Həqiqət olduğu kimi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/51
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12909
1   ...   11   12   13   14   15   16   17   18   ...   51

 
48 
Nə  üçün  Əbdürrəhman  bu  qədər  adamın  içində  yalnız 
Əliyə üz tutur? Nə üçün ey Təlhə, ey Zübeyr! – demir?! 
Buradan  başa  düşürük  ki,  bu  iş  bir  gecəyə 
proqramlaşmışdı. Onlar Əlini kənarlaşdırıb Osmanı iş başına 
gətirmək üçün birləşmişdilər. 
Biz  arxayınlıqla  deyə  bilərik  ki,  onlar  Əli  (ə)-dan 
qorxurdular.  Əgər  o,  xilafətə  yetişsəydi,  onları  ədalətə, 
bərabərliyə  qaytarıb  Peyğəmbərin  sünnəsini  icra  edəcəydi. 
Ömər  ibni  Xəttabın  fərq  qoyma  bidətlərini  aradan 
aparacaqdı.  Məxsusən  Ömər  özü  ölümündən  qabaq  bu 
nöqtəyə  işarə  etmiş,  onları  Əlinin  xətərli  olmasından  agah 
etmişdi:  “Əgər  bu  işi  “iri  alınlıya”  tapşırsalar,  onları  haqq 
yola aparacaqdır.” Düz yol Peyğəmbərin sünnəsidir ki, Ömər 
və  Qüreyşin  bir  çoxu  onu  bəyənmirdi.  Onlar  Peyğəmbərin 
sünnəsini  istəsəydilər,  Əlini  iş  başına  gətirərdilər.  Əli  də 
onları  bu  yolla  aparıb  həqiqətə  çatdırardı.  Çünki  onun 
nümayəndəsi və sünnətə öhdədar idi. Təlhə, Zübeyr və Sədin 
bəhsində  dediyimiz  kimi,  onlar  tikan  əkib  peşmançılıq 
biçdilər. 
Görək Əbdürrəhman ibni Ovf nə oldu və onun planı hara 
yetişdi?  Tarixçilər  deyirlər  ki,  Əbdürrəhman  ibni  Ovf 
Osmanın iki şeyxin “sünnəsindən” çıxdığını və vəzifələri öz 
qohumları  arasında  bölüb  onlara  çoxlu  sərvət  bağışladığını 
gördükdə, çox peşman oldu. Yanına gəlib onu danladı: “Mən 
səni iş başına gətirdim
1
  ki,  Əbu  Bəkr  və  Ömərin  getdiyi  yol 
ilə  bizə  hökumət  edəsən.  Sən  onların  hər  ikisi  ilə  müxalifət 
etdin.  Öz  qohumlarına  çoxlu  hədiyyələr  verib  onları 
müsəlmanların boynuna mindirdin.” 
Osman  dedi:  “Ömər  Allah  yolunda  öz  qohumlarından 
uzaqlıq etdi, mən isə Allah yolunda onlarla yaxınlıq edirəm.” 
Əbdürrəhman dedi: “Allahla əhd edirəm ki, heç vaxt səninlə 
danışmayam.”  Dünyadan  gedənə  qədər  onunla  danışmadı. 
                                                 
1
  O  ki,  “mən  səni  iş  başına  gətirdim”  cümləsini  işlədir,  başa 
düşürük  ki,  o  özü  hər  işi  həll  etmişdi.  Və  xalqla  heç  bir  məsləhət 
etməmişdi. 


 
49 
Ölüm  ayağında  olanda  Osman  onu  görməyə  gəldisə  də, 
oüzünü divara çevirib onunla danışmadı.
1
 
Beləliklə, imamın Səd haqqında etdiyi duanı Allah qəbul 
etdi.  Eləcə  də  Allah  onun  Təlhə  və  Zübeyr  haqqında  etdiyi 
duanı qəbul etmiş və hər ikisi öldürülmüşdü. 
Məzhəbcə  mötəzili  olan  İbni  Əbil-Hədid  “Nəhcül-
bəlağənin  şərhi”ndə  deyir:  Əli  (ə)  şura  günü  qəzəbləndi. 
Əbdürrəhman  ibni  Ovfun  qurduğu  hiyləni  dərk  etmişdi. 
Üzünü  ona  tutub  dedi:  Allaha  and  olsun!  Bu  işi  o  ümidlə 
etdin  ki,  dostun  dostu  üçün  o  ümidlə  etmişdi.  Allah  sizin 
aranızı vursun.
2
 
İmam  Əli  (ə)  bildirmək  istəyir  ki,  Əbdürrəhman 
Osmanın  özündən  sonra  onu  xilafətə  qoyacağına  ümid 
bəsləyirdi. Elə Əbu Bəkr də Ömər üçün belə etmişdi. 
Əli  (ə)  ona  dedi:  “Özündə  istifadə  edə  biləcəyin  südü 
sağ, bayrağı bu gün onun üçün bağla, ta sabah özünə qayıda.” 
İmam belə bir məsəl çəkmişdi: 
“Dəqqəllahu  beynəkuma  ətrə  mənşəmin”  və  ya  deyir: 
“Əşəmu  min  ətri  mənşəmin”  ki,  düşmənçilik  və  müharibə 
əlamətidir. 
Allah imamın  duasını  eşitdi. Bir  neçə  il  keçmədi,  Allah 
onların arasında düşmənçilik və kin yaratdı. Əbdürrəhman öz 
yeznəsi  ilə  düşmənçiliyə  başladı,  ölənə  qədər  onunla 
danışmayıb,  hətta  ona  cənazə  namazı  qılmağa  belə  icazə 
vermədi! 
Həmçinin, bu da bizim üçün aydın olur ki, imam Əli (ə) 
yeganə  şəxsdir  ki,  Mühəmməd  (s)  sünnəsinin  qalması  üçün 
xilafəti fəda verdi və sünnəni qorudu. 
Ey  əziz  oxucu!  İndiyə  qədər  əhli-sünnət  və  camaatın 
həqiqətini düşünüb bildin ki, onlar necə adamlardır? Mömin 
isə,  düzdür  sadə  və  hörmətə  layiqdir.  Amma  bir  yerdən  iki 
dəfə sancılmaz. 
                                                 
1
 “Nəhcül-bəlağənin şərhi”, İbni Əbil-hhədid, 1-ci cild. səh. 188. 
2
 “Şərhi Nəhcül-bəlağə”, İbni Əbil-hədid, 1-ci cild, səh. 188. 


 
50 
8-ƏBU BƏKRİN QIZI AİŞƏ 
O,  Peyğəmbərin  zövcəsi  və  Ümmül-möminindir. 
Peyğəmbər  (s)  hicrətin  2-ci,  ya  3-cü  ilində  onunla  ailə 
qurmuşdur. Peyğəmbər (s) dünyadan getdiyi zaman – məşhur 
nəzərə  görə  –  o,  on  səkkiz  yaşında  olmuşdur.  Qeyd  etmək 
lazımdır ki, bu ləqəb Peyğəmbərin bütün qadınlarına aiddir. 
Məsələn: Xədicə Ümmül-möminin, Həfsə Ümmül-möminin, 
Mariyə və... 
Bunu  qeyd  etməkdə  məqsədimiz  budur  ki,  təəssüflər 
olsun  ki,  camaatın  br  çoxu  həqiqətdən  xəbərsizdirlər.  Yəni 
onlar  bilmirlər  ki,  Ümmül-möminin  (möminlərin  anası) 
Peyğəmbər  (s)-in  bütün  zövcələrinə  deyilir.  Əhli-sünnətin 
rəvayətlərinin  hamısı  Aişədəndir.  Peyğəmbər  (ə)-in  başqa 
zövcələri haqqında bir söz demək istəyəndə Aişədən rəvayət 
edirlər.  Dinlərinin  yarısını  Aişədən  –  Hümeyrədən  (qırmızı 
üzdən) götürürlər. Guya onlar belə başa düşüblər ki, Ümmül-
möminin  ləqəbi  Peyğəmbərin  zövcələrinin  arasında  təkcə 
Aişəyə  verilmişdir.  Halbuki  Peyğəmbər  (s)-i  dünyadan 
gedəndən  sonra  onun  bütün  qadınları  ilə  evlənməyi  Allah 
möminlərə haram etmiş və buyurmuşdur: 
 ُهَجاَو ْزَأ اوُحِكنَت نَأ  َلاَو ِ َّللّا َلوُسَر اوُذ ْؤُت نَأ ْمُكَل َناَك اَمَو
 اًميِظَع ِ َّللّا َدنِع َناَك ْمُكِلَذ َّنِإ اًدَبَأ ِهِدْعَب نِم
 
Siz  Allah  Peyğəmbərinə  əziyyət  edə  və  onun 
qadınları  ilə  –  ondan  sonra  –  evlənə  bilməzsiniz.  Bu  iş 
Allah yanında çox böyükdür.”
1
 
Həmçinin buyurur: 
 ُّيِبَّنلا
ىَل ْوَأ
 
 ْمُهُتاَهَّمُأ ُهُجاَو ْزَأَو ْمِهِسُفنَأ  ْنِم َنيِنِمْؤُمْلاِب
 
“Peyğəmbər  möminlərə  onların  özlərindən  daha 
yaxındır. Onun övrətləri (möminlərin) analarıdır.”
2
 
Keçən  bəhslərdə  Təlhənin  sözündən  Peyğəmbər  (s)-in 
narahat olmasını qeyd etmişdik. O demişdi: “Mühəmməd (s) 
öləndən  sonra  Aişə  (bibim  qızı)  ilə  evlənəcəyəm!”  Allah 
                                                 
1
 “Əhzab” surəsi, 53-cü ayə. 
2
 “Əhzab” surəsi, 6-ci ayə. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə