İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə37/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   33   34   35   36   37   38   39   40   ...   58

 
 
tana  gətirtmiş  və  bütün  İran  xristianlarının  başçısı 
təyin etmişdi (Алиев 1960. 30). 
Bəzi mənbələrə görə, Şirinin yepiskop seçdirdiyi 
adam onun öz yerlisi Poratlı Qriqori idi. Bəsrə ilə Xu-
zistan  arasındakı  Porat  ölkəsi  (Алиев  1960.  33,  35) 
Ərəb  xilafəti  yaranana  qədər  gah  yunanların,  gah  da 
farsların təsiri altına düşürdü. 
Nəzərə  alsaq  ki,  Porat  Fərat,  Fərhad  adının  ar-
xaik  variantıdır,  onda  Fərhadın  Şirinin  ilk  əri  olması 
haqqında  epizodik  qeydlərə  inanmaq  olar.  Başqa  bir 
mənbəyə  görə, Şirinin İran kilsələrinə başçı təyin elə-
diyi adam Kaşqarlı Qriqori olmuşdur. 
Biz Kaşqar deyəndə Mahmud Kaşğarinin doğul-
duğu  Çin  Türküstanının  Kaşğar  mahalını  başa  düşü-
rük.  Ancaq  bundan  çox-çox  qabaq  e.  ö.  I  minillikdə 
Şimali  Suriyada  (Дяконов  1951.  293;  Yusifov  1993. 
343) və bizim eranın V-XI əsrlərində Xuzistanla Bəsrə 
arasında  Kaşqar  adlı  ölkələr  və  şəhərlər  olmuşdur 
(Егише 1971. 162; Ибн-Хордадбех 1986. 148). 
Assuriya  hökmdarı  II  Assurnasirapal  Su  çayını 
keçərək Kaşqar şəhərini tutmuşdu. Assuroloqların Ka-
şiar  kimi  oxuduqları  şəhərin  və  dağın  adı  Kaşğar 
olmuşdur.  Ona  görə  ki,  orta  əsr  mənbələrində  bu  ada 
Kaşiar  yox,  Kaşğar  və  Kaşqar  variantlarında  rast  gə-
lirik (Егише 1971. 162; Ибн-Хордадбех 1986. 148). 
Eyni  zamanda  mixiyazılı  kitabələrdə  “ğ”  səsi  “ia” 
sillabik formantı ilə verilir. 
Belə  hesab  edirik  ki,  Kaşqar  ölkəsinin  əhalisi 
indiki  Qaşqay türklərinin  əcdadlarıdır. Qaşqaylar indi 
də həmin ərazidə – Xuzistanla Fars körfəzinin arasın-
da yaşayırlar (Sanan Azer 1942. 12). 
Şirinin  sağlığında  –  VII  əsrdə  Dəclə  və  Fərat 
çaylarının arasındakı Kaşqar kilsəsi yepiskopluq mər-
kəzi idi (Ибн-Хордадбех 1986. 148). Belə hesab edi-
rik ki, Şirin Fərhadı Bizansdan yox, Bizansla İran ara-
sındakı Kaşqar şəhərindən öz yanına gətirmişdir. Xos-
Fərhad və Fərat 
Porat totem adının 
dəyişilmiş 
formalarıdır. 
Porat boz at 
deməkdir. Çünki 
Ön Asiyanın bəzi 
qədim etnosları 
Fərat çayına boz 
at qurban 
kəsərdilər. 


 
 
rov  Şirinə  deyir  ki,  Bəhram  Çubinlə  döyüşdə  sənin 
əvvəlki ərinə rast gəldim. Şirin çox keçmir ki, öz keç-
miş ərini kilsəyə gətirdir və bütün xristianlara əmr edir 
ki, onu özlərinə mənəvi başçı seçsinlər. 
Mixail Asorinin və bəzi erməni salnaməçilərinin 
yazdığına  görə,  Şirinin  imperator  Mavrikinin  qızı  
Məryəm  olmuş,  Xosrova  gələndən  sonra  Şirin  adı  al-
mışdır (Себеос 1862. 197). 
Fikrimizcə, Şirin Porat və Kaşqar mənşəli gözəl-
lərin titulu olmuşdur. Gözəllərin hansı öz ağlına, fəra-
sətinə  görə saraylarda baş  xatun  ola bilirdisə, o,  Şirin 
tituluna layiq görülürdü. Çünki Şirin kultu Xosrovdan 
və  Bizans  imperatoru  Mavrikidən  çox  qabaq  Aralıq 
dənizinin şərqinədəki etnosların inancında mövcud idi. 
Qəzənfər  Əliyev  yazır:  –  Şirin  başqa  bir  adın 
dəyişilmiş forması deyilsə, fars sözüdür (Алиев 1960. 
35).  Şirin  necə  fars  sözü  ola  bilər  ki,  o,  II  minilliyin 
sonlarında  indiki  Türkiyənin  cənubunda  yaşayan  et-
noslardan  birinin  sevgi  ilahəsi  olmuş,  oradan  Seren 
formasında qədim Ellada panteonuna keçmişdir. 
Ernst  Renan  yazır:  –  Aralıq  dənizi  hövzəsinin 
bəzi qədim etnosları öz dəniz mələklərini Siren adlan-
dırırdılar (Эрнст Ренан IV, 226). Belə hesab edirik ki, 
Şirin adı əski Siren teoniminin dəyişilmiş formasıdır. 
Bizans tarixçisi Feofan (– 817) Şirinin adını Sei-
ren  kimi  yazıya  almışdır  (Алиев  1960.  26).  Feofilakt 
Simokatta  Şirini  Sira  (Себeос  1862.  196)  adlandırır. 
XII  əsrdə  yazılmış  bir  Suriya  salnaməsində  də  bu  ad 
Sira kimi göstərilmişdir (Бертельс 1956. 107). 
Şota Rustavelidə Siren cənnətdə gözəl səslə oxu-
yan  quşlara  deyilir  (Шота  Руставели  1982.  332). 
Alban əsilli gürcü şairi Şota Uruztaveli əfsanəvi Siren 
obrazını qədim Ellada folklorundan götürmüşdür. Ho-
merdə Siren gözəl səsli dəniz mələklərinin adıdır. On-
lar  ecazkar  mahnıları  ilə  dənizçiləri  özlərinə  məftun 
Şirin Seren mələk  
adının dəyişilmiş 
variantıdır və fars 
sözü deyil.  


 
 
edir,  sonra  uzaq  bir  adada  suda  batırıb  öldürürdülər 
(Авраам Норов 1828. 188). 
İberiya  folklorunun  Şirin  obrazı  Nizaminin  və 
Firdovsinin Şirininə az bənzəyir. Ellada ədəbiyyatında 
olduğu kimi İberiya folklorunda Şirin əfsanəvi nəğmə-
kar qızlardan biridir (Хаханов 1901. 59. 63). 
Ellada  folklorunda  Şirin  şərq  ədəbiyyatında  ol-
duğu  kimi  sevimli  qızlar  deyildir,  qorxulu  dəniz  mə-
ləkləridir. Buna səbəb nədir? Səbəb odur ki, Siren yu-
nanlara  yad  olan  Şərqi  Aralıq  dənizi  xalqlarının  mə-
ləkləridir. Qədim  yunanlar  yalnız Şireni  yox, Ön Asi-
yanın bir çox xeyirxah ilahələrini mənfi obrazlar kimi 
öz panteonlarına daxil etmişlər. 
Erməni  folklorunda  Şirin  bəzən  Sirun  adlandı-
rılır (Əkbər Yerevanlı 1968. 221). Sirun eyni zamanda 
erməni  dilində  sevgi  deməkdir.  Qədim  erməni,  yəni 
H’ay  dilində  isə  sevməyə,  sevilməyə  sire  deyilir 
(Марр 1903. 16). 
Bundan  əlavə  Vardanın  “Tarix”ində  siram  sözü 
var. N.Y.Marra görə, siram əkinlə, cücərti ilə bağlı na-
məlum sözdür (Марр 1899. 32). Belə hesab edirik ki, 
burada məlum olmayan bir şey  yoxdur. Mənşəcə türk 
olan xristianlıqdan öncəki  h’aylar (Джафарсой 2008.  
80-86)  qadın  yaradıcı  gücünə  siram  deyirdilər.  Sir  – 
“sevgi”, am – “qadın” deməkdir. Am, ama sözləri  qa-
dınla bağlı sözlər kimi tarixən bulqar-çuvaş dillərində 
işlək olmuşdur. 
Ari  mənşəli  etnoslar  sevməyə  lov,  love,  lyubov 
deyirlər. Samilər isə həmin anlamda aşk, eşq sözlərini 
işlədirlər. 
XIX əsrdə yaşamış çuvaş şairi Maksim Arzama-
sov yazır ki, xristianlıqdan qabaq çuvaşlar sevgi ayini 
keçirərdilər.  Həmin  ayin  siren  adlanardı  (Родионов 
1983. 21-22). 
Seren Homerə 
görə, gözəl səsli 
dəniz mələkləridir. 
Yunan və İran 
folklorunda Şirin 
mənfi obrazdır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə