Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə57/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   54   55   56   57   58   59   60   61   62

279 
 
tənqid edən  şımarıq, qəlbi kor cahillərə  əhəmiyyət belə vermədim. Yalnız çalışdım, 
təşəbbüs və fəaliyyətimlə hər kəsi susdurmağa müvəffəq oldum. Hər işdə vətəndaşlarımla 
müşavirə etdim. Xain və fitnəçi vükəlayı yanıma uğratmadım. Daima məiyyətimdə əsalət 
və  nəcabət,  əqil və  kəyasət aradım. Daima ordu və  rəiyyətin  əhvalını eyiləşdirməyə 
çalışdım. 
Y ı l d ı r ı m. Ya şu tökdüyün qanlara, şu qopardığın tufanlara nə mə’na verəlim? 
C ü c ə. Bən həqq və ədalət nümayəndəsiyim. Əgər bir məmləkətdə zülm və istibdad 
güclənirsə, kənardan baqıb duramam. Xəlqin əmniyyəti için zülmün kökünü qazımaq və o 
məmləkəti uslandırmaq istərim. Iştə buna görədir ki, Xorasana girdim, bütün Iranı 
devirdim, Moskof tərəflərini sardım, Hindistana vardım.  Əvət, bənim böyük Teymur... 
Bənim sarsılmaz imperator!.. 
 
Masqaralarda istehzalı qəhqəhələr. 
 
N a z i m (ətrafa). Allah, allah! 
Ə l i p a ş a. Dəhşət, dəhşət! 
M e l i ç a (qalqar). Artıq bən gediyorum. 
Y ı l d ı r ı m. Niçin? Cücənin sözləri səni qorqutdumu? 
M e l i ç a. Xayır! Lakin bu masqaralıqlardan içimə fənalıq gəliyor. Saydıqları yalan 
olsa belə, acı və dikənlidir. 
Y ı l d ı r ı m. (Cücəyə). Haydı, rədd ol, həmən şu biçimdə qiyafətini də dəyişdir. 
 
Cücə və arqadaşları məclisi tərk edərlər. 
 
Ə l i p a ş a. Aman, əfəndim! Cücə bu aqşam dəhşətdir, dəhşət! 
M e l i ç a (oturur). Bıraq, dəf’ olsun, insanın sinirlərinə doqunuyor. 
Y ı l d ı r ı m. Pəki, şimdi nə istərsiniz? 
Ə l i p a ş a. Müsaidə edilirsə, Şamdan gələn ərəb qızını, gözəl rəqqasəyi seyr edəlim. 
M e l i ç a. Bən də eşitdim, hənuz görmədim. 
Y ı l d ı r ı m. Nazim ağa! Şamlı qızı... 
N a z i m. Hazır! (Əyilir, çıqar). 
Ə l i p a ş a. Pək mədh ediyorlar. Ərəblərin rəqsləri də iqlimləri kibi atəşlidir. 
Y ı l d ı r ı m. Əvət, gerçəkdən pək atəşli. 


280 
 
M e l i ç a (istehzalı  təbəssümlə). Saqın, Paşa həzrətlərini yaqmasın! Doğrusu, pək 
şaşırıyorum. Sarayda serb və macar, rum və bolqar rəqqasələri dururkən bir də  şamlı 
qızına nə ehtiyac vardı? 
Y  ı l d ı r ı m. Sənət və gözəllik hər kəsin kəndi zevqilə ölçülür. Saray rəqqasələri 
başqa, şamlı qızı isə daha başqadır. 
Ə l i p a ş a. Əvət, gönül nəyi sevərsə, o, gözəldir. (Ərəb musiqisilə  ərəb rəqsi 
başlanır, şamlı qızının gəldiyini görüncə.) İştə atəşli baqışlar! 
N a z i m (rəqs bitdikdə  rəqqasənin süzülüb getdiyini görüncə  kəndini alamıyaraq 
şaşqın və coşqun bir səslə.) Allah, allah! Bu nə məlahət! Bu nə lətafət! 
Y ı l d ı r ı m. (mültəfit olaraq gülər). Nə oluyorsun, yahu! Pəkmi xoşuna getdi? 
N a z i m (niyazkar). Aman, sultanım, qüsurə baqmayınız. 
M e l i ç a (yarımqəhqəhəylə). Zavallı adəta kəndindən keçmiş. 
Ə l i p a ş a. Nə yapsın? Iştə ərəb ruhu, ərəb zevqi! Yalnız o deyil, bən belə bayıldım. 
M e l i ç a. Ya, öyləmi? (Incə və nəş’əli qəhqəhədən sonra). Aman, doktor çağıralım. 
Y ı l d ı r ı m. Xayır, doktora hacət yoq, o getdiyi kibi Paşa həzrətləri ayıldı. 
Ə l i p a ş a. Əvət, gerçəkdən öylədir. (Meliça qalqır.) Nə oldu, niçin qalqdınız? 
M e l i ç a. Artıq gedirim. 
Y ı l d ı r ı m. Əli paşa da yeməkdə bərabər bulunacaq. 
M e l i ç a. Pək məmnun olurum. (Gedir). 
Ə l i p a ş a. Əfəndimizin şu dərin səmimiyyətləri, bana bəxtiyarlıqdan daha yüksək 
bir nəş’ə verir. 
 
Bu sırada C ü c ə hoplayaraq, mayallaq vuraraq əsil masqara qiyafətində girər. 
 
Y ı l d ı r ı m. Yenəmi sən? 
C ü c ə. Nə yapayım, məclis boş qalmaz a... Bu yerdən mələk çəkilincə şeytan girməli. 
Ə l i p a ş a. Əhsən, əhsən! Cücə bu aqşam dəhşətdir, dəhşət! 
Y ı l d ı r ı m. Haydı, al, mələyin içdiyi şu qədəhi yuvarla! 
C ü c ə (qədəhi alır). Yaşasın həşmətli Serb kralının həmşirəsi Meliça! (Şərabı 
burnunun üzərindən dökü verir.


281 
 
Y  ı l d ı r ı m. Nə yapıyorsun  şaşqın hərif! Sən hənuz  şərab içməsinidəmi 
öyrənəmədin? 
C ü c ə  (Yıldırımı  mə’nalı baqışlarla süzərək). Bən  əşirətdən yetişmə bir çoban 
oğluyum. Nə etməli, şimdiyə qadar ancaq qımız və ayran içməsini öyrənə bildim. 
Y ı l d ı r ı m. (ətrafa). Acı bir kinayə! 
C ü c ə. Şu yaqınlarda bir serb qızı alacayım, iştə o zaman şərab içməsini də ondan 
öyrənirim. (Əli paşayı mə’nalı bir baqışla gözdən keçirir.) Hətta bir taqım siyasilər kibi
namaz qılarkən belə sərxoşluqdan vaz keçməm. 
Ə l i p a ş a (ətrafa). Ah, bəni təhqir ha? (Cücəyə, sinirli) Şımarıq hərif, sən artıq 
həddini aşıyorsun. 
Y ı l d ı r ı m. Zərər yoq, o bu gün pək nəş’əlidir, xatirini qırma! Yalnız səninlə deyil, 
bənimlə də əyləniyor (Cücəyə.) Bana baq, Cücə! Bənmi eyi hökmdarım, Teymurmu? 
C ü c ə. Aman verilirmi? 
Y ı l d ı r ı m. Söylə! 
C ü c ə (sırıtaraq Yıldırımın qucağına). O, dəlidir, sən də abdal! (Qəhqəhəylə gülər). 
Y ı l d ı r ı m. Sus, ədəbsiz! O halda sən nə olursun? 
C ü c ə (sədri-ə’zəmə işarətlə). Bən də sənin quyruğunun quyruğu... 
 
(Qəhqəhə) 
 
Y ı l d ı r ı m. Pəki, sənin quyruğun? 
C ü cə (Nazimi göstərir). Iştə! Seyr edə bilirsiniz. 
 
(Qəhqəhə
 
N a z i m (ətrafa). Allah, allah! Şu hərif çıldırmış. (Salonu tərk edər.) 
Y ı l d ı r ı m. Haydı, yetişir, dəf’ ol! Sən bu aqşam zəhərli bir dikən, sərsəm bir eşək 
arısı, quduz bir köpəksin. 
C ü c ə (bayılırcasına qəhqəhələr qoparır, əlilə qarşıdakı pərdəyi göstərir və açar). 
Əvət, bən zəhərli bir dikənim, iştə mayıs çiçəkləri! Bən bir eşək arısıyım, iştə serb və 
macar kələbəkləri! Bən quduz bir köpəyim, iştə rum və bolqar mələkləri!  
 
 
Qəhqəhələrlə  çəkilir. Alafranqa musiqi başlanır. Rəqqasələr oynarlar. Rəqs bitdiyi 
sırada N a z i m a ğ a sür’ətli adımlarla gəlir, Yıldırımın qulağına bir-iki söz söylər. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə