Fikrimizcə, Anadolunun qədim sakinləri olan
sperlər mixiziyalı kitabələrdəki tiberlərdir. Belə hesab
edilir ki, həmin tiberlər iberlərin əcdadlarından biridir
(Меликсетбеков 1942. 44; Пиотровский 1944. 61,
236; Техов 1980. 11).
İndiki Gürcüstan ərazisində iki Uruz (redaktədən
sonra Rustavi) yaşayış məskəni olmuşdur. Onlardan
biri Metex yaxınlığında, digəri Er oba (Ereti) ərazisin-
də idi. Gürcü tədqiqatçılarının fikrincə, şair Metex ya-
xınlığındakı Rustavi kəndində yaşamışdır (Джа-
нашвили 1900. 126; Габашвили 1949. 20; Шота
Руставели 1937. 8).
Bizi şairin hansı Rustavidə yaşamasından çox
Rustavi etnoniminin özü maraqlandırır. A.Apakidze
yazır ki, Rustavi İberiyanın qədim şəhəri və iri ticarət
mərkəzi olmuşdur (Апакидзе 1968. 5).
Öncə qeyd etdiyimiz kimi, hər 2 şəhəri salan et-
nik toplunun adı Rustavi yox, Uruz olmuşdur. Çünki
nə mixiyazılı mənbələrdə, nə V-VII əsr salnaməçiləri-
nin əsərlərində Rustavi adına təsadüf etmirik. Həmin
mənbələrdə Ros və ya Urus etnoslarından bəhs edilir.
Rustavi şəhər və kənd adları sonradan uydurulmuşdur.
Gürcüstan Elmlər Akademiyasının ümumiləşmiş
əsərlərində Rustavi adının vahid forması inandırıcı
şəkildə əsaslandırılmamışdır. Həmin əsərlərdə Uruz
yaşayış məskənləri gah Uruşeti, gah Eruşeyi, gah da
Rustavi variantlarında göstərilir. L.M.Meliksetbekov
yazır: – Gürcü salnamələrindəki Eruşeti elə Uruşetidir
(Меликсетбеков 1961. 31). Bu da “Uruz elinin
yurdu” deməkdir. Rustaveli təxəllüsü həmin etnonimlə
bağlıdır. Elam mənşəli -eti şəkilçisi gürcü dilində
(Блейхштейнер 1936. 186), -eli şəkilçisi minqrel di-
lində (Анчабадзе 1959. 193) etnonimlərə artırılaraq
ölkə, vətən anlamı yaradır.
Uruz nəslindən XI əsrdə yaşamış tarixçi Murov-
lu Leonti (Leonti Mroveli) çıxmışdır. Çünki o, XIII
İndiki Gürcüstan
ərazisində iki
Uruz yaşayış
məskəni olmuşdur.
Ereti Er oba
sakinlərinin
sonrakı yurdudur.
Rustavi adı
sonradan
uydurulmuşdur.
əsrə qədərki salnamələrdə Uruzlu (redaktədən sonra
Ruisski) adlandırılır (Меликсетбеков 1939. 9). Bu da
onu göstərir ki, Şota Rustaveli Albaniya və İberiyada
Uruz nəslindən çıxan yeganə tarixi şəxsiyyət deyildir.
XVII əsrə qədər Gürcüstanda Uruz nəslinin xris-
tian qolunun ayrıca monastırı və yepiskopluğu olmuş-
dur. Sonrakı mənbələrdə həmin etnik-dini mərkəz Ruis
adlandırılır (İoceлиани 1858. 9).
Uruz nəslinin müsəlman qanadı XVIII əsrin
əvvəllərinə qədər öz etnik cizgilərini qoruyub saxla-
yırdı. Osmanlı ordusu qərargahının 1721-ci ildə tərtib
etdiyi “Dəftəri-müfəssəli-Tiflis”də göstərilir ki, tərə-
kəmə Uruz camaatının ayrıca yaylağı və qışlağı vardır
(Məmmədov 1984. 159).
L.M.Meliksetbekov yazır ki, V əsr kilsə salna-
mələrində Çortav, Rustav şəhərlərinin adları tavsız ya-
zıya alınmışdır (Меликсетбеков 1939.4). Tav qədim
və yeni gürcü dillərində “baş” mənasında işlənir: tavad
– adamların başçısı, eristav - ərlərin, döyüşçülərin baş-
çısı (Законы Вахтанга VI. 1986. 297, 301; Джуан-
шериани 1986. 97).
L.M.Meliksetbekova görə, erməni tarixçilərinin
əsərlərindəki Rştunik tayfası gürcü salnamələrindəki
Uruşetidir. Hər iki etnonim kökündə Urus sözü durur
(Меликсетбеков 1942. 31. 42).
Belə hesab edirik ki, ilk Uruz şəhəri Urartu
dövründə Van gölünün şimalında olmuş, sonra şəhərin
sakinləri öz yurdlarından şimal-şərqə sıxışdırılmışdır.
P.İ.İoseliani yazır ki, Uruşeti İberiyanın qədim şəhəri-
dir (İoceлиани 1860. 3). M.Q.Canaşviliyə görə, həmin
şəhər indiki Ərdəhan yaxınlığında yerləşmişdir (Джа-
нашвили 1893. 48). Əslində isə Uruşeti və ya Rştunik
nə erməni tayfasıdır, nə iber. Özünü Uruz adlandıran
bu nəsil üç çarın timsalında Urartu dövlətini bir
müddət idarə etmiş, onların adı Urartu mixiyazılı
kitabələrində dinqir Rusaşe-tanrı Uruzun övladları
Salnaməçi
Murovlu Leonti
Uruz nəslindən
çıxmışdır.
Uruşeti və Rştunik
etnonimlərinin
kökündə Uruz adı
durur.
Uruşeti Uruz
nəslinin yurdudur.
kimi yazıya alınmışdır. Assuriya qaya yazılarında isə
çar Uruzun adı Ursa və Urus formasında göstəril-
mişdir.
Assuriya və Urartu mixi yazılarında “s”, “ş”, “z”
səsləri bir-birindən fərqləndirilmir, eyni işarə ilə gös-
tərilir. Ona görə assuroloq və urartuşünaslar Uruz teo-
for adını gah urus, gah uruş kimi də oxuyurlar.
Uruz nəsli Urartu tayfa ittifaqının başında
Assuriya ağalığına qarşı qanlı döyüşlər aparırdı. Artıq
e. ö. VIII əsrdə Uruz nəsli I, II, III Rusanın şəxsində
güclü liderlər yetişdirdi və onlar Van-Urartu dövlətini
güclü düşmənlərdən qoruya bildilər (Меликишвили
1860. 438; Арутюнян 1985. 16, 212; Solmaz Qaşqay
2006. 35).
N.Y.Marra görə, Ursa və ya Rusa “tanrısı Urus
olan” etnos deməkdir (Марр 1920. 34). M.N.Nikolski
də Urus adının teonim mənşəli olduğunu bildirir. Ya-
zır ki, Alçalı, Atamxan və Kolanı mixi yazılarında çar
Rusanın adı dinqir, yəni tanrı işarəsi altında göstəril-
mişdir (Никольский 1893. 2).
Urartu tayfa ittifaqı dağılandan sonra (e. ö. VI
əsr) Uruz nəslinin bir qolu şimala köçdü. Albaniyanın
hakim nəsillərindən birinə çevrildi. Zaza Aleksidze
yazır ki, Uruz (onun iddiasına görə Rustavi) nəsli
İberiyaya yeni eranın VI əsrində gəlmişdir (Aleksidze
2003. 23. 24).
Əksinə, Uruz nəsli Uruztav şəhərini Vaxtanq
Qorq Aslandan (446-499) qabaq salmışdır. Qorq As-
lan Uruztav mahalını sasanilərdən geri alıb, şəhərin
kilsəsinə yepiskop təyin etmişdi (Джуаншериани
1986. 91).
Əgər Qorq Aslandan qabaq İr oba (Ereti)
ölkəsində Uruz şəhəri vardısa, Uruz nəslinin İberiyaya
VI əsrdə gəlməsi haqqında Zaza Aleksidzenin düşün-
cələri özünü doğrultmur.
Alçalı və Atamxan
yazılarında çar
Rusanın adı
dinqir, yəni tanrı
işarəsi altında
göstərilmişdir.
Erməni
mənbələrində
Oroys kimi yazıya
alınmış Albaniya
çarının adı Uruz
olmuşdur (Tofiq
Hacıyev).
Dostları ilə paylaş: |