Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq



Yüklə 315,27 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix26.03.2018
ölçüsü315,27 Kb.
#33390
1   ...   6   7   8   9   10   11   12   13   14

Ibrahimova B. 

36 


02/02/2002 

 

GƏLƏCƏK UŞAQ 

Sizin körpəniz içəridə və ətrafda baş verən hər bir şeyi eşidir. Körpə az olsa da, əvvəllər də bunu edə bilirdi. Indi bu daha təkmilləşmiş 

formada baş verir. Varisinizi bir qədər şirnikləndirin. Əvvəllər o, ancaq Sizin ürək döyüntünüzü, qarın qurultunuzu, məişət səslərini

“Santa Barbara” serialının qəhrəmanlarının dialoqlarını və musiqi treklərini dinləyirdisə, indi onun üçün Motsartı. Vivaldini, 

Çaykovskini, Ştrausu səsləndirin. Müasirlərimizi də uutmayın. Lentə alınmış təbiət səsləri də yaxşı nəticə verə bilər. 

 

Bunu daha erkən dövrlərdə də etmək olar. Biz inanırıq ki, Siz məhz belə etmisiniz! 



Körpənin çəkisi – 800 q, uzunluğu – 32,5 sm-dir. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu dövrdə çəkiniz çox arta bilər. 

 

Iyirmi yeddinci həftə. 

 


Ibrahimova B. 

37 


02/02/2002 

Bu dövrdə çəkiniz çox arta bilər. Insanlar arasında müxtəlif fikirlər yürüdülür, lakin qeyd etməliyik ki, hamiləlik ərzində əldə eydiyiniz 

artıq kq-lar Sizi narahat etməməlidir. Çəkinin artması hamilə qadının orqanizmində sağlam dəyişikliklərin baş verməsini göstərir.  

 

Demək olar ki. bütün qadınlarda döş vəzilərinin ölçü və çəkisinin artması müşahidə olunur. Adi halda qadınların süd vəzilərinin çəkisi 



orta hesabla 200 q-r, lakin hamilə qadınlarda isə 780 q-r ola bilər.  

 

Əldə etdiyiniz artıq çəkinin böyük hissəsi dölyanı suların və əlavə qan həçminin hesabınadır. Körpənin və ciftin də çəkisini ora əlavə 



etməyi unutmayın. Belə olduğu halda Sizin əldə etdiyiniz şəxsi çəki çox cüzi olur. Orta hesabla, qadın bütün hamiləlik boyunca 11-13 kq 

ala bilər. 

 

Yadda saxlayın ki, hamiləlik,  arıqlama məqsədi ilə saxladığınız müxtəlif pəhrizləri davam etdirmək üçün heç də uyğun vaxt deyil. 



 

Artıq çəkiniz Sizi narahat etsə belə, onu azaltmağa çalışmayın – bu körpəyə ziyan vura bilər. 



GƏLƏCƏK UŞAQ 

 

 



Körpə daim suda olduğu üçün dərisi qırışlıdır. Doğuşa bir neçə həftə qalmış bu qırışlar itəcək. 

 

Körpənin çəkisi 900-q-a yaxındır. 



 

 

 



 

 

 

 

 

 

 

 


Ibrahimova B. 

38 


02/02/2002 

 

 

Doğuş, vaxtından əvvəl baş verərsə, körpənin yaşama şansı var. 

 

Iyirmi səkkisinci həftə. 

 

 

Qadın. 

Mama-ginekoloqla görüşləriniz 2 dəfə artacaq. Mütəxəssislə gələcək doğuşun perspektivləri barədə danışmağın tam zamanıdırı. 

Doğuşun ağrısızlaşdırılması, epiziotomiya, doğuş fəaliyyətinin stimulyasiyası kimi vəziyyətləri əvvəlcədən aydınlaşdırmaq pis olmazdı. 

Bunların hər biri ilə doğuş zamanı üz-üzə gələ bilərsiniz, ona görə də, bu barədə məlumatlı olmanız çox əhəmiyyətlidir. 

 

Bəlkə də süd vəziləriniz molozivo adlanan qatı maddə ifraz etməyə başlamışdır. Lakin bunun hələ olmaması heç də mənfi bir əlamət 



kimi qiymətləndirilməməlidir.  

 

Rh-konflikti olan qadınlara bu dövrdə ana və döl orqanizmləri arasında konflikti azaltmaq məqsəi ilə bəzi xüsusi maddələr (Rhogam 



tipli) yeridilir. 

 

Əgər həyat yoldaşınız Rh (-), Sizdə Rh (+) dirsə, bu Sizi narahat etməməlidir. 



 

GƏLƏCƏK UŞAQ 

 

Körpənizin kiprikləri də var! 



 

Əgər oğlandırsa, bu həftədə yumurtalar xayaya düşür (onlar qarın boşlüğünda idilər). Uzunluğu 35 sm-dir, çəkisi 1 kq-r.  

 

Bu həftədə doğulmuş uşaqlaq müasir tibbi texnologiyanın köməyi ilə yaşama şansı əldə edirlər. 



 

 


Ibrahimova B. 

39 


02/02/2002 

 

 

 

 

 

 

 

 

 

Döl, doğuşa və uşaqlıqdan kənar həyata hazırlıq işləri ilə məşğuldur. 

 

Iyirmi doqquzuncu həftə. 

 

Qadın. 

 

Sonuncu kvartala xoş gəlmisiniz! 



Döl böyüməkdə davam edir və Sizin narahatlığınız arta bilər. Bu təbiidir, çünki hamiləlik vəziyyətində olan uşaqlığın yaxınlığında 

yerləşən daxili orqanlarınızın yeri getdikcə daralır. 

 

Xoşagəlməz hissləri azaltmaq üçün qamətinizi düz saxlayın, yeməyinizə diqqət yetirin (köp verən qida məhsullarını qəbul etməyin), 



idman və istirahət edin. Lakin bütün bunlara ramən tənəffüsün çətinliyi, beldə və ayaqlarda ağırlıq hissi Sizi tərk etməyə də bilər. 

Möhkəm olun! 

 

GƏLƏCƏK UŞAQ 

Döl, doğuşa və uşaqlıqdan kənar həyata hazırlıq işləri ilə məşğuldur. O, artıq bədən temperaturunu nisbətən tənzim etməyi öyrənmişdir. 

Onun orqanizmində qirmızı qan kürəciklərinin yaranması üçün tam məhsuliyyəti qırmızı sümük iliyi daşıyır. Gün ərzində körpə 

dölyanı sulara yarım-litrə yaxın sidik ifraz edir! 

 



Yüklə 315,27 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə