H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   24

56 

 

görə  –  SİYİ-nin  ağırlaşmamış  (sidik-ifrazat  yolları  orqanlarının  normal  strukturu  və  



funksiyası),    ağırlaşmış  (struktur  dəyişikliklərin,  yanaşı  gedən  ağır  xəstəliklərin, 

immunodefisit və s. fonunda) formaları vardır . 

      Hamiləlik  vaxtı  sidikdə  əsasən  Escherichia  coli  (SİYİ-nin  80%-ə  qədər 

hallarında)  aşkar  edilir.  Hamiləlik  vaxtı  sidik-ifrazat  yollarının  infeksiyalarının 

rekurrent formalarının mümkün risk amilləri kimi Proteus mirabilis və Enterococcus 

faecalis-in  böyük  rol  oynaması  qeyd  edilir.  Belə  məlumatlar  vardır  ki,  sidikdə 

uropatogenlərin sayı hətta az olduqda (1ml-də 10

5

-dən aşağı) β-hemolitik streptokokk 



və S.saprophyticus sidik-ifrazat yollarının infeksiyalarının səbəbkarı ola bilər. Hamilə 

qadınlarda digər mikroorqanizmlər az rast gəlir. 

   Hamilə  olan  və  olmayan  qadınlarda  SİYİ  zamanı  aşkar  edilən  törədicilərin 

növləri,  ədəbiyyat  məlumatlarına  əsasən,  o  qədər  də  fərqlənmir.    Hamilə  qadınlarda 

simptomsuz  gedişli  SİYİ  zamanı  və  həmçinin  kəskin  nəzərə  çarpan  klinik  əlamətlər 

olduqda  mikroorqanizmlərin  spektri  praktiki  eynidir.  Hamıya  məlumdur  ki, 

yoluxmanın  başlıca  yolu  –  qalxan  yoldur.  Bakteriemiya  fonunda  böyrələrin  paren-

ximasının hematogen infeksiyalaşması ehtimalı da istisna edilmir, lakin bu yol çox az 

hallarda rast gəlir. 

  Müasir  dövrdə  hamilə  qadınlarda  SİYİ-nin  diaqnostikası  məsələsi  o  qədər 

çətinlik törətmir. Belə ki, mürəkkəb və invaziv metodlardan istifadə etmədən düzgün 

diaqnoz qoymağa imkan verən standart müayinə metodları dəsti vardır. Bununla belə, 

SİYİ  olan  hamilə  qadınlarda  müalicə  metodlarının  seçimi  ilə  əlaqədar  bir  çox 

məsələlər ortaya çıxır. Bu, SİYİ törədən uropatogenlərin mikrobəleyhinə preparatlara 

qarşı  rezistentliyinin  dəyişilməsi  ilə  bağlıdır.  Rezistenlik  anlayışına  mikroor-

qanizmin  fərdi  xüsusiyyətləri,  rezistent  mikroorqanizmlərin  uzun  müddət  persisten-

siya etdiyi rezervuarın olması, həmçinin  mikrobəleyhinə preparatların qeyri-adekvat 

tətbiqi daxildir.  Son onillər  ərzində  antibiotiklərə qarşı  rezistentliyin  səbəblərinin  və 

aradan  qaldırılması  yollarının  tədqiqi  ilə  geniş  məşğul  olmağa  başlamışlar.  Hətta 

müxtəlif  regionlarda  antimikrob  preparatlara  qarşı  rezistentlik  üzərində  populyasiya 

nəzarətinin aparılması təklif edilir. 



57 

 

      Hamiləlik  vaxtı  SİYİ-nin  müalicə  metodunun  seçimi  zamanı    müxtəlif  amilləri 



nəzərə  almaq  lazımdır.  Əsas  törədicilərin  həssaslığı  haqqında  məlumatları  təhlil 

etmək vacibdir   (bu məlumatlar konkret region səviyyəsində əldə olunarsa, bu, daha 

optimal  variantdır).  Hamiləlik  və  laktasiya  vaxtı  fizioloji  dəyişiklikləri  nəzərə 

almaqla preparatın farmokinetikasının xüsusiyyətlərini bilmək vacibdir. İnfeksiyanın 

lokalizasiyasının  səviyyəsini  də  bilmək  az  əhəmiyyət  daşımır.  Hamiləliyin  vaxtını, 

həmçinin  xəstəliyin  gedişinin  xarakterini  (kəskin  və  ya  xronik  proses),    qadınların 

vəziyyətinin ağırlıq dərəcəsini nəzərə almaq lazımdır. 

  SİYİ  olan  hamilə  qadınlarda  aparılan  müalicənin  əsas  vəzifələri  simptomların  

aradan  qaldırılmasına,  sidik-ifrazat  yollarının  sanasiyasına,  residivlərin  qarşısının 

alınmasına,  hamiləlik  vaxtı  və  doğuşdansonrakı  dövrdə  baş  verən  ağırlaşmaların, 

həmçinin  perinatal  patologiyanın  profilaktikasına  yönəldilmişdir.  Antimikrob 

preparatların tətbiq edilməsi yollarına gəlincə, bunu demək olar ki,  hamiləlik zamanı 

çox  vaxt    preparatların  peroral  təyin  edilməsinə  üstünlük  verilir.  Bir  qayda  olaraq, 

parenteral yeridilmə ağırlaşmış gedişə malik kəskin pielonefrit zamanı və ya preparatı 

daxilə qəbul etmək imkanı olmadıqda tətbiq edilir.  

 Hamiləlik  vaxtı  farmakoterapiyanın    iki  tərəfi  mövcuddur:  ehtimal  olunan 

ağırlaşma  riski  və  müalicənin  mümkün  effektivliyi.  Bütün  variantları  adekvat 

qiymətləndirmək  və  ölçmək  həmişə  mümkün  deyildir,  çünki  təkcə  ananın  maraqları 

deyil,  həm  də  bətndaxilində  inkişaf  edən  dölün  vəziyyəti  də  nəzərə  alınmalıdır.  

Güman  edilir  ki,  sonralar  antimikrob  preparatların  təyin  edilməsi  ilə  əlaqədar 

meydana  çıxan  problemlərin  sayı  arta  bilər  (çünki  rezistentliyin  sürətlə  artması 

proqnozlaşdırılır),    hamiləlik  vaxtı  təyin  edilə  biləcək  preparatların  sayı  isə 

məhdudlaşdırılmışdır.  Kəskin  sistiti  olan  qadınlarda  E.coli-də  antibiotiklərə  qarşı 

yaranmış  rezistentliyə  dair  məlumatları  buna  misal  göstərmək  olar.  Bu  törədicinin 

rezistentliyinin  tezliyi  ampisillinə  qarşı  -  31,6-33,3%,  kotrimoksazola  -  14,5-18,4%, 

gentamitsinə  -  4,3-5,9%,  nitrofurantoinə  -  2,9-4,3%,  fosfomitsinə  qarşı  -  0%  təşkil 

edir. 

  

 Hamilə  qadınlarda  SİYİ-nin  müxtəlif  formalarının  müalicəsində  işlədilən 



preparatların seçimi geniş deyildir. Əksər həkimlərin fikrincə, penisillin antibakterial 


58 

 

preparatların  (penisillin, ampisillin, ampisid, amoksisillin, oksasillin, karbenisillin və 



s.) daha təhlükəsiz və geniş istifadə olunan qrupu sayılır. Hamilə qadınların müalicəsi 

zamanı  sefalosporinlər  arasında  I,  II  nəsil  (sefazolin,  sefoksitin,  sefuroksim, 

sefmetazol,  sefalotin)  və  III  nəsil  preparatları  (seftriakson)    effektiv  və  daha 

təhlükəsiz preparatlar sayılır. 

  Hamilə  qadınlarda  gentamitsin  preparatının  tətbiqi  zamanı  anadangəlmə 

anomaliyaların inkişaf etməsinə dair məlumatlar yoxdur.  Hamiləlik zamanı meydana 

çıxan əsas yanaşı təsirlərə oto- və nefrotoksiklik, həmçinin sinir-əzələ keçiriciliyinin 

pozulması aiddir. Hestasiya zamanı digər aminoqlükozidlərin ( kanamisin, amikasin) 

tətbiqinin təhlükəsizliyi məsələsi az öyrənilmişdir. 

   


Hestasiya  zamanı  eritromitsinin  istifadə  edilməsi  yaxşı  öyrənilmişdir.  O, 

minimal  miqdarda  ciftdən  keçir  və  dölə  mənfi  təsir  göstərmir.  Bu  sinfə  aid  digər 

preparatlar  (azitromisin,  roksitromisin,  klaritromisin)  hamiləlik  zamanı  az 

öyrənilmişdir. 

   

Əcnəbi  müəlliflərin  tədqiqat  işlərində  hamiləliyin  II  üçaylığında  təyin  edilən 



sulfametoksazol  və  trimetoprimin  kombinasiyası  ətraflı  tədqiq  edilmişdir.  Ko-

trimoksazol preparatının tərkibində hər iki komponent vardır. 

 Trimetoprim  antifolat  amil  olmaqla  hamiləliyin  erkən  vaxtlarında  sinir 

borusunun    inkişafına  təsir  edə  bilər,    doğuşdan  2-6  həftə  əvvəl  preparatı  təyin 

etdikdə yenidoğulmuşların hiperbilirubinemiyasının və sarılığın inkişaf riski meydana 

çıxır. 


 Əvvəllər  hamiləlik  zamanı  nitroksolin  (5-nitroks,  5-NOK)  preparatı  kifayət 

qədər  geniş  istifadə  edilirdi.  Son  illər  göstərilmişdir  ki,  onun  I  üçaylıqda  tətbiq 

olunması embriotoksik effektlə müşayiət edilə bilər.  Hamiləliyin sonunda preparatın 

tətbiqi zamanı dölün qaraciyərinə onun toksik təsir göstərməsi ehtimalına dair faktlar 

vardır. Müstəsna hallarda onu hamiləliyin II üçaylığında təyin etmək olar. 

  Hamiləlik  vaxtı  fosfomisin  trometamol  (monural)  preparatının  tətbiq 

edilməsinə (lakin çox böyük ehtiyatla) icazə verilir. Preparatın 3 q dozada  birdəfəlik 

qəbulu zamanı törədicinin eradikasiyası 95%-ə çatır.  Bu, ultraqısa sxem üzrə istifadə 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə