Şota Rustavelinin poemasında Siren mifoloji ob-
razı var. Siren cənnətdə şirin səslə oxuyan quşlara de-
yilir (Шота Руставели 1982. 332). Gürcü həmkarın-
dan fərqli olaraq Nizami Gəncəvi Şirinin adını şirin-
liklə bağlayır və onu şəkərlə müqayisə edir.
Şota Rustaveli Şirin obrazının daha arxaik
variantını dünyəvi ədəbiyyata gətirmişdir. Onun kilsə
xadimləri tərəfindən lənətlənməsinin bir səbəbi də
budur. Kilsələr sinaqoqlarla müqayisədə Astarta-Afro-
dita sevgisinə qarşı daha kəskin mübarizə aparırdı.
Şota Rustaveli Türküstan xanının arvadını İtiçine
adlandırır (Марр 1895. 229). Əslində İtiçine, yəni iti-
çənə, zəvzək xanımın adı deyil, ləqəbidir. V.V.Radlov
çine sözünün türk dillərində çənə mənasında işləndiyi-
ni göstərmişdir. Əgər Şota Rustavelinin poemasının
redaktə olunmamış variantları əlimizdə olsaydı, biz
orada daha çox Aran sözləri tapa bilərdik.
Poema Aran dilinin və düşüncəsinin izləri ilə o
qədər zəngin idi ki, çar VI Vaxtanq 1712-ci ildə onu
yenidən redaktə etdi. Daha doğrusu, redaktə etmədi,
əsərdə qalmış bütün qeyri-gürcü beytləri mətndən
çıxartdı.
İ.M.Rubanovski poemanın Peterburqun “Acade-
mia” nəşriyyatı tərəfindən çap olunan 1937-ci il nəşri-
nə ön sözündə yazır: – Çar VI Vaxtanq əsəri redaktə
etməmişdir, redaktə adı altında onun ən qiymətli fə-
sillərini və beytlərini qayçılayıb atmışdır (Шота Рус-
тавели 1937. 18-19). Gürcü tədqiqatçıları son dövrdə
nəşr etdirdikləri əsərlərdə belə bir iddianı əsaslandı-
rmağa çalışırlar ki, əsərin dəyərli hissələrini çar VI
Vaxtanq kəsib atmamışdır. Əlyazmanın üzünü köçü-
rən şair-katiblər poemanın təsirindən vəcdə gələrək
ona özlərindən beytlər, misralar artırmışlar (Буачидзе
1983. 283).
Akademik Mari Brosse hələ XIX əsrin əvvəllə-
rində gürcü salnamələrində belə əlavələrin olduğunu
Poemada Aran və
Qurd dillərinin
sözləri o qədər
çox idi ki, çar VI
Vaxtanq onu
yenidən redaktə
etdi.
Çar VI Vaxtanq
əsəri redaktə
etməmişdir,
redaktə adı
altında onun ən
qiymətli beytlərini
qayçılayıb
atmışdır
(İ.M.Rubanovski).
Kaşğar nəslindən
çıxan
yepiskoplardan
biri VII əsrin
əvvəllərində İran
xristianlarının
başçısı olmuşdur.
müşahidə etmişdi. Görmüşdü ki, həmin abidələrin
fəsilləri arasında gürcü əlifbası ilə yazılmış türk
dilində mahnılar var (Буачидзе 1983. 283).
Belə çıxır ki, Şota Rustavelinin və digər şairlərin
əsərlərinin üzünü köçürənlər arasında yerli xristian
türk şairləri olmuşdur. “Bars dərisi”nə artırmaları Mari
Brossedən başqa A.İ.Saraçişvili də görmüşdür. O, ilk
olaraq poemada 13 şübhəli beytin olduğunu sübuta
yetirdi (Марр 1910. III). Əsərin 1712-ci ildən öncəki
nüsxələri əlimizdə olsaydı, biz birmənalı şəkildə de-
yərdik: – “Bars dərisi geymiş koma” Aran epik dastanı
olub, Şota Rustaveli tərəfindən Qurd dilinə tərcümə
edilmişdir. Şair özü əsərin başlanğıcında bunu etiraf
edir. Ancaq poemanın sətri tərcüməsini hazırlayan
gürcü mətnşünasları Ran, yəni Aran adını İran, Qord
adını qurci kimi yazaraq diqqəti yayındırmışlar.
Bu bir İran dastanıydı, dolaşırdı dildə-dilə,
Onu gürcü dilində mən şerə saldım bilə-bilə/
Эта повесть из Ирана занесенная давно,
По рукам людей катилась, как жемчужное
зерно.
(Шота Руставели 1982. 8).
Gürcü salnamələrindəki Ran (İоселиани 1860.
24; История Грузии 1946. 216), Albaniya tarixindəki
Aran, Eran və İrank (История Aгвaн 1861. 31.71, 90,
136) Albaniyanın Aran vilayətinin adıdır. Şota Rusta-
velinin zamanında İran deyəndə indiki İran yox, bü-
tünlükdə Qarabağ və Cənubi Azərbaycanın Əraq
mahalı başa düşülürdü.
İ.M.Rubanovski yazır: – “Bars dərisi” 1937-ci
ilə qədər 30 dəfə nəşr olunmuşdur. Bütün nəşrlər fəsil-
lərin və beytlərin sayına görə bir-birindən fərqlənir
(Шота Руставели 1937. 18). Həmin fikri daha əsaslı
şəkildə M.İ.Brosse söyləmişdir. Fransız şərqşünası
Mari Brosse
gürcü dilli
mətnlərdə türkcə
mahnılar
tapmışdır.
A.İ.Saraçişvili
poemada 13
şübhəli beytin
olduğunu sübuta
yetirmişdir.
1828-ci ildə Asiya Cəmiyyətində məşhur məruzəsində
bildirmişdir ki, “Bars dərisi”nə xeyli əlavələr edilmiş-
dir (Хантадзе 1970. 102). M.İ.Brosse yazır ki, VI
Vaxtanqdan sərəncamı ilə yalnız Şota Rustavelinin
poemasına yox, “Kartli çarlarının tarixi”nə də əlavələr
edilmişdir. “Kartlis tsxovreba” 1709-cu, “Bars dərisi”
1712-ci ildə yenidən işlənmişdir (Хантадзе 1970.
122-123).
Sonra şahzadə Vaxuşti ixtisarla atası Vaxtanqın
redaktə etdiyi nüsxənin üzünü köçürmüş (Сенковский
1859. 173), əsər bizə 2-ci düzəlişdən sonra çatmışdır.
X.A.Vermişev yazır ki, VI Vaxtanqın əmrilə
redaktə olunan qədim əlyazmaların heç birinin ilkin
nüsxəsi əlimizdə yoxdur (Вермишев 1904. 89).
Hər şey gün kimi aydındır: – Əlyazmalarda Aran
dili və tarixi üçün qiymətli bilgilər olmasaydı, onlar
çarın sərəncamı ilə məhv edilməzdi.
Çar VI Vaxtanq poemanın 48, 49, 50-ci fəsilləri-
nin nəşrinə icazə verməmişdir (Шота Руставели 1937.
19). Buna səbəb nə idi? Güman edirik ki, buna səbəb
son fəsillərdə əsərin Aran mənşəyinin açıq-aşkar bilin-
məsi olmuşdur.
VI Vaxtanq öz əli ilə əsərin 22 beytini qayçılayıb
atmışdır (Шота Руставели 1937. 19). Özü də həmin
beytlərin beşi əsərin nəticə hissəsindən çıxarılmışdır.
Nəzərə alsaq ki, nəticə cəmi 15 beytdən ibarət idi,
onun beşinin kəsilib atılması o deməkdir ki, son fəsil-
dəki məzmun əsaslı şəkildə dəyişdirilmişdir.
Əsərin nəticə hissəsində göstərilir ki (doğrudan
da əlyazmada göstərilibsə), şair milliyyətcə Mesxdir
(Бакрадзе 1870. 34). Gürcü salnamələrində Mesx for-
masına salınmış etnonim “Bibliya”nın xalqlar cədvə-
lindəki Meşexdir. Meşex və ya Metex tayfası İudeya
sınırlarından Qafqaza köçərək Mtsxeti şəhərini salmış-
dır (Патканов 3160. 240, 245).
“Bars dərisi”
1937-ci ilə qədər
30 dəfə nəşr
olunmuşdur.
Bütün nəşrlər
fəsillərin və
beytlərin sayına
görə bir-birindən
fərqlənir.
VI Vaxtanqın
əmrilə redaktə
olunan qədim
əlyazmaların heç
birinin ilkin
nüsxəsi bizə gəlib
çatmayıb.
VI Vaxtanq öz əli
ilə əsərin 22
beytini qayçılayıb
atmışdır
(V.Rubanovski).
VI Vaxtanqın
sərəncamı ilə
yalnız Şota
Rustavelinin
poemasına yox,
“Kartli
çarlarınınm
tarixi”nə də
əlavələr
edilmiuşdir (Mari
Brosse).
Dostları ilə paylaş: |