Ola bilsin ki, Uruz nəsli VI əsrdə Albaniyanın İr
oba vilayətindən İberiyanın Metex şəhəri ətrafına
gəlmişdir. Çünki sasanilər Albaniya və İberiyanın
özlərinə tabe edə bilmədikləri nəsillərini öz torpaqla-
rından şimala sıxışdırırdılar. Nəticədə İberiyanın etnik
xəritəsi albanların hesabına dəyişirdi.
Pompeyin zamanında (I əsr) Uruz Albaniyanın
hakim nəsli idi. T.İ.Hacıyev hələ 1984-cü ildə yazırdı
ki, erməni dilli mənbələrdə Oroys kimi yazıya alınmış
Albaniya çarının adı Uruz olmuşdur (Hacıyev 1984.
131). T.İ.Hacıyevin fikri Pompeyin yürüşlərini qələ-
mə alan son antik tarixçilərin məlumatları ilə təsdiq
olunur. Onlar Albaniya çarının adının Oroys yox,
Oroz olduğunu göstərirlər (Армения и Рим. 2765,
156).
Qeyd etmək lazımdır ki, heç də bütün erməni
salnaməçiləri Uruz nəslinin adını Oroys kimi yazıya
almamışlar. Onların bəziləri 943-944-cü illərdə Bərdə-
ni tutan rosları Uruz və Ruzik adlandırırlar (Акопян
1987. 233-234).
Şota və Uruz adlarının hər ikisi türk mənşəlidir.
Uruz Turan ilə yanaşı e. ö. I minillikdə etrusk tayfa
ittifaqının sevgi və incəsənət ilahəsi idi (Марр 505.
35-36; Марр 1927
. 122, 124).
Uruz daha qədim mənbələrdə tanrı Arazla eyni-
ləşdirilir. Bəzən də Uruz və Araz qohum etnosların
tanrıları kimi təqdim edilir. Uruz və Araz qədim Ön
Asiyanın döyüş tanrıları olmuşlar (Марр 1920. 34-35;
Блейхштейнер 1936. 182, 188). B.B.Piotrovski yazır
ki, Araz Urartunun qəbilə tanrılarından biri idi. Ayin
zamanı ona 1 buğa, 2 qoç qurban kəsərdilər (Пиот-
ровский 1944. 272; Меликишвили 1960. 417).
Sonra tanrı Araz Ares şəklində indiki Türkiyə
ərazisindən Elladaya keçdi. Suriyadan tapılan yunan
dilində bir kitabədə göstərilir ki, Araz Kiçik Asiyada
Urartu
kitabələrində çar
Rusanın adı dinqir
Rusaşe – tanrı
Uruzun övladı
kimi yazıya
alınmışdır.
Gürcülərin
Kosidze və
Kozişvili nəsilləri
Pompeylə vuruşan
Albaniya
sərkərdəsi
Quzunun
törəmələridir.
yerli döyüş tanrısı olmuşdur (Бекерман 1985. 217;
Иванов 1980. 132).
Uruz və Araz kultları uzun illər Azərbaycan
ərazisində yanaşı şəkildə mövcud olmuşdur. XIV əsrin
sonlarına qədər Araz çayının aşağı axarı Araz, yuxarı
axarı Uruz adlanırdı. İ.İ.Şopen erməni tarixçilərinə is-
tinadən yazır: – Əmir Teymur Araz və ya Urus çayını
keçib, Cuqa şəhərinə gəldi (Шопен 1852. 322).
N.Y.Marra görə, Urartu tayfa ittifaqının tərki-
bindəki Araz və Urus qohum etnoslar olmuşdur (Марр
1920. 32, 35). Həm Urartu mifik düşüncəsində, həm
“Kitabi-Dədə Qorqud” dastanlarında Uruz adının bəzi
məna çalarları uyğun gəlir. B.B.Piotrovskiyə görə,
Urartu çarı Uruzun adı “qırmızı” deməkdir (Пиот-
ровский 1959. 48). Təsadüfi deyil ki, Oğuz dastanla-
rının arxaik variantlarında Alp Uruz (Aruz forması
yanlışdır) “od gözlü” təsəvvür olunur.
Yazıçı oğlu Əlinin qələmə aldığı “Səlcuqnamə”-
də Alp Ər Tonqanın oğlunun adı Alp Uruzdur (Бар-
тольд 1999. 237). Fikrimizcə, Böyük Qafqaz dağla-
rının Elbrus zirvəsi və Xəzər dənizinin cənubundakı
Elbrus silsiləsi Alp Uruzun adını yaşadır.
Bu gün dünyanın ərazicə ən böyük ölkəsi olan
Rusiya qədim bir türk etnosunun adını daşıyır (Cəfər-
soy 1995. 8-16). Uruz nəslinin bir qolu şərq slavyan-
larını özlərinə tabe etmiş, slavyanlar özlərini qalib
xalqın adı ilə Urus, ölkələrini Rusiya adlandırmışlar.
Təsadüfi deyil ki, Əbülqazi Bahadur xan rusların adını
Urus kimi göstərmişdir (Рычков 1767. 9).
Qədim rus salnamələrində göstərilir ki, Urus
qıpçaq tayfalarından biridir (Попов 1986. 130-131).
Əbdürrəşid Bakuvi yazır: – Urus türk tayfasıdır. İtil
çayı ilə ticarət edirlər. Slavyanları əsir tutur və qul
bazarında satırlar. Onların öz qanunları və ayrıca dil-
ləri var (Бакуви 1971. 104).
Alp ər Tonqanın
oğlunun adı Alp
Uruz olmuşdur.
Musa Xoneli
Elbrus dağını Elp
Urus adlandırır.
Araz çayı tarixi
mənbələrdə Uruz
və Araz
adlandırılır.
Urusların bir hissəsi slavyanlar arasında əriyib
itmiş, bir hissəsi isə qırğız və qazax xalqlarının mən-
şəyinə daxil olmuşdur. Çokan Valixanov yazır ki,
Urus xan ilk qırğız sultanı və Ak Orda dövlətinin
banisidir. Ak Ordanın mərkəzi Sıqnax şəhərini o sal-
mışdır (Валиханов 1984. 165. 391).
Ellada və Urartu panteonunda olduğu kimi, əski
türk inancında Urus kultu müharibə ilə bağlıdır. Van
qaya yazılarında silaha uriş deyilir ki, həmin sözün
kökündə türk dillərindəki ur “vur” feili durur.
Mahmud Kaşğarinin “Divan”ında urus sözü “vu-
ruş” mənasında verilmişdir (MK I. 1939. 61; MK I.
2006. 136). Dədəmiz Qorqudun kitabında ur sözü vur-
maq mənasında işlənmişdir (KDQ 1988. 100, 102).
Türk dillərində Urus sözünün başqa bir mənası
“bəxt”, “uğurlu tale”dir (Казахско-русск. 1954. 938;
Каракалпакского-русск. 1958. 759). Belə hesab edi-
rik ki, bu sözün hər iki mənası bir-biri ilə bağlıdır. At
üstə doğulan və at üstündə ölən əcdadlarımız üçün
uğurlu döyüşlər həyat, uğursuz savaşlar ölüm rəmzi
idi. Ona görə də onlar həm döyüşə, həm silaha, həm
də silahla qazanılan uğurlara uruş, uruz deyirdilər.
Şota Rustavelinin adı, atasının adı və soyadı türk
dillərinin tarixi leksikası əsasında izah olunur. O ki
qaldı şairin mənşəcə Mesx, yəni Metex olmasına (əgər
doğrudan da olubsa), metexlər baqrationlar kimi sami
deyillər. Bibliyanın “Xalqlar cədvəli”ndə göstərilir ki,
meşex, yəni metexlər şimal xalqı olub, kumerlər, ti-
berlər və b. kimi Qoq və Maqoq nəslindəndirlər. Yə-
hudi tarixçisi İosif Flaviyə (I əsr) görə, metexlər indiki
gürcülərin yox, iberlərin əcdadlarıdır (Барамидзе, Ва-
тейшвили 1978. 156).
Şota Uruztaveli “Bars dərisi” poemasını hansı
dildə yazmışdır? Gürcüstan Təhsil Nazirliyinin dərs-
liklərinə inansaq, əsər gürcü dilində yazılmışdır. Əs-
Urus türk
tayfasıdır
(Əbdürrəşid
Bakuvi).
“Bars dərisi”
Qurd dilində
yazılmışdır.
Dostları ilə paylaş: |