İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə16/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   12   13   14   15   16   17   18   19   ...   58

 
 
Urartu kitabələrindəki e-qal “saray”, “böyük ev” 
və uti, iber, alban dillərindəki kalak, qala sözləri türk 
mənşəlidir. Buna uyğun olaraq dilimizdə qalaqlamaq – 
daşları üst-üstə yığmaq feli vardır. 
–  talavar.  Bu  söz  Sinay  perqa-
mentində  “talvar”  mənasında  işlənmişdir  (Aleksidze 
2003
в
. 125). Gürcü dilində talavari, erməni dilində ta-
ğavar sözlərinin varlığı heç də onu bildirmir ki, bu söz 
türk  mənşəli  deyil.  Gürcü  dilinə  həmin  söz  iber,  er-
məni  dilinə  h’aylardan  keçmişdir.  N.Y.Marr  qədim 
erməni və gürcü dillərinə həsr etdiyi əsərlərində göstə-
rmişdir ki, iber və h’ay dilləri iltisaqidir və indiki er-
məni,  gürcü  dillərinə  qohum  deyildir  (Marr  1903. 
XXVII-XXIX).  Biz  çoxsaylı    dil  faktlarına  istinadən 
sübuta  yetirmişik  ki,  həmin  dillər  türk  dillərinin 
iştirakı  ilə  yaranmışdır  (Cəfərsoy  2007.  42-56;  Джа-
фарсой 2008. 58-63; Cəfərsoy 2009. 120-129). 
Sinay perqamentindəki talavar sözü indi dilimiz-
də talvar formasında işlənir. 
– abazak “quldur”. Z.Aleksidze bil-
dirir  ki,  erməni  dilindəki  avazak  və  gürcü  dilindəki 
avazaki  Sinay  yazısındakı  abazak  sözünə  uyğundur 
(Aleksidze  2003
а
.  125).  O  nəzərə  almır  ki,  türk  dillə-
rinin qıpçaq qrupunda buna uyğun olaraq avaz qəssab, 
başkəsən  sözü  vardır.  “Koroğlu”  dastanındakı  Eyvaz 
qəssab  oğludur.  Eyvaz  eponiminin  arxaik  variantla-
rından biri Abazdır. 
–  korba  “qurban”.  Tərcüməçi  onu 
yevrey, gürcü və erməni dillərindəki korban “sovqat”, 
“ianə” sözləri ilə əlaqələndirir. Nəzərə almır ki, o, dini 
termindir  və  türk  dillərində  də  həmin  mənada  işlənir. 
Z.Aleksidze onu da nəzərə almır ki, yevrey dili yəhudi 
dili  deyildir.  Yəhudilər  Sam,  yevreylər  Kam  nəslin-
dəndirlər. 
Sinay 
perqamentindəki 
yexan, Alban 
salnamələrindəki 
yexna türk 
sözləridir. 


 
 
Yexan  –  Sinay  perqamentində  aylardan  biri  ye-
xan  adlanır  (Aleksidze
a
  2003.  36).  Gəncəkli  Kürək 
(Kurakos  Qandzaketsi)  yazır  ki,  albanlar  ən  isti  aya 
yəxna  deyirlər.  Fikrimizcə,  yexan/yəxna  “yandırıb-
yaxmaq”  felinin  arxaik  variantıdır.  Dədəmiz  Qorqu-
dun  kitabında  buna  uyğun  olaraq  yəxni  “qaynadılmış 
ət” sözü  vardır. 
– buxacuq “tanrı” (Aleksidze 2003
a
. 73. 87. 
122). B-ğ buxacuq teoniminin  qısa  yazılış  formasıdır. 
Ancaq  Z.Aleksidze onu “bixacuq” oxuyur. Utilər son 
zamanlara  qədər  tanrıya  bixacuq  yox,  buxacuq  deyir-
dilər (Шопен 1866. 433; Qukaşyan 1984. 14-17). 
Söz  yox  ki,  buğa  totemik  tanrı  adıdır.  Cahilliyə 
dövründə əcdadlarımız tanrını yalnız insan deyil, həm 
də  qanadlı  heyvan  və  quş  formalarında  təsəvvür  edir-
dilər.  Düşünürdülər  ki,  yırtıcı  heyvanlar  və  quşlar  
göylərdən igidlərə güc, qüvvət gətirir. Qanadlı buğalar 
isə var-dövlət, bolluq, bərəkət timsalıdır. 
İberlər  kimi  h’aylar  da  buxa  tanrının  buğa  şək-
lində  qoyulan  bütünə  deyirdilər  (Шопен  1866.  483). 
H’Aylar indiki ermənilərin əcdadı olsaydılar, öz totem 
tanrılarını türkcə buğa yox, ari və ya sami dillərindəki 
vol, misraim sözləri ilə adlandırırdılar. 
Urartu dövrünün bir çox etnosları buğaya sitayiş 
edirdilər. 1912-ci ildə İ.A.Orbeli Topraq kaladan mər-
mər  lövhə  üzərində  buğa  şəkli  tapmışdır.  Ondan  4  il 
sonra Van gölü yaxınlığında arxeoloji qazıntılar zama-
nı  qanadlı  buğa  bütü  tapıldı.  Bütün  qanadları  qızıl-
dandır (Пиотровский 1944. 35). Bu da buğanın göy-
ləri təmsil etdiyinə işarədir. 
Əski türk qaydası ilə Xaçın hakimi Həsən Cəlal 
nəvəsinə  Ağ  Buğa  adı  vermişdi.  Hülakilər  dövründə 
Metex  atabəyi  Ağ  Buğa  totem  adı  daşıyırdı  (Петру-
шевский 1949. 252). 
Albaniya və 
İberiyanın bir 
çox qəbilələri 
Tanrının buğa 
şəklində bütünə 
buğa, qartal 
şəklində bütünə 
kuş deyirdilər. 


 
 
Musa  Xorenli  (VII  əsr)  yazır  ki,  Day  mahalının 
bir  vilayəti  Buxa  adlanır  (Хоренский  1809.232; 
1893.294). Sen-Marten həmin vilayətin adını Puxa ki-
mi oxuyur (Шопен 1852.24). 
Türk  kökənli  etnoslar  buğaya  olan  əski  inanc-
larını özləri ilə Piriney yarımadasına aparmışlar. Buğa 
döyüşləri  bizdə  unudulmuş,  İspaniyanın  bir  çox 
vilayətlərində indiyədək qalmışdır. 
Akademik  İ.İ.Meşşaninov  1927-ci  ildə  nəşr  et-
dirdiyi  bir  məqaləsində  yazırdı:  –  İberlər  buğanı  mü-
qəddəs sayırdılar. Buğaya olan etiqad Qafqaz ilə Piri-
ney yarımadasının qədim xalqları arasında etnogenetik 
bağlar  olduğunu  göstərir  (Мещанинов  1927.28).  Bü-
tün bunlar təsdiq edir ki, Buğa totemik tanrı kimi Ya-
fəs xalqlarının xristianlığa qədərki inancında əsas yer-
lərdən birini tutmuşdur. 
kul “bilək”, “əl” (Aleksidze 2003
a
. 122). 
Bu sözün türk mənşəyini təsdiq etmək üçün nümunə-
lər  verməyə  ehtiyac  yoxdur.  Yalnız  onu  qeyd  etmək 
lazımdır  ki,  L.Meliksetbekov,  Q.Kapantsyan  Urartu 
yazılarında  bu  sözləri  tapdığına  görə,  1936-1937-ci 
illərdə Abkar Payzatı dar ağacına çəkmişdilər. 
ğar, “oğul”, “bala” (Aleksidze 2003
a
.  87, 
122).  Bu  söz  türk  dillərindəki  qarın,  qarındaş,  qardaş 
sözlərinin köküdür. 
içi  “özü”, 
-içey  “özünün”  (Aleksidze 
2003
a
.  89,  12).  Bu  əvəzliyin  kökü  türk  dillərindəki  iç 
zərfidir.  Özümüz,  öz  aramız  sözlərinin  sinonimi  kimi 
Azərbaycan  türkcəsində  “içimiz”  deyimi  indi  də 
işlənir. 
viçi  “qardaş”  (Aleksidze  2003
a
.  89, 
122).  “V”  səsartımı  kimi  xald  mənşəli  yazılarda  çox 
işlənir.  İçi  qədim  türk  yazılı  abidələrindəki  içi  –  eçi 
“böyük  qardaş”  sözünün  arxaik  variantıdır:  –  Bəğ 
 
İberlər buğanı 
müqəddəs 
sayırdılar. 
Buğaya olan 
etiqad Qafqaz 
və Piriney 
qurlarını 
birləşdirir.  


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə