Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə58/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   54   55   56   57   58   59   60   61   62

282 
 
Y ı l d ı r ı m. (rəqqasələrə, hiddətlə). Kafi! (Qızlar çəkilir. Nazim ağaya). Bunları al 
da, söylə, hər üçünü gətirsinlər. 
 
Nazim kəndisini bəkləyən xidmətçilə bərabər dərhal işrət masasını alıb götürür. 
 
Ə l i p a ş a. Gələn kimdir əcəba? 
Y ı l d ı r ı m. Teymurun adamlarından üç nəfər casus yaqalamışlar. 
Ə l i p a ş a. Kim bilir, bəlkə casus deyil də əhli-namusdur. 
Y ı l d ı r ı m. Zənn etməm, hiç zənn etməm. (Qızğın.) Ah, azğın hərif, bir tərəfdən 
elçi göndəriyor, bir tərəfdən casus... 
 
Bu sırada iki silahlı y e n i ç ə r i mühafizəsi altında Orxan, O l q a və D ə m i r q a y a 
daxil olur. 
 
Y ı l d ı r ı m. Teymur casusları sizmisiniz? 
Or x a n . Əvət, öylə diyorlar. 
Y ı l d ı r ı m. Buraya niçin göndərildiniz? 
Or x a n . Göndərilmədik, kəndi arzumuzla gəldik. 
Y ı l d ı r ı m. Bu gəlişdən məqsəd? 
Or x a n . Məqsəd Topal Teymuru atmaq, ulu cultanı tutmaq. 
Y ı l d ı r ı m. Unutma ki, yalançıların cəzası ölümdür. 
Or x a n . Bizcə yalançılıq ləkəsi ölümdən daha çirkindir. 
Y ı l d ı r ı m. (Olqaya). Pəki, sən söylə, yavrum, Teymurdan niçin qaçdınız? 
Or x a n . Çünki Teymur xudkamdır. 
Y ı l d ı r ı m. Bıraq kəndisi söyləsin. 
Or x a n . O, dilsizdir. 
Y ı l d ı r ı m. (D ə m i r q a y aya). Adın nədir? 
D ə m i r q a y a (qalın səslə). D ə m i r q a y a. 
Y ı l d ı r ı m. Sən söylə baqalım, niçin gəldiniz? 
D ə m i r q a y a (laübali, Orxana işarətlə). Orxan gəl, dedi, gəldik. 
Y ı l d ı r ı m. Bir səbəb yoqmu ya? 
D ə m i r q a y a. Əlbəttə var, fəqət gizli bir səbəbdir. 
Y ı l d ı r ı m. (məraqlı). Gizli səbəbmi? O nə imiş? 
D ə m i r q a y a. Onu Orxan bilir. Nəmə lazım, bən qarışmam. 
Y ı l d ı r ı m. Ya! Qarışmazsın, öyləmi? Artıq anlaşıldı, əvət xəyanət. Cəllad, cəllad! 
(Nazim çıqarkən). Dün Teymurdan gələn elçi də hazır olsun, onun da boynu vurulmalı! 
Ə l i p a ş a. Aman, Sultanım, əcələ ediyorsunuz? 


283 
 
Y ı l d ı r ı m. Xayır, həpsinin boynu vurulmalı! Artıq Topal həddini keçiyor. 
Ə l i p a ş a. Rica edərim, hiç elçi boynu vurulurmu? 
Y ı l d ı r ı m. (qızğın). Əvət vurulur, bən əmr edərsəm vurulur. 
Ə l i p a ş a. Hiç olmasa bu hökmün icrasını yarına bıraqmal. 
Y ı l d ı r ı m. (daha qızğın). Yetişir, iltimasa hacət yoq... 
 
Bu sırada N a z i m gəlir, c ə l l a d və i k i y e n i ç ə r i l ə bərabər  S o b u t a y daxil 
olur. 
 
Y ı l d ı r ı m. (Sobutaya). Bana baq, bunları tanıyormusun? Doğru söylə, yoqsa ən 
yüngül cəza ölümdür. 
S o b u t a y. Sobutay nə yalan söylər, nə də ölümdən qorqar. 
Y ı l d ı r ı m. (sinirli və qızğın). Sözümə cəvab ver, bunları tanıyormusun? 
S o b u t a y. (kinli və  əzəmətli bir baqışla Orxanı süzərək). Türküstanda tanırdım, 
fəqət osmanlı paytaxtında xayır... 
Y ı l d ı r ı m. Niçin? 
S o b u t a y. (Orxana işarətlə). Çünki şu hərif vətən xaini. Bunlar da onun kölgəsi... 
O l q a. (qalpağını qaldırır, saçları dağılır). Aman, Sultanım! Mərhəmət! Orxan xain 
deyil, yalnız Teymur gözündə ləkəlidir; çünki sizə qarşı məhəbbət bəslərdi, onunçün də 
Türküstanı tərk etdi. 
Or x a n . Olqa! Sən sus! 
Y ı l d ı r ı m. Şu qadın kimdir? 
Or x a n . Moskof tərəflərinə hücum edərkən ölümdən qurtardığım bir qızcığaz. 
S o b u t a y. (acı və istehzalı təbəssümlə). Daha doğrusu Teymur sarayını süsləyən bir 
çiçək və  sənin qandırıb da uçurduğun  şux bir kələbək... (Kəskin.) Lakin nerdə olursa-
olsun xəyanət cəzasız qalmaz. 
Y ı l d ı r ı m. (Sobutaya). Sən sus! (Yeniçərilərə.) Şunu kəndi odasına götürün. (Əli 
paşaya.) Dəminki məktubu da ver, Teymura götürsün. 
 
Sobutay verilən məktubu alır, yeniçərilərlə bərabər çıqar. 
 
Ə l i p a ş a. Artıq məsələ aydınlaşdı. 
Y ı l d ı r ı m. Xayır, daha var. (D ə m i r q a y aya.) Sən söylə! Dəmin gizli səbəb 
diyordun, o nə imiş? 


284 
 
D ə m i r q a y a. Daha gizli bir şey qaldımı ya? (Olqaya işarətlə.) Zatən həpsini açıb 
dökdü. 
Y ı l d ı r ı m. Gizli səbəb yalnız onun dediklərimi? 
D ə m i r q a y a. Daha nə olacaq, hiç qadınla səfərə çıqılırmı? Nəmə lazım, kəndi 
işləri... 
Y ı l d ı r ı m. (qızğın). Nəmə lazım, nəmə lazım! Südəmər çocuqlar kibi iki sözdən 
fəzlə bir şey bilməz. (Cəllada.) Haydı, ilk öncə bunu dəf’ et. (Cəllad hazırlanır.) 
O l q a. Ah!.. 
Orxan (kəskin). Xayır. Bu həqsizlikdir. O dilsiz və düşüncəsiz bir zavallıdır.  Əsil 
e’dam ediləcək bənim, bən... 
Y ı l d ı r ı m. Cəsarət səni məğrur ediyor (Cəllada.) Pəki, əvvəl onu susdur. 
O l q a. Aman, əfəndim, mərhəmət, mərhəmət! (Şiddətli  ıçqırıqlarla ağlar, Sultanın 
ayaqlarına qapanır.) 
O r x a n (şiddətli və istehzalı  qəhqəhələrlə gülərək). Zavallı  qızcığaz! Sən həqli 
imişsin. Ah, Teymur, Teymur!.. 
Y  ı l d ı r ı m. (vəzifəsini bitirmək istəyən cəllada). Dur, əl saqla! (Orxana). Niçin 
güldün, niçin Teymuru xatırladın? 
O r x a n . O bənim biləcəyim iş, sən yalnız e’dam etdirə bilirsin. 
Ə l i p a ş a. Xayır, bu səbəbsiz deyil. 
O l q a. (başını qaldırır. Göz yaşını silərək.) Ah, səbəbini bən söylərim. 
O r x a n Qalq! Hiç bir şeyə ehtiyac yoq. Söyləmək lazımsa kəndim söylərim. (Olqa 
qalqar). 
Y ı l d ı r ı m. Pəki, kəndin söylə! Şu qəhqəhələr niçindir, əcəba? 
O r x a n . Şu qəhqəhələr acı bir fəryaddan başqa bir şey deyil. Bütün dünya dəli 
Teymura səcdə edərkən, yalnız bən isyan etdim. Halbuki onun küçük bir təhqirinə 
dayansaydım, şimdi e’dama layiq görülməzdim. 
 
 
Sükut... 
 
Y ı l d ı r ı m. (mülayim). Bu sözlərin nə dərəcə doğru olduğunu bilmək istəməm. Bən 
hər ikinizi şu qızın göz yaşlarına bağışladım. 
O l q a. Ah, kölgəniz əskik olmasın. 
Ə l i p a ş a. Əvət, göz yaşları mə’sumiyyəti isbat için ən parlaq şahiddir... 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə