İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə1/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
  1   2   3   4   5   6   7   8   9   ...   58


 
 
 
İlhami Cəfərsoy 
 
 
 
 
 
 
 
 
İ B E R   V Ə   H ’ A Y  
F O L K L O R U N D A   T Ü R K   M İ F İ K  
T Ə F Ə K K Ü R Ü N Ü N   İ Z L Ə R İ  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
BAKI - 2014 
 
 
 
Elmi redaktor: 
Tofiq Hacıyev 
Akademik 
 
 
 
Rəyçilər:  
 
   Seyfəddin Rzasoy  
 Filologiya elmləri doktoru 
 
 
Çingiz Qaraşarlı 
Filologiya elmləri doktoru 
 
İslam Sabuq 
 
 
 
Filologiya üzrə fəlsəfə doktoru 
 
İlhami  Yusif  oğlu  Cəfərsoy.  İber  və  H’ay  folklorunda  türk  mifik  təfəkkürünün 
izləri. Bakı, 2014, 217 səh. 
 
 
Monoqrafiya iber və h’ay adı altında gizlədilən türk etnoslarının folkloruna, 
dilinə və etnik tarixinə həsr olunmuşdur. 
Əsərdə  sübuta  yetirilir  ki,  iber  dili  indiki  gürcülərin,  h’ay  dili  indiki 
ermənilərin  dili  deyildir.  İberlər  və  h’aylar  iltisaqi  dilli  olub,  Azərbaycan  və 
Anadolu türklərinin qan qohumlarıdır. 
Kartli çarı VI Vaxtanqın zamanında – 1709-1736-cı illərdə ayrı-ayrı qəbilə-
tayfa dillərində yazılmış salnamələr gürcü dilinə tərcümə olunmuş, ilkin nüsxələri 
məhv edilmişdir. Eyni qayda ilə ermənilər qıpçaq, bulqar, xəzər dillərində yazılmış 
ədəbi-tarixi nümunələri öz dillərinə çevirib, orijinalları yandırmışlar. 
Nəticə  olaraq  bildirilir  ki,  türklər  qədim  Ön  Asiyanın  –  Troyanın,  Şumer, 
Elam, Misir mədəniyyətinin yaradıcılarından biri olmuşlar. 
 
 
 
 
İSBN . . . . . . . . . . . . . . . . . . . . . .    
 
 
 
 
 
 
 
 
 
İlhami Cəfərsoy
 



 
 
Bars dərisi geymiş koma: 
Aran eposu 
 
Gürcüstan  mədəniyyətinin  qızıl  dövründə  –  XII 
əsrdə yazılan “Bars dərisi geymiş koma” poeması ori-
jinal bir əsər olmayıb, Aran folklorundan tərcümədir. 
Aran  həm  ölkənin,  həm  də  ölkənin  hakim  nəs-
linin adıdır. Həmin nəslin böyük qanadları Albaniyanı, 
kiçik  qanadları  İberiyanı  idarə  edirdi.  İberiyanın  ilk 
çarı Aran nəslindən Azon olmuşdur. O, eradan qabaq 
IV  əsrin  sonlarında  makedoniyalıların  vassalı  kimi 
İberiyanı  idarə  etmişdir  (Картлись  Цховреба  1905. 
204; Мамулиа 1979. 181, 182). 
Sasanilərin  zamanında  İberiya  Aran  hakimi 
tərəfindən  idarə  olunurdu.  İberiya  çarı  Vaxtanq  Qorq 
Aslan  (446-499)  Aran  hakiminin  bacısı  oğlu  idi 
(Джуаншериани 1986. 58, 59; Патканов 3160. 208). 
O  Qorq  Aslan  ki,  onu  Mari  Brosse  və  İ.O.Senkovski 
hansısa türk tayfasının başçısı adlandırırlar (Хантедзе 
1970. 83). 
Mari  Brossenin,  O.İ.Senkovskinin,  N.Y.Marrın, 
İ.M.Rubanovskinin  tədqiqatları  göstərir  ki,  çoxtayfalı 
İberiyanın  çoxdilli  ədəbiyyatını  indiki  gürcülər  yarat-
mamışlar. Baqrationlar Tiflis müsəlman əmirliyinə gə-
lənə – XI əsrə qədər  Aran nəsilləri burada Kala, Ucar-
ma, Bazar, Kərəm, Safar şəhərlərini salmış, kitabxana 
işinin, tərcüməçiliyin əsasını qoymuşdular. 
İslamiyyətin  və  xristianlığın  yanaşı  yaşadığı  bu 
ölkədə bir-birindən fərqli iki ədəbiyyat yaranırdı. Mo-
nastırlarda  müqəddəs  kitabların  üzü  köçürülür, 
mədrəsələrdə  Aran folklorunun və  Şərq ədəbiyyatının 
seçmə  nümunələri  yerli  dillərə  tərcümə  edilirdi 
(Джанашвили 1900. 20, 70, 77). 
Tərcümə işi baqrationların zamanında da davam 
etdirilirdi. Onlardan biri Şota Rustavelinin “Bars dərisi 
K.ma o qullara 
deyilirdi ki, 1. 
gənc aşiq, 2. 
gözəl oğlan, 3. 
cəsur döyüşçü, 4. 
vassal olsun. 
“Türkmən 
şəcərəsi”ndə 
koma sözü qul 
arvadı, kəniz 
mənalarında 
işlənmişdir. 


 
 
geymiş koma” əsəridir. Əsər yanlış olaraq Azərbaycan 
dilinə “Pələng dərisi geymiş pəhləvan” adı ilə tərcümə 
olunmuşdur.  Pələng  və  bars  ayrı  yırtıcı  heyvanlardır. 
Koma  isə  pəhləvan  yox,  vassal  deməkdir.  Əsərin  baş 
qəhrəmanları  Tariyel  də,  Aftandil  də  komadır  –  Ərə-
bistan və hind şahlarının vassallarıdır (Марр 1910. X, 
XIV, XV). 
Qədim  İberiya  salnamələrində  koma  etnoqrafik 
termini k.ma kimi yazılır. N.Y.Marr yazır: – İber sal-
naməsindəki  k.ma  pəhləvan  yox,  qul  deməkdir.  O 
qullara koma deyilirdi ki, 1. gənc aşiq, 2. gözəl oğlan, 
3.  cəsur  döyüşçü,  4.  vassal  olsun  (  Марр  1985.  228-
229; Марр 1910. X, XI, XIII). Buna uyğun olaraq türk 
dillərinin  tarixi  leksikasında    koma,  yəni  kəniz,  qul 
arvadı sözləri vardır (Кононов 1958. 50). 
Əbülqazi Bahadur xanın “Türkmən şəcərəsi”ndə 
koma  sözü  qul  arvadı,  kəniz  mənalarında  işlənmişdir 
(Кононов  1958.50).  Buna  uyğun  olaraq  Şumer  gil 
lövhələrində  geme  sözü  var.  Geme  həmin  yazılarda 
“qul qadın”, “kəniz” deməkdir (Канева 1996. 23). Bu  
kimi  faktlar  tələb  edir  ki,  qədim  gürcü  poetik  mətn-
lərinin dili yalnız Qafqaz dillərinin yox, eyni zamanda 
türk dillərinin tarixi leksikası əsasında öyrənilsin. 
Koma  etnotoponimləri  türk  xalqlarının  yaşadıq-
ları  çox  böyük  coğrafi  ərazilərdə  mövcud  olmuşdur. 
Kuban çayının tarixi adlarından biri Kuma idi (Апос-
толова  1897.  126).  İ.İ.Şopen    yazır  ki,  İrəvan  quber-
niyasında Kuma adlı çay var. Kuma çayı “kəniz çayı” 
deməkdir (Шопен 1866. 19). 
Fikrimizcə,  koma  sadəcə  kəniz  deyil.  O  daha 
qədim  etnoqrafik  termin  olub,  qadına  sitayişlə  bağlı-
dır.  Çünki  yunanların  Komaqena  adlandırdıqları  Ku-
ma e.ö. II-I minilliklərdə Anadolunun ən böyük qadın 
məbədlərinin  yerləşdiyi  ölkə  idi  (Меликишвили 
1960.429;  Нойман 1980. 352). Türk dillərinə qohum 
olan Şuşa (Suziana) və Xatti yazılarında da kuma sözü 
Komaqena 
məbədində 
komalar – kəniz 
qadınlar xidmət 
edirlər. 
İber 
salnaməsindəki 
koma qul 
deməkdir. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə