Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə59/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   54   55   56   57   58   59   60   61   62

285 
 
Or x a n . Lakin, bir rica etmək istərdik. 
Y ı l d ı r ı m. Söylə. 
Or x a n . Məsələ yalnız bağışlanmaqla bitmir. Biz artıq Teymur məmləkətinə 
dönəməyiz, sədaqətimizə qarşı  şübhə edildiyindən təbii burada qalacağımız da şübhəli. 
Əgər müsaidə buyurulursa Mısır-Şam tərəflərinə keçəriz. Orda bizi himayə edənlər 
bulunur. 
Y  ı l d ı r ı m. (məmnun təbəssümlərlə yerindən qalqar). Xayır, hiç bir yerə 
getməyəcəksiniz. Siz bənim oğlum, bu da qızımdır. Hər üçünüzün sədaqətinə  şübhəm 
qalmadı. Haydı, Nazim ağa! Söylə, bir dairə ayırsınlar, misafirlərə ehtiram lazım.  
 
Nazim cəllad ilə bərabər çıqar.  
 
O r x a n (arqadaşlarilə bərabər əyilir). Təşəkkür edəriz. 
Y ı l d ı r ı m. Sədaqətiniz dərəcəsində mükafat görəcəksiniz. (Əli paşa ilə məclisi tərk 
edir). 
O r x a n (ətrafa). İştə ilk fəlakəti atladıq. 
O l q a. Ah, pək qorquyorum. Sobutay Səmərqənddə işlərin üstünü açacaq. Teymurun 
qəhrü qəzəbi bəla yıldırımı kibi üzərimizdə patlayacaq. Ah, o bəni niçin gördü? 
O r x a n . Hiç məraq etmə, bən Sobutayı görürüm.. O pək nəcib qəhrəman. Kimsəyə 
bir şey söyləməz. Hətta Teymur duysa belə əhəmiyyət verməz. 
D ə m i r q a y a (bir tərəfdə). Nəmə lazım, bən qarışmam. Ölürlər ölürüm, qalırlar 
qalırım. 
O l q a. (Saqsıda gördüyü yeşil fidancığazı göstərir). Ah, o nə xoş, nə  təravətli gül 
fidanı. 
Or x a n . İştə həmişəbahar gülü, baq, hənuz yeni-yeni qönçə verməyə başlıyor. 
O l q a. Əvət, pək gözəl... 
O r x a n . Bir gün gəlir ki, şu yeni qönçələr açar, bizim arzularımız da onunla bərabər 
çiçəklənməyə başlar. 
N a z i m (gəlir, əyilir). Buyursunlar. (Önlərincə gedər). 
O r x a n . Gedəlim. (Nazimi göstərir.) İştə bu gecə qiyafətli məxluq bizi uğurlu və 
parlaq bir sabaha də’vət edir. (Gedirlər). 
 
 
Pərdə 


286 
 
DÖRDÜNCÜ PƏRDƏ 
 
Eyni səhnə... Gündüz... Qarşıki böyük pəncərədən saray bağçasını süsləyən yeşil 
ağaclar, rəngarəng çiçəklər nəzərləri oqşar. Salona qonmuş saqsıdakı fidanın dal 
budaqları əvvəlkinə görə daha böyümüş və tam mə’nasilə açılmış gülləri aradan bir xeyli 
zaman keçdiyini xatırlatır. Orxan bir tərəfdə əski osmanlı yavərləri qıyafətində olaraq əli 
alnında düşünür. 
 
O l q a. (saray xanımlarına məxsus bir qiyafədə  gəlir. Orxanı bir qədər süzərək). 
Orxan! 
O r x a n . Sənmisin, Olqa? 
O l q a. Nə düşünüyorsun, mane oldum, deyilmi? 
O r x a n . Xayır... 
O l q a. Niçin böylə dalıb gediyorsun? 
O r x a n (gül fidanını göstərir).  İştə  hər tərəfə gözəl qoqu və nur saçan şu gülləri 
görüyormusun? Baq, nə qadar dəyişmiş. Bunlar bir zaman yemyeşil tumurcuq halında 
idilər. 
O l q a. Əvət, xatırlıyorum, casus deyə tam bizi yaqaladıqları gecəydi. 
O r x a n . Bən o gecə, açmamış qönçələri gönlümüzdəki arzulara bənzətmişdim, 
deyilmi?  İştə bu gün bütün istədiklərimiz yerini buluyor, onlar kibi çiçəklənməyə 
başlıyor. 
O l q a. Pəki, o halda bu düşüncələr nə? 
O r x a n . Olqa! Biz artıq burayı tərk etməliyiz. 
O l q a. Niçin? Halbuki burada səadət var. 
O r x a n . Xayır, bil’əkis səadət bizi başqa aləmdə gözlüyor. 
O l q a. Fikrini hiç anlıyamıyorum. Sən Yıldırım kibi böyük bir padşah sarayında... 
Kəndin də  ən sevgili yavərlərdən birisin. Daha nə istiyorsun? (Gül fidanına yaqlaşır, 
qoqlamağa başlar.) 
O r x a n (ətrafa). Ah, Teymur ordusu tərəfindən Sivas qələsi altüst edilmiş, 
Yıldırımın oğlu öldürülmüş... Daha burda durulurmu? 
O l q a. Orxan! Səndə bir sirr var; hər ay gizli məktublar yazıyorsun, əcəba onlar kimə 
və nerəyə? 
O r x a n . Sonra anlarsın, şimdi çabuq hazırlan! Nə olursa-olsun buradan çıqmalıyız. 
O l q a. (təlaş ilə). Allah eşqinə, nə olmuş, Yıldırımdan bir fənalıqmı gördün? 
O r x a n . Xayır. Fəqət bir taqım padşahlar, hələ  Yıldırım kibi sərxoşlar o dərəcə 
qorqunc ki, əsla inanılmaz. Əvət, kəndi qardaşını 


287 
 
vəhşicə parçalatan bir hökmdar, yarın ufaq bir bəhanə ilə bizə də qızar, bizim də qanımızı 
döktürür. 
O l q a. Bən şu şübhələrə hiç bir mə’na verəmiyorum. 
Or x a n . Dedim ya, sonra anlarsın. Hazırlan, ehtiyat için bir çarşaf da al, yolda lazım 
olur. 
O l q a. Pəki, lakin... 
O r x a n . Sus, iştə gələn var. 
O l q a. (baqar). Əvət, sultanın hərəmi Meliça. (Məmnun təbəssümlərlə o gələn tərəfə 
doğru yürür.) 
O r x a n (yalnız). Vəzifə hər şeydən müqəddəsdir. Artıq sırası gəldi, Teymur mütləq 
hücuma başlayacaq. 
M e l i ç a (Olqa ilə bərabər gəlir). Ah, Olqa, Olqa! Sizin bana munis olmanız, bilsən 
nə qadar gönlümü açıyor. 
O l q a. Fəqət bən... Bənim gönlümdəki sevinc daha böyük, daha dərindir. 
M e l i ç a. Sən nə qadar nəcib isən (Orxana işarətlə), yoldaşın da bir o qadar 
qəhrəman və nəzakətlidir. 
O r x a n . Təşəkkür edərim. 
M e l i ç a (ətrafa diqqətlə). Iştə Yıldırım. Aman nə qadar halı pərişan... 
O l q a. Əvət, bu günlər əfəndimiz pək düşünüyor. 
O r x a n . Nasıl düşünməsin?! Hiç Teymur ordusunun qabalığı çəkilir şeymi? 
Y ı l d ı r ı m. (gəlir, tə’zim edərlər. Yanındakı Nazim ağaya). Əli paşa nerdə? Çabuq 
buraya çağır. (Nazim  əyilir çıqar. Yıldırım sinirli). Ah, Teymur! Teymur! Bən sənin bu 
dərəcə sayğısız olduğuna inanmazdım. (Daha qızğın). Lağımlar vasitəsilə  kərastələri 
tutuşdurmaq, Sivas kibi bir qələyi yandırıb havaya savurmaq sənin həddinmi? Ah, 
əsirlərin, qələ mühafizələrinin qafasını  kəsdirməkmi?  Ərtoğrul kibi bir evladı  əlimdən 
almaqmı? Nə böyük cəsarət! Xayır, xayır... Bu dikənli zərbə, bu acı təhqir əsla unutulmaz. 
Ah, duyğusuz cəllad. 
O r x a n . Ehtimal ki, bu hərəkət onu saymadığın için bir ixtar, tə’bir caizsə bir 
guşmaldır. 
 
Bu sırada uzaqda aşiqanə bir ahənglə çoban qavalı-düdüyü çalınmağa başlar. 
 
Y ı l d ı r ı m. (çılğın). Nasıl? Bir ixtarmı, bir guşmalmı? Ah, nələr, eşidiyorum! 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə