İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə28/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   24   25   26   27   28   29   30   31   ...   58

 
 
durmamışıq.  Biz  onlara  yiyə  durmadıqca,  qonşuları-
mız ədəbi və tarixi abidələrimizə yeni iddialar qaldıra-
caqlar. 
Əgər  gürcü  alimləri  Zaza  Aleksidzenin  dili  ilə 
deyirsə,  VII  əsrin  əvvəllərində  Bərdə  şəhəri  daxil  ol-
maqla  Aran  əhalisinin  xeyli  hissəsi  gürcüləşmişdi 
(Aleksidze 2003
a
. 28), onda top qapımızın ağzındadır. 
Yaxud  Gürcüstanın  keçmiş  prezidenti  Eduard 
Şevarnadze  Sinay  perqamentini  iki  ölkənin  tarixi 
coğrafiyasının  bəzi  problemlərinə  aydınlıq  gətirəcək 
bir sənəd adlandırırdısa, deməli narahat olmağa dəyər. 
 
 
 
 


 
 
İber dualarında türk müqəddəsləri 
 
Arxaik  dualar  xalq  ədəbiyyatımızın  dəyərli  nü-
munələridir.  Onlarda  əski  inanclarımızın,  gerçək  və 
mifik  düşüncəmizin  izləri  qalmışdır.  Həmin  duaların  
bir  qismi  mağara-monastırların  divarlarına  yazılmış, 
qayaların  daş  yaddaşına  həkk  olunmuşdur.  Bir  qismi 
isə  perqament  üzərində  son  əsrlərə  qədər  qorunub 
qalmışdır. 
Kaxeti  və  Eretinin  mağara  monastırlarının  di-
varlarına X-XI əsrlərdə 4 dildə dualar yazılmışdı. Gür-
cü,  uyğur,  fars,  erməni  əlifbaları  ilə  yazılmış  o  dua-
ların çoxu 1937-ci ildə pozuldu. O zaman Tiflisdə Şah 
Abbas  məscidini  sökən  qonşularımız  mağara-monas-
tırların yazılarını məhv etdilər. 
Həmin  duaların  bir  hissəsi  hansısa  türk  dillə-
rində idi. Köhnə nəsil erməni və gürcü alimləri onların 
türk dillərində yazıldığını etiraf edirlər (Джанашвили 
1908.  192,  285;  Меликсетбеков  1940.  153-158;  Чу-
бинашвили 1948, 18, 20; Шанидзе 1938, 44, 54, 55). 
Bəziləri  isə  iddia  edirlər  ki,  o  dualar  naməlum  h’Er 
dilində  yazılmışdır.  Gürcü  tarixçiləri  h’Ereti  sakinlə-
rinin  türklüyü  barədə  susmağı  üstün  tuturlar.  Yalnız 
onu  bildirirlər  ki,  iberlərin  şərq  qonşuları  olan  erlər 
Alban  tayfa  ittifaqının  tərkibində  olmuşlar  (Шанидзе 
1938, 54, 55). 
“Naməlum” Er və Kax dillərində bozbasi, çixirt-
ma kimi  yemək adları vardı (Буачидзе 1983.  272). O 
dillərdə bulağa çoxrax, axsağa çolak, 9-a tokuz deyir-
dilər.  P.İoseliani  yazır  ki,  həmin  sözlər  tatar  və  ya 
erməni sözləridir (İoселиани 1866, 5-14). 
Qarayazı kompleksinə aid olan Mroval-mta ma-
ğarasının divarına belə bir dua yazılmışdı: - Ari tanqri, 
ari  acalsez.  İisa  ki  xaça  çəktənk,  rahmat  gəlgil  biza. 
Akaki Şanidzeyə  görə, X əsrə aid olan bu tipli dualar 
“naməlum” Er dilindədir (Шанидзе 1938. 44. 55). 
Kaxeti mağara-
monastırlarının 
divarlarında 
uyğur və gürcü 
əlifbaları ilə 
türkcə dualar var. 
 


 
 
Er  dilinin  leksikası  bu  duadakı  sözlərdən  iba-
rətdirsə, orada naməlum bir şey yoxdur. Başqa 2 duanı 
opponentlərimiz rus dilinə belə çevirmişlər: – Христе, 
помилуй Кацая. Христе, памяни душу Бакурдухту 
(Шанидзе 1938. 55). 
İberlərin  xristianlıqdan  öncəki  tanrılarından  biri 
Qaim eyni zamanda Kaçay adlanırdı (Меликсекбеков 
1938.  40).  Nəzərə  alsaq  ki,  e.  ö.  III  əsrdə  İberiya  8 
eristavlıq idi, deməli Merkuriyə uyğun gələn Kaçay 8 
tayfadan birinin totem tanrısı olmuş, sonra həmin teo-
nimdən  antroponim  və  etnonimlər  törəmişdir.  İkinci 
duadakı Bakur duxt Bakur nəslindən zadəgan bir qızın 
addır. 
Bakur  Albaniya  və  İberiyanın  siyasi  tari-xində 
böyük  rol  oynamış  türk  nəslidir.  488-ci  ildə  Bərdə 
yaxınlığında keçirilən kilsə məclisində Kaqan Kaytuk 
qəbiləsinin  başçısı  Bakur  iştirak  etmiş,  öz  qəbiləsi 
adından  kilsə  məclisinin  qərarını  imzalamışdı  (Alba-
niya tarixi 1993. 72, 75). 
Bakur  nəslindən  Nerses  VIII  əsrin  ortalarında 
Albaniya  katolikosu  seçilmişdir.  O,  əvvəlcə  Girdman 
yepiskopu idi, sonra bütün albanların patriarxı olmuş-
dur. (Albaniya tarixi 1993. 145, 176, 177). Nerses ka-
toli-kosun  xristian  adıdır.  Əsl  adı  və  ya  totem  adı  isə 
Bakurdur. 
Bakur  bir  din  xadimi  kimi  ermənilərə  yox,  İbe-
riya  katolikosu  Kuriona  (Kür  nəslinin  patriarxına) 
meyl  edirdi  (Орманян  1913.  45).  Ona  görə  də  ermə-
nilərin  katolikosu  Argeşli  İlya  ərəblərin  əli  ilə  onu 
aradan göldürtdü. 
Bakur  nəslinin  başqa  bir  başçısı  Sunik  hakimi 
idi. V əsrin əvvəllərində yaşamış Bakur məşhur sazən-
də  və  rəqqasə  Nazinikin  ağası  idi  (Армения  и  Рим 
1848.  325).  Bakur  nəslinin  Çen  Bakur  qolu  iberləri 
İran  ağalığından  xilas  etmiş,  sasanilərin  ölkədən  qo-
vub  çıxartmışdır.  Həmin  nəsildən  I  Bakur  (231-296), 
Bakur ölkəsinin 
mənəvi atası kimi 
ermənilərə yox, 
iberlərə meyl 
edirdi. 
Bakur qaraçay və 
balkar dillərində 
qırmızı misə 
deyilir. 


 
 
II  Bakur  (514-528),  III  Bakur  (557-570)  illərdə  İbe-
riyanı  idarə  etmişlər  (İoселиани  1866.  18;  Budaqov, 
Qeybullayev 2002.  72). Çen Bakurlar çarlıq etmədik-
ləri  dönəmlərdə  İberiyanın  qoşun  başçıları  və  böyük 
knyazları  olmuşlar.  Vaxtanq  Qorq  Aslanın  (446-499) 
vaxtında onlar Marqvi və Takveri vila-yətlərinin eris-
tavı idilər (Джуаншериани 1986. 83, 91). 
XI-XII  əsrlərdə  yəhudi  mənşəli  baqrationlarla 
türk  əsilli  Çen  Bakur  nəsli  hakimiyyət  uğrunda  qanlı 
döyüşlər  apardılar.  Nəticədə  yəhudi  hiyləgərliyi  türk 
cəsurluğuna  üstün  gəldi.  Çar  Georginin  zamanında  
bakurlar  böyük  itgilər  verdilər.  O  dövrün  tarixçiləri 
yazırlar  ki,  baqrationlar  onların  kökünü  kəsdilər.  Ge-
orginin  əmri  ilə  1117-ci  ildə  onların  adı  kilsə  sal-
namələrindən  çıxarıldı  (Армения  и  Рим  1848.  251-
252; Патканов 1883, 252, 260). 
Bakurianilərin sağ qalan nümayəndələri Gəncəyə 
–  Şəmsəddin  Eldənizin  yanına  gəldilər.  Eldəniz  gür-
cüləri  məğlub  edəndən  sonra  Əlincə  qalasını  və  çev-
rəsindəki kəndlərin idarəsini onlara tapşırdı. 
Qorq  Aslanın  dayısının  –  Aran  hakiminin  adı 
Bakur idi.  İber salnamələrində onun adı  Varaz Bakur 
kimi  yazıya  alınmışdır  (Джуаншериани  1986.  63). 
Varaz  mehranilərdən  gəlmə  titul  və  ya  ləqəbdir.  Ca-
vanşirin  atası  Qriqorun  da  adının  qarşısında  Varaz 
ləqəbi vardı. 
XIX  əsrin  sonlarında  qaşqayların  arasında  Paqir 
tirəsi müşahidə edilmişdi (Şahin 1988. 42). Belə hesab 
edirik ki, onlar qədim bakurların son qalıqlarıdır. 
İndikilərdən  fərqli  olaraq  köhnə  nəsil  erməni 
tarixçisi K.Patkanov yazır: – Əlimizdə olan mənbələr 
göstərir ki, Bakur nəsli türkdür (Патканов 1883. 253).  
Göytürk  dövrü  abidələrindən  Kara  Bunun  yazı-
sında  belə  cümlə  var:  –  Ər  atım  Baqir  (Rəcəbov, 
Məmmədov  1993.  325).  Deməli,  Bakur  yalnız  etno-
Bakur nəsli 
İberiyanı İran 
ağalığından xilas 
etdi. 
Kilsə salnamələri 
etibarlı mənbə 
deyil. Lazım 
gələndə ona 
əlavələr edilmiş, 
bəzən də ən 
qiymətli bilgilər 
mətndən 
çıxarılmışdır. 
Erməni Kerop 
Patkanova görə, 
Bakur nəsli türk, 
Azərbaycanlı 
İqrar Əliyevə görə 
qeyri-türk olub. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə