Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə54/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   50   51   52   53   54   55   56   57   ...   62

270 
 
T e y m u r. (Divan bəyiyə). Yıldırıma bir məktub daha yaz, yarın Sobutay götürsün. 
Fəqət onun məktubu nə qadar qaba isə, bizimki də bir o qadar nəzakətli olsun. 
D i v a n b ə y i. Bən də öylə düşünüyorum. (Yola baqar). İştə Sobutay kəndisi də 
gəliyor. 
Ş a i r K i r m a n i, A q b u ğ a və S o b u t a y gəlir, əyilirlər. 
T e y m u r. Qəhrəman Sobutay! Yarın bir məktub daha götürməlisin. Qoy Yıldırım 
anlasın ki, biz hər şeydən əvvəl barışıq və məhəbbət tərəfdarıyız. 
S o b u t a y. Xayır, o pək məğrur, pək inadçı adam. 
T e y m u r. Bizim borcumuz itmami höcətdir. İnad edərsə, kəndisi zərər görür. Şimdi 
get, hazırlan, yarın həm məktubu, həm də lazım gələn tə’limatı Divan bəyidən alırsın. 
S o b u t a y. (tə’zim ilə). Itaət, xaqanım! (Gedər). 
T e y m u r. (Aqbuğaya). Cəsur Aqbuğa! Ordudan pək məmnun oldum. Biz də bir qaç 
gün sonra Mısıra doğru hərəkətə başlarız. Oğullarımızdan Pir Məhəmməd Mirza 
Hindistanı, Şahrux Mirza Xarəzm və Türküstanı, Miranşah isə Azərbaycan və Gürcüstanı 
idarə edər. Digər sərdarlar da hökumətimizə tabe olan başqa ölkələrə baqar. 
 
Sandaliyəyə otururlar. 
 
Q a r a q u ş (gəlir,  əyilir). Azərbaycandan, oğlunuz Miranşahdan Divan bəyiyə 
məktub. 
T e y m u r. Pəki, kəndisinə ver. 
 
Məktubu verir çıqar. Divan bəyi açar oqur. 
 
A q b u ğ a (şairə). Bu məktubda bir sirr var. 
Ş a i r. Şübhəsiz. 
T e y m u r. (ətrafa). Xayır, bu məktub uğurlu bir şeyə bənzəmiyor. Kim bilir yenə nə 
uyğunsuzluq var. 
D i v a n b ə y i. Məktubun məalını ərz etməyə müsaidlə buyurulurmu? 
T e y m u r. Söylə! 
D i v a n b ə y i. Yenə isyan!.. Yenə azərbaycanlılar oğlunuz Miranşaha qarşı isyan 
etmişlər. 
T e y m u r. Səbəb!? 


271 
 
D i v a n b ə y i. Səbəb Miranşahın gevşəkliyi... idarəsizliyi. 
T e y m u r. (qızğınca). Ah, Miranşah, Miranşah! Əvət, onda azcıq tədbir və siyasət 
bulunsaydı, kimsə izindən çıqmazdı. Orasını idarə edəcək sağlam və düşüncəli bir baş 
lazım. Heyhat ki, Miranşah kibi şaşqınlar o düşüncədən pək uzaqdırlar. 
Ş a i r. Azərbaycan eşsiz bir cənnət bucağı, tükənməz bir sərvət ocağıdır. Lakin əfsus, 
binlərcə əfsus ki, Miranşahlar oyuncağıdır. 
D i v a n b ə y i. Bəncə Azərbaycan xalqı yabancılara kölgə olmaqdan pək zevq alır və 
xarici tə’sirə daha çabuq qapılırlar. 
T e y m u r. Pəki, burada xarici tə’sir nə ola bilir? 
D i v a n b ə y i. Bir taqım qara qüvvələr... 
T e y m u r. Məsəla, nə kibi? 
D i v a n b ə y i. Qaraqoyunlu əmiri Qara Yusif kibi... 
T e y m u r. Nədən bəlli? 
D i v a n b ə y i. Məktubda örtülü işarətlər var. Ətrafdan gələn bə’zi casuslar orada 
Teymur nüfuzunu qırmağa çalışıyor və xalqı Yıldırım dostu Qara Yusif tərəfinə çəkmək 
istiyormuş. Hətta bu da kafi deyilmiş kibi Qara Yusif çeteləri Türküstan ilə  Ərəbistan 
arasındakı karvanların gediş-gəlişinə və ticarət işinə əngəllər çıxarırmış... 
 
Teymur hiddətlə yerindən qalqır, yanındakılar da ona tabe olur. 
 
T e y m u r. Ah, öyləmi, öyləmi!? Hiç zərər yoq, biz səfər üstündəyiz. Er-gec həpsinin 
halı sorulur, hər kəs kəndi azğınlığına görə cəza bulur. Xayır, Qara Yusifdə bir tilki qadar 
cəsarət yoq. Şübhəsiz ki, o həp Yıldırıma güvəndiyi için şu fitnələri qaldırıyor. (Divan 
bəyiyə). İkinci məktubu gecikdirmə. Hər halda Yıldırım onu bizə təslim etməli. (Qızğın). 
Ah, Yıldırım! Yıldırım! Bən səninlə xoş keçinmək istərkən, sən çaqqalları, tilkiləri bənim 
üzərimə şımartıyorsun. Yoq, bən hər sərsəriyə qarşı əyləncə olamam. Qara Yusif təslim 
edilməlidir, təslim! Yoqsa ikinci məktubunda da saymazlıq və soğuqluq göstərirsə, o 
halda Yıldırımın kəndisilə hesablaşmalıyım. (Bir-iki adım yürür, təkrar dönər: kəskin və 
atəşli).  Əvət, Topal Teymuru saymayanlar, kəndi  əllərilə  kəndilərinə  məzar qazmış 
olurlar. (Gedər, onunla bərabər səhnədəkilər də çəkilir. Havanın ışığı bir qadar azalır). 
D i l ş a d (Elmasla bərabər gəlir. Onun omuzunu oqşayaraq). Elmas! Sən uslu və 
düşüncəli bir qadınsın. Fəqət pək gənc, pək sinirlisin.  


272 
 
İnan ki, çoq sürməz yenə Orxanı Bingül dərəsində zevqi səfa məclislərində görürsün. 
E l m a s. Ah, bu gediş nə içinmiş? Yalnız onu bilsəydim. 
D i l ş a d . Xayır, sən onu hiç bilmə! Hökumət sirrini bilənlər, 
yaxud bilib də açanlar Teymurun qəzəbindən əsla qurtulamazlar. 
E l m a s. Orxan ləkələnməsin də, bən hər şeyə razıyım. 
D i l ş a d . Hiç məraq etmə, sən Orxanı bəndən istə! 
E l m a s (ona sarılaraq). Ah, nə qadar alicənab və böyük ruhlusunuz. Orxan (gəlir. 
Dilşada qarşı əyilir). Manemi oldum? 
D i l ş a d . Xayır. 
Or x a n . Elmas! Ümid edərim ki, bənim  şu səfərimdən sıqılmazsın... Orxan xain 
deyil. 
E l m a s. Xayır, artıq sıqılmam. Nəcib Dilşadın iki sözü bənim iztirablarımı susdurdu. 
Orxan (Dilşada işarətlə, ehtiramkar). O, daima pərəstişə layiq bir fəzilət heykəlidir. 
D i l ş a d . Elmas da, sən də bənim gözümdə qardaş qadar əzizsiniz. 
H ə r i k i s i (əyilir). Təşəkkür edəriz. 
D i l ş a d . Saqın, çoq gecikmə. (Mə’nalı təbəssümlə). Həm də səndən bir şey istəriz. 
Or x a n . Nə arzu buyurulur? 
D i l ş a d . Elmas yalnızdır. Gönlünü ona bıraqıb da öylə getməlisin. 
Or x a n . Onun əksini düşünsəniz, Orxanı təhqir etmiş olursunuz. 
D i l ş a d (ətrafa). Nə yaldızlı yalan. (Orxana). Baqalım, təcrübə  həqiqətlərin 
həqiqətidir. 
Or x a n . Hər halda vücud ayrılığı gönül ayrılığı demək deyildir. Artıq bana 
müsaidə... 
D i l ş a d . Yalnız Elmas içinmi gəldin, minimini oğlunu görməyəcəkmisin? 
Or x a n . Hiç onsuz olurmu? Buyurun gedəlim. 
D i l ş a d . Gerçəkdən pək sevimli çocuq. Bənim də görəcəyim gəldi. 
Gedərlər. Gün batar, ay ışığı ətrafı sarmağa başlar. 
D  ə m i r q a y a (gəlir; onların uzaqlaşdığım görüncə). Yahu, şu Orxan da hiç yol 
adamı deyil, sanki Elması hiç görməmiş. (Dışarı  çıqıb da təkrar içəri girən O l q a y ı 
görür, heyrətlə). O kim? Nə gözəl də 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə