İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə10/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   6   7   8   9   10   11   12   13   ...   58

 
 
lində  isə  şair  Aran  folklorundan  aldığı  süjeti  yaradı-
cılıqla Qurd dilinə çevirmişdir. 
N.Y.Marr  1936-cı  ildə  belə  bir  fikirlə  elmi  icti-
maiyyəti  təəccübləndirdi  ki,  Şota  Rustaveli  poemanı 
Qord  dilində  yazmışdır.  Sonra  əsərin  üzərində  məq-
sədli  düzəlişlər  edilmiş,  islamiyyətdən  və  xristianlıq-
dan qabaqkı əski adət və ənənələrin qalıqları mətndən 
çıxarılmışdır (Марр 1936. 38-39). 
Cənubi  Qafqazın  qədim  etnoslarından  biri  olan 
qord  və  ya  kortlar  kimlərdir?  Onların  dili  hansı  dil 
ailəsinə  aid  olmuşdur?  Bu  suallara  indiyədək  inan-
dırıcı cavab tapılmamışdır. 
Məlum  olan  odur  ki,  Qord  nəsli  I  Tamarın  və 
atası  III  Georginin (1184-1213) zamanında Gürcüsta-
nın  hakim  feodal  nəsillərindən  biri  olmuşdur.  Qord 
tayfa  başçıları  orduda  və  sarayda  mühüm  vəzifələr 
tuturdular. 
Qord  nəsli  baqrationların  İberiyaya  gəlişindən 
qabaq  –  VIII  əsrdə  Kayen  (indiki  Dilican)  vilayətin 
hakim  nəsli  olmuşdur.  Həmin  nəsildən  Sadun  Kurd 
Xaçın  hakimi  Həsən  Cəlalın  ana  babasıdır.  O,  qızı 
Arzu  Xatunu  Həsən  Cəlalın  atası  Ağbağa  (Vaxtanq 
H’Axbaxa) ərə vermişdi (Киракос Гандзакеци 1946. 
273). 
Kurdun  qardaşı  Vasak  III  Georginin  zamanında 
Tiflis şəhərinin rəisi olmuşdur. Həmin Vasak I Tama-
rın  sərkərdələri  Zaxare  və  İbane  qardaşlarının  dayısı-
dır  (Блейхштейнер  1936.  173-175).  Zaxare  Mxar-
qradze  eyni zamanda Tamarın oğlu Alaşanın  atabəyi 
idi. 
Şota Rustaveli çariça Tamara həsr etdiyi əsərini 
Qord  dilində  yazmışdısa  (Марр  1936.  38-39),  deməli 
onların dili XII yüzildə Gürcüstanın hakim nəsli üçün 
anlaşıqlı  olmuşdur.  Qord  dili  gürcü  dilinə  qohum 
deyildi. A.A.Qlonti yazır ki, Qord dili kartvellər üçün 
anlaşıqlı  olmamışdır.  Kartvellərdən  fərqli  olaraq  İme-
Həsən Cəlalın 
anası Arzu xatun 
Qurdun qızı idi. 


 
 
reti  və  Quriya  əhalisi  o  dili  daha  yaxşı  başa  düşürdü 
(Глонти 1936. 232). 
Qordlar  kimi  imerlər  və  qurlar  da  kartvel 
deyildilər. XIII  əsrdən sonra baqrationlar tədricən on-
ları  gürcüləşdirdilər. Ancaq buna baxmayaraq onların 
dili  indi  də  gürcülərin  dilindən  fərqlənir  (Блей-
хштейнер 1936. 189). 
Qordlara qohum olan imerlərin dilində XX əsrin 
əvvəllərində  çoxlu  türk  sözləri  qalırdı.  Onlar  kəfənə 
bez,  toya  dügün,  kilsəyə  sakdar,  doşaba  bekmez,  evə 
konax,  aşa  pilov,  qovurmaya  kaurma,  atasız  uşaqlara 
yetim deyirdilər (Марр 1911. 48-57). 
Antik tarixçilərin əsərlərində Qordien, erməni və 
gürcü  salnamələrində  Qord,  Kort  adlandırılan  qurdlar 
Qafqaz  və  Anadolunun  qədim  etnoslarından  biridir. 
Eranın əvvəllərində Ararat dağı onların adı ilə Qordien 
dağları adlanırdı (Описание армян 1831. 40). 
Qordlar  haqqında  bizə  məlum  olan  ilk  mənbə 
eradan öncə IV əsrin sonlarına aiddir. O zaman onların 
cənub-şərqi  Anadoluda  Qord  adlı  şəhəri  olmuşdur. 
Makedoniyalı  İsgəndər  e.  ö.  333-cü  ildə  həmin 
şəhərdə qışlamışdı (Вильгельм Вагнер 1901. 813). 
İnsanlar  o  yerdə  qışlayırlar  ki,  düzənlik,  isti  bir 
yer  olsun.  Ararat  vadisi  sərt  iqlimli,  soyuq  yerdir. 
Fikrimizcə,  qordlar  makedoniyalılar  tərəfindən  sıxış-
dırılandan sonra özlərinin münbit torpaqlarından şima-
la köçmüşlər. 
Qord  I  əsr  Roma  mənbələrində  həm  tayfanın, 
həm də ölkənin adıdır. Qordların adı Pompeyin Mitri-
datla  və  Tiqranla  döyüşləri  ilə  bağlı  çəkilir.  Həmin 
məlumatlardan  görünür  ki,  qordlar  döyüşlərdə  roma-
lıların  yox,  parfiyalıların  tərəfini  saxlamışlar  (Кемал 
Алиев 1987. 54, 57, 63). 
Qordlar  bundan  xeyli  sonra  –  imperator  Yusti-
nianın  (525-565)  zamanında  Bospor  mahalında  yaşa-
yırdılar. VI-VII əsr Suriya salnamələrində göstərilir ki, 
Şota Uruztaveli 
“Bars dərisi” 
poemasını Qurd 
dilində yazmışdır 
(N.Y.Marr).  
Qurd dili gürcülər 
üçün anlaçıqlı 
deyili. 
Ararat dağı bəzi 
mənbələrdə Qord 
dağı adlandıırılır. 


 
 
hun  tayfa  başçılarından  biri  olan  Qord  əcdadlarının 
qızıl  və  gümüş  bütlərini  atıb  xristian  oldu,  ancaq 
qardaşı tərəfindən öldürüldü (Кулаковский 1914. 60; 
Пигулевская 1941. 87-88). 
Yulian  Kulakovski  yazır  ki,  həmin  qordlar  son-
rakı  qurzuvitlər,  yəni  Qara  dənizin  şimal  sahilindəki 
Qurzuf  qalasını  salanlardır  (Кулаковский  1914.  61). 
Buradan  aydın  olur  ki,  qordların  hamısı  romalılara 
tabe  olmamış,  Parfiyalı  Mitridatla  birlikdə  İberiyaya, 
oradan  Qara  dənizin  şimal  sahilinə  köçmüşdür.  Xris-
tianlığı  qəbul  edən  Qord  hunlara  qoşulub,  Qurzufdan 
ata  yurduna  qayıdan  qurdların  tayfa  başçısıdır.  Onlar 
əski  yurda  dönüb,  Şərqi  Anadolunun  və  Cənubi  Qaf-
qazın bir neçə bölgəsində yurd saldılar. 
Qordların bir qolu XII əsrdə Gəncə yaxınlığında 
yaşayırdı. Rüstəm Əliyev N.Gəncəvinin anasının ölü-
mü ilə bağlı yazdığı: 
An madəre mən, rəiseyi-qord, 
Madərsefətane nişe mən mord 
beytinə istinadən belə  hesab edir ki,  şairin anası 
Qurd  tayfa  başçısının  qızı  idi.  Rəiseyi-qord  “qurd 
rəisinin qızı” deməkdir. Persofil tədqiqatçılar qord et-
nomini  kürd  kimi  qələmə  verirlər.  Əslində  qord  və 
kürd  ayrı-ayrı  etnonimlərdir.  İlk  öncə  ona  görə  ki, 
kürdlər  özləri  özlərinə  kürd  yox,  kurmanc  deyirlər. 
Fikrimizcə,  qurd  kurmancların  etnogenezinə  daxil 
olan  türk  mənşəli  etnoslardan  birinin  adıdır.  Onların 
azlığı,  irandilli etnosların çoxluğu şəraitində kurmanc 
dili formalaşmışdır. Qurdlar irandilli kurmanclarla qa-
rışdıqlarına  görə,  türklər  onlara  kürd,  yəni  qurd  adı 
vermişlər. 
İ.İ.Şopen  yazır  ki,  kürd  adı  türkcə  qurd  və  ya 
kartvelcə oğru sözündəndir (Шопен 1866. 121). Oğru 
etnik  ad  deyil.  Gürcülər  öz  qonşularının  adını  həyat 
tərzinə görə oğru anlamında qəbul etmişlər. Kürd, yəni 
qurd isə totem mənşəli etnonimdir. 
Qarabağdan 
başqa Güney 
Qafqazda Ağbağ 
nəsilləri və 
şəhərləri 
olmuşdur. 
“Bars dərisi” 
poemasının dilini 
imerlər və qurlar 
anlayır, gürcülər 
anlamırlar 
(A.A.Qlonti). 
 
Qurd dili Qafqaz 
dillərinin təsirinə 
uğramış türk 
dilidir. 
 
İberiyanın 
qərbində 60, 
şərqində 6 dildə 
danışırdılar.  


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə