H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   24

59 

 

edilən  yeganə  preparatdır,  çünki  sidikdə  onun  effektiv  miqdarı  3  sutkaya  qədər  və 



daha çox qalır. 

  Hamiləlik  zamanı  mütləq  əksgöstərişləri  olan  antibakterial  preparatlara 

aşağıdakılar aiddir:  

 



Ftorxinolonlar  –  onlar  döldə  artropatiyanın  iknişafına  səbəb  ola  bilər  

(norfloksasin, siprofloksasin, ofloksasin); 

 

Oksolin  turşusu  (qramurin)  və  pipemidin  turşusu  (pimidel,  palin,  uropimid)  - 



fetotoksik effektlərin yaranması riskini artırır; 

 



Tetrasiklinlər    -  döldə  skeletin  və  diş  emalının    formalaşması    qüsurlarının 

tezliyini artırır, 1 yaşa qədər uşaqlarda dişlərin sarı-qəhvəyi rəngə boyanmasına səbəb 

olur; 



 



Levomisetin  -  qaraciyərə  toksik  təsir  riski,  döldə  leykopeniyanın  inkişaf 

etməsi,  həmçinin  yenidoğulmuşların  ürək-damar  çatışmazlığının  yaranması  üzündən 

istifadəsi əksgöstərişdir. 

 Hamilə  qadınlarda  SİYİ-nin  antimikrob  müalicəsinin  seçimi    zamanı  meydana 

çıxan  çətinlikləri,  mikroorqanizmlərin  rezistentliyinin,  həmçinin  əhalinin 

allergizasiya  səviyyəsinin  yüksək  olmasını  nəzərə  alaraq  alteranativ  müalicə 

metodlarının  tətbiq  edilməsi  məsələsi  ortaya  çıxır.  Bəzi  əlavə  fiziki  müalicə 

metodlarının:  infraqırmızı  lazer  şüalanmasının  böyrəklərin  nahiyəsinə  təsiri,  döş 

zonasına  qoymaqla  çox  yüksək  tezlikli  (ÇYT)-müalicə,    helium-neon  lazerin    döş 

qəfəsi limfa kollektoruna dəridən təsir göstərməsi (şüalanma zonasında dəri örtüyünə 

heparin-timalin  applikasiyası  ilə  birlikdə),  hiperbarik  oksigenləşmənin  yaxşı 

terapevtik effekt verməsinə dair müəyyən məlumatlar vardır. 

  Hestasiya  prosesi  zamanı  simptomsuz  bakteriuriyaya  xüsusi  diqqət  yetirmək 

lazımdır.  Çoxsaylı  klinik  müşahidələr  və  laborator  müayinələr  belə  söyləməyə  əsas 

verir  ki,  müasir  dövrdə  sidiyin  təkrar  müayinəsi  zamanı  bakteriuriyanın  aşkar 

edilməsi    mütləq  antibakterial  müalicənin  aparılmasını  tələb  edir.  Belə  yanaşma 

hamilə  və  zahı  qadınlarda  böyrək  çatışmazlığının  yaranması  və  inkişaf  etməsi  

ehtimalını  kəskin  aşağı  salır,  həmçinin  hamiləlik  vaxtı  preeklampsiyanın  inkişaf 

etməsinin qarşısını alır. 



60 

 

 



BAKI ŞƏHƏRINDƏ HAMILƏ QADINLARDA BÖYRƏK  

PATOLOGIYASI ILƏ XƏSTƏLƏNMƏNIN STRUKTURU 

   Sidik-  ifrazat  sistemi  orqanlarının  patologiyası  müasir  dövrdə  tibb  elmi  və 

təcrübəsinin  mühüm  problemlərindən  biri  sayılır  və  hamilə  qadınların  xəstələn- 

məsinin strukturunda aparıcı yerlərdən birini tutur. Böyrəklərin bir çox xəstəliklərinin 

aqibəti -  xronik böyrək çatışmazlığı ən təhlükəli patoloji vəziyyətlərdən hesab edilir. 

Əmək  qabiliyyətinin  itirilməsi  ilə  əlaqədar  böyük  iqtisadi  itkilər,  xəstələrin 

müalicəsinin  və  reabilitasiyasının  çox  baha  olmasıda  həmçinin  sidik-ifrazat  sistemi 

orqanlarının  və  xüsusilə  də  böyrəklərin  xronik  xəstəliklərinin  sosial  əhəmiyyətini 

müəyyən  edir.  Bununla  əlaqədar  olaraq  böyrək  patologiyası  (BP)  və  onun 

ağırlaşmaları  ilə  əlaqədar  hamilə  qadınların  sağlamlığının  itirilməsinin  azaldılması 

üzrə  elmi  cəhətdən  əsaslandırılmış  tədbirlər  kompleksinin  hazırlanması  üçün 

xəstəliyin  epidemioloji  aspektlərinin  öyrənilməsi,  hamilə  qadınların  erkən 

diaqnostikasının  və  təqibi  alqoritmini  təkmilləşdirilməs  lazımdır  -    bu,  hazırkı 

müayinələrin  aktuallığını  şərtləndirmişdir.  Eyni  zamanda  böyrək  patologiyası  iltiha-

bi-infeksion  xəstəlik  olmaqla  bərabər    sosial-epidemioloji  münasibətdə  olduqca  az 

öyrənilmişdir ki, bu da onun profilaktikasının imkanlarını məhdudlaşdırır . 

Müayinələrin  hazırkı  mərəhələsində  işin  məqsədi:  hamilə  qadınlarda  bu 

patologiyanın epidemioloji və klinik-laborator aspektlərinin öyrənilməsinin əsasında 

BP-nin profilaktikasının kompleks sisteminin təkmilləşdirilməsi olmuşdur. 

Təsadüfi  deyildir  ki,  Bakı  şəhərində  hamilə  qadınlar  arasında  böyrək  

patologiyasının heç bir mükəmməl sistemi indiyə qədər hazırlanmamışdır, onsuz isə, 

yəni  təkcə  müalicə  tədbirləri  ilə  bu  xəstəliklərin  yayılmasını  məhdudlaşdırmaq 

mümkün  deyildir.  Bununla  əlaqədar  olaraq  hamilə  qadınlar  arasında  BP-nin 

profilaktikasının  epidemioloji  baxımdan  mühüm  məsələlərinin  öyrənilməsi  bizim 

əsas  vəzifəmiz  olmuşdur.  Böyrək  patologiyası  xəstələnmənin hər  yerdə  və  getdikcə 

artması, əhalinin sağlamlığına onun çoxcəhətli, sistem təsiri çoxməqsədli profilaktik 

kompaniyaların həyata keçirilməsinin vacibliyini aktuallaşdırır. Böyrək patologiyası 




61 

 

profilaktika  tədbirlərinin  effektivliyinin  risk  amillərinin  dürüst  qiymətləndirilməsin-



dən və onların aktivliyinin azaldılmasına dair yanaşmaların işlənib hazırlanmasından 

birbaşa  asılı  olduğunu  nəzərə  alaraq  son  illər  xəstələnmənin  sosial-epidemioloji 

aspektlərinin öyrənilməsinə böyük diqqət verilir .  

  Qarşıya  qoyulan  məsələləri  həll  etmək  üçün  Bakı  şəhərində  2009-cu  ildən  2011-ci 

illər ərzində epidemioloji müayinələr aparılmışdır. Bu zaman Bakı şəhərində hamilə 

qadınlar  arasında  BP-nin  yayılması  səviyyəsini  öyrənmək  üçün  retrospektiv 

epidemioloji  təhlil  metodundan  istifadə  edilmişdir.  Hamilə  qadınlarda  BP-nin 

yayılması  tezliyi  və  xəstələnmə  səviyyəsi  nozoformadan  asılı  olaraq  üçillik  dövr 

ərzində  xəstəlik  tarixlərinin  təhlili  əsasında  öyrənilmişdir.  Buraya  250  qadında 

hamiləliyin, doğuşların, doğuşdan sonrakı dövrün klinik xarakteristikasının, gedişinin 

xüsusiyyətlərinin, dölün və yenidoğulmuşun vəziyyətinin təhlili daxildir. 

Xəstələrin hamısı aşağıdakı qruplara bölünmüşdür: 

 

 I  qrupu  BP  olan  250  hamilə  qadın;    II  qrupu  80  sağlam  hamilə  qadın  təşkil 



etmişdir. 

I  və  II    qrupda  hamilə  qadınların  yaşı  17  yaşdan  39  yaş  arasında  dəyişmiş  və  orta 

hesabla I qrupda 27,7±0,6 yaş,  II qrupda isə – 24,5±0,7 yaş təşkil etmişdir.  

 

Epidemioloji təhlilin əsasında müəyyən edilmişdirki,  Bakı  şəhərində 2009-cu 



ildən 2011-ci müşahidə illəri ərzində hamilə qadınlarda BP-nin yayılmasıi ntensivliyi 

11,0%  təşkil  etmişdir  (şəkil  1).  Əgər  Bakı  şəhərində  2009-cu  ildə  BP  olan  337 

(10,0%) hamilə qadın qeydə alınmışdırsa, onda 2010-cu ildə Bakı şəhərində BP olan 

385  (12,0%) hamilə qadın qeydə  alınmışdır. 2011-ci ildə BP olan  hamilə qadınların 

sayı 2009-cu illə müqayisədə artmış və 390 hadisə təşkil etmişdir (11,0%). 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə