Hörmətli həmkarlar! Sizi Ümummilli liderimiz Heydər Əli


-cü ildə uzun fasilədən sonra



Yüklə 451,35 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix18.06.2018
ölçüsü451,35 Kb.
#49295
1   2   3   4   5   6   7   8

2014-cü ildə uzun fasilədən sonra 

Azərbaycan Respublikasının  Preziden-

ti  İlham Əliyevin tapşırığına əsasən 

xarici sulardakı fəaliyyətini bərpa 

edən “Azərbaycan Xəzər Dəniz Gəmi-

çiliyi” Qapalı Səhmdar Cəmiyyəti bu 

istiqamətdə ardıcıl və effektiv addımlar 

atır. Belə ki, son dörd ildə  Xəzər-

dənkənar hövzələrdə – Azov, Qara, 

Aralıq dənizlərində üzən gəmilərimizin 

sayı 13-ə çatdırılıb. onların 11-i quru 

yük gəmisi, 2-si tankerdir. üçrəngli 

bayrağımız altında xarici sularda üzən 

həmin gəmilərin daha səmərəli istisma-

rını isə Gəmiçilik tərəfindən Türkiyədə 

təsis edilən “Caspdry” və “Casptan-

kers” şirkətləri həyata keçirir.

Bütün  bunlar  onu  deməyə  imkan 

verir  ki,  artıq Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyi xarici bazarlarda öz mövqeyi-

ni xeyli möhkəmləndirib. İndi “AXDG” 

QSC  beynəlxalq  sularda  quru  və  maye 

yük  daşımalarında  lider  şirkətlərdən  bi-

rinə çevrilməyi qarşısına məqsəd qoyub.

Şübhəsiz  ki,  AXDG-nin  bu  is-

tiqamətdə  aktiv  fəaliyyəti  və  durmadan 

inkişafı  azərbaycanlı  dənizçilərin  bey-

nəlxalq sularda üzmə imkanlarını da ar-

tırır. Bu, Gəmiçiliyin kadr potensialının 

möhkəmləndirilməsi,  yüksək  ixtisaslı 

dənizçilərin yetişdirilməsinə birbaşa təsir 

göstərir.

“Azərbaycan Xəzər Dəniz Gəmiçili-

yi” QSC xarici sularda fəaliyyətinin daha 

da genişlənməsi və möhkəmləndirilməsi 

məqsədi ilə daha bir uğurlu addım atıb.  

Belə ki, bundan sonra AXDG-nin vacib 

dəniz  nəqliyyatı  arteriyaları  üzərində 

yerləşən  Yunanıstanın  paytaxtı  Afinada 

nümayəndəliyi fəaliyyət göstərəcək.

Yeni  təsis  olunan  nümayəndəliyin 

açılış mərasimində  Azərbaycanın Yuna-

nıstandakı    səfirliyinin  müvəqqəti  işlər 

vəkili  Eldar  Əliyev,  nüfuzlu  beynəlxalq 

təsnifat cəmiyyətləri və  gəmiçilik şirkət-

lərinin  əməkdaşları,    o  cümlədən  iş 

adamları iştirak ediblər.

Mərasimdə çıxış edən “Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri 

Rauf  Vəliyev  qonaqlara  son  zamanlar 

ölkəmizdə  həyata  keçirilən  irimiqyaslı 

nəqliyyat-infrastruktur layihələri haqqın-

da  ətraflı  məlumat  verib.  Bildirib  ki, 

Azərbaycan artıq Asiya və Avropa qitələ-

rini  birləşdirən bir “Hub” rolunu oyna-

yır.  Şərq-Qərb,  Şimal-Cənub  nəqliyyat 

dəhlizləri  barədə  ətraflı  məlumat  verən  

Rauf Vəliyev Çin və Avropa bazarlarını 

birləşdirən Transxəzər Beynəlxalq Nəq-

liyyat Marşrutundan və onun əsas iştirak-

çılarından  biri  olan  və  160  illik  yubile-

yini qeyd etməyə hazırlaşan Azərbaycan 

Xəzər  Dəniz  Gəmiçiliyi  haqqında  söz 

açıb.  Qeyd  olunub  ki,  gündən-günə  in-

kişaf edən bu marşrut üzərində yeni ça-

ğırışlara  cavab  vermək  üçün  Gəmiçilik 

öz  donanmalarını  müasir  gəmilərlə  ye-

niləyir,  kadr  bazasını  möhkəmləndirir. 

Vurğulanıb ki,  9 mindən artıq əməkdaşı 

olan  Gəmiçiliyin  iki  böyük  donanması 

mövcuddur.    Dəniz  Nəqliyyat  Donan-

masının tərkibində 52, Xəzər Dəniz Neft 

Donanmasının tərkibində isə 212 müxtə-

lif təyinatlı gəmi istismar edilir. Həmçi-

nin “AXDG” QSC-nin nəzdində  Gəmi 

Təmiri  və  Tikintisi  zavodları, Azərbay-

can Dövlət Dəniz Akademiyası və Təlim 

Tədris  Məkəzi  fəaliyyət  göstərir.  Bu  da 

Gəmiçiliyin beynəlxalq bazarlarda rəqa-

bət qabiliyyətliliyini daha da artırır.

Tədbirdə həmçinin “B2B” formatın-

da işgüzar görüşlər də baş tutub. Azər-

baycan  Xəzər  Dəniz  Gəmiçliyi  ilə  bir 

sıra  beynəlxalq  şirkətlərin  əməkdaşlıq 

perspektivləri müzakirə olunub. 

Mərasimdə  Azərbaycanın  əlveriş-

li  coğrafi  məkanını,  təbiət,  mədəniyyət 

və  tarixini,  iqtisadi  inkişafını,  aparı-

lan  irimiqyaslı  nəqliyyat-infrastruktur 

layihələrini,  o  cümlədən  Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyinin inkişafını əks 

etdirən videoçarx da nümayiş etdirilib.



Yunanıstanın paytaxtı Afi-

nadakı “Metropolitan expo” 

mərkəzində dünyanın ən böyük 

dənizçilik sərgilərindən sayılan 

25-ci “Poseydoniya-2018” sərgisi 

keçirilib.

Builki  sərgidə  160  illik  yubileyini 

qeyd  etməyə  hazırlaşan  və  ölkənin  qo-

caman  şirkətlərindən  biri  –    “Azərbay-

can Xəzər Dəniz Gəmiçiliyi” QSC də öz 

stendi ilə təmsil olunur. Stenddə ölkəmi-

zin dənizçilik sahəsi, o cümlədən Azər-

baycan  Xəzər  Dəniz  Gəmiçiliyi,  Bakı 

Gəmiqayırma  Zavodu  haqqında  məlu-

matlar, videoçarxlar nümayiş etdirilib.

Stendin özəlliklərindən biri də bur-

da yaradılan milli güşədir. Milli süvenir 

və əşyalarla bəzədilən güşədə ölkəmizin 

tarixi,  mədəniyyəti,  mətbəxi  tərənnüm 

olunur. Bütün bunlar Gəmiçiliyin  sten-

dinə marağı bir qədər də artırıb.

“Azərbaycan  Xəzər  Dəniz  Gəmi-

çiliyi”  QSC-nin    sədri  Rauf  Vəliyevin 

rəhbərlik  etdiyi  nümayəndə  heyəti  sər-

gi  çərçivəsində  “B2B”  formatında  bir 

sıra  işgüzar  görüşlər  keçirib,  dənizçilik 

sahəsində nüfuzlu beynəlxalq şirkətlərlə 

müzakirlər aparıb. Danışıqlarda Gəmiçi-

liyin fəaliyyət istiqamətləri, Xəzərdə və 

xarici sularda üzən donanmaları haqqın-

da ətraflı məlumat verilib.

Qeyd edək  ki, “Azərbaycan Xəzər 

Dəniz  Gəmiçiliyi”  QSC-nin  də  təmsil 

olunduğu  nüfuzlu  biznes  platformalar-

dan sayılan və iki ildən bir keçirilən sər-

gidə bu il ümumilikdə 92 ölkədən 1900-

dən çox şirkət iştirak edir. Bu da 2016-cı 

ildəki  iştirakçıların  sayından  16%  çox-

dur. Onların arasında dənizçiliklə əlaqəli 

qurumlar,  müxtəlif  beynəlxalq  təşkilat-

lar,  təsnifat  cəmiyyətləri,  təhsil  müəs-

sisələri  yer  alıb.  Sərgiyə  dünyanın  ən 

böyük gəmi istehsalçıları Çin, Yaponiya 

və Cənubi Koreyadan da nümayəndələr 

qatılıb. 

Sərgidə  şirkətlər  xüsusi  stendlərdə 

öz məhsullarını nümayiş etdirməklə ya-

naşı, işgüzar əlaqələr də qurublar.

www.seanews.az

14 ийун 2018-ci il   № 45-48 (9231)

3

gəmiçiliyin yunanıstanda 

nümayəndəliyi fəaliyyətə başlayıb

25-Ci “poseydoniya-2018” səRgisində 

gəmiçiliyin stendinə maRaq böyük idi



Yüklə 451,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə