muşdur. O da mümkündür ki, Şota Aran nəslinin özü-
nün bütü imiş. Məlumdur ki, Aranın oğlu Azon Make-
doniyanın vassalı kimi 24 il İberiyanı idarə etmişdir
(Картлис Цховреба 1905. 204; Меликсетбеков
1939. 5; Мамулиа 1979. 175. 181).
A.S.Xaxanova görə, Şota qədim gürcü sözüdür
(Хаханов 1897. 244). Qədim gürcü dili deyəndə iber-
lərin dili nəzərdə tutulur. Elmi ədəbiyyatda qədim gür-
cü dili iber dilinin qarşılığı kimi işlənir (Патканов
1883. 199-265; Марр 1903. XVII-XXIX; Марр 1925.
3-12). Deməli, Şota indiki gürcülərin yox, iltisaqi dilli
İberiya nəsillərindən birinin adı olmuşdur.
Klavdi Ptolomeyə (II əsr) görə, Şota (Sioda va-
riantı da var) Albaniyanın bir vilayəti və həmin vila-
yətin mərkəzi şəhəridir. Şota şəhəri 78
0
15 – 44
0
40
uzunluq və en dairələrində yerləşirdi. Kerop Patkanov
“Albaniya tarixi”nin 1861-ci il nəsrinə izahında yazır
ki, antik tarixçilərin Sioda adlandırdıqları etnik-inzi-
bati ərazi Zod mahalıdır (История Агван 1861. 361;
Шопен 1866. 306).
Yepiskop Sebeosun (VII əsr) “İmperator İraklın
tarixi” kitabında Zod mahalının adı Soda formasında
göstərilmişdir. Həmin mahal ermənilərin yox, albanla-
rın ölkəsində yerləşirdi (Себеос 1862. 54).
Soda etnik adının kökündə zod “süd” sözü durur.
– a totem adlarından etnonimlər düzəldən şəkilçidir
(Марр 1922. 59, 97; Марр 1927. 86; Капанцян 1947.
58). Bəzi antik tarixçilər Albaniyanın bu mahalını
Sodikena adlandırırlar. Bu da totemi zod, yəni süd
olan nəslin ölkəsi deməkdir. -ena şəkilçisi etnik adlara
artırılaraq ölkə, məskən anlamı yaradır (Пиотровский
1946. 9-10; Меликишвили 1960. 378).
V-VII əsr erməni tarixçiləri Zod mahalını Sotk,
yəni Süd adlandırırlar (Шопен 1852. 66; Хоренский
1893. 293). Sotk totemi süd olan etnosun ölkəsi
Şota şəhəri 78
0
15
– 44
0
40
uzunluq
və en dairələrində
yerləşirdi.
Soda etnik adının
kökündə zod
“süd” sözü durur.
V-VII əsr erməni
tarixçiləri Zod
mahalını Sotk,
yəni Süd
adlandırırlar.
deməkdir. Bir çox Yafəs dillərində -k sonluğu etnik
mənsubluq və çoxluq bildirir (Хоренский 1893. 270;
Шор 1931. 232; Капанцян 1947. 14, 145).
Xeyli sonra Vardanın (XIII əsr) “Coğrafiya”sın-
da Sotk mahalının adı Zod kimi göstərilmişdir (Шо-
пен 1852. 318). Nikita Emin Musa Xorenlinin kitabı-
nın 1893-cü il nəşrinə izahında yazır ki, Zod vilayəti
Sünik mahalında Dəvəli yolunun üstündə yerləşir
(Хоренский 1893. 293).
Kerop Patkanov da bildirir ki, Zod Sünik mahalı-
nın bir vilayəti olmuşdur (История Агван 1861. 215).
Ancaq bu, o demək deyil ki, Zod vilayətinin Arminiyə
və Zod nəslinin ermənilərə bir aidiyyatı var. Müəyyən
istisnaları nəzərə almasaq, Sünik yüz illərlə etnik, iq-
tisadi və siyasi baxımdan Albaniyaya bağlı olmuşdur.
Hər iki ölkənin köçəri-maldar əhalisi bir-birini müda-
fiə edirdi. Aranın sürüləri Göyçə vadisinə yaylağa
gedir, Sünikin heyvanları Kür-Araz ovalığında qışla-
yırdı.
“Albaniya tarixi”ndə verilən bilgilərə görə, Zod
mahalının əhalisi Aran nəslindən çıxmışdır. Zod
mahalı eyni zamanda Sara yerkir (Sarı gəlinin
mahnısı) adlanırdı (Шопен 1852. 318). E. ö. II-I
minilliyə aid yazılı mənbələrdə Sari və ya Sara Aranın
qız nəvəsidir (Энеида 1971. 408). Əslində Sari Aran
nəsli deyildi. Aran nəsli ətrafında toplaşan etnik
toplumlardan biri idi. Onların ölkəsi Aranın şimalında
yerləşirdi (Велльгаузен 1909. 278).
Nəzərə alsaq ki, Aran e. ö. II-I minilliklərdə
Güney Azərbaycanının Eraq mahalını əhatə edirdi,
onun şimalı əvvəllər Sari, Sariq adlanan Sərab ölkəsi
olmuşdur.
Şota, yəni Zod kultu ana südünə sitayişlə bağlı-
dır. Urartu mixi yazılarında, eləcə də qədim erməni di-
lində “ü” səsi olmadığından süd sözü zod kimi yazıya
alınırdı. Yalnız bir yerdə Musa Xorenli Süd etnik adını
Sünik yüz illərlə
etnik, iqtisadi və
siyasi baxımdan
Albaniyaya bağlı
olmuşdur.
Zod mahalı eyni
zamanda Sara
yerkir (Sarı
gəlinin mahnısı)
adlanırdı.
Şota, yəni Zod
kultu ana südünə
sitayişlə bağlıdır.
Süt formasında vermişdir. Tarixçi yazır ki, Süt tayfası
Sarmatiyada yaşayır (Шопен 1866. 216).
Kilsə salnamələrindən fərqli olaraq türk dilləri-
nin onomaloji leksikasında bu söz daha çox süd for-
masında işlənmişdir. XIX əsr sənədlərində Kutais qu-
berniyasında, Zəngəzur qəzasında Şota və Sütlü Azər-
baycan kəndləri qeydə alınmışdır. (Шопен 1866. 555;
Пагирев 1913. 99; Bayramov 2005, 80).
S.T.Yeremyan yazır ki, qədim Süd (Zod) mahalı
indiki Basarkeçər rayonudur (Еремян 1958. 303). Hə-
min mahal Albaniyadan Dəvəli (Dəbil) şəhərinə gedən
yolun üstündə idi (История Агван 1861. 171; Шо-
пен 1852. 66).
Qədimr İber salnamələrində süd sözü zud kimi
yazıya alınmışdır. “İlk əzabkeş Rajdenin kitabı”nda
mama + zud + ze sözü “dayə”, “süd anası” anlamında
işlənmişdir. Digər İber salnamələrində isə süd anasına
deda + züd + ze deyilir (Джуаншериани 1986. 112,
133). Sonralar Tiflis və əyalət saraylarında həmin
titullar atalık və analık sözləri ilə əvəz edildi.
XII əsrdən sonrakı gürcü mənbələrində türk
mənşəli etnoqrafik terminlər tanınmaz hala salınır.
Məsələn, atabəylərə məxsus mülklər sa + atabaq + o,
Kulbak yurd yeri na + Kulbak + i, ilahi Ananın
məbədi Aynina kimi yazıya alınır (Вахушти 1976.
229, 295; Марр 1901. 9; Апакидзе 1968. 62).
Gürcü salnamələrində göstərildiyinə görə (əgər
məqsədli şəkildə redaktə edilməyibsə), Şota Rustave-
linin atasının adı Çiaber olmuşdur (Бакрадзе 1870.
30). Güman edirik ki, şairin atasının adı Çiaber yox,
Çiber və ya Siber imiş. İlk öncə ona görə ki, Cənubi
Qafqazın və Şərqi Anadolunun tarixi toponimləri ara-
sında Çiaber adına təsadüf etmirik. Bundan azca fone-
tik fərqlə V-VII əsr iber və erməni salnamələrində
Sper etnotoponimi vardır (История Грузии 1946. 44;
Патканов 1883. 208, 240, 245; Капанцян 1947. 65).
Zəngəzur
qəzasında Şotalı
Azərbaycan kəndi
olmuşdur.
Dostları ilə paylaş: |