Hörmətli həmkarlar! Sizi Ümummilli liderimiz Heydər Əli


Yelkənli İdman Federasiya-



Yüklə 451,35 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix18.06.2018
ölçüsü451,35 Kb.
#49295
1   2   3   4   5   6   7   8

Yelkənli İdman Federasiya-

sının komandasının hazırlığı, o 

cümlədən yerli məşqçilərin təcrübə 

qazanması məqsədi ilə 31 may – 3 

iyun tarixlərində təlim düşərgəsi 

təşkil olunub.

Federasiyadan  verilən  məlumata 

görə,  məşqlərin  yüksək  keyfiyyətli  ol-

ması  və  bu  istiqamətdə  peşəkarlığın  ar-

tırılması məqsədilə beynəlxalq səviyyəli 

məşqçi Dragan Gasic Yelkənli İdman Fe-

derasiyası tərəfindən təlimə cəlb edilib.

Dragan  Gasic  30  il  məşqçi  kimi 

fəaliyyət göstərib, 6 dünya və 4 avropa 

çempionatının  qalibi  olub.  Beynəlxalq 

səviyyəli  məşqçi  məşq  prosesindən  və 

idmançılarımızın  hazırlığından  razı  qal-

dığını bildirib.

Dörd  gün  davam  edən  təlimlər  10 

saat  nəzəri  və  20  saat  dənizdə  praktiki 

məşqlərdən ibarət olub.

Məşqlərdə  16  idmançı  və  4  məşqçi 

iştirak edib.

Qeyd edək ki, aktiv bazası 2014-cü 

ildən  fəaliyyətə  başlayan  Azərbaycan 

Yelkənli  İdman  Federasiyasının  əsas 

məqsədi hər zaman maddi texniki bazanı 

gücləndirmək, məşqçi korpusunu forma-

laşdırılmaq, komandaya yeni idmançıları 

cəlb etməkdir.

Fransalı üzgüçü Ben Le-

komt iyunun 5-də Sakit okeanı 

üzərək keçmək və yeni rekorda 

imza atmaq üçün Yaponiyanın 

şərq sahillərindən açıq dənizə 

yollanıb.

Bu barədə TASS informasiya agent-

liyi xəbər verir.

Əlli yaşlı fransız artıq 1998-ci ildə 

73  gün  ərzində  6,4  min  kilometr  mə-

safəni  qət  edərək  Atlantik  okeanını 

üzərək  keçmişdi.  Bu  dəfə  isə  Lekomit 

gün ərzində 8 saat üzərək və 8 min ka-

lori yandıraraq 5,5 mil (9 min kilometr) 

məsafəni  yarım  il  ərazində  üzəcəyinə 

ümid edir.

Dünyada  27  elmi  təşkilat,  o  cüm-

lədən tibb və okeanoqrafiya təşkilatları 

fransalının dəstək qrupunun toplayacağı 

məlumatları  gözləyəcək.  Tədqiqatla-

rın böyük hissəsi Sakit okeanın plastik 

məmulatlarla  çirklənməsinə  yönələcək. 

Ümumdünya ətraf mühit günündə səfərə 

başlayan  Ben  Lekomit  mikroplastikin 

dəniz ekosisteminə təsirindən narahatlıq 

keçirdiyini bildirib.

Sürətli yürüş asta gəzinti ilə 

müqayisədə insan həyatını daha effek-

tiv uzadır.

Bu barədə müvafiq təhqiqat “British 

Journal of Sports Medicine” jurnalında 

dərc olunub.

Sidney  Universitetinin  alimləri 

İngiltərə  və  Şotlandiyada  50  min  225 

insanın  müayinəsindən  əldə  olunan 

məlumatlar  əsasında  təhlillər  aparıblar. 

Tədqiqat iştirakçıları mütəxəssislərə pi-

yada gəzinti zamanı hansı tempi (yavaş, 

orta, yaxud sürətli) daha çox sevdikləri-

ni bildirib.

Alimlər yaş, cins, ümumi fiziki ak-

tivlik  və  bədən  çəkisinin  indeksi  kimi 

faktorlar nəzərə alınmaqla, əldə olunan 

məlumatları tədqiq ediblər. Məlum olub 

ki,  asta  yerişlə  müqayisədə  orta  temp 

vaxtsız ölüm riskini 20 faiz, sürətli temp 

24 faiz azaldır. Habelə gəzintinin müs-

bət  təsiri  60  yaşdan  yuxarı  insanlarda 

daha  çox  nəzərə  çarpır.  Belə  ki,  orta 

temp ürək-damar xəstəliklərindən ölüm 

riskini 46 faiz, sürətli temp isə 53 faiz 

azalda bilir.



Gözəl musiqini ruhun qidası hesab 

edirlər, lakin onun sehrinə təkcə insan-

lar deyil, təbiətdə də düşənlər var. klas-

sik musiqinin delfin və köpək balıqlarına 

müsbət təsir etdiyi də məlumdur.

Alimlər  musiqinin  təbiətə  təsirini 

öyrənmək üçün bitkilər üzərində müşa-

hidələr aparıblar. Məlum olub ki, klassik 

musiqi sədaları altında noxud iki gün tez 

yetişir, buğda isə daha tez boy atır. Aq-

ressiv musiqilərin səslənməsi isə bitkilə-

rin tez solmasına səbəb olur.

Musiqi  dinləyərkən  insanlar  me-

lodiyaya,  çiçəklər  isə  ritmə  münasibət 

bildirir. Sakit və klassik musiqilər hətta 

suyun  üzündə  də  gözəl  fiqurlar  yaran-

masına səbəb olur. Suyun yanında mənfi 

yüklü musiqinin səslənməsi zamanı mo-

lekulların daha xaotik hərəkəti müşahi-

də edilir.



14 ийун 2018-ci il   № 45-48 (9231)

baş RedaktoR

Rasif iman oğlu

tahiRoV

ünvanımız:

az1029, bakı şəhəri,

heydər əliyev prospekti, 152

telefonlaRımız:

baş redaktor

(050) 670-33-76; 

30-67 (daxili)

qəzetin təsisçisi:

“azərbaycan Xəzər dəniz

gəmiçiliyi”

qapalı səhmdar 

Cəmiyyəti

qəzet “dəniz” qəzetinin 

kompyuter mərkəzində 

yığılmış, səhifələnmiş və 

“azərbaycan” nəşriyyatında 

çap olunmuşdur

şəhadətnamə: 275

tiraj: 2000

sifariş: 1824

8

www.seanews.az

yelkənçiləR üçün təlim 

düşəRgəsi təşkil edilib

Azərbaycan idmançıları Polşanın Qlivitse şəhə-

rində keçirilən ciu-citsu üzrə Avropa çempionatında 

uğurla çıxış ediblər.

Azərbaycan Ciu-citsu Federasiyasından  bildiriblər 

ki, Avropa çempionatında ölkəmiz üç idmançı ilə təmsil 

olunub.


Təmsilçimiz Vüqar Cəfərov bütün rəqiblərinə qa-

lib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Millimizin  digər  üzvü  Elşən  İbişov  finaladək  inamla 

irəliləyib. Ancaq həlledici görüşdə uduzan idmançımız 

gümüş medalla kifayətlənib.

Ruslan Seyidov isə əlindən zədə aldığı üçün yarışı 

yarımçıq bitirmək məcburiyyətində qalıb.

etibarlı və ekoloji təmiz nəqliyyat 

növü olan velosiped istixana qazla-

rının emissiyasının azaldılmasında 

mühüm rol oynayır. Mütəmadi olaraq 

velosiped sürən insanlar bu yolla 

özlərini ürək-damar xəstəliklərindən 

qoruyurlar. Velosiped idmanının bu 

üstünlükləri BMT Baş Məclisinin 

üzvlərinin diqqəti cəlb edib və onlar 

hər il iyunun 3-də ümumdünya Ve-

losiped Günü qeyd edilməsini qərara 

alıblar. Bu il həmin gün ilk dəfə qeyd 

edilib.

Velosipedlər  atmosferə  istixana 

qazları  ixrac  etmir,  küçədə  səs-küy 

səviyyəsini artırmır. Küçələrdə velosi-

pedlər  nə  qədər  çox,  avtomaşınlar  nə 

qədər az olsa, yol qəzaları ehtimalı bir 

o  qədər  azalır.  Dünya  Səhiyyə  Təşki-

latının  hesablamalarına  görə,  Avropa 

regionunda  nəqliyyat  ucbatından  at-

mosfer  havasının  çirklənməsi  nəticə-

sində hər il 500 minə yaxın insan həlak 

olur. Yol-nəqliyyat hadisələri hər il 90 

min nəfərin həyatına son qoyur. Dün-

yada  təxminən  70  milyon  adam  küçə 

hay-küyünün təsirindən əziyyət çəkir.

 BMT Xəbərlər Mərkəzi bildirir ki, 

Baş  Məclisin  üzvləri  bütün  dövlətləri 

velosipedlərin  populyarlaşdırılmasına 

kömək etməyə çağırıb. Onlar vurğula-

yıblar ki, idarə edilməsi asan, qiyməti 

münasib,  etibarlı  və  ekoloji  cəhətdən 

təmiz olan bu nəqliyyat vasitəsi insan-

ların fiziki və psixi sağlamlığını möh-

kəmlətməyə  kömək  edir.  BMT  eks-

pertləri  bütün  ölkələri  Danimarkadan 

nümunə götürməyə çağırırlar. Dünyada 

ən  “velosipedləşmiş”  ölkələrdən  biri 

olan Danimarkanın paytaxtı Kopenha-

gendə oxuyan və ya işləyən sakinlərin 

təxminən 50 faizi təhsil və ya iş yerinə 

velosipedlə gedir.

Səhər erkən yuxudan oyanmaq 

sağlamlığa yaxşı təsir edir. Alimlərin 

apardığı araşdırmalar nəticəsində 

məlum olub ki, erkən oyanmanın 

mənəvi və fiziki cəhətdən faydalı 

cəhətləri var.

Tezdən  yuxudan  oyananlar  gün 

ərzində daha enerjili olurlar. Gec yatıb 

səhər  yuxudan  oyana  bilməyənlər  isə 

günboyu  özlərini  yorğun  hiss  edirlər. 

Onlar vaxtı düzgün bölə bilmədiklərinə 

görə  dostları  ilə  görüş  və  əyləncələri 

qaçırırlar.

Yuxudan nə vaxt oyanmaq həm iş 

həyatına, həm də şəxsi həyata yaxşı tə-

sir edir. Erkən qalxanlar özlərini daha 

xoşbəxt hiss edirlər. Alimlər bunun sə-

bəbini  səhər  saatlarında  havada  ionla-

rın  çox  olması  ilə  əlaqələndirirlər.  Bu 

hal tezdən oyananlarda depressiya ris-

kini xeyli azaldır. Araşdırmalar göstərir 

ki, gec yatıb səhər yuxudan oyanmaqda 

çətinlik çəkənlər yeniliyə meyilli olur, 

gün ərzində daha çox fast-fud və şirniy-

yat yeyirlər. Tez yatıb erkən oyananlar 

isə günboyu özlərini enerjili və tox hiss 

edir, ona görə də meyvə və tərəvəzlərlə 

qidalanmağa üstünlük verirlər.

Araşdırmalar  sübut  edib  ki,  səhər 

erkən  oyananlar  çətinliklə  üzləşəndə 

onu çox sakit şəkildə yoluna qoya bi-

lirlər.

QAYDALAR

 

təşkilatçı

Müsabiqə  2018-ci  ildə  160  illik 

yubileyini  qeyd  edəcək  Respublikanın 

qocaman  müəssisəsi  olan  Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyi tərəfindən (bun-

dan sonra - Təşkilatçı) təşkil olunur.

 

məqsəd

Xəzər dənizçilərinin çətin və spesi-

fik əməyi ilə geniş auditoriyanı yaxından 

tanış etmək;

Xəzəri əlverişli su yolu, zəngin təbii 

sərvət qaynağı, gözəl mənzərələr məkanı 

kimi  tərənnüm  etmək  və  qiymətli  eko-

sistem kimi qorunmasının vacibliyini ön 

plana çəkmək;

Rəssamları  dənizçilərin  fədakar 

əməyi ilə dərindən tanış olmağa stimul-

laşdırmaq;

Gənc və istedadlı rəssamları dəstək-

ləmək və onların işi ilə geniş auditoriyanı 

yaxından tanış etdirməkdir.

 

müsabiqədə  iştirak  etmək  üçün 

şərtlər

İştirakçılar  üçün  yaş  həddi  17-dən 

35-dək müəyyənləşdirilmişdir.

Müsabiqəyə  təqdim  edilmək  üçün 

hazırlanmış  rəsm  əsəri  böyük  hissədə 

minimum 50 santimetrdən  az olmama-

lıdır.

Müsabiqə  üçün  işlər  avqustun  20-



dək Azərbaycan Xəzər Dəniz Gəmiçili-

yinə təqdim olunmalıdır.

Müsabiqə  üçün  əsərlərin  elektron 

variantda fotoşəkli mütləqdir.

Müsabiqə  üçün  əsərlərin  fotoşəkil-

lərini  çəkərkən  paspartu  və  çərçivədən 

istifadə edilməlidir.

İştirakçı özü haqda qısa məlumatı və 

əlaqə  telefonunu  göstərməklə  əsərlərin 

fotolarını aşağıda göstərilən email ünva-

na yollamalıdır.

Email: resmmusabiqesi@acsc.az  

 

müsabiqənin keçirilmə müddəti

Əsərlərin    qəbulu  20  may  2018-ci 

ildən başlayaraq 20 avqust 2018-ci il ta-

rixinədək davam edəcək.

 

tələblər

Əsərlərin  fotoşəkilləri  maksimum 

dərəcədə keyfiyyətli və JPG formatında 

olmalıdır.

İştirakçı müsabiqəyə yalnız bir möv-

zu  üzrə  və  müvafiq  olaraq  bir  ədəd  iş  

təqdim edə bilər.

Əsərlərdə müəllifin imzası olmalıdır.

 

seçim prossesi

Birinci  mərhələdə  təqdim  olunan  

əsərlər  eyni  vaxtda  olmaqla    Facebook 

(Azerbaijan Caspian Shipping Company 

/ Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi  , 

link-  https://www.facebook.com/Azer-

baijan.Caspian.Shipping.Company/ 

)  


səhifəsində sentyabrın 1-dən 15-nə kimi  

açıq səsverməyə çıxarılacaq.  

İkinci mərhələdə müsabiqədə iştirak 

edəcək əsərlər Azərbaycan Respublikası-

nın Rəssamlıq Akademiyası, Azərbaycan 

Rəssamlar  İttifaqı,  Azərbaycan  Dövlət 

Mədəniyyət  və  İncəsənət  Universiteti,  

Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi-

nin nümayəndələrindən ibarət münsiflər 

heyətinə təqdim olunacaq və onlar tərə-

findən qiymətləndiriləcək.  

Ümumi müsabiqənin qalibləri Face-

book səsverməsinin nəticələri və münsif-

lərin rəyi ilə  müəyyən olunacaq.

Şəffaflığın təmin edilməsi üçün əsər-

lər  səsverməyə  kodlaşdırılmış  formada 

çıxarılacaq.

 

müəlliflik hüququ

Əsərlərə    görə  hüquq  yalnız  onla-

rın  müəlliflərinə  məxsusdur.    Təşkilatçı 

isə əsərlərin bukletini çap etmək, onları 

müxtəlif  tədbirlərdə  sərgiləmək,  fotoşə-

killərini tanıtım materiallarında, eyni za-

manda sosial şəbəkələrdə istifadə etmək 

hüququna  malikdir.    Təşkilatçı  təqdim 

olunan  rəsm  əsərlərinin  fotoşəkillərini 

təkrar  istifadə  etmək  və  sürətini  çıxart-

maq hüququnu özündə saxlayır.

 

əsərlərin təqdimatı

Müsabiqəyə təqdim olunan əsərlərin 

sərgisi təşkil olunacaq.

Təqdim olunan əsərlərdən ibarət ka-

taloq çap olunacaq.

Sərgidə  qaliblər  mükafatlandırıla-

caq.

 

mükafatlandırılma



“Rəngkarlıq” nominasiyası üzrə:

1-ci yer - 2000 AZN

2-ci yer - 1000AZN

3-cü yer - 500 AZN

 Həvəsləndirici yerlər

4-cü yer - 200 AZN

5-ci yer - 100 AZN

 

“Heykəltəraşlıq” nominasiyası üzrə:

1-ci yer - 2000 AZN

2-ci yer - 1000AZN

3-cü yer -500 AZN

Həvəsləndirici yerlər

4-cü yer - 200 AZN

5-ci yer - 100 AZN

 

 



“qrafika” nominasiyası üzrə:    

1-ci yer - 2000 AZN

2-ci yer - 1000AZN

3-cü yer - 500 AZN



Həvəsləndirici yerlər

4-cü yer - 200 AZN

5-ci yer - 100 AZN

 

son müddəa

Müsabiqədə  iştirakın  özü  avtoma-

tik olaraq müəllifin bu QAYDALAR-ın 

müddəaları ilə tam razılaşdığını bildirir.

 

azəRbayCan idmançısı Ciu-Citsu üzRə 



aVRopa çempionatının qalibi olub

fRansalı üzgüçü sakit okeanı üzəRək keçmək üçün yola çıXıb

ömRü uzatmağın effektiV yolu

bmt VelosipedləRdən fəal istifadə etməyə çağıRıR

yuXudan eRkən oyananlaR eneRjili oluRlaR

azəRbayCan XəzəR dəniz gəmiçiliyi 160 illiyi 

əRəfəsində təsViRi inCəsənət müsabiqəsi keçiRiR

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyi ərəfəsində gənc rəssamlar üçün 

“Gəmiçilik - 160”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” 

mövzularında təsviri incəsənət (rəngkarlıq, heykəltəraşlıq, qrafika)  müsabiqəsini elan edir.

əlaqə

Tel: (+99412) 404 37 00 

(daxili: 12 46, 12 45)

Ünvan: AZ 1029, Azərbaycan Respublikası, 

Bakı şəhəri, Heydər Əliyev pr-ti,152

Email: resmmusabiqesi@acsc.az  



ən bahalı futbolçulaR

CIeS Futbol Araşdırmaları Mərkə-

zi dünyanın ən bahalı 100 futbolçusu-

nun siyahısını açıqlayıb.

Siyahıya 201,2 milyon avro dəyə-

rində  qiymətləndirilən  “Tottenhem”in 

hücumçusu Hari Keyn başçılıq edir.

H.Keynin  ən  yaxın  izləyicisi  PSJ-

nin hücumçusu Neymardır (195,7 mil-

yon  avro).  İlk  üçlüyü  isə  bra-

ziliyalının  komanda  yoldaşı 

19 yaşlı fransız Killian Mbape 

(186,5 milyon avro) tamamla-

yır.

“Barselona”dan 



Lionel 

Messi  (184,2  milyon  avro) 

dördüncü, “Liverpul”un misirli futbol-

çusu Məhəmməd Salah (171,3 milyon 



avro) beşincidir.

sakit Və klassik musiqiləR suyun üzündə gözəl fiquRlaR yaRanmasına səbəb oluR

Yüklə 451,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə