İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə29/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   25   26   27   28   29   30   31   32   ...   58

 
 
nim  deyil.  O,  eyni  zamanda  alplıq  və  ərənlik  qayda-
sına görə, bəylərə verilən titul olmuşdur. 
Mahmud  Kaşğarinin  “Divan”ında  bakur  sözü 
mis  mənasında  verilmişdir  (MK  III.  2006.  366).  Yu-
nus  İmrənin  şeirlərində  də  baqır  sözü  həmin  məna-
dadır  (Yunus  İmrə  2004.  303).  Qaraçay,  balkar,  baş-
qurd və kumuklar indi də qırmızı misə bakur deyirlər 
(Хабичев 1975. 47). 
Bakur etnik adı silaha sitayişlə bağlıdır. Dəmirin 
və poladın kəşfindən qabaq insanlar silahlarını misdən 
və  bürüncdən  düzəldərdilər.  Bürünc  dövrünün  sonla-
rında Elamın Paxir işşan adlı hökmdarı olmuşdur. O, 
e. ö. 1330-cu ildə kassitləri qovub, Elam vilayətlərini 
özünə tabe etmişdi (Хинц 1987. 98). 
Bakur nəslinin tarixini yalnız Çin Türküstanında 
və  Cənubi  Qafqazda  öyrənmək  mümkün  deyil.  Belə 
hesab  edirik  ki,  bir  müddət  Parfiya  hökmdarı  olmuş 
Bakur  o  nəslin  qüdrətli  nümayəndələrindən  biridir. 
Strabonun yazdığına görə II Urudun oğlu Bakur (e. ö. 
I əsr) Roma qoşunlarına ağır zərbələr vurmuşdur (Ке-
мал Алиев 1987. 34, 112). 
Güney Azərbaycanda – Mərənd yaxınlığında sa-
lınmış  Bakur  şəhəri  Bakur  nəslinin  tarixi  vətəni  ol-
muşdur.  Erməni  tarixçiləri  həmin  şəhəri  Bakurakert 
adlandırırlar  (История  Армении  1808.  266;  Шопен 
1852. 85; Шопен 1866. 54). 
X-XI  əsrlərdə  yazıya  alınan  bəzi  dualarda  elə 
adamların  adları  çəkilir  ki,  həmin  adamlar  xristian-
lıqdan qabaq yaşamış tarixi şəxsiyyətlərdir. İberlər hə-
lə  İudeyada  yaşayarkən  onları  öz  müqəddəsləri  sıra-
sına  daxil  etmiş,  xristianlıqdan  sonra  da  onları  unut-
mamışlar. 
İber  dualarının  birində  Asaf  nəslinin  adı  çəkilir 
(Джанашвили  1908.  173).  Asaf  nəsli  Tovuzdakı 
Azaflı camaatının əcdadlarıdır. O nəsil İudeya tarixinə 
görkəmli  şəxsiyyətlər  vermişdir.  Onlardan  biri  çar  və 
 
Bir çox türk 
dillərində qırmızı 
misə bakur deyilir. 
Buna uyğun 
olaraq dilimizdə 
paxır  –  qalayı 
getmiş mis sözü 
var. 
 
 


 
 
peyğəmbər Davidin (e. ö. XI əsr) saray şairi Asaf idi. 
Asaf  eyni  zamanda  dövrünün  böyük  bəstəkarı  və 
duaçısı olmuşdur (Генрих Грець 1. 218). 
Bəzi  tarixçilərə  görə,  Asaf  David  peyğəmbərin 
öz  nəslidir  (Велльгаузен  1909.  191).  Əgər  belədirsə, 
Tovuz rayonunun Azaflı kəndində müqəddəs peyğəm-
bərlərimizdən  birinin  övladları  yaşayırlar.  Onları  yal-
nız  Azaflı  Mikayılın  soydaşları  kimi  yox,  David 
peyğəmbərin uzaq nəsli kimi sevməliyik. 
Azaflı  nəslinin  qüdrətli  nümayəndələrindən  biri 
İoaxim ben – Asaf olmuşdur. O, e. ö. VIII əsrin sonları 
– VII əsrin əvvəllərində Yerusəlim sarayının baş naziri 
idi.  (История  еврейск  1914.  445).  Ben-Asafın  e.  ö. 
701-ci  ildə  düzəldilən  möhürü  arxeoloji  qazıntılar 
nəticəsində  tapılmışdır  (bax:  səh.  61).  Möhürün  üzə-
rində qanadlı bəbir təsviri var. Bəbirin başı yırtıcı quş  
şəklindədir.  Bu  da  onu  göstərir  ki,  möhürün  sahibinə 
hakimiyyəti Göy, yəni Tanrı vermişdir. 
Yəhudi  tarixçiləri  yazırlar  ki,  Asaf  Aranın  qar-
daşı  oğludur.  O,  Avraamın  zamanında  yaşamışdır 
(Велльгаузен  1909.  33).  Nəzərə  alsaq  ki,  İbrahim 
peyğəmbər e. ö. 1875-ci ildə vəfat  etmişdir  ( Шопен 
1866.  47),  deməli  azaflılar  Azərbaycanın  ən  qədim 
nəsillərindən biridirlər. 
Azaflıların  tarixən  saldıqları  şəhərlərdən  biri 
Asafat adlanırdı. Ibn Xordadbeh (IX əsr) yazır ki, Asa-
fat  Yəməndə  şəhərdir.  O,  qədimdə  Durna  adlanırdı 
(Ибн-Хордадбех 1986. 317). 
Azaflılar  assurların  və  əhəmənilərin  təzyiqi  ilə 
şimala köçdülər. Albaniyada İslam,  İberiyada xristian 
dinini  qəbul  etdilər.  Onların  adı  orta  əsr  salnamələ-
rində  Azaflı  və  Azaxlı  variantlarında  yazıya  alın-
mışdır. 
Ərəblər  Tiflisi  tutub,  Sarıçin  ordusunun  kömə-
yilə  müsəlman  əmirliyini  yaradanda  xristian  azaflılar 
Abxaziyaya  köçdülər.  X  əsrdə  Afon  mağara  monas-
Bəzi tarixçilərə 
görə, Azaflı David 
peyğəmbərin öz 
nəslidir. 
Azaflı kəndinin 
sakinləri David 
peyğəmbərin 
nəslinin son 
qalıqlarıdır. 
Azaflılar 
dəmirçilərlə 
birlikdə 
Gürcüstanla 
Azərbaycan 
arasında sultanlıq 
yaratdılar. 


 
 
tırında yurd saldılar. Düşünürük ki, həmin monastırda 
yaşayan fələstinli qoca İasaf (Полиевктов 1926. 215) 
Azaflı nəslinin patriarxlarından biri olmuşdur. İosafın 
yaşadığı İber monastırının xarabalığı XIX əsrin sonla-
rına qədər qalırdı (Цагарели 1886. VI, XXVII). 
Azaflıların müsəlman hissəsi Tiflisdən xeyli aşa-
ğıda  Kür  çayı  boyundakı  qışlaqlarda  yaşayırdı.  Nadir 
şahın  ölümündən  sonra  Azərbaycan  xanlıqlara  bölü-
nəndə onlar gürcülərin nüfuz dairəsinə düşdülər. Kartli 
çarlığının 1760-cı ilə aid vergi dəftərində göstərilir ki, 
Azaklı-Demirçi  min evdən ibarət  sultanlıqdır (Новые 
архивные 2777. 129). 
Azaflıların bir hissəsi də İrəvan bəylərbəyliyinin 
tərkibində  idi.  XIX  əsrin  ortalarında  İrəvan  quber-
niyasında  3  Azaxlar  kəndi  qeydə  alınmışdı  (Шопен 
1852.  509).  Həmdullah  Qəzvini  (XIV  əsr)  yazır  ki, 
Təbriz  yaxınlığındakı  kəndlərdən  biri  Asak  adlanır 
(Həmdullah Qəzvini 1986. 50). 
Azov  dənizi  orta  əsr  müsəlman  mənbələrində 
Azak, bəzən də Azav adlandırılır (Bakıxanov 1951. 82; 
Бартольд  III.  1966.  520-521).  Azov  dənizi  sahilində 
yaşayan Urum türklərinin Azavlı Dosmambet adlı bəyi 
olmuşdur (İrуnа Дrуqа 2005. 214-215). Kazak bəyinin 
Dosmambet-Dost  Məhəmməd  adından  görünür  ki,  o, 
müsəlman olmuşdur. 
Azak, Azay, Aza, Azaf eyni adın müxtəlif vari-
antlarıdır. Mahmud Kaşğari yazır ki, Azak Oğuz bəy-
lərindən biridir (MK IV. 2006. 61, 720). Azov dənizi-
nin adı həmin bəyin adı ilə orta əsr müsəlman mənbə-
lərində  Azap  formasında  yazıya  alınmışdır.  V.V.Bar-
tolda  görə,  Azak  və  ya  Azap  qədim  Tana  şəhərinin 
sonrakı adıdır (Бартольд III. 1966. 520-521). 
V  əsrdə  Albaniyanın  Asay  adlı  çarı  vardı  (Al-
baniya  tarixi  1993.  19,  211).  Düşünürük  ki,  həmin 
Asay Urartuya düşmən olan Aza nəslinin sonrakı baş-
çılarından biridir. Çar Argisti  e. ö. 782-ci  ildə  Göyçə 
Azap, yəni Azov 
Dana şəhərinin 
sonrakı adıdır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə