çinin və 
Hindistanın yüksək inkişafı sayəsində) . 2015-ci il üçün kasıblığın həddinin 15% 
olacağı və kasıb əhalinin sayının 900 milyon aşağı düşəcəyi gözlənilir. 
 
2. Beynəlxalq səviyyədə ibtidai təhsilə nail olmaq 
                                                           
24
 The Atlas of Global Development.Account of World Bank for 2011 
25
 The Atlas of Global Development.Account of World Bank for 2011 


35 
 
20  il  əvvəl  dünya  ölkələri  hər  bir  uşağın  ibtidai  təhsil  alması  üçün  öhdəlik 
götürdü.  Çünki  bütün  uşaqların  yaxşı  keyfiyyətli  təhsil  alması  dövlətlərin 
inkişafına və kasıblığın yüngülləşdirilməsinə səbəb ola bilər. 2008-ci ildə inkişaf 
etmiş  ölkələrdə  ibtidai  təhsil  alanlar  87%,  orta  gəlirli  ölkələrdə  92%  və  aşağı 
gəlirli  ölkələrdə  67%  olmuşdur.  Bu  o  deməkdir  ki,  70  milyon  uşaq  ibtidai 
məktəblərdə  siyahıya  alınmamış,  təxminən  onların  yarısı  qeyri-formal  təhsil 
almışdır. 
 
3. Gender bərabərliyinə nail olmaq və qadınların hüquqlarını müdafiə 
etmək 
Bu  vacib  məsələdir.  Qadınları  təhsilə  həvəsləndirilmək  lazımdır.  Çünki  təhsilli 
qadınlar  uşaqlarının  daha  yaxşı  qayğısına  qalır  və  övladlarını  çox  həvəslə 
məktəbə  göndərirlər.  Təhsil  səviyyəsinin  yüksəldilməsi  aclığın,  kasıblığın  və 
xəstəliklərin  səviyyəsinin  aşağı  sala  biləcək  ən  mühüm  vasitədir.  1990-cı  ildən 
bəri qızlar üçün təhsil imkanları genişlənməyə başlamışdır. Orta gəlirli ölkələrdə 
yüksək  gəlirli  ölkələrin  təhsil  modellərinə  oxşar  modellər  tətbiq  olunmuşdur. 
Ancaq  aşağı  gəlirli  ölkələrdə  ibtidai  və  orta  təhsil  səviyyələrində  gender  ayrı-
seçkiliyi qalmaqdadır. 
 
4. Uşaq ölümü faizini aşağı salmaq 
1990-cı  ildən  bəri  yaşı  beşdən  aşağı  olan  uşaqların  ölüm  faizi  daha  da 
pisləşməkdədir.  2006-cı  ildə  yaşı  beş  və  ondan  aşağı  olan  uşaqlar  arasında 
ölənlərin  sayı  10  milyon  olmuşdur.  İnkişaf  etmiş  ölkələrdə  1990-2008-ci  illər 
arasında  ölənlərin  sayı  25%  aşağı  düşmüşdür.  Əgər  əvvəllər  hər  1000  nəfər 
uşaqdan 101-i ölürdüsə, indi bu rəqəm 70-ə enmişdir. Qidanın yaxşılaşdırılması, 
qadınların  savadlanması,  xəstəliklərin  qarşısının  alınması,  tibbin  inkişafı,  suyun 
təmizliyi  və  sanitariya  qaydalarına  əməl  olunması  ,  dünya  miqyasında  uşaq 
ölümünün  qarşısını alan peyvəndlərin  yayılmasını genişləndirmək  üçün  maliyyə 
qurumları pul vəsaitinin ayrılması öhdəliyini götürmüşdülər. 
 
5.Ana sağlamlığına nail olmaq 


36 
 
Hər il minlərlə qadın uşaq doğumu səbəbindən və ya hamiləlik müddətində ölür. 
Bu ölümlərin 99%-i inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə baş verir. 
Daha çox 15 və 49 yaş arasında olan qadınlarda daha çox ölüm halları müşahidə 
olunur.  Avropa  və  Mərkəzi  Asiya  ölkələrində  ana  ölümünün  qarşısının 
alınmasında yüksək inkişaf var. 
 
6. Malyariya, QİÇS və digər xəstəliklərlə mübarizə  
2008-ci  il  məlumatlarına  əsasən  33,4  milyon  insan  QİÇS  daşıyıcısıdır.  Hər  8  il 
ərzində dünyada iki milyon QİÇS daşıyıcısı ölür. Malyariyanın 90%-i Sub-Saxara 
Afrikasında yayılır. 90% malyariya ölümü bu regionda, daha çox yaşı 5-dən aşağı 
olan uşaqlar arasında baş verir. 
 
7. Ətraf mühitin mühafizəsi 
İnkişaf etmiş ölkələrdə sanitariyanın səviyyəsi 1990-cı ildə 43%-dən, 2008-ci ildə 
54%-ə qalxmışdır. 
 
8. İnkişaf məqsədilə qlobal əməkdaşlığı artırmaq 
Bu  məqsədlə  beynəlxalq  maliyyə  qurumları  ətrafında  sıx  birləşmək  lazımdır. 
İnkişaf  etmiş  ölkələr  dünyada  bu  problemlərin  aradan  qaldırılması  məqsədilə 
maliyyə qurumlarının büdcəsinə külli miqdarda pul vəsaiti yatırmalıdır. 
Müasir  dövrdə  beynəlxalq  maliyyə  təşkilatları  dövlətlərin  sosial-iqtisadi 
fəaliyyət sahələrinin formalaşmasında mühüm rol oynayırlar. Hal-hazırda Dünya 
Bankı  inkişaf  etməkdə  olan  ölkələrdə  demək  olar  ki,  bütün  sahələrdə  1800-ə 
yaxın  layihəni  maliyyələşdirir.  Maliyyələşdirilən  layihələr  müxtəlif  sahələrə 
aiddir: mikrokredit sisteminin inkişafından başlayaraq, AİDS problemi haqqında 
məlumatların  əhaliyə  çatdırılmasınadək.  Bura  həmçinin,  qız  uşaqlarının  təhsilə 
cəlb olunması,səhiyyə sahəsində xidmətin keyfiyyətinin artırılması və s. aiddir.  
 
Son zamanlar Dünya Bankının fəaliyyət prioritetləri əhəmiyyətli dərəcədə 
dəyişmişdir. Belə ki, 1980-ci ildə Bankın investisiyalarının 21%-i elektrik enerjisi 
sektoruna  qoyulmuşdur.  Bu  gün  bu  rəqəm  7%  təşkil  edir.  Eyni  zamanda  , 
səhiyyənin,  təhsilin  və  pensiya  təminatının  inkişafına  yönəldilmiş  maliyyə 
resursları 22% qədər artmışdır. 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə