Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə61/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   54   55   56   57   58   59   60   61   62

291 
 
məktubuma müvafiq cəvab gəlməzsə, hücum edəcəyim  şübhəsizdir. Ona görə  də 
hazırlanmanızı ixtar edərim. 
Y  ı l d ı r ı m. Müharibəmi? Ah, müharibəmi? (Acı  qəhqəhəylə.) Gör bizi nə ilə 
qorqutuyor. Zavallı Topal! Görünüyor ki, qarşısındakını unutuyor. (Pək qızğın). Xayır, 
onun cəvabı müharibədən başqa bir şey deyil. 
Ş e y x B u x a r i. Zənnimcə qəzəb və hiddət əfəndimizi yanlış mühakimələrə sevq 
ediyor. Teymur da sizin qadar qəhrəman, sizing qadar cəsur və sarsılmaz bir hökmdar... 
Boş yerə türk evladının qanını dökdürməyin və  ətrafınızı saran düşmanları  kəndi 
fəlakətinizə güldürməyin. 
Y ı l d ı r ı m. Xayır, mirim! Bən şimdiyə qadar sənin acı nəsihətlərini dinlədim. Əfsus 
ki, bundan sonra dinləmiyəcəyim, çünki şu məktubun məalı təhqirlərin ən acısıdır. 
Ş e y x B u x a r i. Əvət, biliyorum acıdır, hətta bənim sözlərim ondan da acıdır. Fəqət 
onunla çarpışacağına, kəndi nəfsinlə mübarizə et. Cəsarət ediyorum, mümkünsə 
rəqqasələrə uyma! Serbistan prensesi nüfuzuna qapılma! Və sərxoş vəzirlərə alət olma! 
Ə l i p a ş a (ətrafa). Ah, bu nə həzyan? 
Y ı l d ı r ı m. Əvət, şeyxim! Acı da olsa, sözlərində bir həqiqət var. Lakin Teymura 
qarşı susmaq əsla əlimdən gəlməz. Çünki o bəni tanımıyor, yaxud tanımaq istəmiyor. Hər 
halda bən kəndimi ona tanıtmalıyım. Əli paşa cəvab yaz. 
 
Əli paşa kağız-qələm hazırlar. 
 
Orxan (tə’zim ilə). Müsaidə buyurulursa, bən də iki söz söyləmək istərim. 
Y ı l d ı r ı m. Söylə! 
Or x a n . Əfəndimizin iradəsi əlbəttə bir həqiqətdir. Şeyx həzrətlərinin tevsiyəsi isə 
daha xeyirxahanə bir məsləhətdir. 
Y ı l d ı r ı m. Bən həpsini düşünüyorum, artıq bizimki məsləhətdən keçmiş. (Qızğın). 
Cəvab yaz! 
Ə l i p a ş a. Əmrinizə müntəzirim. 
Y ı l d ı r ı m. Yıldırım Bayaziddən kəlbi-əqur Teymura! 
M ə c l i s d ə k i l ə r (heyrət və dəhşətlə ətrafa). Nasıl? Kəlbiəqurmu?! 


292 
 
Y ı l d ı r ı m. Yazdınmı? Kəlbi-əqur Teymura. 
Ə l i p a ş a. Əvət, kəlbi-əqur Teymura. 
Y ı l d ı r ı m. Yaz, müharibəmiz müharibədir. Hər kim sözündən qaçarsa, qadını üç 
təlaq ilə boş olsun. 
Ə l i p a ş a (yazır, ətrafa). Ah, fəlakət! Dəhşət! 
Y ı l d ı r ı m. Ötəsini kəndin bilirsin, iştə bənim deyəcəyim şu! 
Ş e y x B u x a r i (müztərib və həyəcanlı). Əfəndim! Əfəndim, müsaidə buyurun. Bu 
cəvab adabi-münazirəyə  əsla müvafiq deyil. Həm də hiç bir hüsni-tə’vil qəbul etməz. 
Əvət, bu bir xəta, bu bir təcavüz ki, hiç bir hökmdarın şanına yaqışmaz. 
Y ı l d ı r ı m. Artıq yetişir, rica edərim, kimsə qarışmasın. 
Ş e y x B u x a r i (yerindən qalqar, getmək istər). Pəki, sultanım, qarışmam, lakin şu 
cəvabınızla böyük bir məs’uliyyəti-tarixiyyə altında qalacaqsınız. Bana müsaidə... 
Y  ı l d ı r ı m. Buyura bilirsiniz. (Şeyx Buxari çıqar. Yıldırım istehzalı  təbəssümlə 
qafasını oynatır.)  Əvət, bu məktubla Yıldırım böyük bir məs’uliyyət bir məs’uliyyəti-
tarixiyyə altında qalacaqmış!.. 
O r x a n . Hər halda Şeyx bədxah bir şəxs deyil. 
Y ı l d ı r ı m. Nə olursa-olsun, bənim iradəm qətidir. (Qalqar). Bana baq, Orxan! Sən 
bu vəqtə qadar bizdən hörmət və  məhəbbət gördün... və o sayədə Anadoluda yaşayan 
tatar-türkmən qəbilələrinə böyük nüfuzun var. 
O r x a n . Əfəndimizin lütfündən. 
Y ı l d ı r ı m. Iştə onlara icrayi-tə’sir etməli. Yarın orduya səfərbərlik əmr edəcəyim. 
Baqalım Teymur bizə qarşı  nə yapar? Fəqət saqın, vəzifəndə müsamihə etmə! (Çıqmaq 
üzrə bir neçə adım yürür). 
O r x a n . Bəncə vəzifə hər şeydən müqəddəsdir. Amirim uğrunda başdan keçməyə 
hazırım. 
Y  ı l d ı r ı m. Haydı, arslanım, iş başına! Unutma ki, səni daha böyük rütbələr 
bəkliyor.  Əli paşa! Sən də  məktubu elçiyə ver, bəndən son hədiyyə olaraq Teymura 
götürsün. 
Ə l i p a ş a. Baş üstünə! 
 
Ç ı q a r l a r. 
 
O r x a n (yalnız). Ah, Teymur, kəlbi-əqur! (Acı və istehzalı qəhqəhəylə). Əvət, daima 
sərxoşların təsəllisi həzyan, aciz və zəiflərin silahı 


293 
 
isə söyüş  və qarğışdır. (Yıldırımın getdiyi tərəfə kinli və  qızğın). Fəqət, ey məğrur və 
əyyaş sultan! Əmin ol ki, yarın, əvət yarın o qoca qəhrəmanın dəmir pəncəsində bir yılan 
kibi qıvrılacaqsın. Həm də umulmaz bir məğlubiyyətlə zəbun və pərişan olacaqsın. 
 
 
Pərdə 
 
 
BEŞİNCİ PƏRDƏ 
 
Anqara ovası, Teymur çadırı... Gündüz. Çadırın önündə qalın gevdəli, gürbüz, 
yaylıoqluiki nəfər növbət bəkliyərək qonuşurlar. 
 
B i r i n c i n ö v b ə t ç i . Yahu bütün dünya çarpışıb vuruşmaqdan yoruldu da, şu 
Topal bir dürlü yorulmaq bilmiyor. 
İ k i n c i n ö v b ə t ç i . Yenə şikayətmi? Nə çabuq usandın, əzizim?! 
B i r i n c i n ö v b ə t ç i . Mısır və Şamda dökdüyümüz qanlar hənuz qurumamış. 
Şimdi də Anqara qavğası, Anqara bəlası!.. Nə demək? Beş gün rahatlanmaq yoqmu ya? 
İ k i n c i n ö v b ə t ç i . Pəki, Qarabağın çiçəkli ovalarında, Azərbaycanın o cənnət 
qadar gözəl ruhlu bir guşəsində sürdüyün zevq və səfalar yetişmədimi? 
B i r i n c i n ö v b ə t ç i . Nə demək! Biri üç ay yaşayışdan zevq alırsa, altı ay da hərb 
etməlimi? 
İ k i n c i n ö v b ə t ç i . Şuna baq, müharibə kəndisi də bir zevq deyilmi ya? 
B i r i n c i n ö v b ə t ç i . Bıraq Allahı sevərsin. (Bir neçə adım aqsayaraq yürür.) 
Şam ətrafında vuruşurkən ayağıma bir ox dəydi də hala aqsıyorum, hala gecələr ağrıdan 
uyuyamıyorum. 
İ k i n c i n ö v b ə t ç i (gülərək). Zərər yoq, saf mal sahibinə  bənzər. Teymur da 
aqsaqdır, sən də... Yalnız aranızda bir fərq var ki, sən qarğasan, o qaraquş... 
B i r i n c i n ö v b ə t ç i (qızğın). Sus bə, sərsəm hərif! 
İ k i n c i n ö v b ə t ç i . Pək gözəl, o qarğa olsun, sən qaraquş. 
B i r i n c i n ö v b ə t ç i . Xayır, onu da istəməm. 
İ k i n c i n ö v b ə t ç i . Pəki, o halda nə istərsin? 
B i r i n c i n ö v b ə t ç i . Nə istəyəcəyim, baq şu Anqara müharibəsi bənim hiç 
xoşuma getmiyor. Nə var, nə yoq, Teymur Yıldırımı yenəcəkmiş... Pəki, bənim xeyrim nə 
olur? Mısırda, Şamda hiç olmazsa  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə