Hörmətli həmkarlar! Sizi Ümummilli liderimiz Heydər Əli


ийун 2018-ci il   № 45-48 (9231)



Yüklə 451,35 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix18.06.2018
ölçüsü451,35 Kb.
#49295
1   2   3   4   5   6   7   8

14 ийун 2018-ci il   № 45-48 (9231)

6

www.seanews.az

bütün tədbiRləR “ümumdünya ətRaf mühitin 

mühafizəsi günü”nə həsR olunmuşdu

XIX əsrin sonlarından el-

mi-texniki tərəqqi, sənayenin 

sürətli inkişafı nəticəsində  ətraf 

mühitə edilən  mənfi təsirlər XX 

əsrin ortalarında özünü  daha 

qabarıq göstərirdi. Artıq insanlar 

təbiətə münasibətlərini dəyiş-

məyəcəkləri, onun ehtiyatlarından 

səmərəsiz istifadəyə son qoyma-

yacaqları təqdirdə bu prosesin 

onların özlərinə qarşı çevriləcəyini 

və arzuolunmaz nəticələrə gətirib 

çıxaracağını  anladılar.

Bu  problemin  gələcəkdə  qlobal 

kataklizmlərə  səbəb  olacağını  başa 

düşən  alimlər,  ekoloqlar  etiraz  səs-

lərini  ucaltmağa,  həyəcan  təbili  çal-

mağa başladılar. Beynəlxalq təşkilat-

lar, tərəqqipərvər dünya ictimaiyyəti 

məsələni  daim  diqqət  mərkəzində  

saxlamağa çalışırdı.

Problemin  kəskinliyini,  əhali 

arasında  ekoloji  şüurun  yüksəldil-

məsinin,  ətraf  mühitin  mühafizəsi 

problemlərinə diqqətin yönəldilməsi-

nin vacibliyini nəzərə alaraq 1972-ci 

ildə Birləşmiş Millətlər Təşkilatı Baş 

Assambleyasının  İsveçin  paytaxtı 

Stokholm  şəhərində  keçirilən  icla-

sında  5  iyunun  “Ümumdünya  Ətraf 

Mühitin  Mühafizəsi  Günü”  kimi 

qeyd olunmasına qərar [A/RES/2994 

(XXVII)]  verilib.  O  vaxtdan  bütün  

dünyada, o cümlədən  Azərbaycanda 

bu gün  qeyd olunur.

Bu il də “Azərbaycan Xəzər Də-

niz Gəmiçiliyi” Qapalı Səhmdar Cə-

miyyətində  ətraf  mühitin mühafizə-

sinə həsr olunmuş müxtəlif tədbirlər 

keçirilmişdir.  Belə  ki,  Xəzər  Dəniz 

Neft  və  Dəniz  Nəqliyyat  Donanma-

larında,  “Bibiheybət”  Gəmi  Təmiri 

və  “Zığ”  Gəmi  Təmiri  və  Tikinti-

si    Zavodlarında,  habelə    İstehsalat 

Xidmətləri İdarəsində iməciliklər  və  

toplantılar  keçirilib. 

İməciliklərdə  təmizlik-abadlıq 

işləri görülüb, yaşıllıqlara aqrotexni-

ki qulluq göstərilib.

Dəniz  Nəqliyyat  Donanmasın-

da  keçirilən  toplantını  giriş  sözü  ilə 

DND-nin  Əməyin  mühafizəsi,  təh-

lükəsizlik  texnikası  və  ekologiya 

şöbəsinin  (ƏMTTEŞ)  rəisi  Rüstəm 

Ağayev açıb. O, ətraf mühitin müha-

fizəsi  problemlərinə  diqqətin  yönəl-

dilməsinin  vacibliyi  barədə  ətraflı 

söz  açıb.  Cəmiyyətin    KSƏTƏMM 

departamentinin ətraf mühitin müha-

fizəsi (ƏMM) üzrə aparıcı mühəndisi 

Sabir  Kərimzadə  5  iyun  –  “Ümum-

dünya Ətraf Mühitin Mühafizəsi Gü-

nü”nün  qəbul  edilməsinin  səbəbləri, 

ekoloji  yönümlü  beynəlxalq,  milli 

qanunvericilik aktları və Gəmiçilikdə 

ekoloji idarəetmə” mövzusunda mə-

ruzə ilə çıxış edib. DND-nin Əməyin 

mühafizəsi, təhlükəsizlik texnikası və 

ekologiya şöbəsinin ƏMM üzrə mü-

həndisi Abbas Məmmədovun təqdim 

etdiyi məruzə isə DND-nin gəmiləri 

və  sahil  obyektlərində  həyata  keçi-

rilən və yaxın gələcəkdə icrası nəzər-

də  tutulan  ekoloji  yönümlü  tədbir-

lərə  həsr  olunub. 

Məruzələr  böyük  maraqla  din-

lənilib, fikir mübadiləsi  aparılıb, iş-

tirakçıları  düşündürən  suallar  ətraflı 

cavablandırılıb.

Toplantının  sonunda  ekoloji 

mövzuda videoçarx nümayiş  etdiri-

lib.


kSƏTƏMM  departamenti

AZƏRTAC-ın xahişi ilə Vergilər 

Nazirliyindən Azərbaycan Xalq Cüm-

huriyyəti illərində respublikada neft 

sənayesi strategiyası sahəsində hökumə-

tin apardığı siyasəti və həyata keçirilən 

tədbirləri şərh ediblər.

Azərbaycan Xalq Cümhuriyyəti döv-

ründə neft sənayesi iqtisadiyyatın aparıcı 

sahəsi  olduğu  üçün  ölkə  parlamenti  və 

hökumət  neft  hasilatı  və  emalının  möv-

cud durumunu vaxtaşırı təhlil edir, dünya 

neft bazarında baş verən hadisələri ciddi 

araşdırırdı.

Cümhuriyyətin  yaradıcıları  dərk 

edirdilər  ki,  təbii  sərvət  iqtisadi  inkişaf 

üçün maddi baza rolunu oynasa da, ölkə-

nin gələcək inkişafının məhz bu amildən 

asılılığı  ciddi  problemlərə  gətirib  çıxara 

bilər.  Lakin  o  dövrdə  ölkə  iqtisadiyyatı-

nın  bütünlüklə  neftin  ixracına  bağlılığı, 

nəyin  bahasına  olursa-olsun,  bu  sahənin 

dirçəldilməsini zəruri edirdi.

Vəziyyət isə heç də ürəkaçan deyil-

di:  neftin  əsas  istehlakçısı  olan  Rusiya-

da  vətəndaş  müharibəsi  başlandığı  üçün 

Azərbaycanın bu bazarı bağlanmış, ixrac 

sürətlə  azalmış,  nəticədə  “qara  qızıl”ın 

qiyməti son dərəcə aşağı düşmüşdü. Belə 

bir  şəraitdə  iqtisadiyyatı  bərpa  etmək, 

əhalinin  sosial  rifahını  yaxşılaşdırmaq 

üçün hökumət, böyük çətinliklərə baxma-

yaraq, neft sənayesinin inkişafına xüsusi 

diqqət yetirirdi...

1918-ci il oktyabr ayının 5-də Azər-

baycan Xalq Cümhuriyyəti hökuməti neft 

sənayesinin  milliləşdirilməsi  haqqında 

xüsusi  dekretlə  neft  mədənlərini,  Xəzər 

ticarət donanmasını, zavod və emalatxa-

naları  bütünlüklə  neft  sahibkarlarına 

qaytardı, istehsal edilmiş neftin üçdə iki 

hissəsini onlara verdi, qalan hissəsini isə 

öz sərəncamında saxladı. Həmin dekretlə 

Azərbaycan neftinin Rusiyaya daşınması 

da qadağan olundu. Beləliklə, həyata ke-

çirilən ciddi tədbirlər nəticəsində 1919-cu 

ildə ölkənin neft ehtiyatı üç dəfə artaraq, 

1920-ci  ilin  əvvəlində  300  milyon  puda 

çatdı.  Yaranmış  əlverişli  vəziyyət  hö-

kumətə qonşu dövlətlərlə sərbəst neft ti-

carəti aparmaq imkanı verdi.

Həmin sənəddə neft sənayesi üzərin-

də dövlət nəzarətinin tətbiq edilməsi, neft 

və neft məhsullarının Gürcüstanın Batu-

mi dəniz limanına daşınması və satılması, 

mal mübadiləsinə icazə verilməsi ilə bağ-

lı müddəalar təsbit edilmişdi.

Neft  sənayesinin  sürətli  inkişafını 

təmin etmək üçün infrastrukturun təkmil-

ləşdirilməsi tələb olunurdu. Yeni istehsal 

sahələrinin  yaradılması,  əlavə  quyuların 

qazılması, hasilatın artırılması zəruri idi. 

Bütün bu işlər neftçıxarma və neft emalı 

sənayesinə xidmət edən maşınqayırma və 

təmir müəssisələrinin təşkilindən başlan-

dı.  Görülən  tədbirlər  çərçivəsində  neft-

çıxarma, neft emalı, neft avadanlıqlarının 

təmiri  və  istehsalına  xüsusi  diqqət  yeti-

rilirdi.  Neft  mərkəzi  hesab  edilən  Bakı 

şəhərində  əhalinin  tələbatını  ödəmək 

məqsədilə yüngül və yeyinti sənayesinin, 

yükdaşıma və şəhər nəqliyyatı təsərrüfat-

larının inkişafı xeyli sürətləndirildi.

Həmin  dövrdə  Bakıda  mövcud  olan 

165  müstəqil  neft  firmasının  özünəməx-

sus mədənləri, neft emalı zavodları, boru 

kəmərləri və anbarları vardı. Neft sənaye-

sinin inkişafı ilə əlaqədar olaraq artmaqda 

olan idxal-ixrac əməliyyatları və ödəniş-

ləri  tənzimləmək  üçün  1919-cu  il  sent-

yabrın 30-da Bakıda Azərbaycan Dövlət 

Bankı yaradıldı və kredit bankları fəaliy-

yətə başladı.

1918-ci  ildə  Azərbaycanda  neft 

emalının  həcmi  təxminən  200  min  tona 

endiyindən  xaricə  neft,  əsasən,  xammal 

şəklində  ixrac  edilirdi.  Bu  dövrdə  Bakı-

nın neft təsərrüfatında fəaliyyət göstərən 

şirkətlər müxtəlif transmilli korporasiya-

larda  birləşdilər:  neft  hasilatı,  emalı  və 

ixracı ilə Nobel qardaşları və Rusiyanın 

neft şirkəti məşğul olurdu; neft hasilatı və 

neftayırma sahələrinin avadanlıqlarla təc-

hizatını ingilis-holland “Şell” tresti yerinə 

yetirildi.  1920-ci  ilin  yazında  Azərbay-

canda  hasil  edilmiş  neft  ehtiyatları  artıq 

300 milyon puda çatdırıldı.

Həmin  dövrdə  gənc  respublikanın 

dünya  ölkələri  tərəfindən  tanınması, 

müstəqilliyinin möhkəmləndirilməsi, so-

sial və iqtisadi inkişafının təmin edilməsi, 

müdafiə  qabiliyyətinin  gücləndirilmə-

si  təxirəsalınmaz  strateji  vəzifələr  kimi 

xüsusi  önəm  daşıyırdı.  Bu  vəzifələrin 

qısa  müddətdə  həyata  keçirilməsi  üçün 

hökumət  Gürcüstan,  Türkiyə,  İtaliya  və 

Amerika  ilə  iqtisadi-ticarət  əlaqələri  ya-

radır, nağd pul və barter üsulu ilə özünə 

lazım olan ərzaq məhsulları, hərbi texni-

ka,  sənaye  və  aqrar  bölmə  üçün  müasir 

avadanlıqları alıb ölkəyə gətirirdi. Fransa 

və  İtaliya  ilə  aparılan  danışıqlar  nəticə-

sində neft məhsulları mübadiləsi yolu ilə 

ilk dəfə olaraq ölkəyə yüz parovoz, 2000 

sistern, 500 vaqon, 1,5 milyon pud buğda 

və 1 milyon pud şəkər idxal edildi. Azər-

baycanın iqtisadi-ticarət əlaqələri yaratdı-

ğı  ölkələr  arasında  Gürcüstan  və  İtaliya 

mühüm yer tuturdu.

Azərbaycan  Xalq  Cümhuriyyətinin 

demokratik dövlətçilik ənənələri ilə yana-

şı, onun neft siyasəti sahəsindəki addım-

ları  müasir Azərbaycan  üçün  də  maraq-

lıdır.  Ulu  öndər  Heydər  Əliyev  deyirdi: 

“Azərbaycan  Xalq  Cümhuriyyəti  gərgin 

və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 

23  ay  fəaliyyət  göstərsə  də,  sonrakı  nə-

sillərin  yaddaşında  xalqımızın  tarixinin 

ən parlaq səhifələrindən biri kimi həmişə 

qalacaqdır”.



azəRbayCan  Xalq  CümhuRiyyəti - 100

azəRbayCan Xalq CümhuRiyyətinin neft stRategiyası

Dəniz məhsullarının 

həddindən artıq istismarı 

və qeyri-qanuni balıq 

ovu ildə 23 milyard dol-

lar məbləğində iqtisadi 

itkilərə gətirib çıxarır. 

Əldə edilən balığın 

beşdəbiri qanunsuz yolla 

tutulur.

BMT-nin  xəbərlər  say-

tının  məlumatına  görə,  bu 

barədə  qurumun  Ərzaq  və 

Kənd  Təsərrüfatı  Təşkilatı-

nın (FAO) hər il iyunun 5-də 

qeyd  edilən  Qanunsuz  və 

tənzimlənməyən balıq ovuna 

qarşı  beynəlxalq  mübarizə 

günü ilə əlaqədar bəyanatın-

da bildirilir.

FAO-nun 


hesabatına 

görə, dünya üzrə ildə adam-

başına  düşən  balıq  istehlakı 

20  kiloqramı  keçib.  Hələ 

1960-1970-ci  illərdə  bir 

adam ildə 10 kiloqram balıq 

istehlak  edirdi.  Dəniz  məh-

sulları  sektorunun  uğurlu 

inkişafı  balığa  çox  sürətlə 

artan tələbatı ödəməyə və re-

sursların  yerini  doldurmağa 

kömək edib. Bununla yanaşı, 

tələbatın  artımı  həddindən 

artıq balıq ovuna və brakon-

yerliyin  çoxalmasına  gətirib 

çıxarır.  Nəticədə  bizim  ma-

saları bəzəyən təxminən 11-

26 milyon ton balıq, - bu isə 

dünya üzrə tutulan balıqların 

20 faizi deməkdir, - brakon-

yerlər tərəfindən və ya balıq 

vətəgələrinin  qaydalarının 

pozulması  nəticəsində  əldə 

edilir.


Dəniz 

ehtiyatlarının 

ümumi  vəziyyəti  ildən-ilə 

pisləşir.  Hazırda  göl,  çay, 

dəniz və okeanlarda 1974-cü 

illə müqayisədə 3 dəfə artıq 

balıq tutulur. Balıq ehtiyatla-

rının bu cür amansız istisma-

rı ona gətirib çıxarır ki, balıq 

istehsalı hətta zəruri minimal 

dərəcəyə  çatmır,  həmçinin 

sualtı aləmin bioloji tarazlığı 

pozulur.

FAO  ekspertləri  bu  və-

ziyyətdən 

narahatdırlar. 

Onlar  bütün  dövlətləri  ba-

lıq  vətəgələrini  nəzarətdə 

saxlamağa,  qiymətli  balıq 

ehtiyatlarının  müdafiəsi  və 

qorunması ilə bağlı tədbirlər 

görməyə çağırıblar.



dəniz ehtiyatlaRının ümumi 

Vəziyyəti ildən-ilə pisləşiR

İlin əvvəlindən Bakı 

şəhərinin əhalisinin sayı 

16,5 min nəfər artaraq 

2018-ci il aprel ayının 1-i 

vəziyyətinə 2 milyon 266 

min nəfərə çatıb.

Bakı  Şəhər  Statistika 

İdarəsindən verilən məlu-

mata  görə,  əhalinin  49,7 

faizini kişilər, 50,3 faizini qa-

dınlar təşkil edir. Əhalinin bir 

kvadratkilometrə  düşən  sayı 

1058 nəfər olub.

Cari  ilin  yanvar-mart 

ayları  ərzində  Ədliyyə  Na-

zirliyinin  rayon  (şəhər)  qey-

diyyat  şöbələri  tərəfindən 

Bakı  şəhərində  7  min  268 

doğulan  körpə  qeydə  alınıb 

və  bu  göstərici  əhalinin  hər 

1000 nəfərinə 13,0 təşkil edir. 

Doğulan körpələrin 78-i əkiz, 

2-si  üçəmdir.  Yeni  do-

ğulan  körpələr  arasında 

qızların  xüsusi  çəkisi 

47,1  faiz  təşkil  edərək 

hazırda  hər  100  doğu-

lan qıza 113 oğlan düşür 

(bioloji  norma  105-107 

təşkil edir).

Birinci  rübdə  Bakı 

şəhərində  3  min  576  ölüm 

halı qeydə alınıb və ötən ilin 

müvafiq  dövrü  ilə  müqayisə-

də əhalinin hər 1000 nəfərinə 

ölüm  səviyyəsi  eyni  qalıb 

(6,4).


ötən ilin sonuna 

Azərbaycanın təs-

diq edilmiş təbii qaz 

ehtiyatları 1 trilyon 277 

milyard kubmetr olub.

Bu barədə Neft İxrac 

edən Ölkələr Təşkilatının 

(OPEC) illik statistik he-

sabatında deyilir.

2017-ci  ilin  sonuna  olan 

məlumata  görə,  Xəzəryanı 

ölkələrdən  Rusiyanın  təs-

diqlənmiş  qaz  ehtiyatları  50 

trilyon 617 milyard kubmetr, 

İranın 33 trilyon 810 milyard 

kubmetr,  Türkmənistanın  9 

trilyon 838 milyard kubmetr, 

Qazaxıstanın isə 1 trilyon 898 

milyard kubmetr təşkil edib.

Təsdiq olunmuş təbii qaz 

ehtiyatlarına  görə  dünyada 

ilk  sırada  Rusiya  (50,6  tril-

yon  kubmetr),  ikinci  yerdə 

İran  (33,8  trilyon  kubmetr), 

üçüncü sırada 23 trilyon 861 

milyard kubmetrlə Qətər, dör-

düncü  yerdə  Türkmənistan 

(9,8 trilyon kubmetr), beşinci 

sırada isə 9 trilyon 67 milyard 

kubmetr  ilə  ABŞ  qərarlaşıb. 

Dünyada  təsdiqlənmiş  qaz 

ehtiyatları  ən  az  olan  ölkə  5 

milyard kubmetrlə Çilidir.

Dünya  üzrə  təsdiq  edil-

miş  qaz  ehtiyatları  keçən 

ilin  sonuna  199  trilyon  444 

milyard  kubmetr  olub.  Bu 

həcmin  48,1  faizi,  yəni  95 

trilyon 951 milyard kubmetri 

OPEC-ə üzv ölkələrdədir. İq-

tisadi  Əməkdaşlıq  və  İnkişaf 

Təşkilatı (OECD) üzrə təsdiq 

olunmuş  təbii  qaz  ehtiyatları 

18  trilyon  793  milyard  klub-

metr, keçmiş Sovet İttifaqına 

üzv  ölkələrin  ehtiyatları  isə 

65  trilyon  519  milyard  kub-

metrdir.


Hərbi Dəniz Qüvvələri-

nin praktiki təlim məşqləri 

keçirilib.

Müdafiə 


Nazirliyinin 

mətbuat  xidmətindən    bil-

diriblər  ki,  məşqlərin  ilkin 

mərhələsində  gəmi  qrupla-

rının,  hissə  və  bölmələrin 

cəmləşmə  rayonlarına  çıxışı, 

şəxsi  heyətin  üzməyə  hazır-

lanması  və  döyüş  uzlaşması 

tədbirləri icra olunub. Sonra-

kı mərhələlərdə gəmilər şərti 

düşmənin  üzən  minaları,  də-

niz və hava hədəflərini dəqiq 

atəşlə məhv ediblər.

Təlim  məşqlərinə  cəlb 

olunan  şəxsi  heyət  qarşıya 

qoyulan  bütün  tapşırıqları 

müvəffəqiyyətlə  yerinə  yeti-

rib.


8 iyun-Dünya 

okeanlar Gününün 

qeyd edilmə tarixi 

1992-ci ildə Brazili-

yanın Rio-de-Janeyro 

şəhərində keçirilən 

BMT-nin “Ətraf mühit 

və inkişaf” konfran-

sında elan olunub. Günün 

qeyd edilməsində əsas məqsəd 

bütün diqqəti bəşəriyyətin 

həyatında vacib rol oynayan 

nəhəng su hövzələrinin müha-

fizəsinə yönəltməkdir. Dünya 

okeanlar Günü bir çox Avro-

pa, Cənub-şərqi Asiya, Latın 

Amerikası, Avstraliya, Afrika 

ölkələrində, eləcə də Cənubi 

Asiya və uzaq şərqdə bayram 

kimi qeyd olunur.

Hər il bir mövzunu əhatə 

edən  Dünya  Okeanlar  Günü-

nün builki şüarı “Plastik çirk-

lənmənin  qarşısının  alınması 

və  sağlam  okeanlar  naminə 

qərarların təşviq edilməsi”dir.

Qeyd edək ki, hər il oke-

anlara  8  milyon  ton  plastik 

kütlə atılır ki, bu da onun eko-

sisteminə 8 milyard funt ster-

linq ziyan vurur.

Yer  kürəsinin  70  faizini 

okeanlar  təşkil  edir.  Planeti-

mizin  361  milyon  kvadrat-

kilometr  sahəsi  dörd  okean 

arasında  bölünüb–Sakit,  At-

lantik, Hind və Şimal Buzlu.

Nəfəs  aldığımız  oksige-

nin  çoxu  okeanlar  tərəfin-

dən  istehsal  edilir.  Okeanlar 

vasitəsilə 

karbon-dioksid 

emissiyaları  absorbsiya  olu-

nur, canlılar qidalarının əksər 

hissəsini  buradan  alır,  iqlimi 

tənzimlənir.  Bundan  əlavə 

okeanlar  turizm,  balıqçılıq 

və  iqtisadiyyatın  inkişaf  et-

dirilməsində  əhəmiyyətli  rol 

oynayır.

Təəssüf  ki,  antropogen 

təsirlər,  brakonyerlik,  qey-

ri-qanuni  balıqçılıq,  su  höv-

zələrinin  çirkləndirilməsi  və 

asidifikasiyası,  iqlim  dəyiş-

kənliyi dünyanın okean və də-

nizləri üçün ciddi təhlükələrə 

səbəb olub.

dünya üzRə təsdiqlənmiş 

Xam neft ehtiyatlaRı

ötən ilin sonuna Azərbaycanın təsdiq edilmiş xam 

neft ehtiyatları 7 milyard barrel təşkil edib.

Bu  barədə  Neft  İxrac  edən  Ölkələr  Təşkilatının 

(OPEC) illik statistik hesabatında deyilir.

2017-ci ilin sonuna olan məlumata görə, Xəzəryanı 

ölkələrdən  İranın  təsdiqlənmiş  neft  ehtiyatları  155  mil-

yard  600  milyon  barrel,  Rusiyanın  80  milyard  barrel, 

Qazaxıstanın 30 milyard barrel, Türkmənistanın isə 600 

milyon barrel olub.

Dünyada  təsdiq  olunmuş  neft  ehtiyatlarına  görə 

ilk sırada 302 milyard 809 milyon barrel ilə Venesuela, 

ikinci yerdə 266 milyard 260 milyon barrellə Səudiyyə 

Ərəbistanı,  üçüncü  sırada  İran  (155,6  milyard  barrel), 

dördüncü yerdə 147 milyard 223 milyon barrel ilə İraq, 

beşinci sırada isə 101 milyard 500 milyon barrellə Kü-

veyt qərarlaşıb. Dünyada təsdiqlənmiş neft ehtiyatları ən 

az olan ölkə 198 milyon barrel ilə Belarusdur.

Dünya  üzrə  təsdiq  edilmiş  xam  neft  ehtiyatları  1 

trilyon 482 milyard 773 milyon barrel olub. Bu həcmin 

81,9 faizi, yəni 1 trilyon 214 milyard 209 milyon barreli 

OPEC-ə üzv ölkələrdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf 

Təşkilatı (OECD) üzrə təsdiq olunmuş neft ehtiyatları 57 

milyard 769 milyon barrel, keçmiş Sovet İttifaqı ölkələri-

nin ehtiyatları isə 118 milyard 886 milyon barreldir.

bakının əhalisinin sayı 16,5 min nəfəR aRtıb

azəRbayCanın 1,3 tRilyon kubmetRədək 

təsdiqlənmiş təbii qaz ehtiyatlaRı VaR

pRaktiki təlim məşqləRi keçiRilib 

planetimizin 361 milyon kVadRatkilometR 

sahəsi döRd okean aRasında bölünüb



Yüklə 451,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə