Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə15/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   11   12   13   14   15   16   17   18   ...   101

 
40 
7.
  (Əhli-sünnənin  böyük  alimlərindən,  sünnilərin  altı  səhih  və 
mötəbər  kitablarından  sayılan "Sünən" adlı kitabın  müəllifi)  Əhməd 
ibn  ġüeyb  Nisai  "Xəsais"  kitabında  Zeyd  ibn  Ərqəmdən  belə  nəql 
edir: 
"Peyğəmbər 
(s) 
"Həccətül-vida"dan  (vida 
həccindən) 
qayıdarkən,  "Qədir-Xum"  adlı  məntəqəyə  daxil  olduqda,  kölgə  bir 
yer hazırlanmasını göstəriĢ verdi. Bundan sonra buyurdu:
 
   ةُك ّٝٔاَباَو
 اَباَـ  ةُذ٠
 دِّْ ااَٚ  ةُذلْاِجاَع
ٜ
 
 ةُُةُى١ ـ ةٌن هبر
 
، واَف٢ا  آَ ِ ةُواَجلْاِواَا بّةُ٘ةُلاَؽاَا  ٓلْاِ١اٍَلْاِمدِّضٌا
 
  الله  اَةبز و
  داَولْاِز  اَٚ
  ْٛةُف ٍ لْاِقةُر  اَؿلْاِ١اَو اٚةُوةُظلْأِباَـ ٜ
  ؾ ٜ
 اًَاَ  اك واَ٠ ّٝزاَؽ بل واَزلْاِفاَ٠  لْآِاٌَ بّةُٙمَّٔ باَـ ،بّ ٙ٠
 مَّٜ
 
 اَيبل مَُّةُص ، اَٗ لْاِٛاَؾلْاٌِا
 :
  ًاَ   لاَ١ ث اَناَفاَا مَُّةُص ،ءٍٓ ِمةُِ دًِّةُو ٌٝٛاَِ بأَاَااَٚ اَٜلا لْاِٛاَِ اَالله  مَّْ ا
 ىٍّٜ
 
  ٗلْاِ١اٍَاَ 
 اَيبماَـ ،ةَُلامٌََّا
 :
 اََ
 ةُذلْإِةُو  لْاِْ
 
 ًٌّاَا ،ةُُّٗ١ ٌاَٚ انٙاَـ ةُٖلا لْاِٛاَِ
 ةُٖاكب   لْآِاَِ  كب اَٚ ةُٖلاااَٚ  لْآِ ِ  ياٚ مَُّةُ٘
 :
"Mən  (Allah  tərəfindən)  dəvət  olunmuş  və  bu  dəvəti  qəbul 
etmişəm (tezliklə sizin aranızdan gedəcək və dünyamı dəyişəcəyəm). 
(Buna  görə  də)  sizin  aranızda  iki  qiymətli  əmanət  qoyuram.  Biri 
digərindən daha böyük olan Allahın kitabı, o birisi isə itrətim, Əhli-
beytimdir.  Baxın  görün,  məndən  sonra  onlarla  necə  rəftar 
edəcəksiniz?  Onlar  (Kövsər)  hovuzunda  mənə  qovuşanadək  bir-
birindən  ayrılmazlar."  Sonra  buyurdu:  "Allah  mənim  mövlamdır, 
mən  isə  hər  bir  möminin  mövlasıyam!"  Sonra  Əlinin  əlindən  tutub 
buyurdu:  "Mən  hər  kəsin  mövlası  və  rəhbəriyəmsə,  bu  da  onun 
mövlası  və  rəhbəridir.  İlahi!  Hər  kəs  onu  sevirsə,  Sən  də  onu  sev; 
hər kəs ona düşməndirsə, Sən də onunla düşmən ol!" 
Hədisin  sonunda  qeyd  olunduğu  kimi,  ikinci  ravi  Əbu  Tüfeyl 
deyir:  Mən,  Zeyd  ibn  Ərqəmdən  "Sən  özün  bu  hədisi  Allahın 
Rəsulundanmı (s) eĢitmisən?" deyə soruĢduqda, o dedi: "Kölgəlikdə 
olan  hər  bir  kəs  bu  səhnəni  gözlərilə  görüb,  qulaqları  ilə  Həzrətin 
sözlərini eĢitdi!"
1
  
Bu  hədis  açıq-aĢkar  göstərir  ki,  Peyğəmbəri-əkrəm  (s)  bu 
sözləri  "Qədir-Xum"da  müsəlmanların  qarĢısında  söyləmiĢ  və  hamı 
da bilavasitə eĢitmiĢdir. 
8.  Hicri  qəməri  tarixi  ilə  4-cü  əsrin  böyük  sünni  alimlərindən 
olan  Hakim  NiĢapurinin  "Müstədrəküs-səhiheyn"  adlı  məĢhur 
kitabında "Səhihi-Buxari" və "Səhihi-Müslim" kitablarında olmayan 
bir çox hədislər qeydə alınmıĢdır. O cümlədən, "səqəleyn" hədisi Ġbn 
Vasildən  belə  nəql  edilir:  "Mən  Zeyd  ibn  Ərqəmdən  eĢitdim  ki, 
Peyğəmbəri-əkrəm  (s)  Məkkə  ilə  Mədinə  arasındakı  bir  ağaclığa 
                                                 
1
 "Xəsaisi-Nisai", səh. 20, Misirin "Təqəddüm" çapı. 


 
41 
çatdıqda,  dayandı.  Camaat  oturmaq  üçün  ağacların  altını  səliqəyə 
saldı. Peyğəmbər (s) əsr namazından sonra xütbə söyləyərək, Allaha 
həmd-səna dedi. Öyüd-nəsihət verdikdən sonra buyurdu:
 
  ٓلْاِ٠اَولْاِِاَا لْاُِةُى١ ـ ةٌن هبر ّٝٔ ا  ةًُبٌّٕا باَٙةُ٠اَا
 
 ُّي    ٘اَر  لْآِاٌَ
بّةُ٘ٛةُّةُزلْاِعاَجمَّرا  ْ ا اٚ
 :
 اَ اَٚ
  الله  ةُةبز و بّةُ٘
  ذلْاِ١اَجةٍُلْاِ٘اَا اَٚ
ٝ راَولْاِز  اَ ٜ
 :
"Ey  camaat!  Mən  sizin  aranızda  iki  əmanət  qoyuram.  Əgər 
onlara  itaət  etsəniz,  heç  vaxt  azğınlığa  düşməzsiniz.  Onlar  Allahın 
kitabı və itrətim Əhli-beytimdir."
1
  
Sonra Hakim əlavə edərək yazır: "Bu hədis Buxari və Müslimin 
nəzərincə səhih və düzgündür.
2
  
9.  ġiələrin  qatı  müxaliflərindən  olan  Hicaz  müftisi  Ġbn  Həcər 
Heysəmi  "Əs-səvaiqul-muhriqə"  kitabında  yazır  ki,  səhih  bir 
rəvayətə əsasən, Peyğəmbər (s) buyurmuĢdur:
 
 دِّْ ا ، ةُذلْاِج عاَباَـ  ةُذ١  ةُك لْاِلاَل
  واَف لْاِ٢ا  آَ ِ ةُلاَوآ بّةُ٘ةُلاَؽاَا  ٓلْاِ١اٍَاَممَّضٌا ةُُةُى١ ـ  ةُذلْاِواَواَر لْاِلاَل ٜ
 :
  الله  اَةبز و
 اَٚمَّياَ 
 اَ مًَّاَع
 
  ذلْاِ١اَجةٍُلْاِ٘اَا ٝ راَولْاِز   اَ اَٚ
 بل واَزلْاِفاَ٠  لْآِاٌَاَ بّةُٙمَّٔ باَـ بّ١ ٙ ـ ٝ ٔٛةُف ٍ لْاِقةُر  اَؿلْاِ١اَو اٚةُوةُظلْأِباَـ ،ٜ
 اًَاَ  اك واَ٠ ّٝزاَؽ
 مَّٜ
 
 اَٗ لْاِٛ اَؾلْاٌِا
 :
"Mən Allah tərəfindən dəvət olunmuşam və bu ilahi dəvəti qəbul 
edəcəyəm. (Buna görə də) sizin aranızda iki ağır və qiymətli əmanət 
qoyuram:  Allahın  kitabı  və  itrətim,  Əhli-beytimi!  Baxın  görün, 
məndən  sonra  onların  haqqını  necə  ödəyəcəksiniz?  Bu  iki  əmanət 
(Kövsər) hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmayacaq!" 
Sonra  əlavə  edir:  BaĢqa  bir  rəvayətdə  bu  hissə  də  qeyd 
olunmuĢdur: "Mən bu məqamı onlar üçün Allah-taaladan istəmişəm. 
Onlardan  qabağa  keçməyin,  yoxsa  həlak  olarsınız;  geridə  də 
qalmayın ki, (yenə) həlak olarsınız! Onlara bir şey öyrətməyin, çünki 
onlar sizdən elmli və biliklidirlər!" 
Sonra  yazır  ki,  bu  hədisin  iyirmidən  artıq  ravisi  vardır  və  onu 
izah etməyə ehtiyac yoxdur.
3
  
                                                 
1
 "Müstədrəküs-səhiheyn", 3-cü cild, səh. 109. 
2
 Buxari və Müslimin şərtində məqsəd budur ki, onlar yalnız sənədi İslam 
peyğəmbərinə  (s)  çatan  hədisləri  nəql  edirdilər.  Onların  nəzərində  belə  hədislərin 
raviləri  etimadlı  şəxslər  olmuşlar.  Onlar  bu  şərtə  əsaslanan  bütün  hədisləri  nəql 
etmədiklərindən,  Hakim  Nişapuri  onları  "Müstədrəküs-səhiheyn"  kitabında 
toplamışdır. Buna görə də bu kitabı "Səhihi-Buxari" və "Səhihi-Müslim" kitabları ilə 
eyni səviyyədə hesab etmək olar. 
3
 "Əs-səvaiqul-muhriqə", səh. 226, Misirin "Əbdüllətif" çapı. 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə