Hörmətli həmkarlar! Sizi Ümummilli liderimiz Heydər Əli


“Qlobal rəqabətqabiliyyətlilik



Yüklə 451,35 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix18.06.2018
ölçüsü451,35 Kb.
#49295
1   2   3   4   5   6   7   8

“Qlobal rəqabətqabiliyyətlilik 

2017-2018” indeksinin versiya-

sına əsasən dünya ölkələrinin 

yollar üzrə siyahısı tərtib olunub.

Dünyanın  137  ölkəsinin  daxil 

olduğu siyahıda yolların keyfiyyəti 7 

ballıq şkala ilə qiymətləndirilib. Bu-

nunla yanaşı, ölkələrdən heç biri ən 

yüksək balı toplaya bilməyib.

Dünyanın ən pis yolları cəmi 2 

bal yığa bilən Mavritaniyada qeydə 

alınıb. Onun ardınca hər biri 2,1 bal 

toplayan  Konqo  Demokratik  Res-

publikası  və  Haiti  gəlir.  Madaqas-

kar və Qvineya hər birinə 2,2 balla 

dördüncü və beşinci yerləri bölüşür. 

Sıyahıda  növbəti  yerlərin  sahibi 

Yəmənə  2,3  bal,  Paraqvay  və  Uk-

raynanın hər birinə 2,4 bal, Mozam-

bik və Moldovanın hər birinə isə 2,5 

bal verilib.

Birləşmiş  Ərəb  Əmirlikləri  (6,4 

bal),  Sinqapur,  İsveçrə  (hər  biri  6,3 

bal),  Honkonq  (6,2  bal),  Niderland, 

Yaponiya  (hər  biri  6,1  bal),  Fransa, 

Portuqaliya  və  Avstriya  (hər  biri  6 

bal), həmçinin ABŞ (5,7 bal) ən yaxşı 

yolları olan ölkələr kimi reytinqin ilk 

sıralarında qərarlaşır.

Azərbaycan  bütün  postsovet 

ölkələrini qabaqlayaraq siyahıda 36-

cı yeri tutur. Yaxın qonşularımız olan 

Türkiyə 30-cu, İran 71-ci, Gürcüstan 

82-ci, Ermənistan 85-ci, Rusiya 114-

cü yerdədir.



Almaniyalı ekoloqlar Böyük 

Britaniyada başlayan plastik çu-

buqların qadağan edilməsi hərə-

katını alqışlayırlar, amma plastik 

zibilin digər təhlükəli növləri 

olduğunu göstərirlər.  Londonun 

ekoloji siyasətinə nəzərdə tutulan 

dəyişiklikləri Almaniya Təbiəti 

Mühafizə İttifaqında (NABu) belə 

şərh ediblər.

Plastik  zibil  probleminə  müna-

sibətin radikal şəkildə dəyişməsi son 

həftələr təkcə Aİ-nin siyasi dairələ-

rində  deyil,  Avropa  cəmiyyətində 

də  hiss  olunur.  Jurnalistlərin  çoxu 

düşünür  ki,  2017-ci  ilin  sonunda 

BBC-də  yayımlanan  “Mavi  planet” 

televiziya serialı hərəkata emosional 

təkan verib. Dünyanın ən məşhur te-

leaparıcılarından  və  naturalistlərin-

dən biri olan Devid Attenboro dəniz 

və  okeanların  çirkləndirilməsinin 

heyvanlar üçün dəhşətli nəticələrini 

nümayiş etdirib.

Ekspedisiyalar  zamanı  dünya 

okeanında  ekoloji  durumun  pisləş-

məsinin şahidi olan ekoloq və alim-

lərin  çoxsaylı  dəlilləri  də  öz  işini 

görüb. Bundan əlavə, Kosta-Rika sa-

hilində tısbağanın burun deşiyindən 

plastik  çubuğun  çıxarılması  barədə 

vaxtilə  “YouTube”da  yayımlanan 

klip  yenidən  populyarlaşmağa  baş-

layıb.  Zənnimizcə,  hətta  kiçik  ver-

siyası  yalnız  əsəbləri  möhkəm  olan 

adamların baxması üçün yararlı olan 

bu klip artıq milyonlarla baxış sayı 

toplayıb.

Nəhayət,  hazırda  ekologiyaya 

münasibətin  dəyişməsi  üçün  uğurlu 

siyasi məqam yetişib.

Almaniya  hökuməti  plastik 

kütlədən  hazırlanmış  bəzi  birdəfə-

lik məmulatın, o cümlədən kokteyl, 

pambıq və içmə çubuqlarının qada-

ğan edilməsi üzərində çalışır. Qada-

ğa 2019-cu ildə qüvvəyə minə bilər 

və  hələlik  yalnız  AFR  ərazisində  

qüvvədə olacaq.

Statistika  narahat  edir.  ABŞ-ın 

“One Less Straw” ictimai təşəbbüsü-

nün məlumatına görə, hər il dünyada 

plastik kütlə qırıntılarını udması nə-

ticəsində 100 min dəniz heyvanı və 1 

milyon dəniz quşu həlak olur. ABŞ-

da təkcə bir gün ərzində tullanan bü-

tün  plastik  çubuqların  uzunluğu  isə 

Yer kürəsinin perimetrindən 2,5 dəfə 

çoxdur.


Vüqar Seyidov

14 ийун 2018-ci il   № 45-48 (9231)

7

yaRızaRafat,

yaRıgeRçək

bekar  adam  yoxdur. təkcə  arxamızda 

nə qədər iş görənlər var.

layiq olduğun şeyi istə, verim. lap ürə-

yim olsun.

adamları dəyişə bilməyən qaydaları də-

yişirlər.

bəziləri naqis cəhətlərini heç qırx saniyə 

də gizlədə bilmirlər:gözlərindən oxunur.

maaşa baxmayanlar görəsən mənə niyə 

birtəhər baxırlar?

heç vaxt yaxşılıq etməmək bəzi adamla-

rın amalıdır?

isti havada daha soyuqqanlı olmaq la-

zımdır.

yaxşı  adam  hətta  yuxuda  da  pislik  et-

məz.

ağıllı  və  təhsilli  uşaqlar  gələcəyimizə 

qoyulan ən böyük sərmayədir.

doğru  bildiyimizi  yox,  doğru  olanı  et-

məliyik.

Vicdanının səsindən başqa hər şeyə qu-

laq asan var.

pisi  tərifləmək  yaxşını  pisləməkdən 

daha pisdir. çünki pisləməklə yaxşı dönüb 

pis olmur. amma pis daha da azğınlaşır.

bəzi  adamları  görəndə  özümü  yellən-

cəkdə hiss edirəm. sizin də ürəyiniz bula-

nır?

pis  adamlara  hər  şey  verəndə  yaxşıya 

heç olmasa rahat nəfəs almaq imkanı ver-

mək lazımdır.  

ağac kəsən ömründən kəsir.

nədən nə qədər qorxsan, o qədər də üs-

tünə gələcək.

pisliyin  qapısını  döyməyə  ehtiyac  yox-

dur. pisliyə tərəf boylanmaq kifayətdir ki, 

qapısı üzünüzə tam açılsın.

hətta  yatanda  da  yaxşılıq  libasını  əy-

nindən çıxarma. 

həyatda  heç  kəsə  yaxşılıq  etməyən  ci-

bində saman çöpü gəzdirsə yaxşıdır.

saxlaya bilməyən papaq niyə qoysun?

indi ən çox səsi olmayanların səsi gəlir.

layiq olmayan daha çox şey istəyər.

bəzilərinin nə istədiyini anlamaq üçün 

dahi olmaq vacib deyil.

indi heç qırxında da öyrənmək istəmir-

lər.

böyük məmnuniyyətlə yalan danışmaq 

olarmış.

hər birimizin səhvi olduğu üçün dünya 

həbsxanaya dönüb?

əsas o deyil ki, gündə neçə saat yatır-

san. əsas odur ki, neçə saat ayıq olursan.

yalanlar  övladlar  kimi  gözümüzün 

önündə böyüyr.

bəzi adamlar qazandıqları hər şeyə görə 

yalanlarına borcludurlar.

söhbətin  nədən  getdiyini  bilməyənlər 

uzağı nə qədər dərinə gedə bilərlər?

bəzi  müğənnilər  elə  oxuyurlar,  sanki 

onların ətini kəsirlər.

heç kəsin inanmadığı yalanı danışmağa 

nə boyda cəsarət gərəkdir.

nə  elədiklərini  özləri  də  bilməyənləri 

anlamağa çalışmıram.

sözü bal olan da var, kal olan da.

indiki zamanda ən yaxşı qonaqlar səbə-

bindən asılı olmayaraq gələ bilməyən qo-

naqlardır.

bəziləri  elə  bilir  ki,  tənbəl  olduğum 

üçün pulun dalınca qaçmıram. 

eyni ağılda olanların və ağlı heç olma-

yanların sözləri bir-biri ilə yaxşı tutur.

hər yer tutulan yerdə haqq yerini necə 

tuta bilər?

deyəsən  işə  götürəndə  daha  çox  na-

mizədlərin  qulaqlarına baxmaq lazımdır.

yıxılmasan, “bərk” getməyə nə var ki...

  “tarix-nadir”i  yarıyacan  oxuyanlarla 

heç vaxt  mübahisə etmədim. qoy güclərini 

qalan yarısını oxumağa sərf etsinlər. 

düşüncələri çirkli olan adama əlləri tə-

miz olanda da əl verməyin.

bütün natamamlar həmişə mənə nəyisə 

sübut etməyə çalışıblar.

bütün əyri yollar “gəl-gəl” deyər.

Vaxtın çox olanda da qısa və aydın da-

nış.

kiminin əlindən tuturlar, kiminin də di-

lindən.

indi  çox  rahatam:güvəndiyim  kimsə 

yox.

başıboş adamlar nəyi bacarmasalar da, 

“müdrik görünməyi” bacarırlar.

səhv etməməyə çalışın. səhvlər gec-tez 

adamı ələ verir.

Rasif  TAHİRoV

www.seanews.az

Alimlər buz dövrü insan-

larının Asiyadan Sakit okean 

sahillərini keçərək şimali Ameri-

kaya köçünü göstərən izlər aşkar 

ediblər.

 “The New York Times” qəzeti 

xəbər verir ki, arxeoloqlar buz döv-

rü insanlarının Asiyadan Amerikaya 

səyahət  macərasının  iki  marşrutla 

həyata  keçdiyini  ehtimal  edirlər: 

Birincisi,  Alyaskadan  keçməklə 

materikin  içərisinə  hərəkət  etmək, 

ikincisi isə Sakit okean boyu cənub 

sahillərinə  çatmaq.  Bu  fərziyyələrə 

son qoyan tapıntı Britaniya Kolum-

biyasındakı  adada  aşkar  edilən  və 

13  min  il  əvvələ  aid  olduğu  bildi-

rilən nəhəng ayaq izləridir. İndi ge-

oloqlar Alyaskanın şimal-şərqindəki 

adalarda 17 min il əvvəl buzlaşmaya 

məruz  qalmayan  və  ilk  insanların 

səyahəti üçün əlverişli olan yol aş-

kar  ediblər.  Buffalo  Universitetinin 

əməkdaşı  Alia  Lesnek  bildirib  ki, 

Asiyadan Amerikanın şimalına köç 

edənlər sahilboyu marşrutla hərəkət 

ediblər.  “Science  Advantage”  jur-

nalında dərc edilən məqalədə də bu 

ehtimalın düzgün olduğu bildirilir.

2015-ci  ilin  yayında Alia  Les-

nek  Alyaskanın  şimal-şərqindəki 

Beyker adaşında ilk insanın nəhəng 

ayaq  izlərini  aşkar  edib.  Sonrakı 

araşdırmalar zamanı Aleksandr arxi-

pelaqında da analoji izlər tapılıb. La-

boratoriya analizlərinə görə, 15 min 

il  əvvəl  bu  ərazilərdə  buz  təbəqəsi 

əriyib  və  insanların  hərəkəti  üçün 

əlverişli şərait yaranıb. Arxeoloji və 

genetik dəlillər də Amerikaya miq-

rasiya prosesinin də bu dövrə təsa-

düf  etdiyini  göstərib.  Tədqiqatların 

rəhbəri Ceyson Braynerin sözlərinə 

görə,  sahildəki  mağaralardan  tapı-

lan və 16 min il əvvələ aid olan suiti 

sümükləri  göstərir  ki,  bu  ərazilərə 

köçən  ilk  insanlar  yemək  tapmaq 

imkanına da malik olublar.

Nyu-Meksiko  Universitetinin 

alimi  Ceyms  Dikson  isə  arxeoloq 

və geoloqların birgə tədqiqatlarının 

nəticələrini  ilk  insanların Amerika-

ya köçü hipotezini gücləndirən elmi 

faktlar kimi dəyərləndirib.



Yay fəslinin ən gözəl 

istirahət məkanlarından 

olan çimərlik mövsümü 

başlamaq ərəfəsindədir. 

Lakin çimərlik istirahət 

məkanı olmaqla yanaşı, 

həm də sağlamlıq və şəfa 

mənbəyidir.

Bir sıra xəstəliklərin sa-

ğalmasında  dəniz  qumunun 

müalicəvi əhəmiyyəti var.

Mütəxəssislərin  dedi-

yinə görə, çimərlikdəki qum 

dənizdə  çimmək  və  günəş 

vannası  qəbul  etmək  qədər 

insan  orqanizmi  üçün  faydalıdır. 

Dəniz qumu təbii pilinq təsiri göstə-

rir. Hətta keçmişdə şahzadələr də tə-

bii pilinq kimi yalnız dəniz qumun-

dan  istifadə  edirdilər.  Qum  qulunc 

xəstəliyinə  və  miqrenə  də  müsbət 

təsir göstərir. İslanmış dəniz qumun-

da  gəzmək  qan  damarlarının 

genişlənməsinə kömək edir, ar-

terial təzyiqi tənzimləyir. Rev-

matizmdən  əziyyət  çəkənlərə 

də qum üzərində gəzmək məs-

ləhət görülür. Üzü dəniz qumu 

ilə yumaq onun daha təmiz və 

canlı görünməsinə kömək edir.

Lakin  mütəxəssislər  dəniz 

qumunun  faydası  ilə  yanaşı, 

zərərli tərəflərinin olduğunu da 

bildirirlər. Məsələn, qumda çox 

qalmaq iflic olma riski yaradır. 

Bundan  əlavə  təzyiq,  şəkər  və 

ürək-damar  sistemi  xəstəliklə-

rindən  əziyyət  çəkənlərin  də  uzun 

müddət  qumda  basdırılmış  vəziy-

yətdə qalması məsləhət görülmür.

buz döVRü insanlaRının ameRikaya köç etməsinə daiR izləR tapılıb

dünya ölkələRinin yollaRın 

keyfiyyəti üzRə Reytinqi açıqlanıb

həR il dünyada plastik kütlə qıRıntılaRını 

udması nətiCəsində 100 min dəniz heyVanı 

Və 1 milyon dəniz quşu həlak oluR

Xilasedicilər 

indiyə qədər 

Tunis sahillərində 

qanunsuz mü-

hacirləri daşıyan 

gəminin qəzaya 

uğraması nəticə-

sində həlak olan 

74 nəfərin cəsədi-

ni aşkarlayıblar.

Bu  barədə  məlumat  Tunisin 

Daxili İşlər Nazirliyi tərəfindən ya-

yılıb.


Xatırladaq  ki,  iyunun  4-nə 

keçən gecə Tunis sahilləri yaxınlı-

ğında böyük gəmi qəzası baş verib. 

Göyərtəsində  təxminən  180  nəfər 

qanunsuz mühaciri daşıyan balıqçı 

gəmisi  Tunisin  Sfaks  liman  şəhə-

rindən  16  dəniz  mili  məsafəsində 

batıb.  Hadisə  yerinə  göndərilən 

xilasedicilər 68 nəfəri xilas etməyə 

müvəffəq olub.

Tunis prokurorluğu insan ölü-

münə səbəb olan qanunsuz xidmət 

maddəsi  üzrə  təhqiqata  başlayıb. 

Hadisə  ilə  əlaqədar Tunisin  daxili 

işlər naziri Lütfi İbrahim və nazir-

liyin gəminin dənizə çıxdığı yerdə 

xidmət göstərən 10 yerli əməkdaşı 

istefaya göndərilib.



Somalidən Yəmənə getməyə 

çalışan azı 46 miqrant gəminin 

batması nəticəsində boğularaq 

həlak olub.

  “BBC  Türk”  xəbər  verir  ki, 

pis hava şəraiti səbəbindən daha 16 

nəfərin də itkin düşdüyü bildirilir.

Beynəlxalq  Miqrasiya  Təşki-

latının məlumatına görə, gəmi iyu-

nun  6-da  Aden  Körfəzində  batıb. 

Ölənlərin  37-sinin  kişi,  9-nun  qa-

dın olduğu qeyd edilir. Miqrantlar 

Efiopiya vətəndaşlarıdır.

Qəzadan sağ qurtaran 100 miq-

rant isə Yəməndə və digər ölkələr-

də iş tapmağa müvəffəq olacaqları-

na ümid edir.



68 nəfəRi Xilas etmək mümkün olsa da... 

yəmən sahilləRində gəmi qəzası 

nətiCəsində 46 miqRant boğulub

Deyirlər dəniz və musiqi bir-bi-

rinə çox yaxındır. Həmsöhbətimiz 

Aref kemal həm dənizçi, həm də 

musiqiçi kimi bu deyimin həqiqət-

dən uzaq olmadığını sübut edən 

kəslərdəndir.

Hər  iki  peşənin  vurğununun 

uşaqlıqdan  dənizçiliyə  və  müğən-

niliyə  böyük    marağı  olub. Artıq  10 

ildən  çoxdur  ki,  “Azərbaycan  Xəzər 

Dəniz  Gəmiçiliyi”  QSC-nin  Xəzər 

Dəniz  Neft  Donanmasının  gəmilə-

rində  gəmi  sürücüsü  işləyən  Aref 

2013-cü  ildən  həm  də  müğənniliklə 

məşğuldur.  Deyir  ki,  dənizçiliyin  və 

müğənniliyin  oxşar  tərəfləri  çoxdur. 

Hər iki peşə insandan istedad və ürək 

tələb edir.

-Dənizdə  çalışan  adam  tez-tez 

sərt  dalğalarla  üzləşir,-deyir.-  Belə 

çətin  vəziyyətlərdən  üzüağ  çıxmaq 

üçün təkcə peşəkarlıq yox, istedad və 

ürək də tələb olunur. Əks halda, fır-

tınaya  qalib  gəlmək  mümkün  deyil. 

Müğənnilik də eyni ilə belədir. Xüsu-

si istedada və böyük ürəyə sahib ol-

mayan ifaçı, nə qədər çalışsa da, uğur 

qazana bilməyəcək.

    Bir yandan dənizçilik, bir yan-

dan  müğənnilik Aref  Kemala  qanad 

verir.  O deyir:

-  Mən  sevərkən,  ayrılarkən,  nə-

yisə ümidlə gözləyərkən – hər halım-

da  limanlara  üz  tuturam.  Ucu-buca-

ğı  görünməyən  dənizi  seyr  etməklə 

mənəvi rahatlıq tapıram. Uzaqlardan 

gələn, qəlbə sığal çəkən dalğalar san-

ki nəğmə oxuyur. Bu nəğmələr insanı 

ifaçılığa daha da həvəsləndirir.

Peşəkarlıq  müsahibimiz  üçün 

ən  vacib  amillərdəndir.  Bunun  üçün 

daim  üzərində  işləyir,  kamilliyə  can 

atır.


Aref Azərbaycan Dəniz Balıq Sə-

nayesi  Kollecini  bitirib.  Orada  gəmi 

sürücülüyü  ixtisası  üzrə  təhsil  alıb. 

Hazırda  “Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyi”  QSC-nin  Xəzər  Dəniz 

Neft  Donanmasının  balansında  olan 

“Atlet-5”gəmisində  kapitanın  2-ci 

köməkçisi işləyir.

Onun musiqi təhsili də var. 2013-

cü  ildə  Azərbaycan  Dövlət  Mədə-

niyyət  və  İncəsənət  Universitetinin 

müsiqi sənəti  fakültəsinə qəbul olub. 

Respublikanın  xalq  artisti  Nazpəri 

Dostəliyevadan vokal ifaçılığının sir-

lərini öyrənib. 

“Uşaqlıqdan korifey sənətkarları 

– Mirzə Babayevi, Şövkət Ələkbəro-

vanı dinləmişəm, hətta onların ifaları-

nı gizli təqlid etmişəm. Əvvəllər uta-

nırdım,  elə  bilirdim  alınmır.  Amma  

bu  sahədə  təhsil  almağa  başladığım 

dövrdən özümə inamım artdı. İndiyə-

dək bir çox müsabiqələrə qatılmışam. 

“Azərbaycanın  səsi”  layihəsində  iş-

tirakçı  olmuşam.  Gələcəkdə  “O  səs 

Türkiyə”  yarışmasında  da  özümü 

sınamağı  düşünürəm.    İspan,  ital-

yan, ingilis dillərində də mahnılar ifa 

edirəm”.

Aref  Kemalın  bütün  ifaları 

özünəməxsusluğu  ilə  seçilir.  Amma 

dostları  və  həmkarları  onun  ifasında 

“Limanlar” mahnısını daha çox sevir-

lər. Elə Arefin özünə də bu ifası ayrı 

bir zövq verir.

“Bu mahnını unudulmaz sənətka-

rımız Mirzə Babayevin ifasında eşit-

mişəm və çox bəyənmişəm. Onu hər 

dəfə  oxuduğum  zaman  kövrəlirəm. 

Necə deyərlər, “Limanlar”ın musiqi-

si ruhuma çox yaxındır. Bu mahnıya 

obraz lazım deyil. Mahnı özü dinləyi-

ciyə hər şeyi deyir”.

Aref Kemal həm dənizçiliyi, həm 

də  müğənniliyi  öz  istəyi  ilə  seçib. 

Ona görə də heç biri ilə yollarını ayır-

maq fikrində deyil. Əksinə, ikisini bir 

arada  davam  etdirmək,  dənizləri  və 

ürəkləri fəth etmək istəyir.

Rövşən Abdurəhmanov

dənizləRi Və üRəkləRi fəth etmək istəyən gəmi süRüCüsü

dəniz qumu üzəRində gəzmək faydalıdıR



Yüklə 451,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə