Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə55/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   51   52   53   54   55   56   57   58   ...   62

273 
 
geyinmiş. Sanki gürcü knyazıdır, kim bilir, bəlkə Gürcüstandan Teymura yeni misafir 
gəlmiş. Nəmə lazım, kim olursa-olsun bən qarışmam. 
O r x a n (çabuq geri dönər). Dəmirqaya! 
D ə m i r q a y a. Buyur. 
O r x a n . Burada erkək qiyafətində bir dəliqanlı görmədinmi? 
D  ə m i r q a y a. Əcayib  şey! Dəliqanlı qadın qiyafətində olmaz a!.. Təbii erkək 
qiyafətində olur. 
O r x a n . Nə isə şaşırdım. Gürcü qiyafətli bir şəxs görmədinmi? 
D ə m i r q a y a. Əvət, şimdi buradan çıqdı. 
O r x a n . Atlar hazırmı? 
D ə m i r q a y a. Əlbəttə, hazır. 
O r x a n . Haydı sən get, bən də gəliyorum. 
D  ə m i r q a y a. Pəki (Bir-iki adım yürür, ətrafa). Görünür yenə Elması  bəkliyor. 
(Omuzlarını ataraq). Bəkləsin, nəmə lazım. (Gedər). 
O l q a. (çıqar). Orxan! Getmiyəlimmi? 
Or x a n . Əvət, gedəlim. (Mütərəddid bir düşüncədən sonra, onun əlini yaqalar). Bana 
baq, Olqa! Sən qal... İstərsən qal... 
O l q a. Peşimanmı oldun? 
Orxan. Xayır. 
O l q a. Pəki, bu tərəddüd niçin? 
Or x a n . Çünki yol pək uzaq, həm də təhlikəsiz deyil... 
O l q a. Xayır bən nə yoldan qorquyorum, nə  də  sənin düşündüyün təhlikələrdən. 
Artıq qərar verdim, geçdi. Parça-parça doğrasalar da geri dönməm. Dilşad ağaclar 
arasında görünür. 
Or x a n . O halda gedəlim. 
O l q a. Ah, əvət, gedəlim. Sür’ətli adımlarla uzaqlaşırlar. 
D i l ş a d (məğrur və  məmnun). Zavallı Olqa! Kəndi  əlinlə  kəndini fəlakət 
uçurumlarına yuvarladın, iştə bənim aradığım da bu idi. (Şiddət və həyəcan ilə). Əvət get, 
get də, dəf’ ol! Fəqət heyhat, çoq sürməz ki, tatlı arzuların gözündə qalır. Qoca Teymurun 
dəmir pəncəsi köksünü didər, hiylə  və  xəyanətlə çarpan qəlbini Türküstan qartallarına 
yedirir. 
 
 
Pərdə 


274 
 
ÜÇÜNCÜ PƏRDƏ 
 
 
Bursada Yıldırım Bayazid sarayında süslü bir salon. Gecə... hər tərəf mumlarla 
donatılmış... Bir guşədə çini saqsıda... hənuz açmamış hərdəmbahar 
1
 gülü gözə çarpar. 
Yeni doğmuş ayla yıldızlar da uzaqdan görünərək  şairanə bir mənzərə  ərz edər. 
Yucaboylu hərəm ağası qara ərəb N a z i m əllərini köksündə çapraz edərək düşünüb 
durur... Sultanın nədimlərindən qısaboylu, ufaq cüssəli bir masqara Cücə Əmir Teymur 
qiyafətində daxil olur. Səssiz adımlarla arqa tərəfdən hərəm ağasına yaqlaşır. Ayaqlarını 
yerə vuraraq hoplar, ta ənsəsinə (peysərinə) tatlı bir sillə eşq edər. 
 
N a z i m (diksinir, qızar, Cücəyi yaqalamaq istər). Ah, azğın Cücə! Sapqın Cücə! 
C ü c ə (qaçar, bir guşədə istehzalı qəhqəhələrlə hoplayaraq). Əfv edərsin, Nazim ağa! 
Bən Cücə, sən qara qurbağa... 
N a z i m (daima sözləri ərəb şivəsinə uyğun bir tərzdə çəkərək, qızğın bir tevr ilə). 
Allah, allah! Sən artıq hədyan ediyorsun. 
C ü c ə. Rica edərim ağzını bozma! Qarşındakı Cücə deyil, bəlkə cihangir bir 
xaqandır. 
N a z i m. İstər xaqan ol, istər şeytan. Ancaq həddini aşma, anladınmı? 
C ü c ə (sırıtaraq). Bağışla, Nazim ağa, azcıq sapıtdım. 
N a z i m. Allah, allah! Bir boyuna baq da, utan, adəta mətbəx davşanlarına 
bənziyorsun. 
C ü c ə. Əfəndimiz həzrətləri də tam mə’nasilə kəlisa mərdivəni... Qamətinə qurban 
olayım, bir az da uzansan Allahdan xəbər gətirəcəksin. 
N a z i m. Allah, allah! Sən nə  zəvzək hərifsin, hiç Məhəmməd ümməti də  kəlisa 
mərdivəninə bənzətilirmi? 
C ü c ə. Bağışla, bilmədim. Sən müsəlman bir ərəbsin, minarəyə daha çoq bənzərsin; 
çünki başının boşluğu, boyunun yucalığı, qəlbinin əyriliyi minarədən seçilməz. 
N a z i m. Allah, allah! Sən kafir oldun, dinə sataşdın. 
C ü c ə (eyni ahənglə). Vallah-billah, ey ərəb qardaş, sən də pək şaşdın. 
N a z i m. Vay, sərsəm hərif, vay, dur bir səni yaqalayım. (Yaqalamaq istər). 
C ü c ə (qaçıb bir tərəfdə durur, qəhqəhəylə). O sənin işin deyil, çünki səni yaratırkən 
Tanrı əqlini boyunun üstünə qoymuş. Əvət, sən əqli topuğunda bir qazsın, qaz... 
                                                            
1
 Həmişəbahar 
 


275 
 
N a z i m. Sən nəsin, sən? Çoq bildiyindən yastılaşıb qalmış bir tilkiyə bənziyorsun. 
C ü c ə (sırıtaraq). Bağışla, daha səninlə alay etməm. Ver əlini, barışalım. (Yaqlaşıb 
əlini uzatır). 
N a z i m. İstəməm, rədd ol! (Ətrafa baqır, təlaş ilə). Ah, iştə Sultan əfəndimizlə 
hərəmi Meliça!.. 
C ü c ə (baqar, istehzalı gülüşlə). Əvət, Serb kralının həmşirəsilə itaətli qulu Yıldırım 
Bayazid! 
N a z i m (şaşqın və qızğın). Allah, allah! Hiç Sultan əfəndimizə qul denirmi? Halbuki 
o, yer yüzündə zilli-allah sayılır. 
C ü c ə. Əvət, sənin kibi uzunqulaqların bərəkətindən...  
 
İstehzalı qəhqəhələrlə çəkilir. Nazim arqasınca heyrətlə baqıb durur. Şu halda Y ı l d ı 
r ı m l a M e l i ç a gəlir. Nazim əyilir. 
 
M e l i ç a. Aman əfəndim, yenə nə olmuş? Pək rahatsız görünüyorsun? 
Y  ı l d ı r ı m. Bu gün yemək yeyirkən fəzlə  şərab içdim də qafam bir dağ qadar 
ağırlaşmış... 
M e l i ç a. Başdakı şərab ağrısını yenə şərab çıqarır. (Ərəbə). Nazim ağa! Bir az şərab 
gətir. Hanı ya, Serbistandan bənim adıma göndərilmiş şərablardan olsun. 
Y ı l d ı r ı m. Bir də sədri-əzəm paşa gəlmişsə, xəbər ver! 
N a z i m. Baş üstünə. (Əyilir çıqar). 
Y ı l d ı r ı m. Bən Serbistan şərabını pək sevərim, çünki səni bəsləyən abü hava ona 
da başqa bir lətafət vermiş. 
M e l i ç a. Serbistan bana ana qucağı isə, Yıldırım məmləkəti də mə’şuq ağuşu qadar 
munis və ruhaşinadır. 
Y ı l d ı r ı m. Sevgili Meliça! Sözlərin də vücudun kibi lətif və zərifdir. 
N a z i m (gəlir). Sədri-ə’zəm Əli paşa hazır. Əmri-hümayuna müntəzir. 
Y ı l d ı r ı m. Söylə, buyursunlar. (Nazim çıqar). Əli paşa gerçəkdən dəyərli bir zat. 
Həm dindar bir hökumət adamı, həm də bir ailə  ə’zası kibi saraya məhrəm və bizimlə 
həmpiyalə... 
M e l i ç a. Əvət, o pək eyi adam. Ona qarşı bir qardaş kibi hörmət bəslərim. 
Ə l i p a ş a (gəlir, nəş’əli birp tevr ilə təmənna edərək). Səlam və ərzi-ehtiram! 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə