İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə31/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   27   28   29   30   31   32   33   34   ...   58

 
 
baruklarla  müqayisədə  baraklar  daha  geniş  coğrafi 
ərazilərdə yayılmışlar. 
488-ci  ildə  Bərdə  yaxınlığında  keçirilən  Alba-
niya  kilsə  məclisində  As  Parakos  adlı  qəbilə  başçısı 
iştirak etmişdi (Albaniya tarixi 1993. 75). Həmin qəbi-
lə başçısının adı As Barak olmuşdur. –os yunan dilin-
dən alınma şəkilçidir (Патканов 1883.  244; Абаев 1. 
1949. 168). 
Fərab  şəhərinin  əski  adı  Farak  (Письменные 
памятники 1979.6), yəni Barak olmuşdur. Əbdürrəşid 
Bakuvidə  Fərab  mahalının  adı  Barak  şəklindədir. 
Bundan  əlavə,  Şaş  (Taşkent)  şəhəri  yaxınlığında  As 
Barak adlı dağ vardı. Ərəb dilli mənbələrdə As Barak 
dağının adı As Bara formasında yazıya alınmışdır (Ba-
kuvi 1992. 124). 
“Manas”  dastanının  Altay  versiyasında  Bay  Ba-
rak  eponimi  var.  O,  Alp  Manasın  atasıdır  (Бартольд 
1999.  50,  206,  308).  Ərəblərin  türk  əsilli  Boz  Barak 
adlı  qoşun  başçısı  olmuşdur.  O,  Afşinin  tərəfində 
Babəkə  qarşı  vuruşurdu  (Ахмад  ибн  Асам  ал-Куфи 
1982. 46). 
Anadoluda yaşayan baraklardan Barak baba adlı 
təriqət  şeyxi  çıxmışdır.  O,  Yunus  İmrənin  (XIII  əsr) 
müəllimi  Tapdıq  İmrənin  mürşidi  idi  (Yunus  İmrə 
2004.  4).  Faruk  Sümər  yazır  ki,  artıq  XVI  əsrdə  ba-
raklar Anadolunun güclü tayfalarından biri idilər (Fa-
ruk Sümər 1992. 201). 
İber  dualarında  Barakın  adının  Musa  peyğəm-
bərdən sonra xatırlanması onun yəhudi dinli icmaların 
birinin  rəhbəri  olmasına  işarədir.  Bu  cür  mənbələri 
öyrənməklə  biz  xristianlıqdan  öncəki  tariximizin  bir 
çox qaranlıq məqamlarına aydınlıq gətirə bilərik. Əldə 
etdiyimiz  mənbələrin  təhlili  belə  bir  fikri  əminliklə 
irəli sürməyə imkan verir ki, türk xalqlarının əcdadları 
hər  üç  səmavi  dinin  yaranmasında  və  yayılmasında 
həlledici rol oynamışdır. 
Fərab şəhərinin 
əski adı Barak 
olmuşdur. 
 
Türkiyənin  
təriqət 
şeyxlərindən 
biri Barak baba 
(XII əsr) idi. 
 
Barak Naftali 
nəslindən 
çıxmışdır. 
Naftali Yaqub 
peyğəmbərin 
nəslidir. 


 
 
Yəhudi  tarixçilərinə  görə,  Barak  Kənan  mənşəli 
knyazlardan  biridir.  O,  Kənan  tayfa  birliyinə  aid  olan 
Naftali  nəslindən  çıxmışdır.  Naftali  Bibliyaya  görə, 
peyğəmbər  İakovun  nəslidir  (Эрист  Ренан  IV.  225, 
226). 
Naftali  və  Dana  nəsilləri  hələ  eradan  öncə    XV  
əsrdə  –  Musa  peyğəmbərlə  Misirdən  qovulanda  tək-
allahlı  idilər.  Ancaq  onlar  Yaxveni  tanımırdılar.  Tək 
tanrının  timsalı  kimi  Dana  adlandırdıqları  qızıl  buğa 
bütünə  sitayiş  edirdilər.  İnanırdılar  ki,  Dana  İnaxın, 
yəni  inəyin  oğludur.  Ona  görə  də  çar  və  peyğəmbər 
David (e. ö. XI əsr) Yaxveni ümumisrail tanrısına çe-
virmək  istəyəndə  onların  ciddi  müqaviməti  ilə  qar-
şılaşdı.  O  dövrün  əfsanələrində  heyrətlə  bildirilir  ki, 
Kat,  Dana,  Naftali  nəsilləri  atların  ayağına  dolaşan 
ilanlar  kimi,  öz  azadlıqları  uğrunda  vuruşurdular 
(Грець  1.  87;  Грець  2. 1907,  30,  39,  69,  96;  Иосиф 
Флавий 52390, 97). 
Sonralar Dananın İnax adı ilə Ellada panteonuna 
daxil olmuşdur. 
Kənan tayfa ittifaqında birləşən şimal köçəriləri, 
o  cümlədən  Barak  nəsli  Daviddən  və  oğlu  Süley-
mandan sonra uzun müddət öz azadlıqlarını qorudular 
və  VII  əsrin  ortalarına  qədər  qızıl  dana  bütünə 
tapınmaqda davam etdilər (Грець 2. 1907. 30, 39, 69, 
96). 
İber  duaları  ilə  yanaşı  biz  alban,  kopt,  yəhudi, 
süryani  folklor  nümunələrini  tədqiqata  cəlb  etsək, 
orada  dilimizin  və  tariximizin  çox  qiymətli  nümunə-
lərini tapa bilərik. 
Azərbaycanın  tarixi  toponimləri  arasında  Parax-
lar,  Göz  Barax  etnotoponimlərinin  varlığı  göstərir  ki, 
qədim barakların bir neçə qolu Azərbaycan ərazisində 
yurd salmışdır. 
İber  dualarında  hörmətlə  xatırlanan  müqəddəs-
lərdən  biri  Alaverdeli  İosifdir  (Цагарели  1804.  104). 
Alaverdeli İosif 
Alaverdi 
mahalından və 
ya nəslindəndir. 
 
Dana nəsli 
atların 
ayaqlarına 
dolaşan ilanlar 
kimi öz 
azadlığını 
qoruyurdu. 


 
 
Gürcü  dilçiləri  bildirirlər  ki,  Alaverdeli  Alaverdili 
deməkdir. 
Alaverdili  Yusif  Suriyadan  Kaxetiyə  gələn  13 
müqəddəs  atadan  biri  idi.  O,  VI  əsrdə  öz  nəslinin  və 
ya  mahalının  adını  daşıyan  monastırın  əsasını  qoydu. 
Gürcü tarixçiləri İosifin hansı nəsildən çıxması barədə 
susurlar. Sadəcə bildirirlər ki, o, suriyalı 13 müqəddəs 
atadan  biridir  (Грузия  и  Армения  1848.  108,  236; 
Хаханов 1895, 328; Чубинашвили 1948. 4). 
Alaverdi monastırı VII əsrdən yepiskopluq mər-
kəzinə  çevrildi  və  XIX  əsrə  qədər  fəaliyyət  göstərdi. 
Öncə Kaxetinin, XII əsrdən sonra Gürcüstanın əsas zi-
yarətgahlarından biri oldu (İoceлиани 1843. 34;  İoce-
лиани 1858. 21; İoceлиани 1866. 17, 62). 
İosif Alaverdelinin Suriyadan gəlməsi onun sami 
əsilli  olması  deyil.  Suriyada  əskidən  Sam,  Kam  və 
Yafəs övladları yaşayırdılar. Alaverdelinin çıxdığı Ala 
Sam nəsli deyildir. 
Ernst Renan yazır ki, Suriyanın  yerli əhalisi Sa-
mi  mənşəli  deyildi.  Ərəbistan  səhrasından  gələn  xa-
naanlar  onları  samiləşdirdilər  (Эрнст  Ренан  2750. 
34).  Ancaq  digər  tarixçilər  bu  fikri  təsdiq  etmirlər. 
Bildirirlər ki, samilər Suriyanın yerli ağ irqini sonadək 
məhv edə bilməmişlər (Шопен 1866. 203). 
Alaverdili  Yusif  Suriyanın  qeyri-sami  əhalisinin 
–  ağ  irqinin  nümayəndəsi  idi.  Bizim  üçün  maraqlıdır 
ki,  Alaverdi  soyadının  tərkibində  verdi  feli  aşkar 
görünür. 
İosif Suriyanın Ala nəslindən çıxmış yeganə din 
xadimi deyildir. Ondan 3 üz il qabaq – ilkin xristianlıq 
dövründə Suriyanın  Ala  adlı din  xadimi  vardı (Кеке-
лидзе 1961. 89). 
Ala  nəslinin  əsas  hissəsi  eradan  öncə  II-I  minil-
liklərdə  Van,  Urmiya  və  Ararat  bölgələri  arasında 
yaşayırdı.  Herodot  onları  Alarodien  adlandırır.  Ala-
rodienlər  Urartu  dövlətinin  süqutundan  sonra  əhəmə-
Alaverdili Yusif 
Suriyanın Sam 
nəslindən 
çıxmayıb..  
Ala nəslinin 
ölkəsi Assuriya 
mixi yazılarında 
Alaya, Urartu 
kitabələrində 
kur Ala 
adlandırılır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə