Gündüz Əvəzağa oğlu Əliyev Gülhava Akif qızı Nəbiyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/73
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8859
1   2   3   4   5   6   7   8   9   ...   73


 
5.2. Dürasiya qəpi .................................................................... 237 
5.3. Portfel üzrə dürasiya ......................................................... 240 
5.4. Faiz dərəcəsinin qabarıqlıq ölçüsü ................................... 241 
5.5. Dayanıqlılıq (immunization) ............................................ 243 
5.6. Faiz dərəcəsi və gəlir əyrisinin zaman strukturu .............. 245 
Cavablar: ..................................................................................... 250 
I HİSSƏ ................................................................................... 250 
II HİSSƏ .................................................................................. 254 
Ə L A V Ə L Ə R ........................................................................ 259 
Əlavə 1 ..................................................................................... 259 
Əlavə 2 ..................................................................................... 260 
Əlavə 3 ..................................................................................... 261 
Əlavə 4 – Maliyyə kalkulyatoru .............................................. 262 
Əlavə 5 – Kitabda istifadə olunan bəzi beynəlxalq terminlər .. 279 
İstifadə olunan ədəbiyyat ............................................................. 285 
 



 
Ön söz 
 
Aktuari ehtimal metodları tətbiq edərək statistik məlumatların 
təhlili, 
maliyyə 
proqnozlarının 
verilməsi, 
risklərin 
qiymətləndirilməsi, sığorta və təkrarsığorta tariflərinin hesablanması, 
sığorta ehtiyatlarının,  maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin, 
habelə investisiya risklərinin qiymətləndirilməsi məsələləri ilə məşğul 
olan mütəxəssisdir. İnkişaf etmiş maliyyə bazarlarında aktuarilər ən 
əhəmiyyətli  funksiyalara  malik  və  ən  yüksək  qiymətləndirilən 
ekspertlərdən  hesab  olunan  mütəxəssisdir.  Aktuarilər  həmçinin 
biznes,  maliyyə  və  sosial  sahədə  mürəkkəb  problemlərin  həlləri, 
analizi və toplanması üçün riyazi metodlardan istifadə etməklə fərdi 
və kooperativ riskləri qiymətləndirir, əsaslanmış sığorta və pensiya 
sxemlərini  maliyyə  cəhətdən  inkişaf  etdirir.  Aktuari  riyaziyyat, 
iqtisadi, maliyyə, ehtimal, statistik və biznes biliklərindən müəyyən 
hadisələrin  risklərinin  proqnozlaşdırılması  və  risklərin  qiymətini 
minimallaşdıran  polislərin  formalaşdırılması  üçün  istifadə  edir.  Bu 
səbəbdən  aktuari  sığorta  və  təkrarsığorta  sahələri  üçün  zəruridir. 
Aktuari ölüm, xəstəlik, qəza, əlillik və ya əmlak itkisi kimi hadisələrin 
baş verməsi ehtimalını və mümkün dəyərini qiymətləndirmək üçün 
statistik informasiya toplayır və təhlil edir. Aktuari, həmçinin tələb 
olunan  pensiya  gəlirləri  ilə  pensiya  ödənişlərinin  səviyyəsini  və 
investisiya  gəlirlərini  maksimallaşdırmaq  üçün  ehtiyatların 
investisiya  yolları  kimi  məsələləri  öyrənir.  Aktuarilər  öz  biliklər 
toplusundan istifadə etməklə sığorta polislərinin, pensiya planlarının 
və başqa maliyyə strategiyalarının dizayn və qiymət məsələlərinə bu 
planların  etibarlı  maliyyəyə  əsaslanması  məqsədilə  kömək  edir. 
Aktuari sığorta tariflərini və sığorta ehtiyatlarını hesablayır, ölüm və 
başqa ehtimallara əsaslanan modellər qurur.  
Müasir  anlamda  «aktuari»  ixtisasının  mənbəyi  ilk  həyat 
sığortası təşkilatında elmi cəhətdən əsaslandırılmış sığorta haqlarının 
hesablanması tələbinin yaranması ilə əlaqədardır. İlk aktuar firması 



 
1762-ci  ildə  Böyük  Britaniyada  yaradılıb.  Sonrakı  illərdə  bazarın 
tələbləri  belə  firmaların  sayının  sürətlə  artmasına  səbəb  olub.  Bu 
proses  aktuari  ixtisaslı  təşkilatın  yaradılması  zərurətinin  başa 
düşülməsi  ilə  nəticələndi.  Beləliklə,  Londonda  aktuarilər  institutu 
(1848) və Edinburqda aktuarilər fakültəsi (1856) yarandı. 
Müxtəlif  reytinq  təşkilatları  tərəfindən  ən  çox  illik  qazancı 
olan 10 peşədən biri kimi qiymətləndirilən aktuari peşəsinin inkişafı 
Azərbaycan  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Bu səbəblə  son illər 
respublikamızda da bu fəaliyyət növü inkişaf etməyə başlayıb. Belə 
ki, 2008-ci ildə ilk dəfə Maliyyə Nazirliyinin dəstəyi ilə keçirilən çox 
mərhələli  ”Aktuari  hesablamaları”  kurslarından  sonra  bu  fəaliyyət 
növünün inkişafı geniş vüsət almış, Kursları qismən və ya tam şəkildə 
bitirib sertifikat alan məzunların hər biri sığorta şirkətlərinə, Dövlət 
Sosial  Müdafiə  Fonduna,  Maliyyə  Nazirliyinə  və  başqa  müxtəlif 
maliyyə  təsisatlarına  cəlb  edilərək  həmin  təşkilatların  aparıcı 
mütəxəssislərinə  çevriliblər.  Respublikamızda  -  xüsusən  sığorta 
bazarında  və  pensiya  fondunda  hələ  də  aktuarilərə  böyük  ehtiyac 
duyulmaqdadır. 
Aktuari sahəsinin Azərbaycanda yeni olması və Azərbaycan 
dilində  dərs  vəsaitinin  olmaması  bu  kitabı  hazırlamaq  zəruriyyəti 
yaratmışdır. 
Kitab aktuarilər üçün Azərbaycanda və dünyada təşkil edilən 
kvalifikasiya  imtahanlarına  və  universitetlərdə  aktuari  ixtisası  üzrə 
tədris proqramına əsasən hazırlanmışdır. 
Kitabda aktuari olmaq istəyənlər üçün baza biliklər verilməklə 
100-dən  artıq  tətbiqi  məsələ  həll  edilmiş,  200-dən  artıq  məsələlər 
tapşırıq olaraq verilmişdir. Kitab 2 hissədən ibarət olmaqla ehtimal 
nəzəriyyəsi,  riyazi  statistika  (tətbiqi  məsələlərlə)  və  maliyyə 
riyaziyyatını  əhatə  edir.  Həmçinin  kitabın  əlavə  hissəsində 
aktuarilərin  hazırlıq  və  iş  prosesində  istifadə  etdikləri  maliyyə 
kalkulyatorunun  istifadə  qaydaları  da  tətbiq  misallarla  verilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə