Günah lüğət elmində



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə17/101
tarix22.10.2018
ölçüsü3,44 Mb.
#75296
1   ...   13   14   15   16   17   18   19   20   ...   101

 
45 
Xülasə və nəticə: 
Qeyd  etdiyimiz  Ģəxslər  "səqəleyn"  hədisini  öz  əsərlərində  nəql 
edən əhli-sünnənin məĢhur və tanınmıĢ alimləridir. Əlbəttə, bunu da 
unutmaq  olmaz  ki,  burada  adı  çəkilənlər  alimlərin  az  bir  qismini 
təĢkil  edir.  Mərhum  Mirhamid  Hüseyn  Hindi  "Əbəqatul-ənvar" 
kitabının xülasəsində "səqəleyn" hədisinin yüz iyirmi altı mənbədən 
ibarət  məĢhur  kitablarda  nəql  olunduğunu  yazmıĢ,  habelə  hər  bir 
kitabın cild və səhifəsini göstərmiĢdir.
1
  
Qeyd  etmək  lazımdır  ki,  bu  hədis  yalnız  Cabir  ibn  Abdullah 
Ənsari,  Əbu  Səid  Xidri  və  Zeyd  ibn  Ərqəmdən  deyil,  demək  olar 
Peyğəmbərin  (s)  iyirmi  üç  səhabəsindən  vasitəsiz  nəql  olunmuĢdur. 
Onların adları aĢağıdakılardan ibarətdir: 
1-Zeyd  ibn  Ərqəm;  2-Əbu  Səid  Xudri;  3-Cabir  ibn  Abdullah 
Ənsari;  4-Hüzeyfə  ibn  Üseyd;  5-Xüzeymə  ibn  Sabit;  6-Zeyd  ibn 
Sabit;  7-Səhl  ibn  Səd;  8-Zəmurətul-Əsləmi;  9-Amir  ibn  Leyli;  10-
Əbdür-Rəhman  ibn  Ovf;  11-Abdullah  ibn  Abbas;  12-Abdullah  ibn 
Ömər;  13-Ədiyy  ibn  Hatəm;  14-Əqəbə  ibn  Amir;  15-Əli  ibn  Əbi 
Talib (ə); 16-Əbuzər Qifari; 17-Əbu Rafe; 18-Əbu ġüreyh Qazi; 19-
Əbu Qüdamə Ənsari; 20-Əbu Hüreyrə; 21-Əbu Heysəm ibn Teyhan; 
22-Ümmü Sələmə; 23-Ümmü Hani. 
*** 
"SƏQƏLEYN" HƏDĠSĠ PEYĞƏMBƏRĠ-ƏKRƏMĠN (S) 
DĠLĠNDƏ TƏKRARLANIR 
Diqqət  yetirmək  lazımdır  ki,  Peyğəmbəri-əkrəm  (s)  bu  hədisi 
yalnız  bir  dəfə  deyil  (buna  Peyğəmbərin  (s)  yalnız  bir  dəfə 
buyurduğu  "Qədir-Xum"  hədisini  misal  göstərmək  olar  ki,  onu 
müsəlmanlar  o  həzrətin  dilindən  eĢitmiĢ  və  nəql  etmiĢlər),  həm  də 
müxtəlif zaman və münasibətlərdə bəyan etmiĢdir. 
Əhli-sünnə mənbələrinə görə, bu hədisin Peyğəmbəri-əkrəmdən 
(s) nəql olunduğu məntəqələr aĢağadakılardan ibarətdir: 
1.  "Qədir-Xum":  Peyğəmbəri-əkrəm  (s)  sonuncu  həcc 
mərasimindən  qayıdarkən  "Qədir-Xum"da  geniĢ  söhbətdən  sonra 
"səqəleyn" hədisini buyurmuĢdur. 
                                                 
1
  "Əbəqatul-ənvar"ın  xülasəsi,  2-ci  cild,  səh.  105-242,  "Müəssəsətul-bəsə" 
çapı. 


 
46 
2.  "Ərəfat":  Peyğəmbəri-əkrəm  (s)  həcdə  olarkən  "Ərəfə"  günü 
dəvəsinin  belində  bir  xütbə  söylədikdən  sonra  bu  hədisi 
buyurmuĢdur.  Ötən  səhifələrdə  qeyd  etdiyimiz  kimi,  "Səhihi-
Termizi"də  Cabir  ibn  Abdullah  Ənsaridən  nəql  olunan  hədis  (2-ci 
hədis) Ərəfə gününə aid idi. 
3.  "Cöhfə":  Peyğəmbəri-əkrəm  (s)  həccin  “miqat”larından 
sayılan, Məkkə ilə Mədinə arasında yerləĢən "Cöhfə" adlı məntəqədə 
"səqəleyn"  hədisini  buyurmuĢdur.  Bunu  Ġbn  Əsir  "Usdul-ğabə" 
kitabında Abdullah ibn Hintəbin tərcümeyi-halında nəql etmiĢdir. 
4.  Peyğəmbəri-əkrəm  (s)  vəfatına  səbəb  olan  xəstəliyi  zamanı 
son  vəsiyyətində  belə  buyurmuĢdur:  "Ey  camaat!  Mən  tezliklə  sizin 
aranızdan gedəcəyəm və artıq sizə höccətim tamamlandı. Agah olun! 
Mən  sizin  aranızda  böyük  Allahın  kitabını  və  itrətim  olan  Əhli-
beytimi  yadigar  qoyuram."  Sonra  Əliyə  (ə)  iĢarə  ilə  buyurdu:  "  Əli 
Quranla,  Quran  da  Əli  ilədir.  Onlar  (Kövsər)  hovuzunda  mənə 
qovuşanadək  bir-birindən  ayrılmazlar.  Bu  iki  əmanətdə  yadigar 
qoyduqlarımdan soruşun!"
1
  
DüĢünənlər üçün bu hədisdə bir sıra incəliklər var. 
5.  "Həccətül-vida"  (“Vida”  həcci):  Peyğəmbəri-əkrəm  (s) 
“Vida”  həccində  "Xif"  məscidində  belə  buyurmuĢdur:  "Agah  olun! 
Mən  sizdən  iki  ağır  əmanət  haqda  soruşacağam."  O  həzrətdən  "Ey 
Allahın  Rəsulu!  Ġki  ağır  əmanət  nədir?"  –  deyə  soruĢulduqda, 
buyurdu:  "Böyük  və  ağır  əmanət  Qurani-kərimdir.  Onun  bir  tərəfi 
Allahın  əlində  (ixtiyarında),  digəri  isə  sizin  əlinizdədir.  Belə  isə, 
ondan  yapışsanız,  heç  vaxt  azğınlığa  düşməz  və  həlak  olmazsınız. 
Kiçik  ağır  əmanət  isə  mənim  itrətim  və  Əhli-beytimdir.  Hər  şeyi 
bilən Allah mənə xəbər vermişdir ki, bu iki əmanət eynilə mənim iki 
yanaşı  üzüyüm  kimi  “Kövsər”  hovuzunda  mənə  qovuşanadək  bir-
birindən ayrılmayacaq."
2
  
6.  Peyğəmbəri-əkrəm  (s)  (Məkkənin  fəthindən  sonra)  Taifdən 
qayıdan  zaman  bu  hədisi  buyuraraq  mühüm  bir  məsələni 
açıqlamıĢdır. 
Peyğəmbəri-əkrəmin  (s)  Səqəleyn  hədisini  müxtəlif  yerlərdə  – 
Mədinədə,  həcc  mərasimində,  "Ərəfə"  günündə,  "Xif"  məscidində 
                                                 
1
 "Əs-səvaiqul-muhriqə", səh. 75. 
2
  "Təfsiri-Əli  ibn  İbrahim",  "Biharul-ənvar",  23-cü  cild,  səh.  129,  hədis:  61, 
"Təfsiri-Əli ibn İbrahim"dən nəqlən. 


 
47 
("Mina"da),  Məkkə  ilə  Mədinə  arasında  və  digər  məntəqələrdə 
müsəlmanların zəlalətə düĢməmələri üçün təkidlə təkrarlaması o iki 
əmanətin  yüksək  əhəmiyyət  daĢımasına  bir  sübutdur.  Doğrudan  da, 
bu qədər təkid və təkrardan sonra Peyğəmbərin (s) yadigar  qoyduğu 
Quran  və  Əhli-beytdən  uzaqlaĢmağımız,  yaxud  yanlıĢ  yozumlara  əl 
atmağımız  aĢkar  zəlalət  və  azğınlıq  deyilmi?!  Peyğəmbərin  (s) 
iyirmidən  artıq  səhabəsindən  iki  yüzə  yaxın  məĢhur  və  birinci 
dərəcəli  Ġslam  mənbəyində  nəql  olunan,  sənədində  heç  bir  Ģəkk-
Ģübhə  olmayan  belə  hədisin  üzərindən  asanlıqla  keçmək  olarmı?! 
ġübhəsiz, belə bir inadkarlığın ağır nəticələri var. 
Ġslam  peyğəmbərini  (s)  Allahın  rəsulu,  peyğəmbərlərin 
sonuncusu, ilahi vəhyin əmanətdarı kimi tanıyan Ģəxs bilməlidir ki, o 
həzrətin iki  böyük və ağır  əmanətə  sarılmağın vacibliyini, eləcə  də, 
onlardan 
uzaqlaĢanların 
azğınlığa 
düĢdüklərini 
təkidlə 
vurğulamasında mühüm bir sirr, Ġslamın əsası ilə bağlı danılmaz bir 
həqiqət var. 
*** 
"SƏQƏLEYN" HƏDĠSĠNDƏN ANLAġILAN MÜHÜM 
NÖQTƏLƏR 
Bu  hədis  müsəlmanların  qarĢısında  bir  neçə  mühüm  üfüq  açır. 
Burada onların bir qismini nəzərdən keçirəcəyik: 
1. Quran və Əhli-beyt (ə) həmiĢə birgədir, heç vaxt bir-birindən 
ayrılmayacaq.  Quranın  həqiqətlərilə  tanıĢ  olmaq  istəyənlər  Əhli-
beytə (ə) sığınmalıdır. 
2.  Qurani-kərimin  hökmlərinə  itaət  etmək  müsəlmanlara  qeyd-
Ģərtsiz  vacib  olduğu  kimi,  Əhli-beytə  (ə)  itaət  də  qeyd-Ģərtsiz 
vacibdir. 
3.  Əhli-beyt  (ə)  məsum  və  günahsızdır;  Onların  Qurandan 
ayrılmaması,  həm  də  onlara  qeyd-Ģərtsiz  itaətin  vacibliyi  onların 
məsum  olduğunu,  günah,  xəta  və  səhvə  yol  vermədiyini  göstərir. 
Əgər onların günah, yaxud xətası olsa, Qurandan ayrılarlar və onlara 
itaət  müsəlmanları  azğınlıqdan  saxlamaz.  Hədisdə  qeyd  olunduğu 
kimi,  Əhli-beytə  (ə)  itaətlə  günahlardan  uzaqlaĢmaq,  onların 
günahsız olmasına baĢqa bir dəlildir. 
4.  Daha  mühüm  məsələ  budur  ki,  Peyğəmbəri-əkrəmin  (s) 
buyuruğu  qiyamətə  qədər  bütün  müsəlmanlar  üçün  öz  gücündədir: 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə