14 ийун 2018-ci il № 45-48 (9231)
www.seanews.az
2
(Əvvəli 1-ci səhifədə)
Milli Məclisin 1993-cü il iyunun
15-də keçirilən iclasındakı çıxışında Ulu
Öndər Azərbaycan dövlətçiliyinin gələ-
cək inkişaf strategiyasını elan etdi və
sonrakı illərdə onu həyata keçirdi. Əgər
müstəqilliyi qazanmaq ilkin şərt idisə,
ikinci vacib məsələ onu qoruyub inkişaf
etdirmək idi və bu, Ümummilli Liderin
iradəsi sayəsində reallığa çevrildi. Hey-
dər Əliyev milli dövlətçiliyimizin kon-
sepsiyasını yaratdı. Bütün maneələrə
baxmayaraq ən qısa müddətdə ölkədə
ictimai-siyasi sabitlik bərpa olundu.
AXC-Müsavat hakimiyyəti isə təbii ki,
Heydər Əliyevin uğurlarını qısqanclıqla
qarşılayıb ona mane olmağa çalışdı. Və-
ziyyətdən səbirlə çıxan Prezident Hey-
dər Əliyev televiziya vasitəsilə xalqa
müraciət etdi. İyunun 20-də Azərbay-
can həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması məqsədilə yerli və xarici
jurnalistlər üçün brifinq keçirdi. İyunun
21-də isə bir sıra ölkələrin diplomatları
ilə görüşdü. Bu sahədə yürüdülən si-
yasət respublikanı informasiya blokada-
sından çıxardı. Dünyada ölkəmizlə bağlı
formalaşan fikir müsbət yönümdə dəyiş-
di. Məhz belə bir mürəkkəb siyasi şəra-
itdə Heydər Əliyevin böyük potensialı
Azərbaycanın müstəqilliyinin qarantına
çevrildi. Ümummilli Liderin şəxsiyyə-
ti, onun özünəməxsus siyasi idarəetmə
qabiliyyəti, xarizması, qətiyyəti, uzaq-
görənliyi böhrana son qoydu, xalqımız
Azərbaycan və azərbaycançılıq ideyala-
rı ətrafında birləşdi. Ümummilli Liderin
müdrikliyi və qətiyyəti sayəsində Azər-
baycan müstəqil, demokratik, hüquqi
və dünyəvi dövlət kimi inkişaf etməyə
başladı. Respublikanın qarşısında duran
problemlər mərhələlərlə həll olundu,
əmin-amanlıq, siyasi sabitlik yarandı.
İctimai-siyasi, sosial-iqtisadi, elmi və
mədəni həyatda əsaslı dönüş başlandı,
xalqımızın bütövlüyü, həmrəyliyi, milli
birliyi təmin edildi.
Ulu öndər Heydər Əliyevin həyata
keçirdiyi təxirəsalınmaz sosial-iqtisa-
di, siyasi və mənəvi tədbirlərin nəti-
cəsi kimi, bir tərəfdən Milli Ordunun
formalaşdırılması, Azərbaycanın milli
mənafelərini qorumağa qadir olan niza-
mi silahlı qüvvələrin yaradılması, tor-
paqlarımızın müdafiə olunması ilə bağlı
mühüm addımlar atılmağa başlandı,
digər tərəfdən, bütün siyasi və diploma-
tik vasitələrin işə salınması ilə 1994-cü
ilin may ayında həyati əhəmiyyət kəsb
edən atəşkəs əldə edildi. Atəşkəsin hə-
yati əhəmiyyəti onda idi ki, məhz bu
müqavilədən sonra ölkəmizin dünya
birliyinə inteqrasiyası sürətləndi, öz
iqtisadi potensialından səmərəli istifa-
də edərək dünya bazarına daxil olmağa
şərait yaradan beynəlxalq müqavilələr,
razılaşmalar və s. əldə edildi. Ölkə daxi-
lində yaranmış nisbi sabitlikdən, həm-
çinin beynəlxalq aləmdə Azərbaycana
münasibətdə artan inam və maraqdan
istifadə edərək 1994-cü ilin sentyabrın-
da “Əsrin müqaviləsi”nin imzalanması
və onun gerçəkləşdirilməsi də məhz ulu
öndər Heydər Əliyev tərəfindən işlənib
hazırlanan və müstəqil Azərbaycanın
iqtisadi inkişaf konsepsiyasının əsasını
təşkil edən neft strategiyasının həya-
ta keçirilməsinin parlaq təzahürüdür.
Heydər Əliyevin rəhbərliyi ilə respubli-
kamız qədim İpək Yolunun bərpası, Ba-
kı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzu-
rum neft və qaz xətlərinin çəkilişi kimi
qlobal layihələrin fəal iştirakçısına və
təşəbbüskarına çevrildi. Həyatın bütün
sahələrində tərəqqi və dirçəliş baş ver-
di. Heydər Əliyev dühasının xidmətləri
olan bu nailiyyətlər Azərbaycanı məhv
olmaqdan qurtardı, müstəqilliyimizi da-
imi, əbədi, sarsılmaz, dönməz etdi. Bü-
tün bunlar 1993-cü il 15 iyun tarixinin
nailiyyətləridir. Heydər Əliyevin xalqı-
mız və tariximiz qarşısında ən böyük
xidmətləri kəskin geosiyasi ziddiyyət-
lərin mövcud olduğu bir şəraitdə Azər-
baycan dövlətçiliyini xilas etməsində,
ölkəmizi parçalanıb yox olmaq təhlükə-
sindən qurtarmasında idi. Dövlətimizin
qorunub saxlanması isə azadlığımızın,
müstəqilliyimizin qorunub saxlanması,
qurtuluş deməkdir.
Ulu öndər Heydər Əliyev Azər-
baycanı qüdrətli, nüfuzlu, demokratik
dövlət kimi görmək istəyirdi, onun hər
addım və hərəkətləri məhz buna yönəl-
mişdi. Məhz Ümummilli Liderin uzaq-
görən siyasəti nəticəsində 1995-ci ilin
noyabrında demokratik, hüquqi dövlətin
təməlini təşkil edən Konstitusiya qəbul
olundu. Beləliklə, ölkədə daha geniş
miqyaslı islahatların aparılması üçün
normativ-hüquqi bazanın formalaşdırıl-
masına başlandı. Odur ki, Milli Qurtuluş
Günü Azərbaycan dövlətçiliyinin xilas
günüdür. Qurtuluş günü Azərbaycanın
xaosdan, anarxiyadan, hərc-mərclikdən,
özbaşınalıqdan, parçalanma təhlükəsin-
dən qurtulduğu, sabitliyə, əmin-amanlı-
ğa, demokratiyaya qovuşduğu gündür.
Ümummilli Liderin qətiyyəti xalqa ruh
yüksəkliyi gətirdi, inamımızı özümüzə
qaytardı. 15 İyun tarixi təkcə dövlətçi-
liyimizin xilası deyildi. Bu tarix həm
də Azərbaycanın bu gününü, sabahını
müəyyənləşdirdi.
Heydər Əliyevin yenilməz iradəsi,
uzaqgörənliyi, fədakarlığı onu bütün
dünya azərbaycanlılarının lideri edib,
ömür yolu doğma Vətənə xidmət nü-
munəsinə çevrilib. Bütün şüurlu hə-
yatını canından artıq sevdiyi xalqına,
ölkəsinə həsr etmiş bu müdrik siyasi
və dövlət xadimi tariximizdə müstəqil-
liyimizin memarı və qurucusu kimi yer
tutub. Heydər Əliyev fenomeninə məx-
sus iti zəka, müdriklik, uzaqgörənlik və
əzmkarlıq ona əvəzsiz ümummilli lider
mövqeyi qazandırıb. Çoxşaxəli və zən-
gin fəaliyyəti, misilsiz insani keyfiy-
yətləri sayəsində o, zəmanəmizin əbə-
diyaşar dahisinə çevrilib. Azərbaycan
xalqı haqlı olaraq Heydər Əliyev irsini
müstəqilliyinin təminatçısı kimi qəbul
edir. Qədirbilən xalqımız böyük xilas-
karının xidmətlərini unutmur və 15 İyun
- Milli Qurtuluş Gününü hər il yüksək
əhval-ruhiyyə ilə qeyd edir.
Bu il Azərbaycan müstəqilliyinin
26-ci ilini yaşayır. Ötən illər ərzində
Azərbaycan böyük inkişaf yolu keçib.
Ölkəmizin inkişaf strategiyası məhz
ulu öndər Heydər Əliyev tərəfindən
müəyyənləşdirilib. Azərbaycanda Hey-
dər Əliyev siyasətinin alternativi yox-
dur.
Qazanılan bütün nailiyyətlərin
əsasında Ümummilli Lider tərəfindən
müəyyənləşdirilən siyasi kurs və Pre-
zident İlham Əliyevin bu siyasi kursu
uğurla davam etdirməsi faktı dayanır.
Bu günün fövqündən baxanda Azərbay-
canın gələcəyi işıqlı və firavan görünür.
Çünki müstəqil Azərbaycanın idarəçilik
sükanı ulu öndər Heydər Əliyevin siyasi
varisi Prezident İlham Əliyevin əlində-
dir. Prezident İlham Əliyevin bu siyasə-
ti uğurla həyata keçirməsi nəticəsində
Azərbaycan dünyanın dinamik inkişaf
edən, modernləşən, beynəlxalq miqyas-
da nüfuzu gündən-günə artan dövlətinə
çevrilib, ötən dövr ərzində möhtəşəm
iqtisadi uğurlara imza atılıb. Bunu tək-
cə Azərbaycan vətəndaşları deyil, bütün
dünya təsdiq edir. Azərbaycana gələn
hər bir şəxs ölkəmizdə gedən inkişafa
heyran qalır. Bu gün xalqımız əmindir
ki, müstəqil Azərbaycan Heydər Əliyev
ideyaları işığında Prezident İlham Əli-
yevin rəhbərliyi ilə daha yüksək zirvələr
fəth edəcək.
İyunun 11-13-də Bakıda
XVII Xəzər Beynəlxalq Nəqliy-
yat, Tranzit və Logistika (Trans-
Caspian/Translogistika 2018)
sərgisi keçirilib.
XVII Xəzər Beynəlxalq Nəqliyyat,
Tranzit və Logistika (TransCaspian/
Translogistika 2018), VIII Xəzər Bey-
nəlxalq Yol İnfrastrukturu və İctimai
Nəqliyyat (Road&Traffic 2018) sər-
gilərinin açılış mərasimində nəqliyyat,
rabitə və yüksək texnologiyalar naziri
Ramin Quluzadə deyib ki, Azərbaycan
son dövrlər nəqliyyat sahəsində böyük
layihələr həyata keçirir. Bakı-Tbili-
si-Qars dəmir yolunun istifadəyə veril-
məsi, Ələt qəsəbəsində yerləşən Bakı
Beynəlxalq Dəniz Ticarət Limanının bi-
rinci fazasının açılışı, yüksəkkeyfiyyətli
avtomobil yollarının qurulması, hava
nəqliyyatında əldə olunan nailiyyətlər
görülən işlərə nümunədir. Bu işlər Azər-
baycanı regionun əsas tranzit mərkəzinə
çevirir.
Qeyd edək ki, sənaye müəssisələ-
rinin yeni məhsul və nailiyyətlərini
nümayiş etdirən və mahiyyət etibarı ilə
bir çox cəhətdən nəqliyyat sektorunun
gələcək inkişaf vektorunu müəyyənləş-
dirən bu sərgi Xəzər regionunda aparıcı
nəqliyyat tədbirlərindən biridir. Sərgidə
əsas dövlət nəqliyyat qurumları, eləcə
də dəmiryol sektoru, dəniz sənayesi,
aviasiya, kommersiya təyinatlı nəq-
liyyat, daşıma və logistika xidmətləri
sahəsində fəaliyyət göstərən kommer-
siya şirkətləri bir arada toplanır. Sərgi
Azərbaycan Respublikası Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Na-
zirliyi, TRACECA, Azərbaycanda İx-
racın və İnvestisiyaların Təşviqi Fondu
(AZPROMO) və Azərbaycan Respub-
likası Sahibkarlar (İşəgötürənlər) Təş-
kilatları Milli Konfederasiyası (ASK)
tərəfindən dəstəklənir.
“TransCaspian/Translogistica” sər-
gisi Böyük Britaniyanın “ITE Group”
şirkətlər qrupu tərəfindən təşkil olunan
“TransRussia” (Moskva), “TransPo-
land” (Varşava), “TransUzbekistan”
(Daşkənd), “TransUkraine” (Kiyev) və
“TransKazakhstan” (Almatı) kimi ix-
tisaslaşmış nəqliyyat-logistika sərgilə-
ri, eləcə də “BreakBulk” beynəlxalq
sərgilər (Antverpen, Hyuston, Şanxay,
Əbu-Dabi, Kuala-Lumpur) və digər təd-
birlər silsiləsinə daxildir. Bu il “Trans-
Caspian/Translogistica”
sərgisində
dünyanın 15 ölkəsini təmsil edən 85
şirkət iştirak edib. Azərbaycan, Belarus,
Litva, Rusiya, Türkmənistan, Türkiyə,
Ukrayna, Yunanıstan və digər ölkələri
təmsil edən şirkətlər nəqliyyat sahəsi-
nin geniş məhsul və xidmətlər çeşidi-
ni (yükdaşımalar, lokomotiv, sərnişin
və yük vaqonlarının istehsalı, hərəkət
heyətinin təmiri, dəmiryol nəqliyyatı
üçün komplektləşdirici hissələr, gə-
miqayırma və gəmi təmiri, liman xid-
mətləri, kommersiya təyinatlı nəqliyyat
vasitələri üçün ehtiyat hissələri və sair)
təqdim edib. Sərgidə nəqliyyat şirkətləri
ilə yanaşı, “Azərbaycan Dəmir Yolları”
QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı” QSC, “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC və Azərbay-
can Respublikası Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi yanın-
da Dövlət Dəniz Agentliyi kimi dövlət
nəqliyyat qurumları da iştirak ediblər.
Qeyri-neft sektorunun artması ilə əlaqə-
dar olaraq, respublikada logistika şirkət-
lərinin sərgisinə marağı əhəmiyyətli
dərəcədə artıb. Sərgi iştirakçılarının 30
faizdən çoxunu debütantlar təşkil edir
və onların arasında dəniz daşımalarını
həyata keçirən şirkətlər (Abşeron Logis-
tika Mərkəzi, Türkmənbaşı Beynəlxalq
Dəniz Limanı), dəmir yolu daşımaları
sahəsində ixtisaslaşan şirkətlər (“ADY
Container”), avtomobil nəqliyyatı ilə
beynəlxalq daşımalar üzrə şirkətlər (Be-
larusun “APS Solver” şirkəti, Litvanın
“Arijus UAB” şirkəti), hava nəqliyyatı
şirkətləri (“Silk Way Group” şirkəti) yer
alıb. Sərgidə bir sıra yeniliklər təqdim
olunub. Belə ki, “AzRusTrans” şirkəti
tranzit daşımalar üzrə alternativ im-
kanları nümayiş etdirib, “Texnovotum”
şirkəti isə ziyarətçilərə avtomatlaşdı-
rılmış lazer skaneri və defektoskopiya
kimi məhsullarını təklif edib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçi-
liyi” QSC Bakı Ekspo Mərkəzində keçi-
rilən XVII Xəzər Beynəlxalq Nəqliyyat,
Tranzit və Logistika (“TransCaspian/
Translogistica 2018”) sərgisində öz
stendi ilə iştirak edib.
Geniş ərazidə quraşdırılmış stend
Gəmiçiliyin bir sıra mühüm element-
lərini özündə əks etdirib və unikal tər-
tibatına görə xüsusi fərqlənib. Burada
son illər AXDG-nin donanmasının müa-
sirləşdirilməsi istiqamətində görülən
tədbirlər və gələcək layihələr haqqında
ziyarətçilərə ətraflı məlumat verilib.
Bununla yanaşı, sərgidə AXDG-nin fəa-
liyyətini əks etdirən müxtəlif çap məh-
sulları, foto və videoçarxlar nümayiş
olunub. Bu səbəbdən Gəmiçiliyin stendi
həm yerli, həm də xarici ziyarətçilərin
xüsusi marağına səbəb olub.
Sərginin açılış mərasimində iştirak
edən nəqliyyat, rabitə və yüksək texno-
logiyalar naziri Ramin Quluzadə Gəmi-
çiliyin stendi ilə yaxından maraqlanıb.
Nazirə məlumat verilib ki, builki sərgi
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi-
nin 160 illik yubileyi ilə üst-üstə dü-
şür. Ölkənin ən qocaman şirkətlərindən
olan AXDG dəyərlərinə və missiyasına
hər zaman sadiqdir və prezident İlham
Əliyevin rəhbərliyi ilə durmadan in-
kişaf edir. Belə ki, Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi yerli və beynəlxalq
daşımaların artırılması, ölkənin rəqabət
qabiliyyətinin və tranzit potensialının
gücləndirilməsinə layiqli töhfə vermək
üçün bütün imkanlarını səfərbər edib.
Sərgilərin təşkilatçıları qismində
“Iteca Caspian” və “ITE Group” şirkət-
ləri çıxış ediblər.
XVıı XəzəR beynəlXalq nəqliyyat, tRanzit Və logistika
(tRansCaspian/tRanslogistika 2018) səRgisi keçiRilib
milli quRtuluş günündən azəRbayCanın
döVlət müstəqilliyinin əbədiliyinə doğRu