İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə55/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   50   51   52   53   54   55   56   57   58

 
 
göstərir ki, Xuna tayfasının son qalıqları Albaniya və 
İberiyada yurd salmışdır. 
Xuna  etnik  adı  totem  mənşəli  olub,  ceyrana  və 
ya ata sitayişlə bağlıdır. Qədim özbəkcə-farsca “Sanq-
lax” sözlüyündə xuna sözü “erkək ceyran” mənasında 
verilmişdir  (Умаров  1988.  74).  “Kitabi-Dədə  Qor-
qud”dakı Qara Günə, yazılı mənbələrdəki Əmir Günə 
adları (Ибрахим Эфенди Печеви 1988. 92) da totem 
mənşəli olub, xuna zoonimindən törəmişdir. 
İ.İ.Şopen yazır ki, Xona tayfasının adı kartvelcə 
xune  və  uticə  qune  “at”  sözündən  törəmişdir  (Baharlı 
1993.  22).  Nəzərə  alsaq  ki,  iber,  gürcü,  uti  dillərinin 
tarixi  leksikasında  xəzər  və  qıpçaq  sözləri  çoxdur  və 
həmin dillər Mari Brosseyə görə, qatışıq dillərdir (Ха-
ханов  1897.  130),  xuna  sözünün  türk  dillərindən  bir 
çox Qafqaz dillərinə keçməsi şübhə doğurmur. 
İberiyanın  Barsmandan sonrakı  çarlarından biri-
nin adı Derik olmuşdur (Кипшидзе 1918. 47). Əslin-
də  Derik  çarın  adı  yox,  totem  adıdır.  Bu  fakt  göstərir 
ki, çoxtayfalı İberiyada Derik boyu bir müddət başqa-
ları üzərində hökmran olmuşdur. 
Dirik adına qədim türk yazılı abidələrində 2 dəfə 
rast gəlirik. II Elegeşt abidəsində deyilir: – Bəg tarkan 
bilgə  Tirig  bən.  Eyni  zamanda  2-ci  Kızıl  Çira  abidə-
sində belə bir cümlə var: – Aslan Külük Tirik oğlu ben 
(Rəcəbov, Məmmədov 1993. 301, 318). 
Dirik  adına  ilk  olaraq  e.  ö.  III  minilliyin  sonla-
rına aid Elam kitabələrində təsadüf edirik. Elamın son 
Kuti  mənşəli  hökmdarının  adı  Tirikan  olmuş  və  e.  ö. 
2103-cü ildə öldürülmüşdür (Хинц 1987. 78). 
İberiyada,  daha  sonra  Gürcüstanda  geniş  yayıl-
mış  türk  soyadlarından  biri  Bakurdur.  Bakur  nəslinin 
adı sonrakı salnamələrdə və dövlət sənədlərində Baku-
riani,  Bakuradze  və  Bakradze  variantlarında  yazıya 
alınmışdır.  Həmin  nəsildən  tanınmış  dövlət,  din  və 
elm xadimləri çıxmışdır. 
Bakur nəsli 
iberləri fars 
ağalığından 
xilas etmişdir. 
Tirik, yəni diri, 
ölməz Elam 
mənşəli addır. 


 
 
Gürcüstandakı  çenlərin  Çen  Bakur  adlı  tayfa 
başçısı  vardı.  Şahzadə  Vaxuştinin  yazdığına  görə,  I 
Bakur (231-296),  II Bakur (364-379),  III Bakur (557-
570)-ci  illərdə  İberiyanı  idarə  etmişdir  (Хаханов 
1898.  67;  Хаханов  1897.  50;  Армения  и  Рим  1848. 
251,  252,  254;  İоселиани  1866
а
.  13;  Географ  IV. 
132). 
Bundan  əlavə,  Aran  hakimi  və  Qorq  Aslanın 
dayısı  Varaz  Bakur  ləqəbi  daşıyırdı  (Джуаншериани 
1986.  63).  Başqa  bir  Bakur  Qorq  Aslanın  zamanında 
Maraqvi və Takveri eristavı idi. İlk İberiya çarlarından 
biri  Barsmanın  oğlunun  adı  Bakur  olmuşdur.  Başqa 
bir Bakur – Qorq Aslanın nəvəsi Ana çayının Kürə tö-
küldüyü  yerdə  Şuşanikin  əri  Bars  xanı  saqqallayıb, 
bədəninin  parçalarını  ağacdan  asmışdı  (Джуаншери-
ани 19896. 83, 91, 93, 97). 
Bakur  tayfasının  bir  neçə  qolu  eranın  əvvəllə-
rində Albaniyada yurd salmışdı. 488-ci ildə Bərdə ya-
xınlığındakı yaylaqda keçirilən kilsə məclisində Bakur 
qəbiləsinin başçısı iştirak etmişdir. Bundan  əlavə, Al-
baniya katolikosu Nersesin soyadı Bakur idi (Albaniya 
tarixi 1993. 75. 177). 
Bakradze,  Bakuriani  soiyadları  türk  dillərindəki 
bakur “mis” sözündən törəmişdir. Əski türk inancında 
silah hazırlanan metallar, o cümlədən mis önəmli  yer 
tutur.  Silah  hazırlanan  metallara  olan  ehtiram  bir  çox 
etnonimlərin yaranmasına səbəb olmuşdur. 
“Divanü-luqat-it-türk”də  bakur  sözü  “mis”  mə-
nasındadır (MK III. 2006. 366). Yunus İmrənin şeirlə-
rində mis  mənasında “baqır” sözü işlənmişdir (Yunus 
İmrə 2004. 303). M.A.Xabiçev  yazır ki, türk dillərin-
dəki  baqur-mis  sözü  baqr  (багровый  свет)  şəklində 
slavyan dillərinə keçmişdir (Хабичев 1975. 47). 
Gürcü  dilində  türk  soyadları  çox  olmuşdur.  Nə-
zərə alsaq ki, çar VI Vaxtanqın əmrilə qədim salnamə-
lərə çoxlu düzəlişlər edilmişdir (Хантадзе 1970. 122-
Türk dillərində 
qırmızı misə 
bakur deyilir. 
Slavyan 
dillərindəki 
baqrovıy rəng 
adı baqr, bakur 
– qırmızı mis 
sözündən 
törəmişdir. 


 
 
123), deməli türk adlarının çoxu tərcümə olunan mətn-
lərdən çıxarılmışdır. 
Qədim salnamələrin və orta əsr sənədlərinin əsli 
əlimizdə olsaydı, biz orada daha çox türk adları tapıb 
tədqiqata cəlb edə bilərdik. 


 
 
H’Ay folklorunda Türk, İber folklorunda 
Buntürk obrazı 
 
Ermənilər  tarixi  mənbələrin  astarını  üzünə  çevi-
rərək özlərinə qurama bir tarix yaratdılar. Həmin tarixi 
bünövrəsindən dağıtmaq Qarabağdakı düşmən sığnaq-
larını dağıtmaq kimi müqəddəs işdir. 
Mixiyazılı  kitabələri,  qədim  Misirin  papirus 
mətnlərini,  xristian  keşişlərin  və  yəhudi  kahinlərin 
salnamələrini öyrənərkən görürük ki, 37-ci ildən sonra 
SSRİ
 
məkanında  tarix  yazılmamış,  tarixin  astar  üzü 
yazılmışdır. 70 ildə tarixin özü yox, astar üzü dərslik-
lərə, ensiklopediyalara salındı. 
Ermənilər  tarixin  özünü  yox,  astar  üzünü  ger-
çəklik kimi qələmə verərək iddia edirlər ki, biz H’Ay 
nəslindənik. Halbuki h’aylar  iltisaqi, ermənilər flektiv 
dillidirlər.  HAylar  Yafəs  övladları,  ermənilər  İran  və 
yunan hibrididirlər (Марр 1903. XXVIII-XXIX). 
H’Ay  dilinə  bənzəyən  qədim  gürcü,  yəni  İber 
dili (Патканов 1883. 199-265). N.Y.Marrın yazdığına 
görə,  hindavropa  mənşəli  olmamışdır  (Марр  1903. 
ХХХ-ХХХI). İosif Stalinin akademik Marrı təhdidin-
dən – 1930-cü ildən sonra kim deyə bilərdi ki, iberlər 
və  h’aylar  türk  dillərinin  iki  arxaik  ləhcəsində  da-
nışmışlar?  Halbuki  V  əsrdə  qələmə  alınmış  salnamə-
lərə  istinadən  Leonti  Mroveli  (XI  əsr)  yazır  ki,  Ma-
kedoniyalı  İsgəndərin  zamanında  İberiyada  Xəzər  di-
lində danışırdılar (Мровели 1979. 27). 
H’Aylar  necə  ermənidir  ki,  onların  milli  qəhrə-
manı Türk olmuşdur? İberlər necə güclüdür ki, onların 
ölkəsində Xəzər və Buntürk dillərində danışırdılar? 
Xristianlıqdan qabaqkı qusan-ozan mahnılarında 
deyilir ki, Türk Y’Eraklesə, hətta 120 fil gücündə olan 
Postoma  bərabərdir  (Абегян  1975.  24).  Deməli,  fars-
lar  üçün  Rüstəm,  yunanlar  üçün  H’Erakle,  yəhudilər 
üçen Sampson kimdirsə, h’aylar üçün Türk odur. 
H’Ay və İber 
dilləri indiki 
ermənilərin və 
gürcülərin dili 
deyil. 
Makedoniyalı 
İsgəndərin 
zamanında 
İberiyada köhnə 
Xəzər dilində 
danışırdılar. 
Türk H’Erakla 
və 120 fil 
gücündə olan 
Rüstəmə 
bərabərdir. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə