Günah lüğət elmində


ĠMAMƏT BƏHSLƏRĠ NƏ VAXTDAN BAġLANDI?



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə3/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   2   3   4   5   6   7   8   9   ...   101

 

ĠMAMƏT BƏHSLƏRĠ NƏ VAXTDAN BAġLANDI? 
Ġslam  peyğəmbərindən  sonra  caniĢinlik  məsələsi  ilə  bağlı 
mübahisə  yarananda  bir  qrup  Peyğəmbərin  (s)  özünə  caniĢin  təyin 
etmədiyini  və  bu  iĢi  ümmətin  öz  öhdəsinə  qoyduğunu  iddia  etdi. 
Dedilər ki, ümmət bir yerə toplaĢıb, öz aralarından bir nəfəri rəhbər 
seçməlidir.  Həmin  Ģəxs  hökuməti  idarə  etməli,  xalqın  nümayəndəsi 
olaraq  rəhbərlik  vəzifəsini  yerinə  yetirməlidir.  Hərçənd,  Ġslam 
tarixində  belə  bir  seçki  əsla  baĢ  vermədi.  Xəlifəliklə  bağlı  ilk 
mərhələ  yalnız  səhabədən  təĢkil  olunan  kiçik  bir  dəstənin  təyini, 
ikinci mərhələ səsvermə, üçüncü mərhələ isə altı nəfərdən ibarət bir 
Ģura vasitəsilə baĢa çatdı. Bu növ təfəkkür tərzinin tərəfdarları “əhli-
sünnə” adlanırlar. 
Bu  fikrə  müxalif  qrupun  əqidəsincə,  Peyğəmbərin  (s)  caniĢini 
Allah  tərəfindən  təyin  olunmalıdır.  Çünki  o,  ümmətin  maddi  və 
mənəvi rəhbərliyini öhdəsinə götürmək, Ġslamın əsaslarını qorumaq, 
dini  yaĢatmaq,  Ģəri  hökm  və  Quranın  incəliklərini  Ģərh  etmək  üçün 
Peyğəmbər (s) kimi yüksək elmə malik olmalı, günah və xətaya yol 
verməməlidir.  Bu  qrup  “imamiyyə”,  yaxud  “Ģiə”  adlanır.  Bu  ad 
Peyğəmbərdən  (s)  nəql  olunan  hədislərdən  götürülmüĢdür.  Belə  ki, 
əhli-sünnənin  məĢhur  mənbələrindən  sayılan  “Əd-durrul-mənsur” 
kitabında  Cabir  ibn  Abdullah  Ənsaridən  belə  nəql  olunur:  “Biz 
Peyğəmbərin  (s)  yanında  idik.  Bu  zaman  Əlinin  (ə)  bizə  tərəf 
gəldiyini gördük. Peyğəmbər (s) buyurdu:
 
...
  ُ اَٚ ان٘  مَّْ ا
ٚةُي  بفلْاٌِا ُةُٙاٌَ ةُٗاَزاَع٠
  خاَِب١ ملْاٌِا اََ لْاِٛاَ٠  اَْ
“O  və  onun  şiələri  qiyamət  günü  nicat  tapacaqlar.”  Bu 
məqamda “Ġnnəl-ləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-
bəriyyəh” 
(«Həqiqətən, 
iman 
gətirib 
saleh 
iĢ  görənlər 
yaradılmıĢların ən yaxĢılarıdır») ayəsi nazil oldu.”
 1
 
Hicri-qəməri 5-ci əsrin məĢhur əhli-sünnə alimi Hakim NiĢapuri 
“ġəvahidut-tənzil”  kitabında  Peyğəmbəri-əkrəmdən  (s)  müxtəlif 
sənədlərlə  bu  məzmunu  ifadə  edən  iyirmidən  artıq  rəvayət  nəql 
etmiĢdir. O cümlədən, Ġbn Abbasdan belə nəql olunur: “Həqiqətən, 
iman  gətirib  saleh  iĢ  görənlər  yaradılmıĢların  ən  yaxĢılarıdır!” 
ayəsi nazil olanda, Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu:
 
                                                 
1
 “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 379. (“Bəyyinə” surəsinin 7-ci ayəsinin 
təfsirində.) 


 

 اَذاَع١ّ اَٚ  اَذلْأِاَا اَٛةُ٘
 اَن
 ...
“Bu ayədə məqsəd sən və sənin şiələrindir!”
1
  
BaĢqa  bir  hədisdə  Əbu  Bərzədən  nəql  olunur  ki,  Peyğəmbəri-
əkrəm (s) bu ayəni tilavət etdikdən sonra buyurdu: 
 لْاُِةُ٘
 اَذاَع١ّ اَٚ  اَذلْأِاَا
 ّٝ ٍاَ  ب٠ اَن
 
“Ya Əli! Onlar sən və şiələrindir!”
2
  
Bu  hədis  əhli-sünnə  Ġbn  Həcərin  “Əs-səvaiq”  və  Məhəmməd 
ġəbləncinin  “Nurul-əbsar”  kimi  mötəbər  kitablarında  da  qeyd 
olunmuĢdur.
3
  
Bu  rəvayətlərə  əsasən,  imam  Əlinin  (ə)  tərəfdarları  və 
ardıcıllarının  adını  Peyğəmbəri-əkrəmin  (s)  özü  təyin  etmiĢdir. 
Bəzilərinin bu ad və ünvandan narahat olub onu pis yad etməsi, “Ģ” 
hərfi ilə “Ģər”, eləcə də, “Ģ” hərfi ilə baĢlanan digər pis sözlər kimi 
nəzərdə tutması təəccüblü deyilmi?! 
Doğrusu, həmiĢə məntiqi dəlillər üzərində hərəkət etməyə cəhd 
göstərən bir tədqiqatçının belə sözlər deməsi maraqlıdır! Halbuki hər 
bir sözün hərflərini asanlıqla pis və ya yaxĢı mənalarda yozmaq olar. 
Ümumiyyətlə, Ģiəliyin yaranıĢı Ġslam peyğəmbərinin vəfatından 
sonraya yox, elə o həzrətin öz zamanına təsadüf edir. Peyğəmbər (s) 
bu  adı  imam  Əlinin  (ə)  dostları  və  ardıcıllarına  aid  etmiĢdir.  Ġslam 
peyğəmbərini Allahın rəsulu kimi tanıyanlar yaxĢı bilirlər ki, (Quran 
ayəsinə  əsasən,)  o  həzrət  nəfsani  hisslər  əsasında  danıĢmır,  bütün 
dedikləri  vəhydən  qaynaqlanır.  Əgər  o  həzrət  “Ya  Əli,  sən  və 
ardıcılların  qiyamət  günü  nicat  tapanlardansınız”,  –  deyə 
buyurmuĢsa, demək, bu əsl həqiqətdir. 
*** 
 
 
 
 
 
                                                 
1
 “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 357. 
2
 Yenə orada, səh. 359. 
3
 “Əs-səvaiq”, səh. 96 və “Nurul-əbsar”, səh. 70 və 110. Bu hədisin raviləri 
və onu nəql edən kitablar barəsində əlavə məlumat əldə etmək istəyənlər “Ehqaqul-
həqq”  kitabının  3-cü  cildinin  287-ci  və  14-cü  cildinin  258-ci  səhifələrinə  müraciət 
etsinlər. 


 

QURAN VƏ LÜĞƏTDƏ “ĠMAM” SÖZÜ 
Lüğət  alimlərinin  qeyd  etdikləri  kimi,  “imam”  sözü  feldən 
əmələ  gələn  mücərrəd  isimdir  və  insanın  diqqət  mərkəzində 
saxladığı, ardınca düĢərək tələb etdiyi hər bir Ģeyə aid edilir. Bu söz 
müxtəlif  yerlərdə  ayrı-ayrı  mənaları  ifadə  edir.  Məsələn,  bəzən 
“imam  cümə”,  ”imam  camaat”,  “hidayət  imamı”,  bəzən  də  “zəlalət 
imamı” kimi müəyyən mənalar nəzərdə tutulur.
1
  
Bu  söz  əslində  “niyyət  etmək”  mənasını  daĢıyan  “əmm” 
sözündən  götürülmüĢdür.  “Məqayisul-lüğət”  kitabında  yazılır: 
“Ümm” əsl, mərcə, camaat və din mənalarını bildirir, iqtida olunan 
və  hər  bir  iĢdə  qabaqcıl  Ģəxsə  “imam”  deyilir.  “Ġmam”  sözü  “ön” 
mənasında da iĢlədilmiĢdir.” 
“Lisanul-ərəb”  kitabında  “imam”  sözünün  bir  çox  mənaları 
qeyd  edilmiĢdir.  O  cümlədən,  qabaqcıl,  müəllim,  evin  bünövrəsini 
qurmaq üçün istifadə olunan ip (vəsait), yol, hər bir Ģeyin ön hissəsi 
və s. 
Lakin  belə  nəzərə  çarpır  ki,  “Ət-təhqiq”  kitabının  müəllifinin 
yazdığı  kimi,  bütün  bu  mənaların  batinində  müəyyən  məqsədlə 
niyyət  etmək  mənası  var.  Hətta  ərəb  dilində  anaya  “ümm” 
deyilməsinin  səbəbi  hər  bir  Ģeyin  əsas  və  kökünün  “ümm” 
adlanmasıdır.  Həm  də  o,  insanın  məqsəd  və  diqqət  mərkəzindədir. 
Həmçinin  iqtida  olunan  Ģəxs  mənasında  imam  o  kəslərə  deyilir  ki, 
camaat xüsusi meyl və məqsədlə onlara üz tutur. 
Bunu  da  deməliyik  ki,  Qurani-kərimdə  bu  söz  və  onun  cəm 
forması olan “əimmə” sözü düz on iki dəfə – yeddi dəfə tək, beĢ dəfə 
isə  cəm  halda  iĢlədilmiĢdir.  Qurani-kərimin  ayələrindən  birində  bu 
söz “lövhi-məhfuz” mənasında iĢlədilmiĢdir: 
 ءٍا لْاِٟاَّ مًَّةُو
 
َ إ ٝ ـ ةُٖبإَلْاِ١اَٖ لْاِؽاَا
 ءٍٓ١ جةُِ ءٍَا
 
“Hər  bir  Ģeyi  aĢkar  imamda  –  (lövhi-məhfuzda)  sayıb 
hesabladıq!”
2
  
BaĢqa bir ayədə bu söz yol mənasında iĢlədilir: 
 ةُٗمَّٔ إاَٚ
 ءٍٓ١ جُِّ ءٍَباَِ   جاٌَ باَِ
 
                                                 
1
 “Ət-təhqiq”, “əmm” kökü. 
2
 “Yasin” surəsi, ayə: 12. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə