İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə43/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   39   40   41   42   43   44   45   46   ...   58

 
 
əlavə, Tiflis opera-balet teatrının Amiranaşvili soyadlı 
qadın müğənnisi olmuşdur. 
Çariça I Tamarın zamanında (1184-1212) şahza-
dələrin tərbiyəçiləri atabaq titulu daşıyırdılar. Sərkərdə 
Mherqradzelər  Tamarın  oğlu  Alaşanın  atabəyi  idilər 
(Maрр 1899. 81). 
Atabəy  tituluna  knyaz  saraylarında  XV-XVI 
əsrlərdə  də  təsadüf  edirik.  Onlardan  biri  1451-ci  ildə 
öldürülmüşdür (История Грузии 1946. 302). Atabəy-
lərin  mülkü  sa+Atabaqo  adlanırdı  (История  Грузии 
1946.  315).  Sa+atabaqo  “atabəylərin  ölkəsi”  demək-
dir.  Sa  sami  dilli  mənbələrdə  “yer”,  “yurd”  mənaları 
bildirir. 
Sa+atabaqo knyazları gürcü deyildilər. Onlar da-
im  gürcülərlə  vuruşurdular.  İndiki  Ermənistan,  Gür-
cüstan  və  Türkiyə  arasında  yerləşən  Atabəylər  ölkəsi 
1555-ci  il sülhünə  əsasən Səfəvilər dövlətinin  tərkibi-
nə qatıldı (История Грузии 1946. 315, 321-322). 
Atabəy titulu İber mənbələrində atalık kimi yazı-
ya alınmışdır. İberiya çarı Qorq Aslanın (446-499) tər-
biyəçisini salnaməçi Cavanşir (V əsr) Atalik adlandırır 
(Джуаншериани 1986. 113). 
N.Q.Çubinaşvili təsdiq edir ki, atabəy türk titulu-
dur.  Ancaq  onun  fikrincə,  həmin  söz  gürcü  dilinə  V 
əsrdə yox, XIII əsrdə keçmişdir (Чубинашвили 1948. 
111). 
Gürcü  dilinə  tərcümə  olunmuş  “Amiran”  nağı-
lında münəccimə bakaca deyilir (Xaxaнов 1895. 343). 
Buna  uyğun  olaraq  Azərbaycan  dilində  baxıcı  sözü 
vardır. 
Gürcüstanın  məşhur  knyaz  nəsillərindən  biri 
Beqtabeq   adlanırdı (Xaxaнов 2020. II). Çar VI  Vax-
tanqın zamanında  dövlətin  beqlaqbeq titullu  məmur-
ları  var  idi  (Законы  Вахтанга  VI.  1980.  237).  Beq-
tabeq nəslinin adı bəylərbəyi titulundan törəmişdir. 
İberlər 
atabəylərə 
mamazudze, süd 
analarına 
dedazudze 
deyirdilər. 
Mamazudze və 
dedazuzde 
titullarının 
kökündə “süd” 
sözü durur. 


 
 
Gürcü  çarlarının  və  knyazlarının  sülalə  kitab-
larına nəzər salarkən görürük ki, onların bəziləri adla-
rından  əlavə  türk  ləqəbləri  daşımışlar.  Çar  VI  Vax-
tanqın  atasının  müsəlman  adı  Şahkuli  xan  olmuşdur 
(Законы  Вахтанга  VI.  1980,  232).  II  İraklinin  oğlu-
nun ikinci adı Almasxan idi (Бакрадзе 1890, 53). Baş-
qa bir Almasxan Qurqenidze XVIII  əsrdə  yaşamışdır. 
O,  öz  dövründə  tanınmış  tərcüməçi  olmuşdur  (Хаха-
нов 1895. 362). 
Həm ermənilər, həm gürcülər arasında geniş ya-
yılan Qurqen, Qurqenidze antroponimi (Орбели 1922. 
22;  İoселиани  1866.
a
  13)  türk  mənşəlidir.  Türk  əsilli 
(İ.C.)  köçəri  talışların  müqəddəs  ağaclarından  biri 
qurqen adlanırdı (Марр 1922.
в
 6). 
Yakutlar  da  köçəri  talışlar  kimi  qurqen  ağacını 
müqəddəs sayırdılar. Onların  inancına  görə, samanlar 
adi  adamlar  kimi  anadan  doğulmurlar.  Qartal  qurqen 
ağacında yuva qurub yumurtlayır, samanlar qartal ba-
lası  kimi  yumurtadan  çıxırlar.  Sonra  həmin  ağacın 
budağından  asılan  beşiyə  düşüb  böyüyürlər  (Ögel 
1971. 596). 
Qurqen  adı  ermənilərdən  və  gürcülərdən  qabaq 
iberlərin  onomaloji  leksikasında  mövcud  olmuşdur. 
İberiya  çarı  Qorq  Aslanın  davamçılarından  biri  Qur-
qen totem adı daşıyırdı. O, 523-cü ildə sasanilərlə dö-
yüşdə öldürülmüş,  bununla  İberiyanın  çar nəsli  kəsil-
mişdir (Бердзенишвили, Дондуа 1958. 251). 
İmereti  hakimi  David  Abaşidzenin  (1702-1709) 
ləqəbi Koç idi (Церетели 1898. 84). XVII əsrdə qaya-
ya  yazılan  bir  duada  Mariam  ana  Xatun  adlandırılır 
(Джанашвили 1898. 30-31). Kaxeti knyazlarından bi-
rinin ləqəbi Qorçu idi (Джанашвили 1908. 58). Qorçu 
Səfəvilər  sarayında  xüsusi  mühafizə  alaylarına  deyi-
lirdi. IV Vaxtanqın (XV əsr) arvadının ləqəbi Siti Xa-
tun  olmuşdur  (Шервашидзе  1964.  108,  109).  Siti 
Bəzi dualarda 
İsa peyğəmbərin 
anası Məryəm 
Xatun 
adlandırılır: – 
Mariam 
katunğa 
yalvarır men. 
Qurqen nə 
erməni adıdır, 
nə gürcü. 


 
 
tituluna  Şəki  hakimlərinin  adlarının  əvvəlində  rast 
gəlirik: Sidi Əli, Sidi Əhməd və s. 
Çar  VI  Vaxtanqın  “Qanunlar”ında  poçt  xidmət-
çiləri  Ulaki  adlandırılır  (Законы  Вахтанга  VI.  1986. 
298).  Ulaq  türk  dillərində  minik  və  qoşqu  heyvan-
larına deyilir. Gürcü çaparları ata, ulağa minib, dövlət 
sənədlərini, məktubları qonşu ölkələrə aparırdılar. Ona 
görə də onlara ulaki – ulağa minənlər deyərdilər. 
Kartli  çarı  Davidin  (1247-1270)  ləqəbi  Ulu  idi 
(Даврижеци 1973. 559; История Грузии 1946. 453). 
Ulu türk dillərində əcdadlara, ata-babalara deyilir. An-
caq  bundan  başqa  türk  dillərində  böyük  ilan,  əjdaha 
mənasında  da  ulu  sözü  vardır.  Qıpçaqların  inancına 
görə, insanlar ilandan və ya əjdahadan törəyiblər (Mu-
rad Adcı 1997. 83, 98, 193). 
Yetisudan  tapılan  nestorian  yazılarında  əjdaha 
Ulu adlandırılır (Слуцкий 1989. 36). Albaniya və İbe-
riyanın  bir  çox  etnosları  xristianlıqdan  öncə  uluya 
tapınırdılar.  Bunu  arxeoloji  tapıntılar  təsdiq  edir.  Xo-
calıdan tapılan bürünc kəmər toqqası üzərində əjdaha 
ilə vuruşan insan təsviri var (Пиотровский 1946. 96). 
XVII  əsrdə  yaşamış  Araqvi  eristavlarından  biri-
nin adı Bayndur idi (Иверели 1898. 79). Bayndur Ba-
yandur adının azca dəyişilmiş formasıdır. 
Şah Abbasın zamanında Araqvi mahalının erista-
vı  Baadur  olmuşdur  (Бакрадзе  1890.  38).  Bundan 
əlavə,  XV  əsrdə  Kaxetinin  qəbilə  başçılarından  biri 
Baadur adı daşıyırdı (Джанашвили 1908. 62). Baadur 
elə  Bahadurdur.  Başqa  bir  Kaxeti  knyazının  adı  Dur-
muş  xan  idi  (Хаханов  2020.  XVIII).  Şah  İsmayıl 
Xətayinin arvadı Taclı bəyimin qardaşının adı Durmuş 
xan  olmuşdur.  Bir  ailənin  ilk  və  ikinci  övladı  öləndə 
üçüncü oğlan uşağına Durmuş adı verdilər ki, ölməsin. 
Deməli,  bu  türk  adəti  rus  işğalına  qədər  Kaxeti  və 
Ereti əhalisi arasında mövcud olmuşdur. 
Gürcü dilindəki 
ulaki, yəni 
çapar  titulu 
türk dillərindəki 
ulaq sözündən 
törəmişdir. 
Gürcü çarları 
və knyazları 
türkcə Durmuş, 
Ulu, Qoç, 
Tengiz adları 
daşıyırdılar. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə