İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə27/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   23   24   25   26   27   28   29   30   ...   58

 
 
əski  türk  adəti  ilə  dəfn  edildi.  Onun  qohumları  göy 
paltar  geyinib  yaxalarını  cırdılar  və  öz  başlarına  kül 
ələdilər. 
Qorq Aslanın ölümü ilə e. ö. III əsrdən İberiyanı 
idarə  edən  Parnauz  nəslinin  süqutu  başladı  (Джуан-
шериани 1986. 46). Ancaq bu nəsil birdən-birə İberi-
yanın  tarixindən  silinib  getmədi.  Knyazlıq  şəklində  
ölkənin  baqrationlar  tərəfindən  işğalına  qədər  davam 
etdi (Патканов 1883. 223). 
Qorq Aslanın anası Aran nəslindən idi. O, V əsr 
salnamələrində xu + Aranze – gözəl Aran qızı adlandı-
rılır (Джуаншериани 1986. 58, 59). Cavanşirin salna-
məsində  Vaxtanqın  atı  Taiçi  adlandırılır  (Джуанше-
риани 1986. 116). Bu da dayça deməkdir. Salnamənin 
rusca nəşrinin redaktoru yazır ki, erməni mənbələrində 
Qorq Aslanın atının adı Tatçik kimi verilmişdir. Tatçik 
at  adı  qaçağan  anlamında  türklərdə  və  ərəblərdə  də 
vardır (Джуаншериани 1986. 116). 
Tatçik  və  ya  taiçi  türk  dillərindəki  dayça  sözü-
nün  qismən  dəyişdirilmiş  formalarıdır.  Əbu  Osman 
Cahiz əl-Bəsri (VIII əsr) yazır ki, türklər sürətlə qaça-
qaça dönə bilən atlara day deyirlər. 
Cavanşirdən fərqli olaraq V əsr erməni tarixçiləri 
Yeqişe və Qazar Parpetsi Qorq Aslanı cəsur sərkərdə 
və döyüşçü kimi təsvir etmirlər. Onlara xoş gəlmir ki, 
iber  qoşunlarının  başçısı  sasanilərlə  döyüşdə  erməni-
ləri  sonadək  müdafiə  etməmişdir  (Патканов  1883. 
216). 
Kerop  Patkanova  görə,  Qorq  Aslan  Cavanşirin 
təsvir etdiyi kimi, qüdrətli qəhrəman və cəsur bir fateh 
deyildir.  Sadə  bir  hərbi  başçı  və  knyazdır  (Патканов 
1883.  216).  Ermənilərin  necə  təsvir  etməsindən  asılı 
olmayaraq  Qorq  Aslan  öz  dövrünün  böyük  simala-
rından biri idi. Çünki 54 illik hakimiyyəti dövründə  o, 
çoxdilli  və  çoxdinli  iberiyanı  (Джуаншериани  1986. 
Qorq Aslanın 
anasının adı xu 
+ Aranze – gözəl 
Aran qızı idi. 
Gününü göy 
əskiyə bükdülər 
deyimi 
burdandır. 


 
 
116;  Вермишев  1904.  100)  öz  qılıncı  altında  birləş-
dirə bilmişdi (Бакрадзе, Берзенов 1870. 18). 
Erməni və gürcü alimləri Qorq Aslan dastanının 
nə  zaman  yazıya  alınması  haqqında  eyni  fikirdə  de-
yillər. Son illərdə nəşr olunan əsərlərə inansaq, Cavan-
şir xalq arasında  yayılmış rəvayətləri XI yüzildə qələ-
mə  almışdır  (Джуаншериани  1986.  7).  Köhnə  nəsil 
tədqiqatçılar isə bildirirlər ki, Cavanşir bu əsərini VIII 
əsrdə yazmışdır (Патканов 1883. 213; Хаханов 1897. 
146, 148). 
Belə  bir  sual  qarşıya  çıxır:  –  Hər  şeyi  qədim-
ləşdirməyə  çalışan  qonşularımız  nə  məqsədlə  əsərin 
yazılmasını  3  yüz  il  geri  çəkirlər?  Düşünürük  ki,  bu, 
onların  Aran  nəslindən  olan  salnaməçini  gürcüləşdir-
mək istəyi ilə bağlıdır. Erməni və gürcü tədqiqatçıları 
əsərin  özündən  ağız  dolusu  danışsalar  da,  onun 
müəllifinin etnik mənsubiyyətinə toxunmuşlar. 
 Onlar  bircə  yerdə  qeyd  etmirlər  ki,  Qorq  Aslan 
dastanını  albaniyalı  Cavanşir  yazıya  almışdır.  Cavan-
şir  nəslindən  olan  salnaməçi  VIII  əsrdə  İberiyaya 
yenicə  gəlmişdi.  O,  belə  tezliklə  iberləşə  bilməzdi  və 
təbii ki, əsərini iber dilində yaza bilməzdi. O, XI əsrdə 
yaşasa idi, əsərini iber dilində qələmə almalı idi. 
Çox  ehtimal  ki,  özü  Arandan  olan  Cavanşir 
salnaməni  Aran  dilində  yazmışdır.  Yazıçının  soyadı-
nın sonundakı -iani şəkilçisi onun Cavanşir nəslindən 
çıxdığını  bildirir.  Urartu  yazılarından  qalma  -iani  şə-
kilçisi  (Мещанинов  1978.  136)  gürcü  və  iber  salna-
mələrində soyadları yaradır. Bu baxımdan Cuanşeriani 
– Cavanşir nəslindən olan deməkdir. 
Aran  Qarabağının  elatları  tarix  boyu  cənubdan 
gələn  basqınların  qarşısında  şimala  çəkilmiş,  Gürcüs-
tanın  meşəlik  dağlarına  sığınmışlar.  Bu  barədə  Qara-
bağ tarixçilərinin əsərlərində bilgilər var. Ağa Məhəm-
məd  xan  Qacar  Şuşaya  qoşun  yeridəndə  Qarabağ 
 
Qorq Aslan 
dastanını 
Cavanşir 
nəslindən 
Cavanşir yazıya 
almışdır. 
Dastan Aran 
dilində 
yazılmışdır. VIII 
əsrdə 
Gürcüstanda 
gürcü dili yox 
idi. 


 
 
elatları  Gürcüstana  köçmüşdülər.  II  İrakli  onlara 
yaylaqlarda yer vermişdi. 
Təhlükə  sovuşandan  sonra  köçkünlər  geri  qayı-
dırdılar. Cavanşir nəsli də Gürcüstandan geri qayıtmış, 
Qarabağda 32 tayfadan ibarət güclü bir elat yaratmış-
dır.  XIV  əsrin  sonlarında  Cavanşir  atlıları  Əmir Tey-
murun  ordusuna  qoşulub  Anadoluya  getdi-lər.  XVIII 
əsrdə Nadir şah tərəfindən Xorasana sürgün olundular. 
İllər keçdi, onlar qürbətdə qalmayıb, vətənə dön-
dülər.  Qonşularımız  soruşsalar  ki,  Qorq  Aslan  dasta-
nını  kim  yazıya  almışdır?  Tərəddüdsüz  bildiririk:  – 
Cavanşir nəslindən Cavanşir. 
Qorq  Aslanın  yalnız  özü  yox,  əcdadları  da  türk 
totem adları daşıyırdılar. Onlardan biri III əsrdə sasa-
nilərin  vassalı  kimi  İberiyanı  idarə  edən  Asparuk  idi 
(Ломтатидзе  1958.  293).  Həmin  Asparuk  Parfiya 
mənşəli Bakurun nəvəsi idi (Шопен 1866. 261). 
Asparuk  öləndə  Armaz  dağının  döşündəki  eris-
tavların qəbiristanında dəfn edildi. Onun sinə daşı ar-
xeoloji  qazıntı  zamanı  tapılmışdır.  Sinə  daşının  üzə-
rində mərhumun təsviri aydın görünür (История Гру-
зии 1946. 74). 
Asparuk  türk  adıdır.  O  adı  daşıyan  tayfa  başçı-
larından  biri  VII  yüzildə  Dunay  Bolqar  dövlətinin 
əsasını  qoymuşdur.  N.A.Baskakov  Asparuk  və  Baruk 
adını türk dillərindəki bürü-qurd sözü ilə əlaqələndirir 
(Баскаков  1979.  243).  Düzdür,  türk  dillərində  börü 
zoonimi  vardır  (Киргизско-русск.  1965.  153).  Eyni 
zamanda Buri Altay qəbiləsidir (Баскаков 1980. 201). 
Ancaq  Asparuk  qurdun  yox,  başqa  bir  yırtıcı 
heyvanın adıdır. Türk dillərində arbörü, asbörü qurd-
dan böyük yırtıcı heyvanlara deyilir. Mahmud Kaşğari 
qədim  bir  türk  mahnısından  belə  bir  sətir  verir:  – 
Yesin seni asböri (МК I. 2006. 146). 
Biz  indiyəcən  babalarımızın  Albaniya  və  İbe-
riyada  yaratdıqları  xristian  türk  mədəniyyətinə  yiyə 
Qorq Aslanın 
anası Cavanşirin 
həmyerlisi, bəlkə 
də soydaşı idi. 
Qorq Aslanın ulu 
babalarından 
birinin adı 
Asparuk 
olmuşdur. 
Asparuk qurdun 
yox, qurddan 
böyük bir yırtıcı 
heyvanın adıdır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə