İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə11/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   7   8   9   10   11   12   13   14   ...   58

 
 
N.Y.Marra  görə,  “Bars  dərisi”nin  yazıldığı  dil, 
yəni qord dili Qafqaz dillərindən biri olmuşdur (Марр 
1936.  39).  Əslində  isə  qurd  dili  türk  dillərindən  biri 
olmuş,  sonradan  Qafqaz  dillərinin  təsiri  ilə  öz  leksik 
və  qrammatik  quruluşunu  xeyli  dəyişmişdir.  Çünki 
qurdların Şirvanda qalıb, Gürcüstana köçməyən hissə-
si XX əsrin əvvəllərinə qədər türk dillərinin ayrıca bir 
ləhcəsində danışırdı. 
A.P.Fituni  1927-ci  ildə  Azərbaycanı  öyrənmə 
cəmiyyətinin  xəbərlərində  çap  etdirdiyi  məqaləsində 
yazır:  –  Şirvanda  və  Qarabağda  yaşayan  qurdların 
kəndləri  Kurtşen  adlanır.  Onlar  çox  cəsur  adamlardır. 
Dilləri  türk  dilidir,  ancaq  Azərbaycan  dilindən  xeyli 
fərqlənir (Фитуни 1927. 10). 
A.P.Fituni onu da bildirir ki, Şirvandakı Qurdlar 
kəndlərinin həyət qapılarında, saxsı əşyaların üzərində 
qədim  türk  yazılarına  bənzəyən  yazılar  var.  Biz  o  əş-
yaları  Azərbaycan  tədqiqatçılarının  əlinə  keçməsin 
deyə Tiflisə göndərdik (Фитуни 1927 1927. 10-12). 
Gürcüstan muzeylərinin zirzəmilərində belə qiy-
mətli  arxeoloji  nümunələr  çoxdur.  Mən  Tiflisdə  olar-
kən  çox  çalışdımsa  da,  həmin  eksponatlar  saxlanan 
otaqlara buraxılmadım. 
İlya  Çarçavadze  yazır  ki,  ermənilər  gürcülərin 
qədim  salnamələrini  məhv  ediblər  (Вермишев  1904. 
46).  Əslində  o  salnamələr  indiki  gürcülərin  deyildi. 
Kür  çayı  boyunda  gürcülərdən  qabaq  yaşayan  iberlə-
rin,  qurdların,  albanların,  buntürklərin  ədəbi  abidələri 
idi. 
Bu gün Gürcüstan Respublikasının baş naziri sə-
viyyəsində  Azərbaycanın  xristian  abidələrinə  iddialar 
qaldırılması, ali və orta məktəb dərsliklərində soydaş-
larımızın  Borçalı  mahalına  gəlmə  xalq  kimi  təqdim 
edilməsi  bizi  vadar  edir  ki,  Kaxeti  və  Eretini  Alba-
niyanın ucqarı kimi Azərbaycanın tarixi coğrafiyasına 
daxil edək. 
“Miriani” 
poeması Əssar 
Təbrizinin 

Mehr 
və Müştəri” 
əsərinin 
tərcüməsindən 
başqa bir şey 
deyildir (Mari 
Brosse). 
Ermənilər 
gürcülərin (İlya 
Çavçavadze), 
gürcülər 
albanların 
(İ.Cəfərsoy) qədim 
ədəbi abidələrini 
məhv ediblər. 
 
Ereti Albaniyanın 
bir vilayəti, Kaxeti 
Albaniyanın 
ucqarıdır. 


 
 
Azərbaycan  türklərinin  Kartli  adlanan  ölkənin 
qədim  sakinləri  olduqlarını  elmi  dəlillərlə  əsaslan-
dıraq. İber adı altında gizlənən xalqların etnik tarixini 
və etnogenezini tədqiqatlarımızın obyektinə çevirək. 
Eyni  zamanda  sübuta  yetirək  ki,  Şota  Rustaveli 
Aran  nəslindən  çıxmış,  onun  davamçısı  Çolakaşvili 
mənşəcə türk olmuşdur. Yaqub Çortaveli türkmənlərin 
Çor, İakov Saruqski Sarı nəslindən çıxmışdır. 
 
 
 
 
 
 


 
 
Gürcü alimləri albanların dili 
və ədəbiyyatı haqqında 
 
Gürcüstan  Elmlər  Akademiyasının  akademik 
katibi Zaza Aleksidze – “böyük bir elmi kəşf eləyib”. 
Ömrünün 20 ilinə qıyaraq Sinay monastırındakı alban 
yazısını  oxuyub.  Üç  dəfə  ekspedisiyanın  başçısı  kimi 
Qırmızı  dənizin  sahilinə  yollanıb.  Gəldiyi  nəticə  bu 
olub  ki,  alban  perqamentinin  dili  Dağıstan  dillərinə 
aiddir. 
Zaza Aleksidzenin tədqiqatını Azərbaycana xid-
mət  kimi  anlayan  gürcüstanlı  soydaşımız  Süleyman 
əfəndi ona hörmətlə batono deyir. Bu məqamda ibrə-
tamiz  bir  hadisənin  sözləri  yada  düşür:  –  Uşaq  dum-
duru  təmiz  gözlərilə  xəbisin  üzünə  baxıb  gülümsə-
yirdi. 
İndi  təqaüddə  olan  akademik-katibin  fikrincə, 
Sinay  yazısının  dili  uti  dilinə  yaxındır.  Uti  dilinin  isə 
türk dilləri ilə genetik bağları yoxdur (Alexidze 2003
1

44-52). 
Batono  Zaza  Aleksidzenin  son  20  ildə  dediklə-
rini matono Fəridə Məmmədova 1986-cı ildə yazmışdı 
(Мамедова  1986,  3-280).  Ancaq  bu  qədər  səs-küy 
salıb,  Avropanın  virtual  məkanını  uydurma  fikirlərlə 
doldurmamışdı. 
Zaza  Aleksidze  yazır:  –  Mənim  tədqiqatım  al-
banşünaslıqda  son  nöqtə  deyil.  Yəqin  ki,  yeni  alban 
yazıları tapılacaq, biz erməni və ləzgi dilçiləri ilə bir-
likdə həmin mətnlər üzərində işləyəcəyik. 
Belə  məqamda  adam  istər-istəməz  soruşur:  – 
Qonşu, necə  olur?  İşığınız sönəndə, qazınız kəsiləndə 
Azərbaycanı yada salırsınız. Alban dilindən söhbət dü-
şəndə sadvalçılarla dilbir olursunuz. 
Heç bir ilkin mənbədə göstərilmir ki, utilərlə al-
banlar  Dağıstan  mənşəli  xalqlardır.  Əksinə,  bildirilir 
Son alban 
yazılarından biri 
Sinay dağının 
ətəyindən tapıldı. 
İlk alban yazısı 
V əsrə aid 
Mingəçevir 
yazısıdır. 


 
 
ki,  onlar  Cənubi  Qafqaza  indiki  Türkiyə  ərazisindən 
köçüb gəlmişlər. 
Əmir Teymurun zamanında Sultaniyə şəhərinin 
arxiyepiskopu olan diplomat və tarixçi  İohann de-Ka-
lonifontibus (XIV  əsr)  yazır ki, Albaniya Dağıstan və 
Ləzgistandan fərqlənir (Kalonifontibus 1980, 11). 
Zaza  Aleksidze  erməni  sələfləri  kimi  iddia  edir 
ki, utilər və albanlar Cənubi Qafqazın yerli xalqlarıdır. 
Türklər  onlardan  sonra  bu  torpaqlara  gəlmişlər.  Təd-
qiq  etdiyimiz  mənbələr  göstərir  ki,  utilər,  albanlar, 
qarqarlar  Qafqazın  yerli  xalqı  deyillər.  Onlar  bu  tor-
paqlara Ön və Kiçik Asiyadan köçüb gəlmişlər. Alba-
niya və İberiya Azərbaycan və Anadolunun davamıdır. 
Bu da ilk öncə coğrafi şəraitlə bağlıdır. 
Türk  etnosları  özlərinin  ən  qüdrətli  çağlarında 
Araz  çayı  sahillərindən  Nil  vadisinə  qədər  irəliləmiş, 
zəifləyəndə Qafqaz dağlarının dərələrinə, mağaralı qa-
yalıqlara çəkilmişlər (Джафарсой 2010, 107-113). 
B.B.Piotrovski,  İ.İ.Meşşaninov  yazırlar  ki,  Ön 
Asiya  xalqlarının  Misirə  axınları  Şumer  dövründən 
öncə  başlamış,  şumerlərdən  sonra  da  davam  etmişdir 
(Пиотровский  1930,  7;  Мещанинов  1927,  34-43). 
Nəticədə sivilizasiyalar bir-birinə qarşılıqlı təsir etmiş, 
yeni dillər, mədəniyyətlər yaranmışdır. 
Utilər də Xəzər dənizi sahillərindən Misirə köç-
müş, e. ö. IX əsrdə oradan Van gölü yaxınlığına qayıt-
mışlar. Albanlar bu zaman Orta Anadoluda yaşayırdı-
lar.  Eradan  öncə  II  minilliyin  ortalarına  aid  Kül  təpə 
mixi  yazılarında onlar haqqında məlumat verilir (Ян-
ковский 1968, 103, 164). Tarixçilər yanlış olaraq belə 
hesab  edirlər  ki,  albanların  adı  ilk  dəfə  e.  ö.  IV  əsrin 
sonlarında Qavqamel döyüşü ilə bağlı çəkilir. 
Zaza Aleksidze yazır ki, uti dili son  alban dili-
dir (Aleksidze 2003
2
, 29). Ancaq tarixi mənbələrin heç 
birində  utilərlə  albanlar  eyniləşdirilmir.  İstər  indiki 
Türkiyə ərazisində, istərsə də Göyçə gölü və Kür çayı 
Albaniya Dağıstan 
və Ləzgistandan 
fərqlənir. 
Döyüş arabaları 
Misirə Qafqazdan 
aparılmışdır.  
Bolnisi yazıları (V 
əsr) alban və iber 
əlifbasının 
qatışığından 
ibarətdir. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə