Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə56/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   52   53   54   55   56   57   58   59   ...   62

276 
 
Y ı l d ı r ı m. Əleykümsəlam! Buyurun, baqalım niçin gecikdiniz? 
Ə l i p a ş a. Topal Teymurun dünkü məktubuna cavab yazıyordum. 
Y ı l d ı r ı m. Nasıl yazdınız? 
Ə l i p a ş a. Əmr etdiyiniz kibi. Əvvəlki məktubumuza nisbətlə daha soyuq, daha 
qızğın. (Qoltuq cibindən çıqarır, təqdim edər). Mütaliəsi arzu buyurulursa, iştə! 
Y ı l d ı r ı m. (məktubu açır, aşırı dərəcədə gözlərinə yaqlaşdırır). Əvət, pək gözəl. 
Ə l i p a ş a (ətrafa). Hərif gerçəkdən kor. Az qalır ki, məktubu gözlərinə yapışdırsın. 
(Yıldırıma). İnsaf eyi bir şeydir, əfəndim, gör bizdən kimi istiyor. Hiç Qaraqoyunlu əmiri 
kibi xeyirxah bir şəxs ona təslim edilirmi? Halbuki Qara Yusif, yaxud Sultan Əhməd 
Cəlayir bizim ən yaqın dostlarımızdır. 
M e l i ç a (heyrətlə). Aman, ya rəbbi! Şu Teymur da pək şımarıq hərif. 
Y  ı l d ı r ı m. (mütaliəyə  dəvam ilə). Zərər yoq, nə qadar şımarırsa o qadar ağır 
cavablar alır. 
M e l i ç a (ətrafa). Zavallı  Yıldırım! Kor olduğunu bütün cihana e’lan edəcək. 
(Yıldırıma). Aman, əfəndim, gözlərinizi mə’nasız şeylərlə yormayınız. 
Y ı l d ı r ı m. (Əli paşaya). Pək xoşuma getdi, əvət Teymura layiq bir cəvab. 
 
Bu sırada N a z i m digər bir xidmətçiylə bərabər üzəri şərab, məzə və gül dəməti ilə 
süslü bir masa gətirir. Xidmətçi çıqar. 
 
Ə l i p a ş a. Rica edərim Teymuru bıraqınız, bunları buraya niçin gətirdilər? 
Y ı l d ı r ı m. Təbii, içilmək için. 
Ə l i p a ş a (qədəhləri doldurur, Meliçaya). Müsaidənizlə, yarım sərxoş isəm də, 
şövkətli Sultanımın ən sevgili hərəmi şərəfinə bir qədəh içmək istərim. Var olsun Meliça 
həzrətləri! 
 
İçərlər. 
 
M e l i ç a. Doğrusu səmimiyyət və nəzakətiniz bəni heyran ediyor. 
Y  ı l d ı r ı m. Əvət,  Əli paşa əmsalsız bir vücuddur. (Əli paşaya).  İşrət xüsusunda 
sevgili Meliça bana ilk rəhbər isə, sən də ikinci müəllimsin.  


277 
 
Nə yapalım, şərab dinimizcə günah isə də, amma nəş’əli bir günahdır. 
Ə l i p a ş a. Bəncə ibadət də lazım, işrət də. Tövbə qapısı daima açıqdır. (Təkrar 
qədəhləri doldurur). 
M e l i ç a. Siz diplomatlar şərabı da şəriətə uydurub öylə içərsiniz.. Bana qalırsa 
şərabda hiç bir günah yoq; baxüsus Serbistan şərabı olursa! 
Ə l i p a ş a (nəş’əli və mə’nalı bir tevr ilə). Əvət, baxüsus Serbistan şərabı olursa. 
(Qədəhi qaldırır). Yaşasın şanlı Yıldırım Bayazid!.. 
Y ı l d ı r ı m. Var ol, paşa həzrətləri! 
(İçərlər. Meliça bir yutum içər, qədəh dolu qalır). 
Ə l i p a şa. Hanı ya, bizim Cücə nerdə? O hər aqşam məşhur bir hökmdar qiyafətində 
çıqardı. 
Y ı l d ı r ı m. Nazim ağa! Cücə nerdə? 
N a z i m. Bu saət. (Əyilir, çıqar). 
Y ı l d ı r ı m. Gəlsin, baqalım, nə oyun çıqarır. 
Ə l i p a ş a. Bən istərdim ki, İspaniya kralı Üçüncü Genrix
1
 qiyafətində gəlsin, çünki 
o Teymura qarşı pək yaltaqlıq ediyor. Hətta elçilər göndəriyor, onunla ticarət müahidələri 
yapıyor. 
Y ı l d ı r ı m. Zənnimcə Teymurun kəndisini yansılarsa daha xoş, daha məqbul... 
 
C ü c ə kəndisini izləyən iki m i s q a r a q i y a f ə t li a r q a d a ş i l ə bərabər 
Teymur qiyafətində daxil olur. Ağır və komikcə adımlarla aqsayaraq onlara doğru ilərilər 
və bir heykəl kibi qarşılarında dikilib durur. 
 
M e l i ç a (gülməkdən kəndini alamıyaraq, heyrətlə). Ah, qorqdum, nə əcayib şey! 
Əcəba bu kim, bu nə qiyafətdir? 
Y ı l d ı r ı m. Dur, kəndisinə soralım. 
Ə l i p a ş a. Topal Cücə? Sən kimsin və nəçisin? 
C ü c ə (məğrur və əzəmətli). Bana xaqanlar xaqanı, Turğay oğlu Teymur derlər. Bən 
Yeşil  şəhərdə dünyaya atıldım, Səmərqənddə  nəşvü nüma buldum. Babam Barlas 
qəbiləsinin hökmranı, kəndim Gürkan nəslinin baş qəhrəmanı... (Yanındakı masqaralarda 
sürəkli qəhqəhələr...) 
 
                                                            
1
 Yaxud Hanri 


278 
 
Y ı l d ı r ı m. (istehzalı təbəssümlə). Eşq olsun, eşq olsun! 
C ü c ə. Bən on iki yaşında ikən kəndimdə bir fərasət və böyüklük duymağa başladım. 
Bənimlə görüşənləri ciddi bir vəqar və hörmətlə  qəbul edərdim. On səkiz yaşımda 
binicilik və avçılığa həvəs etdim. Vəqtimin çoqunu Qur’an oqumaqda, şahmat oynamaqda 
və at oynatmaqda keçirdim. Sonra Əmir Qazana yanaşdım, Hüseyn Kürd ilə savaşdım. 
İlyas Xocaya qoşdum, vəzirilə pozuşdum. Oradan uzaqlaşdım, türkmanlara əsir 
düşdüm. Sonra bir çoq arqadaşla buluşdum. Bəlucistanla vuruşdum. Gah qalib gəldim, 
gah məğlub oldum. Ayaqdan bir yara aldım, iştə böylə aqsaq qaldım. (Aqsayaraq yürür, 
kəskin bir ahənglə) Əvət bənim yaralı arslan, bənim Topal Qaplan. 
 
Yanındakı masqaralar istehzalı, narın və sürəkli qəhqəhələrlə gülər. 
 
N a z i m (heyrətlə, sözləri çəkərək, ətrafa). Allah, allah!.. 
M e l i ç a. Aman, nə gözəl natiq!.. 
Ə l i p a ş a. Əvət, dəhşət, dəhşət! 
Y ı l d ı r ı m. Sonra nə oldu? Söylə, baqalım, sonra? 
C ü c ə. Sonra Cetləri boğdum, Cığatay elini Mavəraünnəhrdən qovdum, Səmərqəndə 
girdim, xalqdan hörmət gördüm. Qurultay çağırdım, sözümü keçirdim. Bəlx  şəhrinə 
vardım, Əmir Hüseynin işini bitirdim. Təkrar Səmərqəndə döndüm. Əmir e’lan olundum. 
Qəmərəddinlə çarpışıb qalib gəldim; qızı Dilşad ağayı aldım. Xarəzmə girdim, qələlərini 
devirdim. Azərbaycan qucağıma atıldı, Kürdüstan təslim olaraq qurtuldu. Ermənistan və 
Gürcüstan xəracgüzarım oldu. Qaraqoyunlular isyan etdi, ayaq altında əzildi. Şah Mənsur 
tüğyan etdi, bir anda başı  kəsildi. (Son dərəcə  məğrur).  Əvət bənim cihangiri dahi!.. 
Bənim hərb allahi!.. 
 
Masqaralarda istehzalı qəhqəhələr. 
 
N a z i m (şaşqın, ətrafa). Allah, allah! 
Y ı l d ı r ı m. Əvət, iştə Cücə bir dahi! 
Ə l i p a ş a. Daha doğrusu dahi bir Cücə. 
Y ı l d ı r ı m. Sonra... Daha sonra? 
C ü c ə. Bən devlətimi təhəmmül və mürüvvətlə idarə etdim. Xəlqi ümid ilə qorqu 
arasında tutdum. Bir çoq nifaqlara rast gəldim, əziyyət və möhnətlər çəkdim, acı sözlər və 
töhmətlər eşitdim. Fəqət bəni  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə