Hörmətli həmkarlar! Sizi Ümummilli liderimiz Heydər Əli


ийун 2018-ci il   № 45-48 (9231)



Yüklə 451,35 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix18.06.2018
ölçüsü451,35 Kb.
#49295
1   2   3   4   5   6   7   8

14 ийун 2018-ci il   № 45-48 (9231)

4

www.seanews.az

Bu il nəqliyyat sahəsində əlamətdar 

hadisələrdən biri də “Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” QSC-nin 160 illik 

yubileyidir.

Bu  barədə  nəqliyyat,  rabitə  və  yüksək 

texnologiyalar nazirinin müavini Elmir Və-

lizadə  XVII  Xəzər  Beynəlxalq  Nəqliyyat, 

Tranzit  və  Logistika  (TransCaspian/Trans-

logistika 2018), VIII Xəzər Beynəlxalq Yol 

İnfrastrukturu  və  İctimai  Nəqliyyat  (Roa-

d&Traffic  2018)  sərgilərinin  açılışına  həsr 

olunan mətbuat konfransında deyib.

Nazir  müavini  bildirib  ki,  bu  gün 

AXDG  Xəzər  dənizi  hövzəsində  bütün  iri, 

beynəlxalq nəqliyyat layihələrini həyata ke-

çirə biləcək donanmaya malikdir. Hər il bu 

donanmanın müasirləşdirilməsi və genişlən-

dirilməsi işləri həyata keçirilir.

Elmir  Vəlizadə Azərbaycanın  gəmiqa-

yırma  sahəsindəki  inkişafından  danışarkən 

qeyd edib ki, bu, öz donanmamızı müasir-

ləşdirmək və yeniləmək üçün daxili imkan-

larımızdan istifadə etmək üçün geniş imkan-

lar açır. Bununla belə, təkcə biz deyil, digər 

ölkələr də gəmiqayırma sahəsində əldə etdi-

yimiz inkişafdan yararlanır, gəmi təmirlərini 

Azərbaycanda həyata keçirirlər.



Azərbaycan Qafqazda seçilən, dünyanın 

aparıcı dövlətləri tərəfindən qəbul edilən 

unikal və bənzərsiz logistika sistemi yarada 

bilmişdir. Bu baxımdan paytaxtın Qaradağ 

rayonunun Ələt qəsəbəsində yeni istifa-

dəyə verilən Bakı Beynəlxalq Dəniz Ticarət 

Limanı kompleksini həmin sistemdə həm 

sonuncu naxış, həm də mükəmməl logistika 

aləti kimi dəyərləndirmək yerinə düşər.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 

bütünlükdə  ölkənin  nəqliyyat  infrastruktu-

runu mükəmməlliyə və kamilliyə doğru cila-

layan ən vacib iqtisadi layihədir. Bu limanın 

müasir  dünya  standartlarına  uyğunlaşdırıl-

ması, ölkənin tranzit potensialını artırması, 

Azərbaycanı bütün dünya üçün maraq kəsb 

edən logistika mərkəzinə çevirməsi dövlətin 

iqtisadi siyasətinin tərkib hiissəsidir. Uzun-

müddətli  logisttika  layihələrinin  davamlı 

reallaşdırılması böyük siyasi və iqtisadi di-

videndlər gətirməklə yanaşı, həm Azərbay-

canın regionda və bütün dünyada mövqeyini 

möhkəmləndirir, həm də onun siyasi və stra-

teji əhəmiyyətini artırır. İnsan orqanizmində 

ürək hansı rolu oynayırsa, Bakı Beynəlxalq 

Dəniz  Limanı  da  Azərbaycanın  nəqliyyat 

strukturunda  “Şərq-Qərb”  və  “Şimal-Cə-

nub”  nəqliyyat  dəhlizlərini  özündə  birləş-

dirən həmin funksiyanı daşıyır.

Bakı  Dəniz  Limanı  ölkə  ərazisindən 

keçən  avtomobil  və  dəmir  yollarının  kə-

sişməsində  yerləşir  və  əsas  hava  limanına 

yaxındır.  Ölkənin  logistika  sisteminə  su 

yollarının  bu  minvalla  qoşulması  həmin 

ərazinin geniş ixrac imkanlarına malik bey-

nəlxalq  nəqliyyat  qovşağına  çevrilməsini 

qaçılmaz edir. Azərbaycan dəniz nəqliyyatı-

nın inkişafının müasir mərhələsinə keçmək-

lə  Avrasiya  məkanında  qitələri  birləşdirən 

unikal logistika sistemini qurmuşdur. 2014-

cü ilin sentyabrında iki körpüdən ibarət bərə 

terminalı, bu ilin yanvarında isə yenə də iki 

körpüdən  ibarət  olan  Ro-Ro  terminalı  isti-

fadəyə verilmişdir. 117 hektar ərazini əhatə 

edən və 12 yanalma körpüsünə malik lima-

nın  illik  yükaşırma  imkanı  15  milyon  ton 

yük, o cümlədən 100 min konteynerdir.

Suyun  səviyyəsinin  müəyyən  həd-

lərdə  enib-qalxmasından  asılı  olmayaraq, 

gəmilərin  körpüyə  təhlükəsiz  yan  alması 

təmin  edilib.  Limanın  akvatoriyasında  7,5 

kilometr  uzunluğunda  dibdərinləşdirmə  iş-

ləri aparılıb, dönmə dairəsinin diametri 450 

metr  olan  giriş  kanalı  inşa  olunub.  Layihə 

çərçivəsində limanın əməliyyat binası, yük 

sahələri və anbarlar, sərhəd və gömrük xid-

məti məntəqələri, bütövlükdə müxtəlif təyi-

natlı 72 bina və qurğu inşa olunub, qapalı və 

açıq anbarlar tikilib. Prezident İlham Əliye-

vin sözləridir: “Şadam ki, bu gün burada ən 

yüksək standartlar tətbiq olunur, bütün ava-

danlıq, lazım olan texniki vasitələr, ən müa-

sir kranlar alınıb quraşdırılıb. Beləliklə, biz 

Azərbaycanda çox güclü nəqliyyat-logistika 

mərkəzini yaratdıq”.

Onu da demək yerinə düşərdi ki, qarşı-

ya qoyduğu vəzifələrin vaxtında və keyfiy-

yətli icrası üçün işlərin başlama və tamam-

lama  tarixləri  göstərilməklə  tədbirlər  planı 

hazırlanıb,  layihə  seqmentlər  üzrə  ikinöv-

bəli iş rejimi tətbiq olunmaqla icra olunub. 

Bu da işlərin dinamikasını əvvəlki dövrlərlə 

müqayisədə  5  dəfə  artırmağa  imkan  verib. 

Tikintiyə 1500-ə yaxın işçi, 300-dək müxtə-

lif təyinatlı texnika cəlb edilib. Yeni liman 

kompleksinin baş planı və ümumi layihəsi 

beynəlxalq açıq tenderin qalibi, Niderlandın 

“Royal Haskoning” şirkəti tərəfindən hazır-

lanıb.  Kompleksin  ərazisində  tikinti  işləri 

yerli  şirkət  –  “Evrascon”  ASC  tərəfindən 

yerinə yetirilib.

Gəmilərin və Liman Vasitələrinin Mü-

hafizəsi üzrə Beynəlxalq Məcəllənin tələblə-

rinə uyğun mühafizə sistemi qurulub, müa-

sir kameralar quraşdırılıb, sərhəd və gömrük 

nəzarəti  zonalarının  ayrılması  məqsədilə  1 

idxal  və  2  ixrac  sahəsindən  ibarət  zonalar 

yaradılıb.

“Yaşıl  liman”  konsepsiyasının  tələblə-

rinə uyğun olaraq kompleksin inşası zamanı 

yüksək ekoloji tələblər nəzərə alınıb, çirkli 

suların təmizlənməsi üçün qurğular inşa edi-

lib.  Beləliklə,  Xəzər  dənizindən  səmərəli, 

sürətli və təhlükəsiz bərə keçidi, demək olar 

ki, təmin edilib.

Liman kompleksi Azərbaycanın logisti-

ka sistemində Bakı-Tbilisi-Qars dəmir yolu 

xətti  üçün  birbaşa  yükcəmləyici  məntəqə 

funksiyasını yerinə yetirəcək. Beləliklə, şi-

mal, cənub, şərq və qərb istiqamətlərindən 

dəhlizlər  üzrə  ölkəyə  daxil  olan  yük  axın-

ları  yeni  liman  kompleksində  cəmlənəcək, 

buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti 

ilə Avropa istiqamətində və ya gəmilər va-

sitəsilə şərq istiqamətində dayanıqlı logistik 

zəncir yaradılacaq.

Azərbaycan Prezidenti İlham Əliyev li-

manın açılış mərasimindəki çıxışında qeyd 

etmişdir  ki,  liman  üçün  Ələtin  seçilməsi 

təsadüfi deyil. Belə ki, mövcud Bakı Dəniz 

Limanı  artıq  tələbatı  ödəmirdi  və  getdikcə 

artan  yükləri  qəbul  etmək  imkanları  məh-

dudlaşırdı. Ələtdən qərb və cənub istiqamə-

tinə avtomobil və dəmir yolları açılır ki, bu 

da qəsəbə ilə birlikdə logistika və nəqliyyat 

infrastrukturunun daha sürətlə inkişaf etmə-

sinə təkan verəcək: “…Biz yaxın gələcəkdə 

Ələt Azad İqtisadi Zonasının yaradılmasına 

başlayacağıq. Deməyə tam əsas var ki, Bakı 

şəhərinin  bu  ərazisi  gələcəkdə  çox  sürətlə 

inkişaf edəcək, çoxsaylı iş yerləri yaradıla-

caq. Beləliklə, Ələt ölkəmizin iqtisadi nəq-

liyyat  potensialının  inkişafında,  əlbəttə  ki, 

önəmli yer tutacaqdır”.

Bakı  Beynəlxalq  Dəniz  Ticarət  Lima-

nı  Kompleksinin  istifadəyə  verilməsi  bir 

daha  sübut  edir  ki,  Azərbaycan  nəqliyyat 

infrastrukturu ilə bağlı qarşıda duran bütün 

vəzifələri uğurla, həm də böyük sürətlə icra 

edir. İndi Xəzər dənizində 260 gəmidən çox 

böyük donanmamız var. Son bir neçə il ər-

zində əlavə 18 gəmi alınmış, gəmiqayırma 

zavodu tikilmişdir. Artıq Azərbaycan bütün 

növ  gəmiləri  istehsal  etməklə  xarici  tərəf-

daşlardan asılılığı aradan qaldırmışdır.

Son 15 il ərzində ölkəmizdə 15 min ki-

lometr avtomobil yolu salınmış, bütün qon-

şu dövlətlərlə sərhədərə qədər gedən yollar 

yenidən qurulmuş, şəhərlərarası, kənd yol-

ları  infrastrukturu  yaradılmış,  7  aeroport 

tikilmişdir. Ölkəmiz müasir təyyarə parkına 

malikdir. Dünyanın 9 beşulduzlu hava lima-

nından biri Heydər Əliyev Beynəlxalq Ae-

roportudur.

Keçən  ilin  oktyabrında  istifadəyə  ve-

rilən  Bakı-Tbilisi-Qars  dəmir  yolu  tarixi 

layihə  kimi Asiyanı Avropa  ilə  birləşdirdi. 

Hazırda  “Şimal-Cənub  nəqliyyat  dəhli-

zi”  yaradılır.  Şimaldan  Cənuba,  Şərqdən 

Qərbə  gedən  yollar  Azərbaycandan  keçir. 

Avrasiya  məkanında  açıq  dənizlərə  çıxışı 

olmayan Azərbaycan nəqliyyat və logistika 

mərkəzinə  çevrilir.  Lakin  Prezident  İlham 

Əliyev bu nailiyyətləri də son uğur saymır 

və  perspektivlərə  belə  toxunur:  “Ancaq 

biz gələcəyə baxmalıyıq və baxırıq. Hazır-

da  “Cənub-Qərb  nəqliyyat  dəhlizi”nin  işə 

salınması  ilə  məşğuluq.  Bu  da  çox  önəmli 

nəqliyyat dəhlizidir və mənə verilən məlu-

mata görə, birinci sınaq qatarı artıq bu yolla 

hərəkət edib. Beləliklə, biz böyük nəqliyyat 

infrastrukturu yaratmaqla Azərbaycanın ge-

osiyasi, geoiqtisadi önəmini qat-qat artırmış 

oluruq.  Eyni  zamanda,  bu  layihələr  bey-

nəlxalq  əməkdaşlığı  genişləndirir,  güclən-

dirir.  “Şərq-Qərb”  və  “Şimal-Cənub”  nəq-

liyyat  dəhlizlərində  iştirak  edən  ölkələrin 

sayına,  onların  gücünə  baxsaq,  görərik  ki, 

bu, doğrudan da, genişmiqyaslı beynəlxalq 

əməkdaşlıq  formatıdır.  “Şərq-Qərb  nəqliy-

yat  dəhlizi”  Çin,  Qazaxıstan,  Azərbaycan, 

Gürcüstan, Türkiyə və ondan sonra Avropa 

ölkələrini birləşdirir. “Şimal-Cənub nəqliy-

yat dəhlizi” Pakistan, Hindistan, İran, Azər-

baycan,  Rusiya,  Şimali  Avropa  ölkələrini 

birləşdirir.  “Cənub-Qərb  dəhlizi”  isə  daha 

geniş formatda ölkələri birləşdirir. Bütün bu 

layihələrdə iştirak edən ölkə Azərbaycandır. 

Biz bu layihələrin həyata keçirilməsi üçün 

çox böyük səylər qoyduq, çox böyük siyasi 

addımlar atıldı. Yəni bu layihələrin həyata 

keçirilməsi üçün məqsədyönlü, düşünülmüş 

şəkildə işlədik, çalışdıq. Nəhayət, bunun nə-

ticəsini görürük”.



Bahadur İmanquliyev

"Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi" QSC-nin "Dalğa" 

və "Xəzər" uşaq bağçaların-

da məktəbəqədər təhsil alan 

şagirdlərin iştirakı və İnsan 

Resurslarının İdarəedilməsi 

Departamentinin təşəbbüsü ilə 

1 iyun – uşaqların Beynəlxalq 

Müdafiəsi Günü ilə bağlı maraq-

lı tədbir keçirilib.

"Kitab  necə  yaranır"  mövzusu-

na həsr olunmuş tədbir çərçivəsində 

uşaqların  Azərbaycanda  fəaliyyət 

göstərən ən böyük poliqrafiya müəs-

sisələrindən  biri  olan  "Şərq-Qərb" 

nəşriyyatına  ekskursiyası  təşkil 

olunub.  Burada  onlar  kitabın  çapa 

hazırlanması və ağ kağızdan rəngli 

kitabın alınması prosesini yaxından 

izləmək imkanı əldə ediblər. Çoxları 

üçün  adi  görünən  kitabların  hazır-

lanmasının  əslində  nə  qədər  böyük 

zəhmət  tələb  etdiyinə  uşaqlar  öz 

gözləri ilə şahidlik ediblər.

Ekskursiyadan  sonra  "Azər-

kitab"  mərkəzində  kitabın  qədim 

zamanlarda  və  hazırkı  dövrdə  ha-

zırlanması  qaydaları  haqqında  vi-

deoçarx  nümayiş  olunub.  Uşaqlar 

videoçarxı maraqla izləyiblər.

Tədbir  çərçivəsində  uşaqlara 

dəniz  mövzusuna  uyğun  öz  əlləri 

ilə  rəngli  kağızlardan  gəmi  düzəlt-

mək tapşırığı verilib. Hər bir şagird 

böyük həvəs və bacarıqla tapşırığın 

öhdəsindən  gəlib.  Bu  işdə  balaca-

lara "Azərbaycan Xəzər Dəniz Gə-

miçiliyi" QSC-nin İnsan Resursları-

nın  İdarəedilməsi  Departamentinin 

gənclərlə iş üzrə koordinatoru Roza 

Bədəlova  yaxından  kömək  edib. 

Daha  sonra  uşaqlar  əl  işlərini  vat-

man  kağızına  yerləşdirərək  divar 

qəzeti ərsəyə gətiriblər.

Tədbirin  sonunda  iştirakçılara 

kitab,  məktəb  ləvazimatı  və  kağız 

modullardan  ibarət  bədii  konstruk-

siyalar hədiyyə olunub.

1 İyun – uşaqların Beynəlxalq 

Müdafiəsi günü münasibəti ilə 

Səbail Rayon İcra Hakimiyyəti və 

“Azərbaycan Xəzər Dəniz Gəmiçi-

liyi” Qapalı Səhmdar Cəmiyyətinin 

birgə təşkilatçılığı ilə xüsusi tədbir 

təşkil olunub.

Tədbirdə  müxtəlif  sahələr  üzrə 

istedadı olan uşaqlar, idmançılar, əlil 

və  sağlamlığı  məhdud  olan,  İcma 

əsaslı  reabilitasiya  mərkəzində  xid-

mət  göstərilən,  müxtəlif  uşaq  evlə-

rində  tərbiyə  alan,  rayondakı  219 

saylı  ev-məktəbin  şagirdləri,  həm-

çinin rayonun aztəminatlı ailələrinin 

uşaqları  iştirak  edib.  Ümumilikdə 

200-dən çox uşaq üçün Dənizkənarı 

Milli Parkdakı “Yaxt klub”da əylən-

cəli bayram tədbiri keçirilib.

Səbail  Rayon  İcra  Hakimiyyə-

tinin başçısının birinci müavini Xa-

lidə Bayramova çıxış edərək tədbirə 

qatılan  bütün  uşaqları  və  onların 

valideynlərini Uşaqların Beynəlxalq 

Müdafiəsi  günü  münasibətilə  təbrik 

edib.  Bayramın  tarixçəsindən  da-

nışan  X.Bayramova  bildirib  ki,  ha-

zırda  Azərbaycanda  uşaqlar  dövlət 

tərəfindən hərtərəfli diqqət və qayğı 

ilə əhatə olunublar.

Qeyd  olunub  ki, Azərbaycanda 

uşaq  siyasətinin  əsası  Ümummillli 

lider  Heydər  Əliyev  tərəfindən  qo-

yulub.  Azərbaycan  körpələri  hər  il 

Heydər  Əliyevlə  olan  görüşlərdən 

sonsuz coşqu və böyük ilham alırdı-

lar. Bu səmimi görüşlər hər bir uşa-

ğın yaddaşında əbədi iz buraxıb.

Uzaqgörən  siyasi  lider  olan 

Heydər Əliyevin yaratdığı və nəsillər 

üçün miras qoyduğu ənənələr bu gün 

də uğurla davam etdirilir. Prezident 

İlham  Əliyevin  Uşaq  hüquqlarının 

müdafiəsi sahəsində atdığı addımlar, 

Heydər Əliyev Fondunun prezidenti 

Mehriban  Əliyevanın  gördüyü  işlər 

bu  ənənələrin  hələ  uzun  illər  yaşa-

yacağına və Azərbaycan uşaqlarının 

taleyində əhəmiyyətli rol oynayaca-

ğına zəmanət verir.

Heydər  Əliyev  Fondunun  fəa-

liyyəti  Azərbaycanın  gələcəyi  olan 

uşaqlara yüksək qayğı nümunəsi ol-

maqla yanaşı, cəmiyyətin ümumi po-

tensialının bu gün də səfərbər olun-

masına yönəlib. Fondun «Yeniləşən 

Azərbaycana yeni məktəb» layihəsi 

əsasında  ötən  illər  ərzində  respub-

likamızın  ən  müxtəlif  bölgələrində 

yüzlərlə müasir məktəb binası tikilib 

istifadəyə  verilmiş,  xeylı  körpələr 

evi, bağça və internat məktəbi əsaslı 

təmir olunub.

Bu  gün  dövlətimiz  hər  bir 

azərbaycanlı  uşağının  yüksək  so-

sial-mənəvi  mühitdə  böyüməsinə 

çalışır.  Məqsəd  –  uşaqların  layiqli, 

firavan  yaşayış  səviyyəsinin,  tə-

lim-tərbiyəsinin,  təhsilinin,  sosial 

müdafiəsinin,  sağlamlığının  yüksək 

səviyyədə təşkil edilməsidir.

Tədbirdə  tanınmış  incəsnət  xa-

dimləri ilə yanaşı, istedadlı uşaqların 

ifasında konsert proqramı təşkil olu-

nub,  şən  klounlar  və  məzhəkəçilər 

tədbiri  daha  da  canlandırıb  və  yad-

daqalan edib.

Sonda  təşkilatçılar  tərəfindən 

uşaqlara hədiyyələr təqdim olunub.

azəRbayCan XəzəR dəniz gəmiçiliyi uşaqlaR 

üçün maRaqlı ekskuRsiya təşkil edib

“yaXt klub”da uşaqlaR üçün əylənCəli 

bayRam tədbiRi keçiRilib

“aXdg iRi, beynəlXalq nəqliyyat layihələRini 

həyata keçiRə biləCək donanmaya malikdiR”

“Xəzər beşliyi” ölkələri (Rusiya, 

Azərbaycan, İran, Qazaxıstan və 

Türkmənistan) avqustda keçiriləcək 

sammitdə Xəzərin hüquqi statusuna 

dair konvensiyanın qəbul edilməsi 

üzərində iş aparırlar. Bu sənəd bir 

çox mübahisəli, o cümlədən Xəzə-

rin ehtiyatlarının mənimsənilməsi 

məsələlərini həll etməyə imkan 

verəcək.

Bu  fikirləri  Rusiya  Federasiyası 

xarici işlər nazirinin müavini, stats-ka-

tib Qriqori Karasin Dövlət Dumasında 

çıxışı zamanı səsləndirib.

TASS  informasiya  agentliyi  xə-

bər  verir  ki,  Q.Karasin  hazırda  bütün 

“Xəzər  beşliyi”  ölkələrinin  intensiv 

iş  apardığını,  Xəzərin  hüquqi  statusu 

haqqında  Konvensiyanın  hazırlanması 

üzrə  xüsusi  işçi  qrupunun  yaradıldığı-

nı qeyd edib. Sənəd Xəzərin mahiyyəti, 

gələcəkdə  onun  ehtiyatlarının  Xəzər-

yanı  dövlətlər  tərəfindən  mənimsənil-

məsinə  yanaşma  tərzi,  su  hövzəsinin 

milli  sektorlara  bölünməsi  kimi  bu  və 

ya  digər  bir  çox  mübahisəli  və  aydın 

olmayan məsələləri həll etməyə imkan 

verəcək.

Rusiya xarici işlər nazirinin müavi-

ni deyib: “Avqust ayında “Xəzər beşli-

yi” ölkələrinin sammitinin, çox ehtimal 

ki,  Qazaxıstanda  keçirilməsi  planlaş-

dırılır.  Biz  tərəfdaşlarımızla  birgə  bu 

Konvensiyanın  məhz  qarşıdakı  sam-

mitdə imzalanması üçün ciddi hazırlıq 

işləri aparırıq”.

Fəridə Abdullayeva

XəzəRin hüquqi statusuna daiR konVensiyanın 

qəbul edilməsi üzəRində iş apaRılıR

logistikanın memaRlığı

PReZİDeNT İLHAM ƏLİYeV: “biz azəRbayCanda çoX 

güClü nəqliyyat-logistika məRkəzini yaRatdıq”



Yüklə 451,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə