uzun zaman döyüşmüş, sonra qaladan çıxaraq təslim
olmuşdu (Джанашвили 1900. 92).
Nəzərə alsaq ki, xırda fasilələrlə 644-cü ildən
1121-ci ilə qədər Tiflis, Ucarma, Safar, Kərəm müsəl-
man şəhərləri idi (Сенковский 1859. 170, 174-175,
195; Ибн Хордадбех 1986. 297), ən azı şairin əcdad-
larının xristian olmadığını düşünmək olar. Tiflis cəmi
105 il – 1121-1226-cı illərdə xristianların şəhəri ola
bilmişdir. Sonra gürcülər Xarəzmşah Cəlaləddinə
məğlub oldular, 1127-ci ildə şəhəri yandırıb dağlara
qaçdılar (Вермишев 1904. 29). Bundan sonra onlar
yüz illərlə İslam mədəniyyətinin təsiri altında yaşa-
dılar və şərq ədəbiyyatının seçmə incilərini öz dillə-
rinə tərcümə etdilər (Сенковский 1859. 169-175;
Хантадзе 1970. 102; Вермишев 1904. 6, 8, 75, 77).
XIX əsrdə yaşamış görkəmli gürcü tarixçisi və arxeo-
loqu Platon İoseliani yazır ki, sonralar Şah İsmayılın
və Şah Abbasın dönəmində də Tiflis müsəlman şəhəri
olmuşdur (Бакрадзе 1870. 85).
İvan Ratişvili belə hesab edir ki, poemanın
folklor variantında xristian elementləri çox imiş, Şota
Rustaveli onları müsəlmanlaşdırmışdır (Marr 1910. II).
Əgər doğrudan da belədirsə, xristian şairi nə vadar
edirdi ki, əsərin məzmununu və ideyasını dəyişsin?
Düşünürük ki, dönmə Şota Rustaveli öz müsəl-
man əсdadlarını unutmadığına görə, İslam aləminə
sevgisini gizlətməmişdir. Əsərdəki Patma ərəbcə Fat-
manın, Usan Hüseynin, Kais Qeysin, Micnun Məcnu-
nun (Шота Руставели 1982. 46, 332, 382) gürcüləş-
miş formasıdır. Başqa bir səbəb odur ki, heç I Tamar
şairlərdən monastır monaxlarının ruhuna uyğun əsərlər
yazmalarını tələb etmirdi. O, şairlərə hədiyyələr verir-
di ki, hakim nəsillərin istəklərinə uyğun gözəllik və
cəngavərlik romanları yaratsınlar. O dövrdə kilsə sara-
yı, saray kilsəni sevmirdi. Hətta iş o yerə çatmışdı ki,
yüksək rütbəli keşişlər 1184-cü ildə çariça Tamarın
Şah İsmayılın və
Şah Abbasın
dönəmində Tiflis
müsəlman şəhəri
olmuşdur
(P.İoseliani).
Gürcüstanda kilsə
ilə saray bir-birini
sevmirdi.Kilsə və
saray ədəbiyyatı
birləşib vahid
gürcü
ədəbiyyatına
çevrilmədi (akad.
Marr).
tacqoyma törəninə qatılmamışdılar (Джанашвили
1900. 40-49).
Tamar monax və keşişlərin yox, hərbçi feodal-
ların dəstəyi ilə hakimiyyətə gəlmişdi. Müxtəlif millət-
lərin nümayəndələri olan hərbçi feodallar dindar xris-
tianlardan fərqli bir həyat tərzi keçirirdilər. Həmin
həyat tərzi Aran və Kənan yaşamının, düşüncəsinin
davamı idi. Çaxruxadze, Tmoqveli, Rustaveli, Musa
Xoneli kimi dünyəvi şairlər Aran və Kənan folklorun-
dan gələn Aster və Karam (Əsli və Kərəm) sevgisini
tərənnüm edirdilər. Həmin sevgini öz həyatında yaşa-
yan çariça Tamar onları mükafatlandırırdı.
Hələ eradan öncə I minilliyin əvvəllərində Kə-
nan mənşəli Tir çarları öz qızları İzebeli və Ateli Sa-
maria sarayına ərə vermiş, bu yolla qonşu ölkələri öz-
lərinə tabe etmişdilər. Yaxud çariça Tamarın ulu ba-
bası Qurucu David (1084-1125) qızının Şirvanşahla
sevişməsinə şərait yaratmışdı (Меликсетбеков 1939.
8-9). Həmin sevişmənin Gürcüstanla Şirvanın yaxın-
laşmasında və Azərbaycanın zəifləməsində az rolu ol-
mamışdı.
Qurucu Daviddən sonra III Georgi, I Tamar və
Rusudan həmin siyasəti davam etdirdilər. Tamarın və
qızı Rusudanın ərlərindən başqa çoxsaylı aşnaları var-
dı (Бакрадзе 1870.39; Джанашвили 1900. 25).
Akademik Mari Brosse yazır ki, Şota Rustave-
linin poemasına dəfələrlə əlavələr və düzəlişlər edil-
mişdir (Буачидзе 1983, 266, 267; Хантадзе 1970.
102). Ancaq yenə də orada şərq və müsəlman dövlət-
çiliyindən gələn çoxsaylı titullar, vəzifə adları qalmış-
dır. Vazir-vəzir, spasalar-qoşun başçısı, Koran-Quran,
Kəbə-müqəddəs yer, zaradxana-silah anbarı, çanq-
cəng, maydan-meydan, nay-balaman və s. (Марр 1910.
26; Бакрадзе 1887. 6; Шота Руставели 1982. 113,
331, 333).
Saraya yaxın olan
şairlər Aster və
Karam (Əsli və
Kərəm) sevgisini
tərənnüm
edirdilər.
Qurucu Davidin
qızı Şirvanşahla
sevişirdi. Həmin
sevişmənin
Gürcüstanın
güclənməsində və
Azərbaycanın
zəifləməsində az
rolu olmamışdır.
Şota Rustavelinin
poemasına
dəfələrlə əlavələr
edilmiş (Mari
Brosse
),
əsərin
orijinalı yoxa
çıxmışdır
(Vermişev).
Əsərdə qədəh anlamında ayaq, eşikağası məna-
sında eşikaqas etnoqrafik terminləri işlənmişdir (Şota
Rustaveli 1988.102). Tacir arvadı Patma poemada gah
xatun, gah xanım titulu ilə verilir (Шота Руставели
1982. 222, 265, 333). Quş adlarından turac əsərdə bir
neçə dəfə təkrar olunur. Ancaq əsəri nəşrə hazırlayan-
lar onun türk sözü olması barədə bir söz demirlər
(Шота Руставели 1982. 332). Bircə onu qeyd edirlər
ki, turac yalnız Qafqazda yaşayan ov quşudur.
Şota Rustaveli Xatayetinin hökmdarını xan ad-
landırır (Шота Руставели 1982. 95). Xatayeti Kitay
türklərinin ölkəsidir. İbn-əl-Əsir (XIII əsr) “Əl-kamil-
fi-t-tarix” əsərində yazır: – Xatay Çinin bir mahalının
və Xəta türklərinin adıdır (İbn-əl-Əsir 1959. 50). Mah-
mud Kaşğarinin lüğətində deyilir: - Çin adlanan ölkə
üçdür. Orta Çinə Xitay deyirlər (MK IV. 2006. 726).
Xatay eyni zamanda Türkiyə ilə Suriya arasında-
kı qədim mahalın adıdır. Şota Rustaveli Xatayeti de-
yərkən onlarn hansını nəzərdə tutur, bu məlum deyil.
Məlum olan odur ki, həm Çin Türküstanında, həm də
Şimali Suriyada Xatay və Kaşğar adlı mahallar, şəhər-
lər olmuşdur. E.ö.II minilliyə aid Xett və e.ö.I minil-
liyə aid Urartu kitabələrində Xatay mahalının adı Xate,
Kaşğar şəhərinin adı Kaşqar kimi yazıya alınmışdır
(Арутюняи 1985. 122, 237; Меликишвили 1960.
429). Şah İsmayıl Xətayi Suriyadan Ərdəbilə köçü-
rülən xataylardan çıxmışdır (Cəfərsoy 2010. 263-265).
Şota Rustavelinin poemasında çokan oyun adı
var. Azərbaycan dilinə tərcümədə o söz top oyunu
kimi verilmişdir. Rus dilinə tərcümələrdə isə onun
orijinala yaxın çovkan forması saxlanılmışdır. N.Y.
Marrın fikrincə, çokan fars dilindəki covkan sözün-
dəndir (Марр 1910. 40). N.Y.Marr nəzərə alınır ki,
çovkanı oturaq farslar yox, atlı türklər oynayırdılar.
Çovkan türk dillərindəki çovumaq felindən törəmişdir.
Fars dilində belə söz yoxdur.
Xatay və Kaşğar
ölkələri indiki
Suriya və Turkiyə
arasında idi.
Çovkan VII əsrdə
Azərbaycanda
oynanırdı. Tarixçi
Sebeos bu haqda
məlumat verir.
Dostları ilə paylaş: |