İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə25/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   21   22   23   24   25   26   27   28   ...   58

 
 
İlik arkı – arxasınca gələn, varis (Юсифов 1968, 
208, 390). 
Aplu  –  vərəsəlik  hüququ  olan  oğul  (Юсифов 
1968. 390). Çuvaş dilində avlu oğlu deməkdir. 
Zer  şu  –  sulanan  tarla,  bostan  (Юсифов  1968. 
219). 
Zu  –  yeri  şumlamaq  (Юсифов  1968.  222,  227). 
Lu şumlamaq, sürmək sözlərinin köküdür. 
Aqe – suyun axması (Юсифов 1968. 226). 
Kuk  –  səma,  göy  (Юсифов  1968.  250).  Türk 
dilində göyə kok, gök deyilirdi. 
Girə-çəki  (Юсифов  1968.  279).  Girə  girvənkə 
sözünün köküdür. 
Arper  –  titul  (Марр  1914.  16).  Alper  Tonqa-
Turan xaqanı. 
Hemen – həmən, həminki (Марр 1914. 26). 
Gizza – kəs (Марр 1914 31). 
Akka-atta – ata-ana (Марр 1914. 35). 
Tədqiqata  cəlb  etdiyimiz  mənbələr  göstərir  ki, 
Gürcüstan  tarixən  yalnız  gürcülərin,  Armini  yalnız 
ermənilərin  vətəni  olmamışdır.  Gürcü  və  ermənin 
ədəbiyyatı yalnız gürcülərin və ermənilərin ədəbiyyatı 
deyildir.  Bu  ədəbiyyatda  bizim  payımız  vardır.  Biz 
heç  kəsin  payına  əl  uzatmırıq.  Eynilə  istəmirik  ki, 
bizim tarixi haqlarımızı dansınlar. 
Gürcüstan 
yalnız 
gürcülərin 
vətəni deyildir. 


 
 
Qorq Aslan dastanı – eposdan salnaməyə 
 
Aran  nəslinin  süqutundan  sonra  İberiyada  Par-
nauz  hakimiyyətə  gəldi.  Parnauzun  övladları  e.  ö.  III 
əsrdən  VII  əsrə  qədər  İberiyanı  idarə  etdilər.  Həmin 
nəslin  son  qüdrətli  nümayəndəsi  Qorq  Aslan  (446-
499)  olmuşdur  (Джуаншериани  1986.  giriş;  Хан-
тадзе 1970. 30). 
Çox gənc yaşlarında hakimiyyətə gələn Vaxtanq 
Qorq  Aslan  qısa  müddətdə  ölkəni  öz  qılıncı  altında 
birləşdirdi.  Qara dənizin  şərq sahilləri istisna olmaqla 
bütün  İberiyanı  vahid  bir  dövlətə  çevirdi  (Бакрадзе, 
Берзенов 1870. 18). 
Qorq Aslan hələ  yeniyetmə ikən Sasani  şahı  Fi-
ruzun  Hind  səfərində  iştirak  etmiş  (Вермишев  1904. 
115), cəsur bir döyüşçü kimi ad çıxarmışdı. Bu barədə 
Bizans tarixçiləri  yazır,  ancaq  gürcü tarixçiləri susur-
lar. Çünki onlara ana xəttilə Bərdənin hakim nəslindən 
olan (İoселиани 1866. 91, 94; Джуаншериани 1986. 
58.  59)  İberiya  çarının  Aran  mənşəyindən  danışmaq 
maraqlı deyildir. 
“Qorq Aslaniani” dastanında bu barədə məlumat 
verilmir.  Çox  ehtimal  ki,  1709-1717-ci  illərdə  çar  VI 
Vaxtanqın  göstərişi  ilə  həmin  bilgilər  mətndən  çıxa-
rılmışdır. 
Sasanilərin  eftalitlərin  basqını  nəticəsində  zəif-
ləməsindən  istifadə  edən  Aran  hakimi  Varaz  Bakur 
bacısı  oğlu  Qorq  Aslana  12  minlik  qoşun  verdi. 
(Джуаншериани  1986.  63).  Həmin  qoşunun  köməyi 
ilə  Vaxtanq  3  il  ərzində  dağlı  tayfaları  tabe  etdi.  Yu-
nanları ölkədən qovub çıxartdı (Джуаншериани 1986. 
80, 83, 91). 
Kaxeti  və  Eretinin  Ucarma,  Kərəm,  Uruztav 
(Rustavi),  Çor  şəhərlərini  tutdu 
(
Джуаншериани 
1986.  91-93).  Sasanilərə  qarşı  xristianlıqdan  bir  ideo-
loji  dayaq  kimi  istifadə  edərək  həmin  şəhərlərə  ye-
Qorq Aslan hələ 
yeniyetmə ikən 
Aran hərbi 
dəstəsinin 
tərkibində 
sasanilərin Hind 
səfərində iştirak 
etmişdi. 
Aran hakiminin 
12 minlik qoşunu 
olmasaydı, Qorq 
Aslan 
hakimiyyətə gələ 
bilməzdi. 


 
 
piskoplar  təyin  etdi.  Ucarma  şəhərini  özünün  iqamət-
gahına çevirdi (Джуаншериани 1986. 83, 91). 
Qorq  Aslan  yalnız  Eretini  tuta  bilmədi.  Ereti 
Albaniyaya bağlı olan ayrıca knyazlıq  – eristavlıq idi 
(Джуаншериани  1986.  83,  91).  Eristav  bir  nəsildən 
olan erlərin, yəni döyüşçülərin başçısına deyilirdi. 
Qorq Aslanın Kür çayının sağ sahilində tutduğu 
vilayətlərdən biri Taşiskari adlanırdı (Джуаншериани 
1986.  84,  135).  Taş  türk,  kar  sami  dillərində  daş  de-
məkdir.  V  əsr  erməni  mənbələrində  həmin  mahal  Ta-
şir, yəni daş ər adlandırılır. Çox güman ki, gürcülər VI 
Vaxtanqın zamanında Taşər vilayətinin adını Taşiskari 
formasına salıblar. 
Gürcülərin  öz  tarixi  qəhrəmanlarına  çevirdikləri 
Qorq  Aslan  nəinki  gürcü,  heç  iber  də  deyildi.  Mari 
Brosseyə istinadən İ.O.Senkovski yazır ki, o, iber yox, 
hansısa  türk  tayfasının  başçısı  olmuşdur  (Хантадзе 
1970. 83). 
Vaxtanqın  adı,  titulu,  hətta  atının  adı  türk  dillə-
rinin  tarixi  leksikası  əsasında  izah  olunur.  O,  üç  illik 
uğurlu  döyüşdən  sonra  özünə  qızıldan  arxası  aslan, 
önü  qurd  başı  formasında  dəbilqə  düzəltdirmiş,  bun-
dan  sonra  Qorq  Aslan  adı  ilə  tanınmışdı  (Джуан-
шериани  1986.  30;  Патканов  1883.  218;  Хаханов 
1895. 294). 
Müasir gürcü alimləri İberiya çarını Qorqasar və 
Qorqasal  adlandırırlar.  Halbuki  V  əsrdə  qələmə  alın-
mış  və  X  əsrdə  redaktə  edilmiş  “Kartlinin  dönmə-
si”ndə  çar  Qorq  Aslan  adlandırılır  (Джуаншериани 
1986. 13). 
Kerop  Patkanov  yazır  ki,  qədim  gürcü  sal-
namələrində çarın adının Qorqasar və Qorqasal forma-
sına az, Qorq Aslan variantına çox təsadüf edilir (Пат-
канов  1883.  217).  Dastanın  Çərkəz  variantında  da 
çarın  adı  Qorqasal  deyil,  Qorq  Aslandır  (Картлись-
Цховреба 1905. 182). 
Qorq Aslanın 
atının adı Dayça 
idi. 
Qorq Aslan 
gürcü deyil, 
hansısa türk 
boyunun 
başçısıdır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə