Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə60/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   54   55   56   57   58   59   60   61   62

288 
 
O r x a n . Əvət, ixlas və sədaqətim şu acı həqiqəti söyləməyə bəni məcbur ediyor. 
Y  ı l d ı r ı m. Bən üzərimə  gələn qocaman Səlib ordularını  qəhr etdim. Fransa və 
Almaniya cəngavərlərini püskürtdüm. Lehistan, Avstriya və Italiya əskərlərini bir 
hücumda əzdim. Hətta qorqusuz Jan kibi məşhur bir qəhrəmanı belə hiçə saydım. Şimdi 
Teymur kibi bir sərsərimi bəni qorqutacaq? Ah, kor olsun fələyin gözləri. Gör kimlər bana 
meydan oquyor. 
M e l i ç a. Aman, xaqanım! Kəndinizi pək üzüyorsunuz, vücudunuz bir qadar 
istirahətə möhtac. 
Y  ı l d ı r ı m. İstirahətmi!? Zəhərli dırnaqlar qəlbimi parçalarkən istirahətmi? 
(Çılğın). Ah, canavar! (Meliçaya.) Bizi yalnız bıraq. (Meliça Olqa ilə  bərabər çəkilmək 
istərkən.) Söylə o çobanı susdursunlar. 
M e l i ç a. Pəki. (Getmək istər.) 
Y ı l d ı r ı m. İstəməz, bıraq çalsın. 
M e l i ç a. Pəki... (Salonu tərk edərlər.) 
Y  ı l d ı r ı m. (pəncərəyə yaqlaşır, çobanı dinlər. Həzin və yaralı bir ah çəkərək.) 
Çal!.. Çal!.. Əvət, bəxtiyar çoban, çal!.. Nə Sivas kibi şəhrin  əlindən getmiş, nə  də 
Ərtoğrul kibi oğlun... 
 
Əlipaşa gəlir, düdük susar. 
 
Ə l i p a ş a (yapma bir təlaş ilə). Əfəndimizi bir qadar kefsiz görüyorum... 
Y ı l d ı r ı m. (acı təbəssümlə). Əvət, kefli vəzirlərin sultanı daima kefsiz olur. 
Ə l i p a ş a. Hər halda şevkətli xaqanın mərhəməti çakərlərinin qüsurundan daha 
böyükdür. 
Y ı l d ı r ı m. Bana baq, sən Sivas vəq’əsinə nə dersin? 
Ə l i p a ş a. Yalnız çocuqca bir təcrübə. Mə’nasız bir təcrübə... 
Y ı l d ı r ı m. (qızğın.) Açıq söylə, nasıl mə’nasız?.. 
Ə l i p a ş a. Çünki Teymur Sivas qələsinə  təcavüz etməklə  bərabər müharibəyi 
uzatmaqdan çəkinmiş... Görünür ki, əskərlərimizin şücaətini görmüş, eyicə bir dərs almış. 
Cəsarəti olsaydı, Sivası bıraqıb da Mısır-Şam tərəflərinə keçməzdi. 
Y ı l d ı r ı m. Sən sərxoşsun, bu gün-yarın Mısırı da alt-üst edər, Şamı da. 


289 
 
O r x a n . Zatən etmiş. 
Y ı l d ı r ı m. Ah, nə söylüyorsun? 
O r x a n . Hətta geri belə dönmüş  və Aras çayını keçib Azərbaycana daxil olmuş. 
Əvət, o şimdi Qarabağın sərin yaylalarında, otluçiçəkli ovalarında istirahət və  şənliyə 
məşğuldur. 
Ə l i p a ş a (müztərib, ətrafa). Ah, dəhşət, dəhşət!.. 
Y ı l d ı r ı m. (Əli paşaya). Pəki, bu xəbəri sən niçin şimdiyə qadar bana söyləmədin? 
Ə l i p a ş a. Çünki həm xəstəsiniz, həm də əhəmiyyətsiz bir şey... 
Y ı l d ı r ı m. (pək həyəcanlı və qızğın). Nasıl!? Əhəmiyyətsizmi?! Xayır-xayır. Hiç 
də öylə deyil. Sən Teymura qarşı  Mısır-Şam hökumətlərilə ittifaq yapacağına, Bursa 
meyxanəçilərinə şərab ısmarlamağa məşğul olmuşsun. 
N a z i m (gəlir, əyilir). Şeyx Buxari həzrətləri. 
Y ı l d ı r ı m. Gəlsin. (Nazim çıqar, Yıldırım ətrafa). Şeyx fazil və möhtərəm bir zat. 
Onun bu gəlişi hiç də mə’nasız deyil. 
Ş e y x B u x a r i (köylü bir qadınla daxil olur. Tə’zimdən sonra). Əfv edərsiniz, 
əfəndim, cəsarət ediyorum. Lütfən  şu köylü qadını dinləyin. Anadolunun şu yoqsul 
anasına qulaq verin də, görün nələr söylüyor. 
Y ı l d ı r ı m. (qadına). Söylə! 
Q a d ı n. Qocamla oğlum xaç qavğasında öldü, ah, ölürkən yüzlərini görmədim, 
məzarlarına belə  həsrət qaldım. Bəni yaşatan ancaq bir təsəlliydi; onlar vətən uğrunda 
şəhid olmuşlardı. 
Y ı l d ı r ı m. Dərdin nədir, onu söylə?! 
Q a d ı n. Yetişmiş bir qızım vardı, adı Lalə idi, onu yaşatmaq için hər zəhmətə 
qatlanırdım. Tarlamızı sürərkən bir tərəfdən alaca öküzü, bir tərəfdən də kəndimi qoşaraq 
heyvanla bərabər çalışıyordum. Laləciyimə, bir danəcik yavruma yeyəcək-geyəcək tədarik 
ediyordum. 
Y ı l d ı r ı m. (azacıq sərt). Sonra? 
Q a d ı n (həyəcanlı). Sonra azğın yeniçərilər, sənin o qaba və  sərxoş  əskərlərin 
öküzümü aldılar. Bıraqmaq istəmədim, incitdilər. 
Yalvardım, döydülər. Bən hiç... Əvət bən hiç... (Yaralı  fəryad ilə.) Qızım! Ah, 
yavrum! Canavarlar yardımsız bir quzuya hücum edər kibi onu sardılar, ağlamasına, 
çırpınmasına baqmadılar, cəllad kibi alıb götürdülər. (Çılğınca.) Ah, Laləciyim! Ah, 
yavrum. (Yıldırımın ayaqlarına qapanır). 


290 
 
Y ı l d ı r ı m. (son dərəcə qızğın). Cəvab ver, Əli paşa cəvab ver! 
Q a d ı n (çılğın). Ah, sərxoşlar! Canavarlar! 
Ş e y x B u x a r i (ətrafa). Sərxoş bir amirin məmurları da ancaq sərxoş olur. 
Y ı l d ı r ı m. (kəskin). Bulunsun, şu qadının qızı bu saət bulunsun! 
Or x a n . Gəliniz, validə. 
Q a d ı n (göz yaşını silərək). Ah, yavrum... mələk yavrum! (Təkrar hıçqırıqlarla 
ağlar). 
Or x a n . Gəliniz, xəyanət cəzasız qalmaz. (Qadınla bərabər çıqar). 
Ş e y x B u x a r i (ətrafa). Zavallı qadın! Bilməz ki, yalvardığı padşahın içdiyi 
şərablar, yalnız yoqsul köylünün dökülən al qanlarından, qanlı göz yaşlarından tədarik 
olunur. 
N a z i m (gəlir, əyilir). Teymur elçisi! 
Y ı l d ı r ı m. Gəlsin! (Sinirli). Yenəmi elçi! Yenəmi Teymur elçisi! 
S o b u t a y. (yazlıq əlbisədə gəlir, əyilir, məktubu verir). 
Y ı l d ı r ı m. (Əli paşaya). Al, oqu! (Sobutaya) Bu məktub nerdə yazılmış? 
S o b u t a y. Azərbaycanda, Qarabağ yaylasında... 
Y ı l d ı r ı m. Çıq bəklə, cəvabını şimdi alırsın. 
S o b u t a y. İtaət! (Əyilir, çıqar). 
Ə l i p a ş a (qısa bir mütaliədən sonra, heyrətlə ətrafa). Dəhşət, dəhşət! 
Y ı l d ı r ı m. Nə yazyor, şimdi nə yazıyor? 
Ə l i p a ş a (oqur). Tanrı qulu Teymurdan Sultani-Rum Yıldırım Bayazidə. 
Y ı l d ı r ı m. Uzun laf istəməm, yalnız məktubun məalını söylə! 
Ə l i p a ş a. Yazıyor ki, bən sizi bir türk xaqanı olaraq sayarım və zatınıza qarşı 
hörmət bəslərim, fəqət siz bəni saymazsanız aramız soğuyar və bu soğuqluğun nəticəsi 
pək acı olur. 
 
Orxan gəlir. 
 
Y ı l d ı r ı m. Sonra? Sonra? 
Ə l i p a ş a (yarımbaqışla məktubu süzərək).  İştə bu bənim son məktubum və son 
təklifimdir. Qaraqoyunlu əmiri Qara Yusif ordan uzaqlaşmalı...  Şahzadələrinizdən biri 
mə’murən yanıma göndərilməli. Bən ona evlad kibi baqacağımı  şimdidən və’d eylərim, 
fəqət 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə