Hörmətli həmkarlar! Sizi Ümummilli liderimiz Heydər Əli


ийун 2018-ci il   № 45-48 (9231)



Yüklə 451,35 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix18.06.2018
ölçüsü451,35 Kb.
#49295
1   2   3   4   5   6   7   8

14 ийун 2018-ci il   № 45-48 (9231)

5

www.seanews.az

Azərbaycan təbii qazını Avropaya 

daşıyacaq “Trans-Adriatik” (TAP) təbii 

qaz boru kəməri layihəsi üzrə İtaliyanın 

Puglia regionunda mikrotunellərin 

tikintisi davam edir.

AZƏRTAC  xəbər  verir  ki,  bu  barə-

də  boru  kəmərinin  operatoru  olan  TAP 

AG  şirkəti  məlumat  yayıb.  Bildirilir  ki, 

mikrotunellərin inşası zamanı ən son tex-

nologiyalardan istifadə edilir və ətraf mü-

hitə təsir ən aşağı səviyyədədir.

Ötən ay AZƏRTAC-a eksklüziv mü-

sahibəsində TAP AG-nin prezidenti Valter 

Peeraer deyib ki, TAP qaz boru kəməri la-

yihəsi üzrə işlərin - mühəndis, təchizat və 

tikinti işləri də daxil olmaqla ümumilikdə 

73 faizi icra edilib: “TAP boru kəmərinin 

inşası üzrə işlər qrafik üzrə gedir. Biz plan 

üzrə bütün işlərimizi uğurla davam etdiri-

rik. İki il əvvəl başladığımız layihə boru 

kəmərinin  keçdiyi  bütün  ölkələrdə  - Al-

baniya,  İtaliya  və  Yunanıstan  ərazisində 

uğurla icra olunur. Demək olar ki, işlərin 

73 faizi icra edilib. Albaniya və Yunanıs-

tan  ərazisində  TAP  layihəsinin  icrası  da 

uğurla  davam  etdirilir.  Hər  iki  dövlətin 

hökumətləri  tərəfindən  bu  istiqamətdə 

görülən  işləri  yüksək  qiymətləndiririk. 

TAP-ın Adriatik dənizindən keçəcək his-

səsi isə 2019-cu ilədək başa çatdırılacaq”.

Xatırladaq ki, ilin əvvəlində Avropa 

İnvestisiya Bankının İdarə Heyəti Yuna-

nıstan, Albaniya  və Adriatik  dənizindən 

keçərək  İtaliyanın  təbii  qaz  şəbəkəsinə 

qoşulmaq üçün Cənubi İtaliya sahillərinə 

çıxan TAP boru kəməri üçün 1,5 milyard 

avro  məbləğində  maliyyələşdirməni  təs-

diqləyib.  Bank  bildirir  ki,  layihə  Cənub 

Qaz  Dəhlizinin  bir  hissəsidir  və Avropa 

İttifaqının  enerji  siyasəti  çərçivəsində 

strateji cəhətdən əhəmiyyətli bir kompo-

nent kimi, Avropa Şurası, Avropa Komis-

siyası  və  Avropa  Parlamenti  tərəfindən 

müəyyən edilən təşəbbüsdür.

Azərbaycan  təbii  qazının  Avropa-

ya  nəqlini  nəzərdə  tutan  TAP  qaz  boru 

kəmərinin təməli 2016-cı il mayın 17-də 

Yunanıstanın Saloniki şəhərində qoyulub. 

Xəzər  dənizinin  Azərbaycan  sektorun-

dakı  “Şahdəniz-2”  yatağından  hasil  olu-

nacaq  qazı Türkiyəyə  və  bu  ölkədən  də 

Avropaya daşıyacaq 3 min 500 kilometr 

uzunluğundakı  Cənub  Qaz  Dəhlizinin 

tərkib  hissəsi  olan  TAP  Cənubi  Qafqaz 

Boru  Kəmərinin  və  TANAP-ın  davamı 

olub,  “Şahdəniz-2”dən  hasil  olunacaq 

qazı  Yunanıstan  və  Albaniya  vasitəsilə, 

Adriatik  dənizindən  keçməklə  İtaliyanın 

cənubuna, oradan da Qərbi Avropaya çat-

dıracaq.  TAP  Avropa  İttifaqı  (Aİ)  üçün 

prioritet enerji layihələrindən olan Cənub 

Qaz Dəhlizinin bir seqmentini təşkil edir. 

İndiyədək  “Cənub  Qaz  Dəhlizi”  layihə-

sinə tərəfdaşlarla birgə 30 milyard dollar-

dan çox vəsait xərclənib. Həmin vəsaitin 

2,9  milyard  avrosu  TAP  layihəsinə  sərf 

olunub.

Boru kəməri Avropanın üç ölkəsinin 



ərazisindən  –  Yunanıstan,  Albaniya  və 

İtaliyadan  keçir.  Boru  kəmərinin  uzun-

luğu 878 kilometr, diametri isə 48 düym-

dür. TAP boru kəmərinin ən aşağı hissəsi 

dəniz  səviyyəsindən  təxminən  820  metr 

dərinlikdə,  ən  yüksək  hissəsi  Albaniya 

dağlarında  1800  metr  hündürlükdən  ke-

çir. Layihənin ümumi dəyəri 4,5 milyard 

avro  qiymətləndirilir.  Buraya  2009-cu 

ildən bəri davam edən dizayn və mühən-

dislik  işləri  də  daxil  edilib.  “Şahdəniz” 

konsorsiumu ilk qaz satışını 2018-ci ildə 

Türkiyə və Gürcüstana həyata keçirəcək. 

Avropaya ilk qazın verilməsi isə 2020-ci 

ilə planlaşdırılır.

TAP  boru  kəməri  TANAP  ilə  bir-

ləşəcək və Yunanıstanın Türkiyə ilə sər-

həddə  yerləşən  Kipoi  ərazisindən  başla-

yacaq.  Boru  kəməri  buradan Yunanıstan 

və Albaniya ərazisini qət edərək şərqdən 

qərbə  Adriatik  dənizi  sahillərinə  doğ-

ru  istiqamətlənəcək  və  İtaliyanın  Puqlia 

bölgəsində  sahilə  çıxacaq.  TAP  burada 

“Snam  Rete  Gas”  şirkətinin  istismar  et-

diyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə 

birləşəcək. Bu layihə Azərbaycan qazının 

İtaliya, Almaniya,  Fransa,  Böyük  Brita-

niya, İsveçrə və Avstriya kimi böyük Av-

ropa bazarlarına çatdırılması üçün böyük 

imkanlar  yaradır.  Boru  kəmərinin  ilkin 

ötürücülük  qabiliyyəti  ildə  10  milyard  

kubmetr  olacaq  və  bu  həcmin  gələcək-

də  20  milyard  kubmetrədək  artırılması 

nəzərdə tutulub.

TAP-ın  Yunanıstandan  keçəcək  550 

kilometrlik  hissəsində  538  kilometrlik 

ərazi tamamilə təmizlənib və qiymətlən-

dirilib. Təxminən 524 kilometr boru mar-

şrut  xətti  boyunca  düzülüb.  Bu  ölkədə 

boruların  506  kilometrdən  çoxu  qaynaq 

edilib. 428 kilometr boru torpağa basdırı-

lıb və təxminən 320 kilometr ərazi tama-

milə əvvəlki vəziyyətinə gətirilib. TAP-ın 

Albaniyadan  keçəcək  215  kilometrlik 

hissəsində  isə  təxminən  187  kilometrlik 

ərazi təmizlənib və qiymətləndirilib, 181 

kilometr boru marşrut xətti boyunca dü-

zülüb. Boruların 177 kilometri qaynaqla-

nıb və onların təxminən 158 kilometri tor-

pağa  basdırılıb.  Təxminən  119  kilometr 

ərazi tamamilə əvvəlki vəziyyətinə gətiri-

lib. Beləliklə boru kəmərinin ümumilikdə 

765  kilometrlik Yunanıstan  və Albaniya 

hissəsində 725 kilometrlik ərazi, yəni bu 

marşrutun  95  faizi  tamamilə  təmizlənib 

və qiymətləndirilib. Yunanıstan və Alba-

niyada  boruların  89  faizi  qaynaq  edilib. 

Bu marşrut üzrə boruların ümumilikdə 77 

faizi torpağa basdırılıb. Yunanıstan və Al-

baniya marşrutunda torpaq örtüyünün 59 

faizi əvvəlki vəziyyətinə gətirilib.

Boru  kəmərinin  ötürücülük  qabiliy-

yəti  ildə  10  milyard  kubmetr  olan  ilkin 

layihəsi  üzrə  biri  Kipoidə  (Yunanıstan), 

digəri  isə  Fierdə  (Albaniya)  olmaqla 

ümumilikdə  2  kompressor  stansiyasının 

inşasına 2017-ci ilin birinci yarısında baş-

lanılıb və işlər qrafik üzrə davam etdirilir. 

Kompressor stansiyaları ilə yanaşı, həm-

çinin Albaniyanın şərqində Bilisht regio-

nunun  yaxınlığında  ölçmə  stansiyasının 

tikintisi  aparılır.  Ölçmə  stansiyasındakı 

işlərə də ötən ilin birinci rübündə başla-

nılıb.  Kompressor  və  ölçmə  stansiyala-

rının  mühəndislik,  təchizat  və  tikintisi 

(EPC) üzrə podratçı - İtaliyanın “Renco 

S.p.A” və Yunanıstanın “Terna S.A.” bir-

gə müəssisəsi hər 3 stansiyada beton və 

torpaq  işlərini,  eləcə  də  qazma  və  giriş 

yollarının tikintisini tamamlayıb. Üç tur-

bo  kompressor  paketi  artıq  Yunanıstana 

çatdırılıb  və  onlar  Kipoidəki  stansiya-

sında  quraşdırılıb.  Ötən  ilin  dekabrında 

Kipoidəki  kompressor  stansiyasında  bo-

ruların quraşdırılması və qaynağı işlərinə 

start  verilib.  Hər  3  stansiya  üçün  kənar 

boru istehsalına da başlanılıb. Kompres-

sor və ölçmə stansiyalarının tikintisi təx-

minən iki il müddətində başa çatdırılacaq. 

Bundan sonra isə ilkin istismara hazırlıq 

və  tam  istismara  verilmə  üzrə  yoxlama-

lar keçiriləcək. Təxminən 6 ay müddətin-

də aparılacaq bu əhatəli yoxlamalar yeni 

qurğuların tam işlək, eləcə də təbii qazın 

nəqli üçün təhlükəsiz və hazır olub-olma-

dığını  göstərəcək. TAP  qaz  boru  kəməri 

üçün lazım olan turbo kompressorlar isə 

“Siemens” şirkəti tərəfindən istehsal edi-

lib.

Layihə  İtaliyada  da  qrafik  üzrə  irə-



liləyir. 2015-ci il mayın 20-də İtaliyanın 

İqtisadiyyat  Nazirliyi  tərəfindən  verilən 

əsas icazə sənədinə uyğun olaraq TAP-ın 

inşasına dair digər ikinci dərəcəli icazələ-

rin  alınması  üzrə  işlər  davam  etdirilir. 

TAP-ın  8  kilometrlik  İtaliya  hissəsinin 

inşası çərçivəsində ötən ilin mart-iyul ay-

larında  mikrotunelin  tikiləcəyi  ərazidən 

zeytun  ağacları  çıxarılıb.  Həmin  ağaclar 

yaxınlıqdakı  bir  uşaq  bağçasına  (“Mas-

seria  del  Capitano”)  köçürülüb. Ağaclar 

burada  təmənnasız  saxlanılacaq  və  on-

lara  müvafiq  qulluq  göstəriləcək.  Boru 

kəmərinin  tikintisi  başa  çatdıqdan  sonra 

həmin  zeytun  ağacları  öz  yerlərinə  geri 

qaytarılacaq.  Bundan  başqa, TAP-ın  də-

niz hissəsinin inşasında istifadə olunacaq 

boruların  sonuncu  partiyası  da  keçən  il 

sentyabrın 3-6-da İtaliyanın Brindisi böl-

gəsində boşaldılıb.

TAP-ın Adriatik dənizindən keçəcək 

105  kilometrlik  hissəsinin  tikintisini  hə-

yata keçirəcək İtaliyanın “Saipem S.p.A” 

şirkəti hazırda mikrotunel sahəsində çalı-

şır. Burada müvəqqəti yol və sahə hazırlı-

ğı tamamlanıb. TAP-ın podratçısı hazırda 

mikrotunelin  tikintisini  həyata  keçirmək 

üçün  çuxurun  qazılması  işlərini  görür. 

Boru kəmərinin dəniz hissəsi 2018-2019-

cu illərdə inşa ediləcək. Boru kəmərinin 

Adriatik dənizindən keçəcək 36 düymlük 

hissəsi Albaniya və İtaliyanın cənub sahi-

li arasında dəniz səviyyəsindən təxminən 

820  metr  dərinlikdə  və  təqribən  105  ki-

lometr  uzunluğunda  olacaq.  “Saipem 

S.p.A”  şirkəti  mikrotunel  daxil  olmaq-

la, Albaniya  və  İtaliyada  tikinti  işlərini, 

dəniz  boru  kəmərinin  quraşdırılmasını, 

fiber-optik kabel təchizatını və quraşdırıl-

masını həyata keçirəcək. İzolyasiya edil-

miş 36 düymlük borular və digər qurğular 

isə TAP tərəfindən təmin olunacaq.

TAP  layihəsi  Avropa  enerji  baza-

rı  üçün  son  illər  irəli  sürülən  ən  önəmli 

layihələrdəndir.  Layihənin  strateji  əhə-

miyyəti onun enerji təminatının təhlükə-

sizliyini,  mənbələrin  və  marşrutların 

şaxələndirilməsini  əks  etdirməsindən 

irəli gəlir. Bu amillər hazırda enerji tələ-

batının  yarıdan  çoxunu  xarici  mənbələr 

hesabına  təmin  edən  və  daxili  enerji  is-

tehsalında nəzərəçarpacaq qıtlıq yaşayan 

Avropa İttifaqı üçün olduqca vacibdir. Bu 

baxımdan  TAP Avropanın  enerji  siyasə-

tində mühüm əhəmiyyət kəsb edir. TAP-

ın keçdiyi 3 ölkədə işçilər 65 milyon ki-

lometrədək yol qət edib və təxminən 25 

milyon nəfər-saat iş görülüb. Boru kəməri 

2020-ci ildə Azərbaycanın “Şahdəniz-2” 

yatağından ilk qazı almağa hazır olacaq.

İndiyədək  Cənub  Qaz  Dəhlizinə 

daxil olan layihələrdə “Cənub Qaz Dəh-

lizi” QSC-nin mülkiyyətində olan iştirak 

paylarının  maliyyələşdirilməsinə  qoyu-

lan 9 milyard dollar vəsaitin 0,7 milyard 

dolları TAP layihəsinə xərclənib. 2020-ci 

ilədək layihə üzrə Azərbaycan şirkətləri-

nin xərclərinin 1,2 milyard dollar olması 

gözlənilir.

TAP-ın  səhmdarları  belədir:  BP  (20 

faiz),  SOCAR  (20  faiz),  “Snam  S.p.A.” 

(20  faiz),  “Fluxys”  (19  faiz),  “Enagás” 

(16 faiz) və “Axpo” (5 faiz).

Yüksək ixtisaslı milli və beynəlxalq 

kadrlar hazırlayan ali təhsil müəssisəsi 

kimi Azərbaycan Dövlət Dəniz Aka-

demiyasının prioritet məqsədlərindən 

biri təlim-tədris prosesində innovativ 

texnologiyaların tətbiqini təmin etməklə 

idarəetmənin və tədris mühitinin elek- 

tronlaşdırılmasıdır.

İlkin  mərhələdə  tədrisin  elektron-

laşdırılması  prosesinin Akademiya  üçün 

effektivlik  və  qənaətbəxşlik  dərəcəsinin 

müəyyən  edilməsi,  elektron  sistemdən 

istifadə vərdişlərinin aşılanması və xərc-

lərə  qənaət  edilməsi  məqsədilə  müvafiq 

proqram təminatından demo-versiya for-

matında  istifadə  edilməsi  nəzərdə  tutu-

lub.  Bu  məqsədlə  “Ultra  technologies” 

şirkəti ilə növbəti ilin yanvar ayına qədər 

onlara məxsus “EduMan” proqram təmi-

natından  demo-versiyada  əvəzsiz  istifa-

də barədə müqavilə bağlanıb. Sistemdən 

istifadə  qaydaları  ilə  tanışlıq  məqsədilə 

Akademiyanın  professor-müəllim  və  in-

zibati heyətinə təlim və treninqlərə mayın 

29-da start verilib. 

Artıq  bir  neçə  dövlət  təhsil  müəs-

sisəsində  istifadəyə  verilmiş  və  özünü 

dogrultmuş  “EduMan  Təhsil  Müəs-

sisələrinin Tədris Proseslərinin Avtomat-

laşdırılması”  sistemi  müəllim  və  tələbə 

arasında  qarşılıqlı  tədris  fəaliyyətinin 

genişlənməsi,  müəllimlərin  tədris  plan-

larına nəzarət etməsi, təhsil resurslarının 

mərkəzləşdirilmiş  saxlanılma  qaydaları-

nın təşkili, statistik və analitik hesabatlar 

üzrə  informasiyanın  toplanılması,  təşkil 

olunacaq  imtahanların  daha  effektiv  və 

mərkəzləşdirilmiş  yolla  aparılması,  im-

tahan şəffaflığının artırılması, tədris üzrə 

təşkilati  strukturun  idarə  edilməsi  və  s. 

kimi proseslərə geniş imkanlar yaradır. 

Sistem, veb texnologiyalar əsasında 

qurulduğu üçün istənilən kompyuterdən 

həm daxili şəbəkə, həm də internet va-

sitəsilə  məlumatların  ötürülməsi,  dərs 

cədvəllərinin qurulması, müəllimlərə aid 

planların hazırlanması, təşkilati struktur-

da  aparılan  düzəlişlərin  əlavə  edilməsi, 

müxtəlif  ölçüdə  hesabatların  hazırlan-

ması və onların “MS OFFİCE” proqramı 

ilə inteqrasiyasının təmin edilməsi kimi 

mühüm imkanlara malikdir. 

Trans-Anadolu təbii qaz boru 

kəmərini (TANAP) yalnız bir boru 

kəməri layihəsi olaraq düşünmək onun 

potensialını anlamamaq deməkdir.

Bu  sözləri  TANAP-la  bağlı  fikir  və 

mülahizələrini  AZƏRTAC-ın  xüsusi 

müxbiri ilə bölüşən “Eko Avrasiya” Dər-

nəyinin sədri, iqtisadiyyat üzrə tanınmış 

ekspert Hikmet Eren deyib.

O  bildirib  ki,  ümumiy-

yətlə  boru  kəmərləri  ölkələ-

rin  enerji  təhlükəsizliyinə 

zəmanət  verməklə  yekun-

laşmır,  həmçinin  beynəlxalq 

statuslu  enerji  kəmərləri  bir 

çox  sahə  üzə  uzunmüddətli 

inkişafı  təmin  edir:  “Azər-

baycanın  liderliyi  ilə  ger-

çəkləşən TANAP Türkiyənin 

həm tarixi dostluq və qardaş-

lıq  münasibətlərində  olduğu 

Azərbaycan,  həm  də  uzun 

illərdən  bəri  üzünü  çevirdiyi Avropa  ilə 

yeni bir bağlantı qurmasına vasitə olacaq. 

TANAP layihəsinin məqsədi Xəzər dəni-

zinin Azərbaycan sektorunda hasil edilən 

təbii qazı Türkiyəyə, sonra da Avropaya 

çatdırmaqdır. Eyni zamanda, bu enerji si-

yasəti nəticəsində Azərbaycan qazını alan 

Türkiyə və Avropa ölkələri üçün səmərəli 

bir sənaye standartları müəyyən edib. Bu 

sahədəki əməkdaşlıq Azərbaycan qazının 

alıcı  tərəfləri  arasında  iqtisadiyyatın  hər 

sahəsində ticarət dövriyyəsinin artmasına 

təkan verəcək”.

H.Eren hesab edir ki, Azərbaycan qa-

zının Avropa  bazarlarına  etibarlı  şəkildə 

çatdırılmasını  təmin  edən  TANAP  Tür-

kiyədə getdikcə artan təbii qaz tələbatının 

ödənilməsinə, eyni zamanda, ölkənin so-

sial-iqtisadi inkişafına böyük töhfə verə-

cək.  Hazırda  uğurla  fəaliyyət  göstərən 

Bakı-Tbilisi-Ceyhan,  Bakı-Tbilisi-Ər-

zurum  kəmərləri  və  Bakı-Tbilisi-Qars 

dəmir  yolu  xəttinin  ardınca  TANAP-ın 

istifadəyə verilməsi Azərbaycan və Tür-

kiyənin  qardaşlıq  münasibətləri  sayəsin-

də  gələcəkdə  ortaya  çıxacaq  digər  bey-

nəlxalq iqtisadi layihələrin dünya birliyi 

tərəfindən dəstəklənməsini təmin edəcək.

Sabir şahtaxtı

“Müxtəlif araşdırmalar nəticə-

sində sübut edilib ki, “şimal-Cənub” 

nəqliyyat dəhlizindən istifadə edilməsi 

Rusiyadan yüklərin Hindistana və əks 

istiqamətdə çatdırılması müddətini 30-

40 faiz azaltmağa imkan verəcək.”

Hindistanın ticarət və sənaye naziri 

Sureş Prabxu bu sözləri RİA “Novosti” 

agentliyinə müsahibəsində söyləyib.

Nazir  deyib:  “Nəqliyyat  dəhlizinin 

sınaq rejimində istifadəsi xərclərin təqri-

bən 30 faiz azalmasını göstərib. Yükda-

şımaların dəyərinin azaldılması və çatdı-

rılma  müddətinin  qısaldılması  şəklində 

ikiqat üstünük ticarət üçün əlverişli şərait 

yaradır”.

Cənub-Şərqi Asiya və körfəz ölkələ-

rindən  Şimali  Avropaya  yük  daşınması 

üçün  nəzərdə  tutulan  “Şimal-Cənub” 

nəqliyyat  dəhlizi  layihəsi  çərçivəsində 

Azərbaycan,  İran  və  Rusiya  dəmir  yol-

larının  birləşdirilməsi  planlaşdırılır.  Bi-

rinci mərhələdə bu dəhliz vasitəsilə ildə 

5  milyon  ton  yük  daşınacaq,  gələcəkdə 

isə bu göstəricinin on milyon tondan çox 

olacaq.  Dəhlizin  əsas  üstünlüyü  ondan 

ibarətdir ki, o, yüklərin çatdırılma müd-

dətini  əhəmiyyətli  dərəcədə  qısaltmağa 

imkan verəcək.



tap: italiyada mikRotunelləRin inşası daVam ediR

adda-da “elektRon akademiya” layihəsinə staRt VeRilib

tanap sosial-iqtisadi inkişafa böyük töhfə VeRəCək

“şimal-Cənub” nəqliyyat dəhlizi yükləRin Rusiyadan 

hindistana çatdıRılması müddətini 30-40 faiz azaldaCaq

“Azərbaycan Xəzər Dəniz Gəmi-

çiliyi” QSC-nin Dəniz Nəqliyyatı Do-

nanmasına məxsus “Cəfər Cabbarlı” 

quru yük gəmisi “Zığ” Gəmi Təmiri 

və Tikintisi Zavodunda əsaslı təmir 

olunub.

Bir ilə yaxındır aparılan təmir za-

manı xeyli iş görülüb.  Belə ki, 3850 

ton  yükgötürmə  qabiliyyətinə  malik 

gəminin  gövdəsində,  göyərtələrində, 

yük  anbarlarında  və    sair  sahələrində 

korroziyaya  uğramış  metal  təbəqələr 

dəyişdirilib,  bu  məqsədlə  bütövlükdə 

350 ton metal işlədilib. Kayutlar müa-

sir  tələblər  səviyyəsində  təmir  oluna-

raq  yeni  avadanlıq  və  mebellə  təchiz 

edilib.


Gəminin  baş  və  köməkçi  mühər-

rikləri, əsas və yardımçı sükan qurğu-

ları, ballast, hava, su, yanğınsöndürmə, 

yağ və yanacaq sistemləri əsaslı təmir 

olunub.

Bundan başqa, gəminin bütün ma-



şın və mexanizmlərinə baxış keçirilib, 

anbarları  modernizasiya  edilib,  ikinci 

gövdə qatı tikilib.

Həmçinin  gəminin  bütün  elekt-

rik  avadanlıqları,  o  cümlədən  elektrik 

mühərrikləri,  generatorları,  radiona-

viqasiya  cihazları  yoxlanılaraq,  zəruri 

təmir işləri yerinə yetirilib, əksər boru 

sistemləri dəyişdirilib.

Təmirdən  sonra  gəmi  dəniz  sına-

ğından keçirilib. Sınaq uğurla başa ça-

tıb və gəmi istismara qaytarılıb.

Xatırladaq  ki,  “Cəfər  Cabbarlı” 

quru  yük  gəmisinin  uzunluğu  123.50, 

eni 15 metr, maksimal sürəti 11.7 uzel-

dir.


Qars-İqdır-Aralıq-Dilucu dəmir 

yol xətti tikintisinin Naxçıvan Muxtar 

Respublikası (Azərbaycan) istiqamə-

tində davam etdirilməsi işlərinə 2018-

ci ilin sonu – 2019-cu ilin əvvəlində 

start veriləcək.

 “TURAN TODAY” agentliyi bil-

dirir  ki,  bu  barədə  yerli  jurnalistlərə 

Türkiyənin  nəqliyyat,  gəmiçilik  və 

kommunikasiyalar naziri Əhməd Ars-

lan məlumat verib.

Yeni nəqliyyat layihəsinə əsasən, 

tikintisi  nəzərdə  tutulan  iki  yoldan 

ibarət dəmiryol xəttinin uzunluğu 224 

kilometr olacaq.

Nazirin  sözlərinə  görə,  bu  xətt 

Bakı-Tbilisi-Qars  dəmir  yolu  ilə  bir-

ləşdiriləndən  sonra  Şərqdən  Qərbə 

tərəf bütün Türkiyə ərazisindən keçən 

Qars-Kapıkule xəttinə, daha sonra Av-

ropaya doğru uzanacaq.

Beləliklə, 

Kapıkule-Edirne-İs-

tanbul-Eskişehir-Ankara-Yozqat-Si-

vas-Erzincan-Qars  dəmir  yolu  İqdır 

əyalətindən keçməklə Azərbaycan və 

İran dəmir yollarına birləşdiriləcək.

Yeni  dəmir  yol  xətti  çəkilərkən 

sürəti  saatda  160  kilometrədək  olan 

qatarlardan  istifadə  etmək  imkanı 

nəzərə alınacaq.



“CəfəR CabbaRlı” quRu yük gəmisi 

əsaslı təmiRdən sonRa istismaRa qaytaRılıb

bakı-tbilisi-qaRs dəmiR yolu naXçıVan 

istiqamətində daVam etdiRiləCək


Yüklə 451,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə