Verin! Verin də, əvət, susdurun şu fəryadı, Aman! Əsirgəməyin mərhəmətlə imdadı



Yüklə 11,91 Kb.
tarix12.10.2018
ölçüsü11,91 Kb.
#73243

Verin!.. Verin də, əvət, susdurun şu fəryadı,
Aman! Əsirgəməyin mərhəmətlə imdadı.
Verin! Verin!.. Gözü yollarda bir yığın bəşərin,
Nə heyrət, ah! Əsərsizmi bunca ahü ənin!?
O çırpınan, əzilən, qəhr olub gedən füqəra
Deyilmi? Yoqsa o sizdən deyilmidir əcaba!?
O titrəşib-mələşən yavrular niçin çabalar?
Niçin yanar əli qoynunda müztərib analar?
O qız, gəlin, o sönən hicləgah, o yaslı dügün,
Nədir o mənzərə? Bir an təsəvvür et də düşün.
Tühaf deyilmi!? Hənuz irmədən bahari-ümid,
Kəfənli çölləri al lalələr qılar təmcid.
O qarlı dağları təzyin edən qızılgüllər
Deyil cənazə... birər xəndədir, həyatə gülər.
Gülər bəni-bəşərin duyğusuz səfillərinə,
Gülər həmiyyətə biganə səngdillərinə.
Gülər ədalətə, insafə, haqqa, vicdanə,
Gülər həqayiqi-İncilə, hökmi-Quranə,
O parə-parə cəsədlər demək bu cün məsud...
Gəmirməz onları artıq bir ehtiyaci-ənud.
Fəqət qalanlar? O bikəslər, ah, ya rəbbi!
Nə yapsın!? İştə qoşar canlı bir cənazə kibi.
Qoşar zəlami-fəlakətdə ac, soluq, bihuş,
Qoşar ümidi-səadətlə müztərib, mədhuş.
Qoşar, qoşar da arar bir şərareyi-iman,
Arar zəlami-fəlakətdə şöleyi-vicdan.
Fəqət nə çarə!? Sönər həpsi, yoq ümidi-nicat.
Qulaqlar iştə sağır, kimsə dinləməz heyhat!..
Əvət, budur bu: çobansız qoyunların halı,
Yatanların budur əfsus halı, iqbalı...

Ah, əvət, həp dəyişdi ruhi-bəşər,


Hökm edər şimdi başqa fəlsəfələr.
Haq, ədalət, təbiət iştə bu gün,
Əbdi-məzlumə qarşı pək küskün...
Yaşadan kainatı qüvvətdir,
Gücsüzün həp nəsibi zillətdir.
Əvət, acizlərin cəzası budur,
Kim ki, məzlum olursa zalim odur!
Həp cihan qanlı bir kitab əlan,
Bu, fəqət bir səhifədir ondan.
Qopuyor hər tərəfdə bin fəryad.
Seyr edin, iştə hər tərəf bərbad.
Kürreyi-ərzi qaplamış həyəcan,
Verilir hər dəqiqə bin qurban.
Patlıyor hər tərəfdə bir vulkan,
Şərqü qərb iştə püskürür al qan...
Əcaba, bunca çarpışan, vuruşan,
Qan tökən, can verən, qoşan, boğuşan,
Məhv edən, məhv olan, kəsib-kəsilən,
Qəhr edən, qəhr olan, əzib-əzilən,
Düşünün bir, niçin, niçin əcaba!?
Bu qiyamət niçin olur bərpa?
Anlamış çünki hər nəfər: mütlaq,
Qalib olmaqdadır bu gün həp haq.
Həp damarlarda iştə qan coşuyor,
Həpsi yalnız hüquq için qoşuyor.
Kim ki, biganədir hüquqa, əvət,
Xain əllərdə məhv olur əlbət.
İştə, qarşındadır misalı bu gün,
Səndə göz varsa, seyr edib də düşün!..
Bisəbəb(?) qəhr olan zavallıların,
Sana şamil deyilmi halı yarın?
Yaşamaq istəsən çalış, çabala,
Rəd olub gürla, bərq olub parla!
Yoqsa fəryadü nalə zaiddir,
Bir həqiqət bu: “əzməyən əzilir!..”

Naxçıvan, kanuni-əvvəl, 1914
Yüklə 11,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə