İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə32/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   28   29   30   31   32   33   34   35   ...   58

 
 
nilərə ildə 200 talant vergi verirdilər (Меликсетбеков 
1942.  44;  Струве  1941.  307;  Пиотровский  1944. 
138;  Пиотровский  1846.  33)  və  öz  daxili  müstəqil-
liklərini saxlayırdılar. 
Alarodienlərin ölkəsi Assuriya kitabələrində Ala-
ya, Urartu mixiyazılı abidələrində kur Alau adlandırılır 
(Меликишвили 1960. 416; Арутюнян 1985. 17). 
İ.İ.Şopen yazır ki, ermənilər əskidə Masis dağını 
Ala,  Ararat  dağını  İz  Ala  adlandırdılar  (Шопен  1852. 
4).  Ermənilər  Van  bölgəsinə  gələnə  qədər  Ala  və  İz 
Ala nəsilləri o ərazilərdə yaşayırdı. 
Bu  fakt  onu  göstərir  ki,  Ala  və  İz  Ala  nəsilləri 
Van gölü ilə Ararat dağı arasında ermənilərdən qabaq 
yaşamışlar. 
V.V.Struve  yazır  ki,  İz  Ala  ölkəsi  Assuriyanın 
şimalında yerləşirdi (Струве 1968. 17). Məlumdur ki, 
Assuriyanın şimalında yaşayan etnosların çoxu Urartu 
tayfa ittifaqına daxil olmuşdur. Ala – Herodotun “Ta-
rix”indəki Alarod onlardan biri idi. 
Ala, İz Ala ilə yanaşı Alagöz oroniminin kökün-
də Ala totem adı durur. 
Ala  sözünün  türk  dillərində  uca,  müqəddəs  mə-
naları  da  vardır.  Nikita  Emin  Musa  Xorenlinin  “Ta-
rix”inin  1893-cü  il  nəşrinə  izahında  yazır  ki,  türklər 
Araqats  dağının  adını  azca  dəyişdirərək  Alagöz 
şəklinə salıblar (Хоренский 1893. 225). 
Əksinə,  Alağöz  dağının  adını  ermənilər  çox 
sonradan  Araqats  eləyiblər.  İlk  erməni  salnamələrin-
dən 1000-1500 il qabaq yazılmış mixiyazılı abidələrdə 
qats sözü yoxdur. Qats-qaz və ala erməni sözləri deyil. 
İ.İ.Meşşaninov yazır ki, Alaca, Ararat və Araqats söz-
ləri  erməni  dilində  heç  bir  məna  bildirmir  (Меща-
нинов  1932.  14).    N.Y.Marr  da  Alagöz  və  Araqats 
sözlərinin  erməni  sözü  olmasına  şübhə  ilə  yanaşır 
(Марр 1936. 133). 
Alaca, Araqats 
və Ararat 
sözləri erməni 
dilində heç bir 
məna bildirmir 
(akad. 
İ.İ.Meşşaninov). 
Ala nəslinin dili 
Yafəs dillərinə 
yaxın olmuşdur. 
H’Aylar Masis 
dağını Ala, 
Ararat dağını İz 
Ala 
adlandırırdılar. 


 
 
Herodota  görə, Ala  Kiçik Asiya irqidir (Тураев 
1913.  72),  yəni  indiki  Türkiyənin  yerli  etnoslarından 
biridir.  N.Y.Marrın  fikrincə,  Ala  nəslinin  dili  Qaf-
qazın  Yafəs  dillərinə  yaxın  olmuşdur  (Марр  1936. 
183). 
Nəzərə  alsaq  ki,  Yafəs  dilləri  türk  ari  və  sami 
dillərinin qatışığıdır (Шор 1931. 223-244; Юшманов 
1948. 395-406), onda Ala və Alaverdi totem adlarının 
mənşəyi üzərində çox dayanmağa ehtiyac yoxdur. 
Alaverdi  sözü  türk  dillərindəki  ala  totem 
adından, verdi felindən və -li şəkilçisindən ibarətdir. 
 
Ana və Nənə çoxdilli laylalarda 
 
Çoxdilli  İberiyanın  dua  və  laylalarında  müqəd-
dəs  Ana  və  Nənənin  adları  tez-tez  xatırlanır.  Bu  mü-
qəddəslər  İberiya  folkloruna xristianlıqdan qabaq gəl-
mişdir. Onlar daha öncə Ön Asiyanın qeyri-ari və qey-
ri-sami etnoslarının panteonunda ilahələr kimi mövcud 
idilər. 
Ön Asiyanın mixiyazılı abidələrində məhsuldar-
lıq  ilahəsi  Nənənin  adı  Nana  və  Nanay  formalarında 
yazıya alınmışdır. Gürcülər onu Nona, ermənilər Nune 
ad-landırırdılar.  Eyni  zamanda  yazılı  gürcü  ədəbiy-
yatında  ilahə  Nənənin  da  +  Nana  variantı  da  vardır 
(Кеппен 1837. 84; Асохик 1864. 267; Шопен 1866. 
239; Винклер 1913. 138; Марр 1922. 267; Блейхш-
тейнер 1936. 239). 
L.M.Meliksetbekov  yazır  ki,  ilahə  Nənənin 
bütünü  Almaz  dağının  ətəyinə  buntürklər  gətirmişlər  
(Меликсетбеков  1914.  19).  Dəfələrlərlə  redaktə  olu-
nan  və  üzü  köçürülən  “Kartlis  tsxovreba”da  göstərilir 
ki, ilahə Nənənin bütünü Metex şəhərinə gedən  yolun 
üstündə  çar  Saurmak  (e.  ö.  237-162)  qoydurmuşdur 
(Иверели  Сагзагелов  1898.  70;  Шопен  1866.  239; 
Патканов 1883. 237). 
Nənənin bütünüi 
İberiyaya 
buntürklər 
gətiriblər.  


 
 
Belə bir fikir də var ki, İlahə Nənənin və Ananın 
bütlərini  Sasani  hakimi  Mirvan  qoydurmuş,  iberlərin 
başçısı Saurmak həmin mərasimdə iştirak etmişdir. 
Şahzadə  Vaxuşti  yazır  ki,  çar  Saurmak  Asu-
restanın vassalı kimi 75 il ölkəni idarə etmişdir. Əgər 
sasani  hakimi  Ana  və  Nənə  bütlərini  qoydururdusa, 
Saurmak necə assurların vassalı olmuşdur? Saurmakın 
zamanında – e. ö. 237-162-ci illərdə Assuriya dövləti 
mövcud deyildi. İberiya o zaman ya yunanların, ya da 
sasanilərin vassalı ola bilərdi. 
Mənbələri  nəzərdən  keçirərkən  başqa  bir  suala 
da cavab axtarmalı oluruq. Əhəmənilər Afroditaya və 
Artemiadaya uyğun ilahələrini Ana  yox, Ardvisur ad-
landırırdılar. Onlar nəyə görə İberiyaya öz ilahələrinin 
yox,  Suzun-Şuşa  vilayətinin  ilahəsinin  bütünü  gətir-
məli idilər? 
Saurmakın zamanında – e. ö. III  əsrin sonu – II 
əsrin  əvvəllərində  İberiya  Assuriyanın  yox,  İranın  tə-
siri  altında  idi.  Belə  halda  ölkəni  Assuriyanın  vassalı 
idarə  edə  bilməzdi.  Düşünürük  ki,  o  zaman  İberiyanı 
sasanilərin  vassalı  kimi  Elamın  Şuşa  mənşəli  hakim-
ləri idarə etmişlər. Sonralar həmin nəsildən I və  II Ər 
Şuşa  Kür  çayının  sağ  sahilini  özünə  tabe  etdi.  II  Ər 
Şuşadan sonra oğlu Bars xan Aranın hakimi oldu (bax: 
V fəsil). 
Asoxik ləqəbli “erməni” tarixçisi Taronlu Stepan 
(XI  əsr)  yazır ki,  İlahə  Nənə  yunanların Artemidasına 
və  romalıların  Venerasına  bənzəyir  (Асохик  1864. 
267; Никита Эмин 1864. 23). 
Nənə qədim Ön Asiyanın qeyri-ari və qeyri-sami 
etnoslarının panteonunda tanrı Uğurun arvadı sayılırdı 
(Капанцян 1947. 86). Onu hindavropa mənşəli xettlər 
qeyri-ari  və  qeyri-sami  xattilərdən  –  xatay  türklərinin 
əcdadlarından  mənimsəmişlər.  Sonra  yunanlar  ilahə 
Nənəni Artemida, Ananı Afrodita adlandıraraq öz pan-
teonlarına daxil etdilər (Рагозина 1903. 236). 
Nənə İran 
mənşəli teonim 
deyil. 
İlahə Nənə 
xattilərin-Xatay 
türklərinin 
inancında tanrı 
Uğurun arvadı 
sayılırdı.  
İberiyanın Ər 
Şuşa adlı 2 çarı 
olmuşdur. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə