İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə26/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   22   23   24   25   26   27   28   29   ...   58

 
 
Erməni  və  gürcü  alimləri  aslanın  türk  sözü 
olduğunu etiraf edirlər (Патканов 1883.218; Хаханов 
1897.  149;  Вермишев  1904.  96.  117).  Ancaq  çarın 
türklüyü  ilə  barışa  bilmirlər.  Kerop  Patkanov  iddia 
edir  ki,  Vaxtanqın  ləqəbi  Qorq  olmuş.  Aslan  adı  ona 
səlcuqlar  Anadolunu  tutandan  sonra  əlavə  edilmişdir 
(Патканов 1883. 218). 
Söz  yox  ki,  Kerop  Patkanov  V  əsrdə  qələmə 
alınmış “Kartlinin dönməsi”ndən xəbərsiz deyildi. Or-
da  aydın  şəkildə  Vaxtanqın  adı  Qoqrasal  yox,  Qorq 
Aslan  kimi  yazılmışdır  (Джуаншериани  1936.  13). 
Ən  yaxşı  halda  erməni  və  gürcü  tədqiqatçıları  təsdiq 
edirlər  ki,  aslan  türk,  qorq  fars  sözüdür  (Патканов 
1883. 208; Вермишев 1904. 114). 
Qorq  hindavropa  mənşəli  söz  olsaydı,  o,  fars 
dilindən  başqa  digər  qohum  dillərdə  də  işlənərdi. 
Digər hindavropa dillərində qurda qorq yox, volf, volk 
deyilir. Fikrimizcə, qorq sözü türk dillərindəki qorxut-
maq felinin köküdür. 
Özbəklərin  “Xannamə”  dastanına  görə,  Yafəs 
övladları anadan aslan və qurd balası kimi doğulurlar. 
Qurdlar  böyüyəndə  döyüşçü,  aslanlar  xaqan  olurlar. 
Vaxtanqın  dəbilqəsinin  arxasındakı  aslan  təsviri  onu 
bildirir ki, o, qurd kimi, yəni vassal hakim kimi aslan 
tərəfindən  himayə  olunur.  Aslan  onun  dayısı  Varaz 
Bakur  idi.  O,  Bərdədə  Aran  taxtında  oturub,  bacısı 
oğlu Qorq Aslan vasitəsilə İberiyanı idarə edirdi. 
Belə  hesab  edirik  ki,  Qorq  Vaxtanqın  adı  yox, 
totem adıdır. Totemi qorq, yəni qurd olan nəsil İberi-
yada  sasanilərdən  qabaq  yaşayırdı.  Onların  arşakidlər 
dövründə Qorqian adlı qala-şəhəri olmuşdur (Хоренс-
кий 1809. 83). Başqa bir Qorq şəhəri Diyarbəkirin 20 
km. qərbində yerləşirdi (Патканов 1879. 25). 
1872-ci  ildə  Gürcüstandan  tapılan  IV-V  əsrlərə 
aid  bir sinə daşında  yazılıb:  –  Bu qəbir  əziz ata İequ-
dundur.  Onu  Qorq  da  adlandırırlar  (Аnакидзе  1968. 
Erməni və gürcü 
alimləri aslanın 
türk sözü 
olduğunu etiraf 
edirlər, ancaq 
çarın türklüyü ilə 
barışa bilmirlər. 
Gürcüstanın IV-
V əsrlərə aid 
qəbir daşlarında 
türk adları var. 


 
 
194-195). Yenə o dövrə aid başqa bir sinə daşında ya-
zılıb:  –  Bu  qəbir  İosif  bar-Qazanındır  (Аnакидзе 
1968. 200-201). 
Göründüyü kimi, hər 2 qəbirdə yəhudi dinli, an-
caq  türk  əsilli  adamlar  dəfn  olunmuşdur.  İequd,  İosif 
yəhudi,  Qorq  və  Qazan  türk  adlarıdır.  Qorq  nəslinin 
bir  zaman  yəhudi  dinli  olduğunu  digər  mənbələr  də 
təsdiq  edir.  Onların  adı  Qorqia  şəklində  e.  ö.  I  minil-
liyin  əvvəllərində  çəkilir.  Qorqia  İudeya  çarı  Davidin 
ətrafında  toplaşan  tayfalardan  biri  idi  (Хоренский 
1809. 30). 
Mari Brosse yazır ki, köçkün tayfaların Kür çayı 
boyuna  miqrasiyaları  tarix  boyu  fasilələrlə  davam 
etmişdir  (Мари  Броссе  1879.  5).  Məcburiyyət  qarşı-
sında  öz  bərəkətli  torpaqlarından  Qafqaz  dağlarının 
ətəklərinə sıxışdırılan etnoslardan biri də Qorq idi. 
“Çar  Davidin  tarixi”ndə  göstərilir  ki,  Tiflislə 
Bərdə  arasında  Kür  çayı  boyunca  qışlaqlarda  çoxlu 
türk  tayfaları  yaşayırlar  (Меликсетбаков  1939.  9). 
Həmin  məlumatı  başqa  mənbələr  də  təsdiq  edir. 
Göstərilir ki, Albaniya ilə İberiya arasındakı məhsullar 
vadilərdə  türklər  və  albanlar  yaşayırlar  (Вермишев 
1904. 6). 
Öncə qeyd etdiyimiz kimi, Qorq Aslanı İ.O.Sen-
kovski iber  yox, hansısa türk tayfasının  başçısı hesab 
edir  (Хантадзе  1970.  83).  Fikrimizcə,  hansısa  türk 
tayfası ifadəsi Aslanın Qorq nəslinə aiddir. 
Qorq  Aslan  yalnız  bacarılı  bir  sərkərdə,  qoşun 
başçısı deyildi. O həm də dövrünə görə mahir bir döv-
lət  adamı,  incə  siyasətçi  idi.  Onun  bir  arvadı  Bizans 
imperatoru  Levin  qızı  (Патканов  1883.  208),  ikincisi 
sasanilərin  Aran  hakimi  Bakurun  bacısı    idi  (Джуан-
шериани 1986. 58, 59). 
Qorq    Aslan  şəraitdən  asılı  olaraq  gah  Bizansın 
tərəfində  sasanilərə,  gah  sasanilərin  tərəfində  yunan-
lara  qarşı  vuruşurdu.  O,  Antioxiya  kilsəsindən  asılı 
Kür çayı 
boyunca 
qışlaqlarda – 
Bərdə ilə Tiflis 
arasında tarixən 
türklər və 
albanlar 
yaşamışlar. 


 
 
olan  Metex  kilsəsini  sökdürüb,  yerində  müstəqil  iber 
kilsəsi tikdirmişdi (Армения и Рим 1848. 216). 
P.İoseliani yazır: – Qorq Aslan sasani meylli idi 
(İоселиани  1866.  91.  94).  Əslində  o,  sasaniləri  sev-
mir,  ancaq  onlarla  münasibətləri  də  korlanmaq  istə-
mirdi. Onun qızıl dəbilqəsinin arxasına atəşpərəst mə-
bədinin təsviri həkk olunmuşdu (Буачидзе 1983. 153). 
Qasmon  Buaçidze  bunu  onunla  əsaslandırır  ki,  Vax-
tanqın  anası  atəşpərəst  doğulmuşdur.  Ancaq  onun 
İrana  meyl  etməsini  yalnız  bununla  bağlamaq  olmaz. 
Qorq Aslan ilk qələbələrini çalıb, qızıldan dəbilqəsini 
düzəltdirəndə sasanilərin tərəfində idi. Hind səfərində 
göstərdiyi  igidliyə  görə  ona  səlahiyyət  verilmişdi  ki, 
yunanları  ölkənin  qərbindən  qovub,  dağlı  tayfaların 
basqınlarının qarşısını alsın. Dəbilqədəki məbədin təs-
viri  sasanilərdən  asılılığa  işarədir.  Qorq  Aslan  o  za-
man  Bizansın  vassalı  olsaydı,  dəbilqəsinə  xaç  təsviri 
döydürərdi. Yaxud o, gürcü tarixçilərinin iddia etdik-
ləri kimi, müstəqil hökmdar olsaydı, dövlətin gerbi və 
möhürü  olardı.  Arxeoloji  qazıntılar  zamanı  İberiya 
dövlətinin  gerbi  və  möhürü  tapılmamışdır  (Мари 
Броссе 556. 104). 
Qorq  Aslanın  sasanilərlə  münasibəti  sonradan 
pozuldu.  Eftalitlər  İranın  şərq  vilayətlərini  tutanda 
Aran  hakimi  Bərdəni  boş  qoyub,  sasanilərə  köməyə 
getdi.  Qorq  Aslan  bu  fürsətdən  istifadə  edib,  ona  aid 
olmayan  vilayətləri,  Kür  çayının  sağ  sahilindəki  şə-
hərləri  tutmağa  başladı.  Bərdə  vasitəsilə  sasanilərə 
bağlı olan həmin şəhərlər Safar, Bazar, Kərəm, Ucar-
ma və b. idi. O şəhərlərin tutulması İranla toqquşmanı 
qaçılmaz etdi. 
Qorq Aslan son döyüşdə qüvvələr nisbətini düz-
gün  hesablamamışdı.  O,  Ucarma  şəhəri  yaxınlığında 
İran  meylli  qüvvələrin  ox  yağışına  düşüb,  ağır  yara-
landı  və  həmin  yaradan  öldü  (Джуаншериани  1986. 
92-94)  Qorq  Aslan  öləndə  xristian  qaydası  ilə  yox, 
İberiya müstəqil 
dövlət olsaydı, 
onun gerbi və 
möhürü olardı. 
Qorq Aslan 
öləndə xristian 
qaydası ilə yox, 
türk adəti ilə 
dəfn edildi. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə